kərb sözü azərbaycan dilində

kərb

Yazılış

  • kərb • 75.0000%
  • Kərb • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsən ağa Kərbəlayev
Həsən ağa İsrafil ağa oğlu Kərbəlayev (1897-1942) — həkim. == Həyatı == Həsən ağa İsrafil ağa oğlu Kərbəlayev 1897-ci ildə Qazax qəzasının Poylu kəndində anadan olmuşdu. 1917-ci ildə tibb fakültəsini bitirmişdi. 1920-ci ildən sonra Bakı şəhərindəki 2 və 4 nömrəli poliklinikalarda, vərəm dispanserində sıravi həkim işləmiş, II dünya müharibəsində iştirak etmişdi. Həsən ağa Kərbəlayev 1942-ci ildə vəfat etmişdir.
Kərbəla
Kərbəla şəhəri (ərəb. كربلاء‎) — İraqın ən böyük şəhərlərindən biri. 1987-ci ildə aparılmış rəsmi siyahıya əsasən əhalisi 296.705 nəfərdir. Müsəlman Şiə və Ələvi məzhəblərinə görə, Məkkə,Mədinə, Qüds və Nəcəfdən sonrakı ən müqəddəs şəhərdir. Kərbəla döyüşü (Kərbəla Hadisəsi) burada cərəyan etmişdir. == Dini turizm == Kərbəla Nəcəflə yanaşı, şiə müsəlmanları üçün inkişaf edən bir turizm məkanı hesab olunur və Səddam Hüseynin hakimiyyətinin devrilməsindən sonra inkişaf edən şəhər turizm sənayesidir. Bəzi dini turizm məkanları daxildir: Əl Abbas məscidi İmam Hüseyn məscidi == Qalereya == == Haqqında == Kərbəla İraqın bir şəhəridir. Bağdadın 100 km cənub-qərbdə yerləşir. == Etimologiya == Kərbəla sözünün mənşəyi ilə əlaqədar olaraq bir çox iddia ortaya atılmışdır. Bir çox tarix öncəsi Assur dilində (ca Akad) ""karb"" və ""əla"" (yaxın): Sözlərindən Allah törəməsinə inanır.
Kərbəla (el)
Kərbəla mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Kərbəla mühafəzəsinin ərazisi 5.034 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 594.235 nəfər, inzibati mərkəzi Kərbəla şəhəridir.
Kərbəla FK
Kərbəla FK — İraqda futbol komandası. 1958-ci ildən bəri ölkənin ən məşhur futbol komandalarından sayılır. Kapitanı iraqlı olan Karar Salehdir.
Kərbəla dilbəri (roman)
Kərbəla dilbəri (ərəb. غادة كربلاء‎) — Ərəb yazıçısı, tarixçisi, maarifçisi və publisisti Circi Zeydanın Kərbəla hadisəsindən bəhs edən romanı. == Məzmun == Ərəb ədəbiyyatında tarixi roman janrının formalaşdırılmasında xüsusi rolu olan Circi Zeydan (1861-1914) məhəbbət və sədaqət rəmzi ola biləcək qəhrəmanlarını islam dininin yaranmasının ilk illərində baş vermiş hadisələrin, o cümlədən Kərbəla şəhidliyinin, içərisindən keçirərək bir-birinə qovuşdurur. Əsər, bir qədər sərbəst yozulsa da, tarixi faktlar və qeyri-adi vəziyyətlərlə zəngindir, maraqla oxunur və zamanının ruhunu oxucuya çatdırır. Min bir gecə nağıllarındakından heç də geri qalmayan sərgüzəştlərlə dolu, islam tarixinə hörülmüş məhəbbət romanı. Aleksandr Dümanın əsərlərinin xilafətin saray intriqaları, Mediçi üslubunda sui-qəsd və qətllərini təsvir edən ərəb analoqu. Eyni zamanda, Kərbəla düzündə İmam Hüseynin qətlini təsvir edəcək dərəcədə mötəbər bir əsər. Gənclər bu kitabı bir məhəbbət və sərgüzəşt romanı, yaşlılar isə islam dininin yaranmasının ilk illərinin xronikası kimi oxuya bilər. == Nəşr və tərcümə == Roman Eldar Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakı Kitab Klubunda 2008-ci ildə 336 səhifədə, 300 tirajla, 2019-cu ildə isə 100 tirajla çap edilib. Kitab Klubunun 2010-cu il yanvar monitorinqinə görə ən çox oxunan kitablar arasında 25-ci yerdə olub.
Kərbəla döyüşü
Kərbəla döyüşü və ya Kərbəla hadisəsi — 10 oktyabr 680-ci ildə bugünkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş. Bu döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur. == Münasibətlərin gərginləşməsi == Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi yarandı. Müsəlmanların bir qismi ilk əvvəl Əbu Bəkr xəlifə təyin olunmasını istəyirdilər. Bu səbəbdən Səqifədə Əbu Bəkr Məhəmməd peyğəmbərdən sonra xəlifə təyin edilir. Əbu Bəkrin ardından Ömər ibn Xəttab, Osman ibn Əffan və sonda Əli bin Əbu Talib xəlifə seçilmişdir. Şiə müsəlmanları İmam Əli bin Əbu Talibin Məhəmməd peyğəmbərə hər halda daha yaxın olmasını, uşaqlıqda onun evində böyüməsini və həmçinin Qədir-Xum hadisəsini əsas gətirərək, ilk xəlifənin İmam Əli olmasını tələb edirdilər. Digər bir qrup müsəlman isə Əlinin xəlifə təyin edilməsinə qarşı çıxırdı. Ona qarşı səsləndirilən əsas fikirlərdən biri Əli bin Əbu Talib xəlifə təyin olunana qədər özündən əvvəlki digər üç xəlifədən fərqli olaraq, heç bir döyüşdə iştirak etməməsi və öz üsulu ilə Xilafəti idarə etməsi idi.
Kərbəla döyüşündə Hüseynin ordusunda həlak olanların siyahısı
Kərbəla döyüşündə Hüseynin ordusunda həlak olanların siyahısı — bu məqalədə Hüseyn ibn Əlinin qohumlarının və yoldaşlarının Kərbəla döyüşündə olan itkilərinin siyahısı mövcuddur. Döyüş cümə günü Məhərrəm ayının 10-da baş verdi, İslam təqviminə görə 61-ci ildə (10 oktyabr, 680-ci il) bugünkü İraqda mövcud olan Kərbəlada gerçəkləşdi. Döyüş Kufə qoşunları ilə gücləndirilmiş Suriyadan gələn Yezid ordusu ilə İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əlinin ailələrindən və səhabələrindən ibarət karvan arasında gedirdi. Hüseynin yoldaşlarından 72 kişi (Hüseynin 6 aylıq oğlu da daxil olmaqla) I Yezidin qüvvələri tərəfindən öldürüldüyü iddia edilir. == Hüseyn ibn Əlinin ordusu == Aşağıda Hüseyn ibn Əlinin yoldaşlarının Kərbəla döyüşündə həlak olanların siyahısı verilmişdir. === Bani Haşim üzvləri === Bu insanlar Əbu Talib ibn Əbdül-Müttəlibin nəslindən və Kərbəla döyüşündə həlak olmuş Bəni Haşimdən idilər. ==== Əli ibn Əbi Talibin nəvələri ==== ===== Əli ibn Əbi Talibin oğlanları ===== Aşağıdakılar Əlinin oğulları idi: Fatimənin oğlu Hüseyn ibn Əli Cəfər ibn Əli Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Ümmül-Banunun oğlu. Abdullah ibn Əli Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Ümmül-Banunun oğlu. Osman ibn Əli Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Ümmül-Banunun oğlu. Abbas ibn Əli, Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Hüseynin ordusunun bayraqdarı, Ümmül-Banunun oğlu.
Kərbəla faciəsi
Kərbəla döyüşü və ya Kərbəla hadisəsi — 10 oktyabr 680-ci ildə bugünkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş. Bu döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur. == Münasibətlərin gərginləşməsi == Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi yarandı. Müsəlmanların bir qismi ilk əvvəl Əbu Bəkr xəlifə təyin olunmasını istəyirdilər. Bu səbəbdən Səqifədə Əbu Bəkr Məhəmməd peyğəmbərdən sonra xəlifə təyin edilir. Əbu Bəkrin ardından Ömər ibn Xəttab, Osman ibn Əffan və sonda Əli bin Əbu Talib xəlifə seçilmişdir. Şiə müsəlmanları İmam Əli bin Əbu Talibin Məhəmməd peyğəmbərə hər halda daha yaxın olmasını, uşaqlıqda onun evində böyüməsini və həmçinin Qədir-Xum hadisəsini əsas gətirərək, ilk xəlifənin İmam Əli olmasını tələb edirdilər. Digər bir qrup müsəlman isə Əlinin xəlifə təyin edilməsinə qarşı çıxırdı. Ona qarşı səsləndirilən əsas fikirlərdən biri Əli bin Əbu Talib xəlifə təyin olunana qədər özündən əvvəlki digər üç xəlifədən fərqli olaraq, heç bir döyüşdə iştirak etməməsi və öz üsulu ilə Xilafəti idarə etməsi idi.
Kərbəla hadisəsi

Kərbəla mühafazası
Kərbəla mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Kərbəla mühafəzəsinin ərazisi 5.034 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 594.235 nəfər, inzibati mərkəzi Kərbəla şəhəridir.
Kərbəla mühafəzası

Kərbəla mühafəzəsi

Kərbəla ziyarətgahı
Kərbəlayi Ağamalı
Kərbəlayi Bağır kəndi (Poldəşt)
Kərbəlayi Bağır kəndi (fars. كربلاي باقركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (52 ailə).
Kərbəlayi Lətif
Kərbəlayi Lətif Hüseyn oğlu (doğum adı: Lətif Hüseyn oğlu Əliyev; 1876, Şuşa – 6 dekabr 1944, Bərdə) — Azərbaycanın məşhur qarmon ifaçılarından biri. Kərbəlayı Lətif əlli il Azərbaycan milli mədəniyyətinin inkişafına xidmət etmişdir. == Həyatı == Lətif Hüseyn oğlu 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onun atası Hüseyn kişi çəkməçiliklə məşğul idi. Lakin həvəskar musiqiçi kimi tanınmışdı.Ailədə iki övlad olan Kərbəlayi Lətif, qardaşı Məhəmməd ilə birlikdə atasından çəkməçilik sənətini öyrənməklə bərabər musiqiyə xüsusi həvəs göstərmişdir. Kərbəlayi Lətif atasından qarmon çalmaq öyrəndikdən sonra gözəl səsi olan böyük qardaşı Məhəmmədlə birlikdə məhəllə şənliklərində və ayrı-ayrı ailə məclislərində çıxış etməyə başlamışdır. O, uzun illər Məşədi Zeynal Bala Məlikov kimi virtuoz tarzənlərlə Qarabağ, Gəncə və Tiflis məclislərində istedadlı bir xanəndə kimi çalıb-çağırır. Şübhəsiz ki, Lətifin musiqi sənətinə dərindən yiyələnməsində böyük qardaşı Məhəmmədin də ciddi təsiri olmuşdur. Kərbəlayı Lətif uzun illər Qarabağ məclislərində qardaşı Məhəmmədi, Malıbəyli Cümşüdü, Keçəçi oğlunu, Pəsxan Cəlili və Qəssab Abışı qarmonu ilə müşayiət etmiş, xalq arasında "şirin barmaqlar" adı ilə şöhrət qazanmışdı. Ustad qarmonçu Kərbəlayı Lətif 1944-cü ilin dekabr ayının 6-da Bərdə şəhərində vəfat etmişdir.
Kərbəlayi Lətif Hüseyn oğlu

Kərbəlayi Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı. == Həyatı == Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub. Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı. == Fəaliyyəti == Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa Aşağı Gövhər ağa məscidi (1874–75) Şuşa Saatlı məscidi (1883) Culfalar məscidi Hacı Ələkbər məscidi Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
Kərbəlayi Vəli Mikayılov
Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov (1877, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1941, Zəncan, Cənubi Azərbaycan, Pəhləvilər İranı[d]) — Azərbaycan ictimai-siyasi xadimi, şair, jurnalist və tərcüməçi. Müsavat Partiyasının ilk üzvlərindən biri. AXC dövründə Hökumət mətbəəsinin rəhbəri (1918–1920). == Haqqında == Kərbəlayi Vəli Mikayılov 1877-ci ildə Bakıda doğulub. Kərbəlayi Vəlinin ulu babası "Topuz vuran" ləqəbli Eyvaz Bakının Bülbülə kəndindən olub. Vəli ev təhsili almışdır. "Həyat", "İrşad", "Məlumat", "İqbal", "Açıq söz", "Molla Nəsrəddin", "Babayi-Əmir", "Şəhabi-saqib" qəzet və jurnallarda Kərbəlayi Vəli yaxından iştirak edir, "Kərbəlayi Vəli Cəbir Badükubeyi", "K. V. M", "Sabir Badükubə", "Mozalan", "Cırtdan" və s. gizli imzalarla dövrün əksər mətbu nəşrlərində məqalə və şeirlərini çap etdirib. "Müsavat" partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü, 1918–1920-ci illərdə Hökumət mətbəəsinin müdiri olmuşdur.
Kərbəlayi İsrafil Hacıyevin evi
Kərbəlayi İsrafil Hacıyevin evi — Bakı şəhərində Cəfər Cabbarlı 12 ünvanında yerləşən tarixi bina. Bina 1910-1912-ci illərdə neft milyonçusu, Bakı şəhər dumasının üzvü Kərbəlayı İsrafil Hacıyevin sifarişi ilə İosif Ploşkonun layihəsi əsasında qotik üslubda inşa edilib. == Tarixi == 1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, şəhər idarəsində sahə memarı işləmiş və bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutan İosif Ploşkonun sifarişçiləri məşhur Bakı milyonçuları idilər, onlar tələb edirdilər ki, yaşayış və digər binaların memarlığı onların imiclərinə uyğun olsun. Neft sənayesində olduğu kimi, tikintidə də rəqabət var idi və memarlar öz sahiblərinin sorğularını ödəyirdilər. İ.Ploşko fransız qotikası üslubunda olan "Murtuza Muxtarovun Sarayı"ndan sonra 1910-cu ildə tanınmış Bakı milyonçusu Kərbəlayi İsrafil Hacıyevdən keçmiş Şamaxı küçəsi, 12-də malikanənin tikinti layihəsi üçün sifariş aldı. Bina adi şəhər tikintisinə daxil edilmişdi, lakin Avropa ölkələri ilə tanış olan iddialı sahibkar öz malikanəsinin memarlığına başqa cür münasibət tələb edirdi. == Memarlıq xüsusiyyətləri == Fasadın ümumi kompozisiyası öz iri hissələrinin modelləşdirilməsi ilə klassik bölünmə ənənələrinin pozulduğunu göstərir. Fasadın tikintisi həcmin işıq-kölgə vasitələri ilə həll olunmuşdur, kompozisiyanın sxemi kifayət qədər dinamikdir və parlaq modernə xas olan cizgilərə malikdir. Fasadın aydın cizgiləri yeni memarlıq formalarının gözəl və mənalı başa düşülməsinə imkan verir. Fasadın kompozisiyası rizalitlərin iki qülləvari ucları ilə, modern üslubunda mərtəbə açırımları və yandan görünüşü, hissələrin zənginliyi ilə xüsusi memarlıq dünyası yaratmışdır.
Kərbəlayi Ələkbər Hacıyevin evi
Kərbəlayi Ələkbər Hacıyevin evi — Cəfər Cabbarlı küçəsi, 4 (keçmiş Şamaxinka küçəsi, 4) ünvanında yerləşən bina 1912-ci ildə tikilib. Binanın memarı A. Polyakovdur. Bu bina memarın Bakıdakı yeganə işidir. Keçmiş Şamaxinka küçəsi, 4 (indiki Cəfər Cabbarlı küçəsi, 4) ünvanında yerləşən yaşayış evi (binanın digər fasadı keçmiş Kubinskaya indiki Zivər bəy Əhmədbəyov küçəsinə baxır) Kərbəlayi Ələsgər Hacıyevə məxsus olub. 1912-ci ildə tikilən binanın memarı A. Polyakovdur. Özünün həcmi-məkan göstəriciləri və Bakı moderninin ən yaxşı ənənələrindəki memarlıq həllinə görə bu üslubun maraqlı nümunəsidir. Üfüqi həcmdə həm flankir erkerlərin hissələrin, həm də arxaların şaquliyi stil motiv və elementlərin daha dəqiq vurğulanmış xarakteri üzə çıxır. Gözəl hazırlanmış portal və nəcib əhəngdaşından hazırlanmış şirlər-kronşteynlər fasadların həcmi plastikasına daxil olaraq memarlıq abidəsi sayılan yaşayış evinin kompozisiyasını gözəlləşdiriblər.
Kərbəlayı Abdulla Canızadə
Kərbəlayı Abdulla Canı oğlu (1782, Şuşa – 1840, Şuşa) — şair, kimyagər. == Həyatı == Kərbəlayı Abdulla Canı oğlu 1782-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mədrəsə yoldaşlarından Mirzə Əzizin adı bəllidir. Şair idi. Öz adıyla rəvan təbli şeirlər yazırdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Kərbəlayı Abdulla Canı oğludur və Qarabağın Şuşa qalasında sakin idi. Kəsbkarlıq da edərdi.
Kərbəlayı Abdulla Zərbəliyev
Kərbəlayı Abdulla Zərbəliyev (1849, İçəri şəhər, Bakı qəzası – 1934, Bakı) — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Kərbəlayı Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya göz açıb. Atası Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin üç arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi. Kərbəlayı Abdulla Bakıda və onun ətraf kəndlərində qoçuların qoçusu (baş qoçu) adlandırırdılar.
Kərbəlayı Mirzə Ələkbər Safi
Кərbəlayı Mirzə Ələkbər Safi (1840, Şuşa) — şair. == Həyatı == Kərbəlayı Ələkbər Safi 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Mərdinli obasındandır. İbtidai təhsilini əmisindən almışdı. Sənətkarlıqla məşğul idi. O, həm də şair idi. Safi təxəllüsü ilə şeirlər yazırdı. "Məclisi-fərəmuşan"ın üzvü idi. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Kərbəlayı Ələkbər Məşədi Məhəmmədhüseyn Qarabağinin oğludur və təxəllüsü Safidir. Mərhum Şəhidin qardaşı oğludur.
Kərbəlayı Məhəmməd bəy Sufi
== Həyatı == Kərbəlayı Kərbəlayı Məhəmməd bəy Sufi 1846-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Məhəmməd bəy şair idi. Sufi təxəllüsü ilə şeir yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Kərbəlayı Məhəmməd Sufi Şirin bəy Qarabağlının oğludur. Şuşa şəhərinin Çuxur məhəlləsindəndir. Təxminən qırx beş yaşlı bir kişidir, sağdır, ucaboy, yoğunbədən bir şəxsdir. Şeytan sözünə aldanıb, cavanlığının əvvələrində o biçarə nahaq qan tökdüyünə görə şəhərdən qaçıb, kazak və yolkəsənlərlə birlikdə dağda-daşda ömür keçirir.

kərb sözünün leksik mənası və izahı

"kərb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kərb nədir? #kərb sözünün mənası #kərb nə deməkdir? #kərb sözünün izahı #kərb sözünün yazılışı #kərb necə yazılır? #kərb sözünün düzgün yazılışı #kərb leksik mənası #kərb sözünün sinonimi #kərb sözünün yaxın mənalı sözlər #kərb sözünün əks mənası #kərb sözünün etimologiyası #kərb sözünün orfoqrafiyası #kərb rusca #kərb inglisça #kərb fransızca #kərb sözünün istifadəsi #sözlük