kərr sözü azərbaycan dilində

kərr

Yazılış

  • kərr • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kərrar Casim
Kərrar Casim Məhəmməd (ərəb. كرار جاسم محمد‎; 15 mart 1987 və ya 11 iyun 1987, Nəcəf) — yarımmüdafiəçi. == Həyatı == 1987-ci il mart ayının 11-də İraqın Nəcəf şəhərində anadan olub. İraq milli komandasının üzvüdür. Bu oyunçu Təbrizin Traktor Sazi klubunun yarımmüdafiəçisi və hücumçusu idi. Kərrar Casim Traktor Sazidə oynamaqla İran futbolunda adlandı. Əlbəttə onun İranın Futbol üstün ligasında parlamasının əsas nədəni Tirəxtur azarkeşləri tərəfindən həddən artıq alqışlanması oldu. Tirəxtur Onun vurduğu tarixi qollar ilə, 2010-2011-ci illər mövsümündə, illərdən sonra ilk dönə olaraq, Tehranın İstiqlal və Piruzi komandalarına qələbə etdi. Əlbəttə bu qollar onun dəyərini çoxaltdı. Tehranın İstiqlal komandası Kərrara 1 Milyard Tümən ücrət verməklə onu Traktor Sazinin əlindən çıxartdı.
Kərrar Mikayılov
Kərrar Qədir oğlu Mikayılov (1910, Ağdam, Şuşa qəzası – 8 mart 1980, Ağdam) — maarif xadimi, müəllim. == Həyatı == Kərrar Mikayılov 1910-cü ildə Şuşa qəzasının Muradbəyli (indiki Ağdam rayonunun Muradbəyli kəndi) kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirdikdən sonra (1928) Quzanlı kəndində ibtidai məktəbdə müəllim, Ağcabədi və Ağdam məktəblərində müəllim, məktəb direktoru (1930-37), müəllim kadrları hazırlayan texnikumda müəllim, direktor (1937-1939), Ağdam Pedaqoji Texnikumunda müəllim (1939-56), Ağdam 1 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi (1956-1971), Göytəpə kənd orta məktəbində müəllim (1971-1980) vəzifələrində işləmişdir. 52 ildən çox pedaqoji fəaliyyət göstərmişdir. Kərrar Mikayılov Lenin və Oktyabr İnqilabı ordenləri ilə təltif olunmuşdur. O, dəfələrlə Ağdam şəhər Sovetinə deputat, Azərbaycan və SSRİ müəllimlər qurultaylarının nümayəndəsi seçilmişdir. Kərrar Mikayılov 8 mart 1980 ildə Ağdamda vəfat etmişdir. biologiya elmləri doktoru, professor Tofiq Mikayılov, coğrafiya elmləri doktoru, professor Nadir Mikayılov Kərrar Mikayılovun oğlanlarıdırlar. == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Kərrar Əbilov
Kərrar Əbilov (28 aprel 1930, Şuşa, DQMV – 28 yanvar 2016) — Azərbaycan siyasətçisi, Vahid Azərbaycan Partiyasının sədri. Psixologiya elmləri namizədi == Həyatı == Kərrar Əbilov 1930-cu il aprel ayının 28-də Şuşa şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1941-ci ildən, elmi-pedaqoji və bədii yaradıcılıq fəaliyyətinə isə 1950-ci ildən başlayıb. Onun "Odlu axın" adlı ilk hekayəsi 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetinin elan etdiyi müsabiqədə mükafata layiq görülüb, ilk məqaləsi isə 1951-ci ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çap edilib. Həmin vaxtdan başlayaraq o, "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Bakı", "İnşaatçı", "Bilik" qəzetlərində, "İnqilab və Mədəniyyət" jurnalında vaxtaşırı məqalələr, hekayələr, şeirlər çap etdirib və eyni zamanda təhsilini davam etdirərək 1954-cü ildə Leninqrad Universitetini fərqlənmə diplomu ilə, 1964-cü ildə isə aspiranturanı müəyyən olunmuş vaxtdan 11 ay əvvəl bitirərək psixologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1952-ci ildən sırf pedaqoji fəaliyyətlə məşğul olan K. Əbilov təhsil sisteminin təkmilləşməsi, paklığı, sağlamlığı uğrunda həmişə mübarizə aparıb və təhsildə pərakəndəliyə qarşı, sistemin bütövlüyü, tamlığı uğrunda var qüvvə ilə çalışıb. K. Əbilov Azərbaycanın müstəqilliyi, azadlığı, vahidliyi uğrunda mübarizənin həmişə ön sıralarında olub, Vahid Azərbaycan ideyasının təşəkkül tapıb təkmilləşməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mənəvi-psixoloji birliyinin yaradılması yolunda mümkün olan bütün vasitələrdən istifadə edib və etməkdədir. Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı, Vahid Azərbaycan Partiyası, "Vahid Azərbaycan" qəzetinin yaradılmasında aparıcı rol oynayan K. Əbilov həm də həmin qurumların rəhbəri olaraq qalır. Onun 1988-ci ildə yaratdığı Azərbaycan Milli Qurtuluş Cəbhəsi Ermənistanla sərhəddə və Dağlıq Qarabağda yerləşən, azərbaycanlılar yaşayan kəndlərin müdafiəsi yolunda çox tutarlı tədbirlər həyata keçirib və quduzlaşmış erməni millətçilərinin qarşısını ala biləcək özünümüdafiə dəstələri yaratmaqla azərbaycanlıların bu kəndlərdə kütləvi qırğınının qarşısını ala bilib. Uzun illər indiki Slavyan Universitetində pedaqoq kimi çalışıb.
Mehdi Kərrubi
İranda Milli Etimad Partiyasına rəhbərlik edən Mehdi Kərrubi 1937-ci ildə İran adlanan yerin Luristan əyalətinin Əligudərz şəhərində anadan olub. Milliyyətcə lurdur. Şiədir. İlahiyyat üzrə təhsilini Qum şəhərində alıb, burda universiteti bitirib. 1980-ci ildə İran adlanan yerin parlamentinə deputat seçilib, sonra isə parlament sədrinin canişini işləyib. 1999-cu ildə İran adlanan yerin parlamentinin sədri seçilib. 2005-ci ildə keçirilən prezident seçkisinə qatılan Mehdi Kərrubi məğlub olduqdan sonra Milli Etimad Partiyasını yaradıb.
Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu
Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu – Seyid Yəhya Bakuvinin yazdığı əsər. Seyid Yəhya Bakuvi bu əsərində Əlinin (as) fəzilətlərindən söz açır. Seyid Yəhya Əliyə olan məhəbbətini böyük bir səmimiyyətlə bəyan edərək, ona inanmayanın kafir olduğunu, onu sevənlərin isə xilas olacağını bildirir. 86 beytdən ibarət olan bu əsər mənzum olaraq, qəsidə şəklində tərtib edilmişdir. Əsərin yeganə nüsxəsi Manisa Muradiyyə,2906/1 də saxlanılır.

kərr sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. döyüşdə bir dəfə geri çəkilib yenidən hücum etmə; əks-hücum.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kərr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kərr nədir? #kərr sözünün mənası #kərr nə deməkdir? #kərr sözünün izahı #kərr sözünün yazılışı #kərr necə yazılır? #kərr sözünün düzgün yazılışı #kərr leksik mənası #kərr sözünün sinonimi #kərr sözünün yaxın mənalı sözlər #kərr sözünün əks mənası #kərr sözünün etimologiyası #kərr sözünün orfoqrafiyası #kərr rusca #kərr inglisça #kərr fransızca #kərr sözünün istifadəsi #sözlük