türbəsi sözü azərbaycan dilində

türbəsi

Yazılış

  • türbəsi • 94.4578%
  • Türbəsi • 5.3012%
  • TÜRBƏSİ • 0.2410%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dər türbəsi
Dər türbəsi — Ordubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi. Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyev və İsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dər türbəsi həcm-məkan həllinə, fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir. Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur.
Eldarzadənin türbəsi
Eldarzadənin türbəsi — Eldarzadə ailəsinə məxsus qəbirüstü abidə. Öz memarlıq həllinə görə diqqəti cəlb edir. == Tarixi == Türbənin üzərində də qeyd edildiyi kimi 1915-ci ildə tikilmişdir. Bəzi mənbələrdə tikintinin 1917-ci ildə başa çatdığı vurğulanır. == Memarlıq xüsusiyyətləri == Türbə antik “yunan-roma” məbədi üslubunda tikilsə də, bu sırf simvolik xarakter daşıyır. Onun portalı və portal üzərində olan Quran ayələri və informativ şərq aləminə məxsus ornamentlər və yazılar bunu deməyə əsas verir. Yəni bütövlükdə ümumi kompozisiya şərq və qərb mədəniyyətinin memarlıq elementlərini özündə birləşdirir. Kürsülüyün kəskin hündür olması sərt relyefli ərazidən xəbər verir. Memarın bu türbədə ən çox vurğulamaq istədiyi element giriş portalının yuxarı hissəsində olan akreterinin içərisindəki aypara və ulduzdur. Azərbaycanlı ailəyə məxsus bu türbə məhz aypara və ulduzla vurğulanmışdır.
Eyvaz türbəsi
Eyvaz türbəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzinin cənub hissəsində, Pir Eyvaz qəbiristanlığının şimal tərəfində yerləşən tarixi-memarlıq abidəsi. Pir Eyvaz daşıdığı tituldan (pir) göründüyü kimi məşhur sufi şeyxi olmuş Ordubad şəhərində Bəktaşi xanəgahı yanında dəfn olunmuş, qəbirin üstündə türbə inşa edilmişdir. Qəbirin üstündə sementlə bir-birinə bərkidilmiş mərmər baş daşı parçalarının üzərində olan kitabə qalıqlarında sufiliklə bağlı bəzi terminlər həkk edilmişdir. Türbənincənubundakı Pir Eyvaz qəbiristanlığı bu qəbirin xatirəsinə keçirilən dəfn mərasimləri hesabına yaranmışdır. XVI əsrə aiddir. XX yüzilliyin 80-ci illərində dağıdılmışdır. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.90.
Gilan türbəsi
Gilan türbəsi (Culfa) — Culfada türbə
Güloğlular türbəsi
Səkkizguşəli türbə və ya Güloğlular türbəsi — Azərbaycanın Bərdə rayonunun Güloğlular kəndində yerləşən XVIII əsrə aid türbə. == Tarixi == == İstinadlar == == Xarici keçidlər == Qasım Hacıyev, "Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi", Bakı, "UniPrint", 2008.
Gülüstan Türbəsi
Gülüstan türbəsi – Culfada türbə, o cümlədən XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. == Tarixi == Mərkəzi Azərbaycanın, həmçinin Naxçıvan bölgəsinin orta çağ memarlığından danışan araşdırmaçıların çoxu əsas tikinti materialının təkcə kərpic olduğunu iddia edir və yüksək daş memarlığı nümunələrinin az olduğunu qeyd edirlər. Bununla belə Gülüstan türbəsinin nümunəsində qeyd etmək olar ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olmuşdur. Atabəylərin Naxçıvandakı içqalası daşdan inşa edilmişdi. Başqa Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yaratmaqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir. Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər. == Memarlıq xüsusiyyətləri == === Konstruktiv quruluşu === Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır.
Gürcülü türbəsi
Gürcülü türbəsi — Qubadlı rayonunun Gürcülü kəndi ərazisində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Abidə üzərində heç bir kitabə saxlanılmamış və ola bilsin ki türbə ümumiyyətlə kitabəsiz olmuşdur. Türbənin əsas diqqətçəkən xüsusiyyəti onun əsas memarlıq kütləsindən çadır formalı dam örtüyünə keçid hissəsidir. Memar, stalaktit formasını əsas götürmklə tromp formalı orijinal konstruksiya yaratmağa müvəffəq olmuşdur. Ustad memarın çatıra keçid karnizinin tektonik sərhəddinə tamamilə müstəqil yanaşması, türbəyə təkrarolunmaz görünüş bəxş etmişdir. == Tarixi == Abidə üzərində heç bir kitabə saxlanılmamış və ola bilsin ki türbə ümumiyyətlə kitabəsiz olmuşdur. Buna görə də, abidəni öyrənən tədqiqatçılar onun tarixini müəyyənləşdirərkən əsasən memarlıq xüsusiyyətlərinə istinad etmişlər. Ə. Salamzadənin fikrincə türbənin tarixinə işarə edən əsas elementlərdən biri, giriş hissəsinin kiçik relyef portalı şəklində həll edilməsidir. Bu cür yanaşma, əsasən XVII əsr Azərbaycan türbələri üçün xarakterikdir. Portalı tamamlayan tağın forması da məhz həmin dövr üçün xarakterikdir.
Hümayun türbəsi
Hümayun türbəsi Böyük Moğol imparatoru Sultan Hümayun öləndən 9 il sonra, Böyük Moğol imparatorluğunun ikinci hökümdarı olan Hümayunun arvadı Həmidə Banu Bəyimin (Hacı Bəyim) əmri ilə 1565 ildə tikilməyə başladı. 1572 ildə isə tamamlandı. 1993 ildə Ümumdünya irsi siyahısına salınmışdır.
Kırna türbəsi
Cümə məscidi — Culfanın Kırna kəndində, təpə üstündə, İlandağın fonunda ucalan məscid. Dövrümüzə məscidin yalnız xarabalıqları çatmışdır. Plan-məkan quruluşu, yerləşmə tərz, ən başlıcası isə yüksək memarlıq keyfiyyəti onun əhəmiyyətli dini kompleksin mərkəzi hissəsi – Came məscidinin günbəzli məqsurəsi olduğunu bəlliləşdirir. Bəzi araşdırmaçılar Girnə məscidini türbə hesab etmiş, onun ilkin çağında bayırdan çadırvari günbəzlə örtülməsi fikrini irəli sürmüşlər. Ölüçü və nisbətləri, xüsusilə plan-məkan quruluşu onu xatirə tikilisi saymağa heç bir əsas vermir. Azərbaycanın xatirə memarlığı təcrübəsində bu tip tikili yoxdur. Abidənin dam örtüyü tamamilə dağılsa da, iç və dış quruluşu, xüsusilə günbəzaltı keçid qurşağı onun kubvari gövdəsinin çadırvari deyil, bu tip tikililər üçün xarakterik olan sferokonik biçimli günbəzlə tamamlandığına şübhə yeri qoymur. Bu abidənin bütün göstəriciləri onu Azərbaycan ərazisində yerləşən çoxsaylı Səlcuqlu məqsurələrindən biri saymağa imkan verir. Girnə cümə məscidinin dövrümüzə çatmış məqsurəsi planda kvadrat biçimlidir. Giriş hissəsi ortadakı enli olan üç sivri tağ açırımı şəklində həll edilmişdir.
Kəla türbəsi
Kəla türbəsi — Azərbaycanın Lerik rayonunun Orand kəndində yerləşən tarixi-memarlıq abidəsi. Şeyx Kəla türbəsi XIV əsrin yadigarıdır. Türbədə dəfn olunan Şeyxin adı Əkkaşə ibn Möhsüm Əsəddir. Deyilənə görə o Məhəmməd peyğəmbərin 407 nəfərə təyin etdiyi sərkərda olmuşdur. O, cənnəti xatırladan bərəkətli torpaq, 7 çeşməbulağı olan Orandda yaşamağı qərara almışdır. Şeyx burada yaşayan əhalini islamı qəbul etməyə çağırmışdır.
Kələzeyvə türbəsi
Kələzeyvə türbəsi — İsmayıllı rayonunun Kələzeyvə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Kələzeyvə kəndində qədim qəbirsanlıq və pir yerləşdiyinə görə, ətraf yerlərin sakinləri də buradan dəfn üçün istifadə edirdilər. == Tarixi == Türbənin girişinin sol tərəfində divara hörülmüş kitabədən bəlli olur ki, abidə XIX əsrin birinci yarısında Şamaxı xanı Mustafa xanın ailə üzvlərinin məzarları üzərində inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Ümumilikdə 6 metrə yaxın hündürlüyü olan tübənin memarlığında əsas diqqət çəkən cəhət inşaat işlərinin yüksək keyfiyyətdə həyata keçirilməsidir. Planda səkkizguşəli olan türbənin daxili həcminin həllində Yeddigünbəz türbələr kompleksinə daxil olan türbələrin memarlığı təkrarlanmışdır. Burada səkkizguşəli təməl hissədən daxili günbəzə keçid, ikinci yarusun ornamental traktovkalı tromplarına bənzər kiçik tromplar vasitəsilə həyata keçirilmişdir. Həm daxili nişlərin, həm də giriş hissənin tağları oxvari formalıdır. Türbənin digər detalları, karniz və tsokolun profilləri, tağların çərçivələri və digər detallarda Rusiya ilə əlaqələr nəticəsində meydana gəlmiş yeni formalar hiss olunmaqdadır. == İstinadlar == == Ədəbiyyat == Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
Mirə türbəsi
Mirə türbəsi — Elxanilər dövləti dövründə vəzir olmuş Tacəddin Əlişahın həyat yoldaşı Mirə Xatunun Salmas şəhərinin yaxınlığında məqbərəsi (1310 il). Mirə Xatunun ozamankı adıyla Əminə xatun, Arqun ağanın qızı və Tacəddin Əlişahın həyat yoldaşıydı. Salmasın qərbində Köhnə Şəhər yaxınlıqlarında Mirə Türbəsi olaraq tarixçilər tərəfindən qeyd olunmuşdur. Türbə 7 may 1930-cu ildə baş vermiş Dilman zəlzələsi zamanı dağılmışdır. Türbənin ucalığı 20 metr idi.
Mirəli türbəsi
Mirəli türbəsi — Füzuli rayonunun Kürdlər və Aşağı Veysəlli kəndlərinin arasındakı orta əsrlərə aid nekropol yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Abidənin kimin xatirəsinə ithaf edilməsi, memarın və sifarişçinin kim olması, eyni zamanda dəqiq inşa tarixi haqqında heç bir məlumat yoxdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır. Türbənin nə yeraltı, nə yerüstü hissəsində onun tarixi, memarı və ya kimə həsr olunduğunu bildirən hansısa kitabə yoxdur. İvan Şeblıkin qeyd edir ki, "memarlıq forması, material seçimindəki həssaslıq, inşaatda istifadə edilmiş daşların cilalanma forma cə xarakteri və hörgü xüsusiyyətləri tikilinin ən geci XIII–XIV əsrlərdə inşa edildiyini deməyə əsas verir." Memarlıq xüsusiyyətlərinə görə türbə Cəbrayıl rayonunun Şıxlar kəndindəki Şıx Baba türbəsi ilə oxşarlıq təşkil edir. Abidəni tədqiq etmiş Şeblıkin Füzulinin Kürdlər kəndində yerli sakinlərin dilindən türbənin inşası ilə bağlı əfsanəni yazıya almışdır: Şeblıkin bildirir ki, bu əfsanə regionda geniş yayılmış və müxtəlif mənbələrdə əks olunmuş, fərqli dövrlərdə, fərqli nəqllərlə müxtəlif abidələrə aid edilmişdir. Məsələn, Msxeta şəhərindəki Svetitsxoveli kafedralının inşa əfsanəsində də memarın əllərinin kəsilməsi əks olunur.
Məlikəjdər türbəsi
Məlik Əjdər türbəsi, Məlikəjdər türbəsi və ya Cicimli türbəsi — Azərbaycanda, Laçın rayonunun Cicimli kəndində, yüksək dağlıq ərazidə yerləşən türbə. Elmi araşdırmalara görə XII–XIII əsrlərdə inşa edildiyi güman edilən bu abidənin səkkizbucaqlı bayır və dairəvi iş planı olsa da tutum həllində aydın duyulan sayalığı, müəyyən qədər arxaikliyi oxşar planlı türbələrdən seçilir. 2020-ci ildə Azərbaycanın müzəffər ordusu işğalda olan torpaqları azad etdikdən sonra, ilk dəfə video bloger Ər-Toğrul və görüntü rejissoru Şahmar Səfəroğlu türbənin yeni fotolarını çəkiblər. Bu türbənin digər Azərbaycan türbələrindən fərqi onun məhz həcm quruluşundadır.Planda səkkizbucaqlı quruluşda olsa da, Məlik Əjdər türbəsi xaricdən həndəsi bir həcm kimi deyil, tamamilə başqa bir plastik şəkildə qavranılır. Çünki türbənin divarları şaquli xəttlərlə həll edilməmiş, abidənin tilləri əyri xətlə işlənmiş,türbənin silueti yumşaq cizgilərlə çərçivələnmişdir. Məlik Əjdər türbəsinin ümumi şəkli parabolanı xatırladır. Bu parabolanın səthləri arasındakı tillər oyma çıxıntılar ilə işlənmişdir. Nəticədə abidənin ümumi görünüşü türklər arasında geniş yayılmış yurd quruluşunu xatırladır. Müxtəlif araşdırmaçıların müşahidə etdiyi kimi Cicimli türbəsi yuxarıya doğru əyilib dayanan prizmatik tutumu, parabolik biçimli günbəzi, tinlərində çubuğa bənzər incə sütuncuqları ilə köçəri çadırının yamsılanması ilə yaradılmışdır. Türbənin istər bayır tutumu, istərsə də iç məkanı bütöv olub, gövdəsi ilə örtüyü arasında keçid zonası demək olar ki, yoxdur.
Məmmədbəyli türbəsi
Məmmədbəyli türbəsi — Zəngilan rayonunun Məmmədbəyli kəndindəki türbə, tarixi abidə. Bu müqəddəs ocaq kəndin ən hündür yerində, yaşıllıqlar arasında yerləşir. Abidə haqqında ilkin məlumatı XX əsrin 40-cı illərində rus tarixçisi İ.P.Şeblıkin vermişdir. O, Araz və Həkəri çaylarının hövzəsindəki abidələrdən danışarkən, Füzuli rayonundakı Mir Əli, Qubadlı rayonundakı Dəmirçilər kəndi yaxınlığındakı türbəni və başqa abidələri təsvir etmişdir. Lakin Məmmədbəyli türbəsi memarlıq quruluşu cəhətdən həmin türbələrə bənzəmədiyi üçün onun təsvirini olduğu kimi verməmişdi. Alman tədqiqatçı Qustav Radde 1890-cı ildə türbəni ziyarət edərək onu yerli əhalinin "Yel piri" olaraq adlandırdığını qeyd etmişdir. Türbə dövrümüzədək salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdır.(ermənilər tərəfindən işğal olunduğu vaxtda).20.10.2020 tarixində işğaldan azad edildi. Tikili piramidal günbəzlərlə örtülmüş səkkizguşəli prizmadan ibarətdir. Sadə işlənmiş əsas qapının üzü abidənin şimal-qərb tərəfindədir.
Nuh türbəsi
Nuh Peyğəmbər türbəsi — Qədim Naxçıvan şəhəri ərazisində yerləşən türbə. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib. Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış "Nuh tufanı" əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə İnandağa), ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağılarına toxunub keçmiş, Gəmiqayada quruya oturmuşdur. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad vermişdir. Əfsanəyə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı "Ayı çuxuru" adlı yerdə qalmaqdadır. Digər bir rəvayətə görə isə Nuhun və qarısının qəbirləri də Naxçıvandadır. Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir.
Nəimi türbəsi
Nəimi türbəsi — Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsi. Qırmızı kərpicdən inşa edilmiş türbənin üstündə bir böyük, altı kiçik günbəz var. 1339–1401-ci illərdə yaşayan, Hürufilik təriqətinin əsasını qoymuş məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı üzərində yaradıldığı üçün Nəimi türbəsi adlandırılmışdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 445. ISBN 5-8066-1468-9.
Papravənd türbəsi
Papravənd türbəsi — Azərbaycanın Ağdam rayonunun Papravənd kəndində yerləşən məqbərə. Azərbaycan tədqiqatçılarının fikrincə, XIV əsrdə tikilmişdir. Orta əsr memarlığının nadir abidələrindən biri hesab olunur. Məqbərə 1972-ci ilin iyulunda təmizlənmiş, ölçülmüş və tədqiq edilmişdir. 1993-cü ilin yayında məqrəbənin yerləşdiyi ərazi, Rusiya Federasiyasının hərbi və siyasi dəstəyi ilə Ermənistan Respublikası ordusu tərəfindən işğal edilmiş və ərazi 2020-ci ilə qədər qondarma Dağlıq Qarabağ Respublikasının nəzarətində olub. BMT Təhlukəsizlik Şurası məqbərə yerləşən ərazini Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmiş yer hesab edib. Məqbərənin planı XVI əsr memarlığı üçün xarakterikdir və günbəzli tikililər qrupuna aiddir. Mərkəzi hissəsi günbəzlə, kənarları isə lansetli qübbələrlə örtülmüşdür. Mərkəzi meydandan günbəzə keçid, yelkənlərin köməyi ilə həyata keçirilib. Xarici konturuna görə məqbərə xaricdən kvadrat, içərisində isə xaç formasında olan zaldır.
Perneb türbəsi
Perneb türbəsi — Qədim Misirin V Sülalə dövrünə aid tikili olub, fironlar Cedkara İsesi və Unas tərəfindən təxminən e.ə. 2381–2321 ci illərdə tikdirildiyi güman edilir. Türbə ilk dəfə 1907 ci ildə Sakkarada pilləli Coser ehramından şimalda, Qahirədən 30 km cənubda aşkar edilmiş, 1913 cü ildə Misir hökumətindən Metropoliten muzeyi tərəfindən satın alınmışdır. Perneb firon ailəsinə məxsus saray əyyanı olmuş, adının mənası "hökmdarım mənə yetişdi" deməkdir. Onun qəbiri vəzir Şepsesrenin qəbiri ilə bitişik olduğundan güman edilir ki, vəzir onun oğludur. Perneb türbəsi bir neçə yeraltı kameradan və kirəcdaşdan olan mastabadan ibarətdir. Mastaba isə özlüyündə qurbangah kapellasına və davamı zirzəmiyə keçən ikinci dərəcəli kameraya bölünür. Əsas ibadətgahda üzəri rəngli reliyeflərlə bəzədilmiş yalançı qapı vardır. Burada Perneb üstündə ərzaq və digər mallar olan masa arxasında oturmuş vəziyyətdə təsvir edilmişdir.
Pirmərdəkan türbəsi
Pir Mərdəkan xanəgahı – Azərbaycan respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Türbə XIII-XIV əsrlərdə tikilib. Bəzi məlumatlara görə oz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri burdadır. Məqbərənin içərisindəki qəbir daşında və divarda qalmış bəzi yazılar M. Nemətova tərəfindən oxunmuşdur. Bu yazılarda binanın tikildiyi tarix - hicri 583 – 600, miladi 1188 – 1203 – cü illər göstərilir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XIII əsrin əvvəllərin aid edilir. Xanəgahın ətrafinda qədim qəbristan, karvansara kompleksi var. Abidənin fasadında ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: "Rəhmli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac Əl-Hüda Mədəkani İbn Əlinindir.
Qarabağlar türbəsi
Qarabağlar türbəsi — Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə. Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi güman edilir. Bu iki minarəni bir-birinə bağlayan portal quruluşu isə XIV əsrə aid quruluşdur. Bu kiçik portalın üzərində Qoday xatunun adı oxunur. Qoday xatun (və ya Qutuy Xatun) ola bilsin ki, Abaqa xanın (1265–1282) arvadı olmuş Qutuy xatundur. Ona görə belə mülahizə yürütmək olar ki, hələ XII–XIII əsrlərdə tikilmiş yeni binalar kompleksinin daxilində Qoday xatunun şərəfinə bu xatirə abidəsini yaratmağı qarşısına məqsəd qoymuş memar, o zaman bu portalı tikmişdir. Belə olduqda Qarabağlar türbəsinin Qoday xatunun xatirəsinə həsr edilməsi imkan daxilindədir. Zəngəzur sıra dağlarının ətəyində, Qarabağlar kəndi yaxınlığında yerləşən ansamblın salamat qalmış tikililəri — baştağla birləşmiş minarələr və türbə — özünün mənzərəli görünüşü ilə silinməz təəssüratlar yaradır. Üslub və tikinti texnikası xüsusiyyətləri türbəni Əbu Səid Bahadur xanın hakimiyyət illərinə (1319–1335-ci illər), minarələri isə XII əsrə aid etməyə imkan verir.
Qarğabazar türbəsi
Qarğabazar türbəsi — Füzuli rayonunun Qarğabazar kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi, türbə. Qarğabazar türbəsinin əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Türbənin yerləşdiyi kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarğabazar türbəsi təməldə səkkizguşəli plana malikdir. Türbənin inşası zamanı bişmiş qırmıızı kərpiclərdən istifadə edilmişdir. Arazboyu ərazinin digər səkkizguşəli türbələrindən fərqli olaraq kərpic, Qarğabazar türbəsinin inşasında əsas inşaat materialı olaraq seçilmişdir. Daha əvvəlki dövrlərdə də kərpic əsas inşaat materialı kimi istifadə edilsə də, bu, heç vaxt türbə inşasına xas edilmirdi. Bu baxımdan Füzuli rayonunun Babı kəndi ərazisindəki Şeyx Babı türbəsi və onun ətrafındakı dini kompleks xarakterik xüsusiyyət daşıyır.
Sarıtəpə türbəsi
Sarıtəpə türbəsi — Şəmkir rayonunun Sarıtəpə kəndində yerləşən tarixi-memarlıq abidəsidir. Planda kvadrat formaya malik olan divarları yuxarı hissədə slindrik barabana keçir. Baraban üzərində isə türbəni tamamlayan yarımpərgar formalı günbəz yerləşir. Türbə, AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun təşkil etdiyi və tədqiqatçılar İ. Cəfərzadə, İ. Şeblıkin və A. İbrahimovun iştirak etdiyi ekspedisiya zamanı aşkar olunmuşdur. Ə. Salamzadə qeyd edir ki, türbə hansısa ornamental bəzəklər və ya kitabəyə maik olmadığından, onun inşa tarixini müəyyənləşdirmək çox çətindir. Abidənin tarixini müəyyənləşdirmək rol oynaya biləcək yeganə elemenlər tikilini tipoloji xüsusiyyətləri və inşaat zamanı istifadə edilmiş kərpicin ölçüləridir. Tədqiqatçının fikrincə bütün bu xüsusiyyətləri nəzərə almaqla türbənin inşasını XVII əsrə aid etmək olar. İnteryerinin təşkil xüsusiyyətlərinə görə isə Sarıtəpə türbəsinin ən yaxın anologiyası Qusar rayonunun Həzrə kəndində yerləşən və XVI əsrə aid edilən Şeyx Cüneyd türbəsidir. Türbənin inşası zamanı 21x21x4 və 22x22x4.5 sm ölçülü bişmiş kərpiclərdən istifadə olunmuşdur. Türbənin 3.1 metr hündürlüyə və planda kvadrat formaya malik olan divarları yuxarı hissədə slindrik barabana keçir.
Sumahi türbəsi
Sumahi türbəsi — Digah kəndində yerləşən köhnə qəbirstanlığın kənarında yerləşən türbə. Türbənin 1901-ci ildə inşa edildiyi qeyd edilir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili üzəri günbəzlə tamamlanır. Türbədən bir qədər yuxarıda türk şəhid əsgərlərinin məzarları yerləşir.
Subaba türbəsi
Subaba türbəsi — Azərbaycanın Quba rayonunun Alpan kəndində yerləşən türbə və tarix-memarlıq abidəsi. Türbə XVI əsrdə tikilib. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Subaba türbəsi Quba rayonunun Alpan kəndində yerləşir. XVI əsrdə tikilən bu türbə Səfəvilər dövründə Şah İsmayıl Xətainin qoşununun, Dərbənd yürüşü zamanı bu kənddən keçərkən vəfat etmiş sərkərdələrdən biri olan, sufi Mikayılın məzarı üzərində tikilib. Türbənin adı zaman keçdikcə Sufibaba, Sufbaba, Subbaba kimi dəyişərək Subaba adını alıb. 1918-ci ilin mart ayında erməni dəstələri Quba rayonunun Alpan kəndinə də hücum ediblər. Ermənilərdən zəif silahlanmış kənd camaatı müqavimət göstərsə də məğlub olublar. Bundan sonra ermənilər qəbiristanlığındakı baş daşlarını dağıdıb, Subaba türbəsini yandırıblar. Türbənin ətrafındakı qəbirlərin baş daşlarının üzərində güllə və qəlpə izlərinə rast gəlinir.
Fateh Sultan Mehmed türbəsi
Fateh Sultan Mehmed türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. == Haqqında == İstanbuldakı ilk sultan türbəsi olan Fateh Sultan Mehmed türbəsi, 3 may 1481-ci ildə vəfat edən və öz adına inşa etdirdiyi Fateh məscidinin arxa həyətində dəfn olunan II Mehmedin məzarı üzərində inşa olunmuşdur. Orijinal türbənin kim tərəfindən və nə vaxt inşa olunduğu dəqiq bilinmir. 1765-ci ildə İstanbulda baş verən dəhşətli zəlzələdə türbə, yaxınlığındakı Fateh məscidi ilə birlikdə tamamilə dağılmış, bir il sonra isə dövrün Osmanlı sultanı III Mustafa tərəfindən yenidən inşa olunmuşdur. Bu dəfəki memarı baş memar Mehmed Tahir ağa olan türbə tamamilə XVIII əsrin barokko üslubunda inşa edilmişdir. Türbədə yalnız Fateh Sultan Mehmed dəfn edilmişdir. Ancaq 1782-ci ildə yenə İstanbulda baş verən güclü yanğın əsnasında giriş qapısı üzərindəki taxta portik, türbənin içindəki qiymətli əşyalar, o cümlədən məzar sandığının bir hissəsi yanmış, dövrün Osmanlı sultanı I Əbdülhəmid tərəfindən türbə ikinci dəfə bərpa edilmişdir. Hal-hazırda türbənin daxilini bəzəyən qırmızı rəngli pərdələr, saatlar və divar bəzəmələri məhz bu bərpa dövrünə aiddir. Türbə onbucaqlı formada olub, tamamilə mərmərdən inşa edilmişdir. Məzar sandığı üzərindəki gümüş şəbəkə Osmanlı sultanı Sultan Əbdüləziz tərəfindən qoydurulub.
Fatimə-i Məsumə Türbəsi
Fatimə-i Məsumə türbəsi (fars. ﺤﺭﻢ ﺤﺿﺮﺖ ﻔﺎﻄﻤﻪ ﻤﻌﺻﻮﻤﻪ‎ (Hərəme Həzrəti Fatimə-i Məsumə) — İranın Qum şəhərində yerləşən türbə. Başda İslamın şiə əqidəsinə məxsus müsəlmanlar olmaqla, xüsusilə İran coğrafiyasında yaşayanlar üçün İranın Məşhəd şəhərindəki İmam Rza türbəsindən sonra ikinci vacib türbə. Əsl adı Fatimə binti Musa əl-Kazım olan Fatimə-i Məsumə On iki imam əqidəsinə inananlara görə 12 imamdan 6-cı imam və cəfərilik təriqətinin qurucusu İmam Cəfəri Sadiqin nəvəsi, 7-ci imam Museyi-Kazim əleyhissəlamın qızı və 8-ci imam Əli Rzanın bacısı olan Fatimədir. Fatimə-i Məsumə (Fatimə binti Musa əl-Kazım) hicri təqviminə görə 1 zilqədə 173-cü ildə, yəni miladi təqvimlə 790-cı il martın 22-də Mədinə-i Münəvvərədə anadan olub və İrana etdiyi bir səfər əsnasında Savə şəhərində xəstələnmiş, hicri təqvimi ilə Rəbiül-Sani ayının 12-də, yəni miladi təqvimlə 7 noyabr 816-cı ildə burada, yəni vəfat etdiyi yer olan Qum şəhərində dəfn edilmişdir. Vəfat edəndə hələ cəmi 28 yaşında idi. == Memarlığı == Fatimə-i Məsumə türbəsi qızılı rəngdə 3 qübbə və 6 minarəli bir məsciddir və 410 min kvadratmetr ərazini əhatə edir. Fatimə-i Məsumənin nəşinin yerləşdiyi türbənin sahəsi 38 min m²-dir. Cəmi 3 həyət və 3 böyük dua salonunu özündə birləşdirən məscidin içərisində namaz qılınması üçün bir deyil 3 məscid vardır və hər məscid ayrı bir ada malikdir. Bunlar; Təbatəbai (ﻄﺒﺎﻄﺒﺎﻴﻰ) Bala Sər (ﺒﺎﻻ ﺴﺮ) və Əzəm (ﺍﻋﻆﻢ) məscidləridir.
Fərhad Paşa türbəsi
Fərhad Paşa türbəsi – İstanbulun Əyyubsultan ilçəsində XVI əsrin sonlarına aid türbə. Sultan Murad və oğlu Sultan Mehmed dövrünün sədrəzəmlərindən Sərdar Fərhad Paşa tərəfindən inşası başlayan ancaq edamından bir müddət sonra tamamlanan türbənin memarı bilinmir. 16-bucaqlı plana əsasən kəsmə daşdan inşa olunan türbənin qapısının üzərindəki kitabəsində inşa tarixi olaraq 1595-ci il göstərilir. Türbənin içərisində kitabəsi olmayan səkkiz mərmər və 4 taxta məzardaşı var.
Gilan türbəsi (Culfa)
Gülüstan türbəsi – Culfada türbə, o cümlədən XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. == Tarixi == Mərkəzi Azərbaycanın, həmçinin Naxçıvan bölgəsinin orta çağ memarlığından danışan araşdırmaçıların çoxu əsas tikinti materialının təkcə kərpic olduğunu iddia edir və yüksək daş memarlığı nümunələrinin az olduğunu qeyd edirlər. Bununla belə Gülüstan türbəsinin nümunəsində qeyd etmək olar ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olmuşdur. Atabəylərin Naxçıvandakı içqalası daşdan inşa edilmişdi. Başqa Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yaratmaqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir. Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər. == Memarlıq xüsusiyyətləri == === Konstruktiv quruluşu === Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır.
Gilan türbəsi (Ordubad)
Səkkizbucaqlı Kiran türbəsi — Naxçıvan-Marağa memarlıq məktəbinin nailiyyətlərini özündə əks etdirən ən vacib memarlıq abidələrindən biri. Konstruktiv həlli və memarlıq xüsusiyyətlərinə görə türbənin XII əsrin 80-ci illərində inşa edildiyi güman edilir. Səkkizbucaqlı Kiran türbəsi giriş qapılarının həlli və dizaynı, detalların profilləşdirilməsi və künclərin ornamentasiyası, fasad naxışlarının bloklara bölünməsi və konstruktiv bütövlüyü ilə Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin memarlıq xüsusiyyətlərini təkrarlayır. Bütün bu xüsusiyyətləri nəzərə alan tədqiqatçı B. İbrahimov Səkkizbucaqlı Kiran türbəsinin də Əcəmi Naxçıvaninin əsəri olması ehtimalını irəli sürür. Bu ehtimalın həqiqiliyi qəbul edilərsə, memarın yaradıcılığında Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin inşası arasında keçən 25 illik fasilənin olması məsələsi özünü doğrultmur. == Tarixi == Dövrümüzə xarabalıqları çatmış abidə ərazisində 1980-ci ildən arxeoloji tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Kiran şəhristanının dördüncü məhəlləsinin yerlşdiyi təpənin enişində inşa edilmiş abidəni ilk dəfə S. V. Ter-Avetisyan, daha sonra isə V. M. Sısoyev təsvir etmişlər. == Memarlıq xüsusiyyətləri == Səkkizguşəli Kiran türbəsi qüllə tipli mərkəzi günbəzli türbələr qrupuna daxildir. Türbə binası iki hissədən ibarətdir: səkkizguşəli olan yerüstü hissə kvadrat formalı (20x20x5 sm) kərpiclərdən tikilmişdir; yeraltı sərdabə hissəsi xaricdən kvadrat, daxildən isə xaçvari formaya malikdir. Türbənin yerüstü hissəsi yalnız cənub-qərb tərəfdə 0.8 metr hündürlükdə saxlanmış (iki sıra bişmiş kərpic hörgüsü və üzlük), qalan yerlərdə isə dağlkaraq ətrafa tökülmüşdür.
Gəncə İmamzadə türbəsi
Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır. Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır. Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.
Hacı-Baba türbəsi
Hacı-Baba türbəsi — XVI əsrin sonu və ya XVII əsrin əvvəllərində tikilmiş və Ermənistanın Şvanidzor kəndi yaxınlığında, Megridən təxminən on yeddi kilometr şərqdə yerləşən İslam dini abidəsidir və azərbaycanlıların müqəddəs ziyarətgahıdır. Türbə Ermənistanın etnik azlıqlarının mədəni irsi üçün hökumət tərəfindən "Syunikdə qeyri-erməni tarix və mədəniyyət abidələri" kateqoriyası üzrə mühafizə olunan ərazi siyahısına salınıb və dövlət mülkiyyəti kimi qorunur. == Memarlığı == Məqbərə palıd ağacının budaqları ilə əhatə olunmuş təpənin zirvəsində yerləşir. Diametri təxminən altı metr və daxili kameranın hündürlüyü dörd metrdən az olan konusvari formadadır. O, daşdan hazırlanıb və iki təməl daşının ətrafında qara parça ilə örtülmüş kiçik kvadrat hasardan ibarətdir. Daşların üzərində iki kitabə var: bir kitabədə erməni dilində "Baba" və ermənilərdə sonsuzluq rəmzi olan Arevaxaç, birin də isə ərəb qrafikası ilə ulduz və aypara ilə "Hacı" sözü yazılıb. Erməni dilində kitabənin türbə üzərinə həkk olunması sonradan edildiyi ehtimal olunur. == Tarixi == Abidənin dəqiq tikilmə tarixi məlum deyil. Hacı-Baba türbəsi Zəngəzur və sonradan Megri rayonu ərazisində yaşamış azərbaycanlılar tərəfindən inşa edildiyi ehtimal olunur. Abidəni yeganə tədqiq edən jurnalist Qohar İsaxanyandır.
Hacı Gəray türbəsi
Hacı Gəray türbəsi — Krımın ilk xanı I Hacı Gəray üçün tikilmiş türbə. Türbəni onun oğlu I Məngli Gəray tikdirib. 1466-cı ildə Hacı Gəray, 1515-ci ildə isə I Məngli Gəray burada dəfn olunublar. Hər ikisi bu türbədə dəfn ediliblər. 2007-ci ildə Türkiyə hökuməti tərəfindən Zəncirli Mədrəsə və Hacı Gəray türbəsinin yenidən qurulması üçün 2.75 milyon dollar pul ayrılıb. 2008-ci ilin payızında türbənin altından krım xanlarının və yaxınlarının qalıqları olan 18 qəbir aşkarlanıb.
Hacı Mahmud Əfəndi türbəsi
Hacı Mahmud əfəndi türbəsi və ya Göy türbə — Hacı Mahmud Əfəndinin ocağı; Aslanbəyli kəndinin qədim qəbiristanlığında Türbə və Yerli Əhəmiyyətli Tarixi Abidə. == Haqqında == Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncəsu çayı boyunca uzanan el yolunun solundadır. Qazax, Gəncə və Borçalı ellərində "Göy türbə" kimi tanınan Hacı Mahmud Əfəndinin türbəsi həm də xalqın inanc yeri kimi məşhurdur. Buraya əhd edib gələnlərin sayı-hesabı bilinmir. Gəncə-Qazax, Borcalı ellərində, Dağıstanda, Türkiyədə tanınan bir ziyarətgahdır. Geniş və möhkəm hasarın içərisində yerləşən dördkünc türbə 1893-cü ildə ucaldılıb. 1835–1896-cı illərdə yaşamış Hacı Mahmud Əfəndi öz dövrünün tanınmış din xadimi olmuşdur. O, dini təhsilini Türkiyədə almışdır. Hacı Mahmud Əfəndi sevimli müəllimi Seyid Mir Həmzə Nigari Qarabağiyə ehtiram əlaməti olaraq Türkiyənin Amasya şəhərində, onun dəfn olunduğu yerdə böyük bir türbə tikdirmişdir. Türbənin qarşısına Hacı Mahmud Əfəndinin adı yazılı lövhə vurulmuşdur.
Heydər Almazovun Türbəsi
Heydər Almazovun Türbəsi (Pirətavan) — Yerli camaatın Pirətavan adlandırdığı bu türbənin adı Piri-taun (taun xəstəliyinə şəfa verən yer) söz birləşməsinin təhrif olunmuş şəklidir. Bu türbədə iki məzar var. Onlardan biri Soltan digəri isə Mirkəlaməddin adlı şəxslərə məxsusdur. Heydər Almazov adlı imkanlı şəxs 1894-cü ildə bu qəbirlərin üzərində gördüyümüz bu türbəni tikdirir və türbə rəsmi tarixi sənədlərə onun adı ilə, yəni "Heydər Almazov türbəsi" kimi qeyd olunur. == Tarixi == Akademik D.Born "Bibiheybət" məqbərələrində tədqiqat işi apararkən bu kompleksin Səfəvilər dövlətinin, xüsusilə I Şah Abbasın dövrünə təsadüf olduğunu sübut etmişdir. Məhz bu tədqiqatlara əsaslanaraq bu ziyarətgahın XVII əsrdən çox əvvələ aid olduğunu görə bilərik. Türbənin inşası hicri tarixi ilə 1311-ci ildə (miladi təqvimlə 1893-1894-cü illərdə) başa çatmışdır. == Yerləşməsi == Türbə Neftçalanın təxminən 3 km. qərbində salınıb. Vaxtilə qəbristanlığın yeri dəniz sahili olmuşdur.
Heydər türbəsi (Şuşa)
Heydər türbəsi — Şuşa şəhəri, Ocaqqulu küçəsində yerləşən XIX əsrə aid tarixi-dini türbə. 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 340 inventar nörməsi ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınıb. 2021-ci ildə üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilib.
II Kəsrani türbəsi
II Kəsrani türbəsi — Azərbaycanın Abşeron rayonu Saray kəndinin köhnə Saray adlanan ərazisində yerləşən tarixi-memarlıq abidəsi. Türbə yerli əhəmiyyətli memarlıq abidəsi olaraq qorunur (4020). == Tikili == Bina kvadrat formaya malikdir. Qara suvaqla üzlənən binanın fasadı əhənglə ağardılmışdır. Mərkəzi hissədə gümbəzi vardır.
II Mehmed Gəray türbəsi
II Mehmed Gəray türbəsi — Krımın Bağçasaray şəhərinin Eski Yurt qəsəbəsində yerləşən xan türbəsi. Burada ata, oğul və nəvə olan II Mehmed Gəray (1532—1584), II Səadət Gəray (təxminən 1550—1587) və III Mehmed Gəray (1584—1629) Krım xanları dəfn olublar, həmçinin Murad Gəray və Səfa Gərayın da qalıqları burada yerləşir. 2014-cü ildən Krımı işğal edən Rusiya Federasiyasında bura federal əhəmiyyətli mədəni irs obyektidir, beynəlxalq səviyyədə bu əraziləri ölkəsinin bir hissəsi sayan Ukrayna isə buranı milli əhəmiyyətli mədəni irs abidəsi hesab edir. Hazırkı dövrdə II Mehmed Gəray türbəsi Bağçasaray Tarixi, Mədəni və Arxeoloji Muzey-Qoruğunun qorunan obyektlərindən biridir. == Tarixi == === II Mehmed Gərayın vəfatı və dəfni === 1584-cü ilin yazında Osmanlı sultanı III Murad II Mehmed Gərayı Səfəvi-Osmanlı müharibəsində kömək etməyi rədd etdiyi üçün hakimiyyətdən məhrum etdi və onun yerinə əvvəllər türk torpaqlarında yaşamış kiçik qardaşı II İslam Gərayı gətirdi. Həmin ilin may ayında İslam Gəray Osman Paşanın dəstəyi ilə Qılınc Əlinin Osmanlı donanması ilə Kefeye çatdı. Krım xanı II Mehmed sultana itaət etməyib Kefeni mühasirəyə aldı, lakin Əli bəy Şirinin başçılıq etdiyi Krım bəyləri sultanın fərmanına qarşı çıxmamağa qərar verdilər və yeni xanın tərəfinə keçdilər. Mehmedə sədaqəti ancaq Mənsurov nəslindən olan noqay murzaları qorudular. Devrilən II Mehmed Gəray zadəganların və ordunun dəstəyini itirərək, oğulları Səadət, Murad və Səfa ilə Mənsur bəylərinin müşayiəti ilə mübarizəni davam etdirmək üçün Kefədən Noqay ordasına qaçdı ki, orada güc-qüvvət toplasın. Xanın arxasına kiçik qardaşları şahzadələr Alp Gəray, Səlamət və Mübarek Gəray qoşunla birlikdə düşdülər.
I Daranın türbəsi
I Daranın türbəsi - Nəqşi-Rüstəm yaxınlığındakı Hacıabad dağındadır. Fars əyaləti ərazisində yerləşir.
I Şah Abbas türbəsi
I Şah Abbas türbəsi (fars. آرامگاه شاه عباس بزرگ‎‎) — Səfəvi hökmdarı I Şah Abbasın dəfn edildiyi türbədir. == I Şah Abbas == Səfəvilər dövlətin V hökmdarı olan I Şah Abbas 42 il Səfəvi dövlətini idarə etmişdir. Dövlətin özündən əvvəlki dövrlərdə itirmiş olduğu qüdrətini bərpa etmiş, Osmanlı imperiyasını, Şeybaniləri və Portuqaliyanı məğlub etmişdir. Avropada bəziləri onu "Böyük Abbas" adlandırırlar. 1587-ci ildən 1629-cu ilə qədər hakimiyyətdə olan I Şah Abbas 1629-cu ildə Mazandaranda Xəzər dənizi sahilində tikdirdiyi Fərahabad adlanan sarayında vəfat etmiş və Kaşana aparılaraq bu türbədə dəfn edilmişdir. == Türbə == I Şah Abbas bu türbədə dəfn edilmişdir. Türbə İran İslam Respublikasının Kaşan şəhərində yerləşir. Türbənin mehrabındakı yazıya görə, türbə ilk dəfə XII əsrdə tikilmişdir. Lakin Səfəvi dövləti zamanında təmir edilmiş və genişləndirilmişdir.
Kafir Günbəd Türbəsi
Kafir Günbəd Türbəsi – İranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə. Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər. Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır.
Kürəkən İbrahim Paşa türbəsi
Kürəkən İbrahim Paşa türbəsi – İstanbulun Fateh rayonunda XVII əsrin əvvəllərinə aid türbə. Türbə 1603-cü ildə Dalğıc Əhməd ağa tərəfindən inşa edilmişdir. Səkkizbucaqlı və tək gümbəzli planla inşa olunan türbənin giriş cəbhəsi xaric, bütün cəbhələrində altlı-üstlü pəncərələri var. Türbədə 2 mərmər məzar sandığı yerləşir. Bunlardan kavuk papaqlı olanı Sultan Mehmed səltənəti sədrəzəmlərindən Bosniyalı İbrahim Paşaya, digəri isə paşanın gənc yaşda vəfat edən oğluna aiddir.

"türbəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türbəsi nədir? #türbəsi sözünün mənası #türbəsi nə deməkdir? #türbəsi sözünün izahı #türbəsi sözünün yazılışı #türbəsi necə yazılır? #türbəsi sözünün düzgün yazılışı #türbəsi leksik mənası #türbəsi sözünün sinonimi #türbəsi sözünün yaxın mənalı sözlər #türbəsi sözünün əks mənası #türbəsi sözünün etimologiyası #türbəsi sözünün orfoqrafiyası #türbəsi rusca #türbəsi inglisça #türbəsi fransızca #türbəsi sözünün istifadəsi #sözlük