* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••• | 3.94 |
2004 | •••••••••••••• | 7.07 |
2005 | ••••••••••••••••••• | 9.45 |
2006 | ••••••• | 3.60 |
2007 | ••••••••••••••• | 7.61 |
2008 | ••••••••••• | 5.36 |
2009 | ••••••••••••••••••• | 9.44 |
2010 | •••••••••• | 5.17 |
2011 | •••••••••••••••••••• | 10.38 |
2012 | •••••••••••••• | 7.06 |
2013 | •••• | 2.04 |
2014 | •••••• | 2.92 |
2015 | •••••••••• | 5.10 |
2016 | •••••• | 2.78 |
2017 | ••••••••••• | 5.20 |
2018 | •••• | 1.95 |
2019 | ••••••••• | 4.45 |
2020 | •••••••••• | 5.17 |
1 is. [ər.] 1. Vurma, vuruş, zərbə. Zərbənin gücü, şiddəti. Ağac zərbi. – Zərb zəyərəkdən yağ çıxardar. (Ata. sözü). …El bir olsa, zərbi kərən sındırar… Aşıq Abbas. Vəzn, xüsusilə zərb ilə çalınan musiqi əsərlərində … daha qabarıq surətdə nəzərə çarpır. Ə.Bədəlbəyli. □ Zərbə düşmək – gücə düşmək, zora düşmək. 2. Adətən zərbindən şəklində – toxunma gücündən, şiddətindən, zərbəsindən, təsirindən. Küləyin zərbindən ağaclar yıxıldı. – Zərbindən dağlar titrəşir; Bərqin dirəxşanı kimi. Aşıq Ələsgər. Mən hələ ondan qorxuram ki, Parijin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad ola. M.F.Axundzadə. Yəqin ki istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib. C.Məmmədquluzadə. Səlim sillənin zərbindən səndələdi. M.İbrahimov. 3. Zərblə şəklində zərf – şiddətlə, bərk, bütün ağırlığı ilə. Atılan qarmağın birini də balıq aparmışdı. … Elə bu vaxt sudakı qarmağın zərblə dartıldığını gördülər. İ.Şıxlı. Oğlan əlindəki kağız bükülüsünü yerə çırpıb, qapını zərblə çəkdi. İ.Məlikzadə. 4. riyaz. köhn. Vurma əməli. Beş zərb beş – eylər iyirmi beş. □ Zərb cədvəli – vurma cədvəli. Əhmədin riyaziyyatdan çox da başı çıxmazdı, amma əmali-ərbəəni və ələlxüsus, zərb cədvəlini yaxşı bilirdi… B.Talıblı. 5. Metal pul, sikkə və s. üzərinə naxış, damğa vurma. □ Zərb vurmaq (eləmək) – metal pul kəsmək, sikkə kəsmək. Zərb olunmaq (edilmək) – kəsilmək (metal pul və s.).
Azərbaycan dilinin izahlı lüğəti / zərb1 I сущ. 1. удар, толчок. Zərbin gücü сила удара 2. сила, воздействие. Partlayış dalğasının zərbindən от силы взрывной волны 3. чеканка (нанесение рисунка, изображения на поверхность изделия); zərb vurmaq чеканить, zərb olunmaq чеканиться 4. мат. устар. умножение. Zərb cədvəli таблица умножения II прил. ударный. Zərb musiqi aləti ударный музыкальный инструмент
Azərbaycanca-rusca lüğət / zərb1 I. i. (vurma) striking, beating; ~ ilə with all one’s strength / might; ~ ilə vurmaq to strike* with all one’s strength / power; ~ etmək to mint (d.), to coin (d.); sikkə ~ etmək to mint coins, to coin money; medal ~ etmək to strike* medals; ~ olunmaq to be* minted / coined; ~ olunmuş struck, minted II. s. percussion (attr.), pulsatile; ~ alətləri percussion instruments
Azərbaycanca-ingiliscə lüğət / zərb1 I is. coups m ; heurt m, choc m ; ~ ilə vurmaq frapper avec force, heurter fortement ; ~ etmək ciseler vt ; bosseler vt ; sikkə ~ etmək battre la monnaie ; medal ~ etmək frapper la médaille ; ~ olunmaq être frappé, -e, être battu, -e ; ~ olunmuş frappé, -e, battu, -e II mus. sif. de percussion ; ~ alətləri instruments m de percussion, batterie f ; ~ alətləri ifaçısı percussionniste m, f
Azərbaycanca-fransızca lüğət / zərb1 [ər.] сущ. 1. ягъун; ağac zərbi кӀарасдив (кӀарасдин) ягъун; // zərbə düşmək гужа гьатун; 2. zərblə нареч. зарбдиз, кӀевиз; 3. мат. куьгьн. зарб, зарб авун (кьве число сад-садаз яна артухрунин амал); zərb cədvəli зарб авунин жедвел; 4. металлдин пулунин ва мс. винел нехиш, тӀамгъа ягъун; // zərb vurmaq (eləmək) зарб авун, пул атӀун (металлдикай).
Azərbaycanca-ləzgicə lüğəti / zərbə. 1) vurma, döymə; 2) sikkəyə damğa və nişan vurma; 3) riyaziyyatda: vurma əməli və vurma işarəsi; 4) cürbəcür, müxtəlif; 5) döyülmə, vurulma. Zərbi-dəst bax zərbdəst; zərbi-məsəl bax zərbülməsəl.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti