zərbəsi sözü azərbaycan dilində

zərbəsi

Yazılış

  • zərbəsi • 99.9424%
  • Zərbəsi • 0.0576%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mərhəmət zərbəsi
Mərhəmət zərbəsi (fr. coup de grâce; fransız: [ku də ɡʁɑs] ( dinlə)) — ağır yaralanan bir insanın və ya heyvanın əzabını sonlandırmaq üçün edilən ölüm zərbəsi.Mərhəmət zərbəsi bəzi hallarda özbaşına tibbi yardım məntəqəsinə çata bilməyən, ağrılı ölüm və iztirablara məhkum olanların istəyi ilə və ya onların razılığı olmadan öz əsgərləri tərəfindən həyata keçirilir. Mərhəmət zərbəsi təkcə soyuq silah ilə vurulan zərbə deyil, həm də eyni əsaslarla edilən odlu silahdan atış adlandırıla bilər.
Əqrəb zərbəsi
Əqrəb zərbəsi — futbolda fiziki fənd. 1995-ci ildə Kolumbiya milli futbol komandasının qapıçısı Rene İquitanın imza atdığı qeyri-adi zərbə futbol tarixinin ən yaddaşlarda qalan məqamlarından hesab olunur.
Penalti zərbəsi
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb. == Tarixi == Penaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur.Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.Amma ilk vaxtlar penalti təyin olunur və zərbə qayda harda pozulubsa oradan vurulurdu. Bundan başqa, oyunda penaltinin tətbiq olunub-olunmaması komandaların razılığı ilə həyata keçirilirdi.
Azərbaycansayağı künc zərbəsi
Azərbaycansayağı künc zərbəsi — 1994-cü ildə Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılan və futbolda istifadə olunan taktiki gediş. == Tarixi == Azərbaycansayağı künc zərbəsi Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılıb. Taktiki gedişin əsas məqsədi futbolda künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür. Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır. Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur.Vaqif Sadıqov ilk dəfə Azərbaycansayağı künc zərbəsini 1994-cü ildə Neftçi klubunun baş məşqçisi olduğu vaxtda Bərdənin Pambıqçı klubu ilə görüşdə tətbiq etmişdi. Həmin oyunda Neftçinin futbolçuları Bəxtiyar Musayev və Mirbağır İsayev künc zərbəsinin yerinə yetirilməsində iştirak etsələr də, topa toxunmamış, son nöqtəni rəqibin cərimə meydanına gələn müdafiəçi Yaşar Vahabzadə vurmuşdur.Vaqif Sadıqov baş məşqçisi təyin olunandan sonra da bu üsuldan istifadə etdi. Bu oyun elementinin uğurlu tətbiqi sayəsində 1997-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisi Türkmənistanla yoldaşlıq matçından qalib ayrılmağı bacarmışdı. Belə ki, yerinə yetirilən künc zərbəsindən sonra müdafiəçi Rasim Abışov matçdakı yeganə qola imza atmışdı. Milli 1999-cu ildə Estoniya ilə Kiprdə keçirilən yoldaşlıq görüşü zamanı da analoji ev tapşırığından istifadə etmiş və qol vurmuşdur. === "Azərbaycansayağı künc zərbəsi"ndən ən çox qol vuran futbolçu === Bu taktika ilə ən çox qol vuran futbolçu Rəşad Sadıqovdur.
Künc zərbəsi (futbol)
Futbol oyunun 17-ci qaydası künc zərbəsi və ya kornerin yerinə yetirilməsi prosedurunu tənzimləyir. Künc zərbəsi oyun bərpasının üsuludur. Künc zərbəsi o vaxt təyin olunur ki, top sonuncu dəfə müdafiə olunan komandanın oyunçusuna toxunaraq yerdən və ya havadan qapı xəttini keçir və eyni zamanda 10-cu qaydaya əsasən qol qeydə alınmırsa. Futbolda künc zərbəsindən birbaşa vurulan qollar hesaba alınır. == Proseduru == Top qapı xəttini keçdiyi tərəfdən künc sektoruna, bayraq dirəyinin yanına qoyulur. Top nə qədər ki, oyuna daxil edilməyibsə, rəqib komandanın oyunçuları 9,15 m-dən (10 yard) az olmayan məsafədə dayanmalıdılar. Topa hərəkətdə olduğu və ya ona zərbə dəyildiyi zaman oyuna daxil olunmuş kimi sayılır. Zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmadığına və ya topun yenidən qapı xəttini keçməyənə qədər topa dəyə bilməz. == Pozuntular və cəzalar == Əgər zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmasından əvvəl topa dəyərsə, o zaman qarşı komanda təmasın baş verdiyi yerdən sərbəst zərbə vurmaq imkanı qazanır. Rəqib tərəfindən digər pozuntuların edildiyi halda, künc zərbəsi təkrarlanır.
11 metrlik cərimə zərbəsi
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb. == Tarixi == Penaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur.Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.Amma ilk vaxtlar penalti təyin olunur və zərbə qayda harda pozulubsa oradan vurulurdu. Bundan başqa, oyunda penaltinin tətbiq olunub-olunmaması komandaların razılığı ilə həyata keçirilirdi.
Konstantinovka mərkəzi bazarına raket zərbəsi (2023)
Konstantinovka mərkəzi bazarına raket zərbəsi (ukr. Ракетний удар по Костянтинівці) — Ukraynanın Donetsk vilayətinə aid Konstantinovka şəhərinin mərkəzi bazarında, 6 sentyabr 2023-cü il tarixində, yerli vaxtla 14:00 radələrində gerçəkləşdirilmiş ballistik raket hücumu. Hücumun Rusiya–Ukrayna müharibəsinin bir parçası olaraq Rusiya Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücum nəticəsində bazarda olan 17 nəfər həlak olub, azı 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Bazara hücum ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynaya rəsmi səfərə başlamasından bir necə saat əvvəl baş verib. Belə ki, Entoni Blinkenin olduğu təyyarə Kiyevə enməzdən 2 saat əvvəl bazara ballistik raketlərlə zərbələr endirilib. Ukraynanın Baş Naziri Denis Şmıqal baş vermiş raket hücumuna adekvat cavab veriləcəyini açıqlayıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.19 dəfə / 1 mln.
2003 ••• 5.12
2004 •• 3.37
2005 1.35
2006 ••••••• 11.94
2007 1.69
2008 •• 3.17
2009 •••••• 10.08
2010 ••••••••••• 17.88
2011 •••••••• 13.90
2012 •••••••• 12.48
2013 ••••••••••••• 22.32
2014 ••••••• 11.67
2015 •••••••••••••• 24.50
2016 •••••••••••••••••••• 35.58
2017 •••••• 9.76
2018 ••••••• 11.24
2019 •••••• 10.29
2020 •••• 5.97

"zərbəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zərbəsi nədir? #zərbəsi sözünün mənası #zərbəsi nə deməkdir? #zərbəsi sözünün izahı #zərbəsi sözünün yazılışı #zərbəsi necə yazılır? #zərbəsi sözünün düzgün yazılışı #zərbəsi leksik mənası #zərbəsi sözünün sinonimi #zərbəsi sözünün yaxın mənalı sözlər #zərbəsi sözünün əks mənası #zərbəsi sözünün etimologiyası #zərbəsi sözünün orfoqrafiyası #zərbəsi rusca #zərbəsi inglisça #zərbəsi fransızca #zərbəsi sözünün istifadəsi #sözlük