Karpenko adına Martınov diyarşünaslıq muzeyi
Karpenko adına Martınov diyarşunaslıq muzeyi — Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi
Muzeyin adresi: 346660, Rostov vilayəti, Martınov r, Martınovka x, Lenin k, ev 46
Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi veteran və Böyük vətən müharibəsi iştirakçılarının xatirində təşkil edilmişdir. Rəsmi olaraq açılış tarixi 7 noyabr 1967-ci il qəbul edilir. Muzey uzun zaman rayon Mədəniyyət sarayında yerləşirdi.
1992-ci ildə muzeydə oğurluq baş verir. Oğrular tapılmır. Bu zaman mühüm ekponatlar oğurlanmışdır. 199-cu ildə muzey Mərkəzi rayon kitabxanasına köçürülür. Bu zaman muzeyin eksponat sayı 1924 olmuşdur. Bu zaman eksponatlar aşağıdakı kimi çeşidlənmişdir: şəkillər (16 ədəd), əl işləri (20 ədəd), numizmatika nümunələri (50 ədəd), arxeoloji tapıntı (3 ədəd), etnoqrafik predmetlər (120 ədəd), foto (1300 ədəd), sənədlər (414 ədəd).
2004-cü ildə bina Böyük Martınovka kəndi, Lenin küçəsi ev 46 ünvanına köçürülmüşdür.