Kerr sözü azərbaycan dilində

Kerr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kerr • 96.6942%
  • kerr • 3.3058%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Miranda Kerr
Miranda Kerr (d. 20 aprel 1983, Sidney, Avstraliya), Avstraliyalı model. == Həyatı == 20 aprel 1983-cü ildə Avstraliyanın Sidney şəhərində dünyaya gəlmişdir. Kerr ilk dəfə 13 yaşı olarkən Chaay's Modelling Agency-də modellik etməyə başladı. O Therese and John Kerr-in 2 uşağından biridir. Onun özündən 2 yaş kiçik, Matthew adlı bir qardaşı var. Uşaq vaxtı nənəsinin fermasına gedib, at çapmağı və motosikl sürməyi sevərmiş. 2003-cü ildə Mirandanın maliyyə brokeri Adrian Camilleri ilə münasibətləri yaranmağa başladı. Lakin Adrian Camillerin başına gələn bir hadisə nəticəsində Kerr 2004-cü ildə münasibətlərinə son qoydu. 21 iyun 2010-cu ildə Miranda Kerr ilə Orlando Bloom nişanlandılar, 2010-cu ilin 22 iyul tarixində isə onların toy mərasimi baş tutdu.
Ceysi Kerrol
Ceysi Kerrol (ing. Jaycee Don Carroll; 16 aprel 1983, Larami[d], Vayominq) — amerikalı peşəkar basketbolçu. Real Madrid basketbol klubunun və Azərbaycan milli basketbol komandasının oyunçusu. Yuta Dövlət Universitetinin "Aggies" basketbol klubunda oynayarkən atış uzaqlığına, dəqiqliyinə və dözümlülüyünə görə məşhurlaşmışdır. O, ABŞ Milli Tələbə İdman Assosiasiyasının I divizionu tarixində 3 xallıq atışlar üzrə 2-ci ən yaxşı göstəriciyə sahibdir, "Aggies"ə ən çox xal qazandıran oyunçudur və universitetin daha 9 rekordunun sahibidir. Universiteti bitirdiyi dövrdə MTİA I divizionu tarixində 3 xallıq atış yerinə yetirmə üzrə 14-cü, ən çox xal qazanma üzrə isə 52-ci yerdə idi. == Azərbaycan milli komandası == Kerrol 2011-ci ilin qışında Azərbaycan vətəndaşlığı almağa çalışsa da, bəzi inzibati əngəllər səbəbindən bu proses uzandı. Onun Monteneqro vətəndaşlığı almağa yaxın olduğu barədə söhbətlər getdiyi bir vaxtda, 2012-ci ilin aprelində o nəhayət Azərbaycan pasportunu əldə etdi.Kerrol Azərbaycan milli basketbol komandasının heyətində FIBA EuroBasket 2013 təsnifat mərhələsində 2 oyunda iştirak etdi və komandasına İsveç yığmasına 79–96 hesabı ilə məğlub olduqları oyunda 27 xal və Lüksemburq üzərində 95–77 hesablı qələbə ilə nəticələnən oyunda 26 xal qazandırdı.
Cim Kerri
Ceyms Eygin "Cim" Kerri (17 yanvar 1962-ci il) - Kanadalı aktyor, komediya ustası və prodüser. Cim 3 dəfə Qızıl Qlobus mükafatına layiq görülüb. Hollivudun ən böyük və tanınmış ulduzlarından biridir. == Həyatı == Cim Kerri Nyumarket, Ontario, Kanadada anadan olmuşdur. Özündən böyük iki bacısı və bir qardaşı var. Əqidəcə katolik xristiandır. Ana tərəfdən fransız, irland, şotland və ata tərəfdən Kanadalı fransızdır. == Kariyerası == İlk çıxışını "In Living Color" isimli bir tv şousunda etdi. Etdiyi qeyri-adi hərəkətlər və üz mimikaları ona erkən uğur gətirmişdi. 1994-cü ildə çəkildiyi Maska filmi isə ona dünya şöhrəti gətirdi.
Con Kerri
Con Forbes Kerri (11 dekabr 1943[…], Aurora) — ABŞ-nin Massaçusetsdən seçilmiş senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin sədridir. Con Kerrini Azərbaycan dövləti və xalqıyla bağlayan məsələ isə onun və erməni lobbisinin dəstəyi ilə 907-ci düzəliş irəli sürülməsidir. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına əlavə edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.
Crypturellus kerriae
Crypturellus kerriae (lat. Crypturellus kerriae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Dəlisov Papaqçı (Kerrolun personajı)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Kerri-Enn Moss
Kerri-Enn Moss (ing. Carrie-Anne Moss; 21 avqust 1967) – kanadalı aktrisa. Özünün "Matriks" serialında, Suvenir və "Şokalad" filmlərindəki rollarına görə məşhurluq qazanmışdır. == Həyatı və karyerası == === Gənclik dövrü === Kerri-Enn Moss Vankuver Kanadanın Britaniya Kolumbiyası əyalətində anadan olub. Onun Bruk adlı böyük qardaşı vardır. Ennin anası Barbara qızının adının o vaxtlar əfsanəvi hit olan Hollies-dən "Kerri Enn" mahnısından götürmüşdür. Moss həyatının böyük hissəsini anası ilə Vankuverdə keçirib. 11 yaşında o, Vankuverdə uşaq musiqi teatrında çıxış edir və sonradan Avropaya konsert turuna yollanır. O vaxtlar Enn ilə birlikdə onun sinif yoldaşı Hill Bellou da yola düşmüşdü. Turdan qayıtdıqdan sonra o, Amerikan Dram İncəsənət Akademiyasını daxil olur.
Kerri (film, 2013)
Kerri (ing. Carrie) 2013-cü il Amerika istehsalı olan qorxu, fövqəltəbii və dram janrlı filmdir. Bu film 1978-ci ildə eyni adlı əsər əsasında Metro-Goldwyn-Mayer tərəfindən hazırlanmış filmin motivləri əsasındadır.Əsas rollara Kloe Qreys Moretz və Culianna Mur çəkiliblər. == Məzmun == Marqaret Vayt yalnız yaşadığı evdə tək başına uşaq dünyaya gətirir. O uşaq isə onun günahının məhsuludur. Dindar olan Marqaret əvvəlcə uşağı öldürmək istəyir, lakin daha sonra fikrini dəyişir. İllər keçir. Kerri Vayt utanqac və ətrafdakılar tərəfindən təhqir və tədric olunan bir qızdır. Bir gün idman dərsindən sonra hamamda Kerridə ilk dəfə olaraq qadın xəstəliyi baş verir. Bunun nə olduğunu bilməyən Kerri qanaxmadan öləcəyini fikirləşir və qorxaraq digər qızların yanına qaçır və qışqıraraq onlardan kömək istəyir.
Kerri Bredşou
Kerolin “Kerri” Bredşou Preston (ing. Caroline «Carrie» Bradshaw) – Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin və gənclər üçün prikvel-serial “Kerrinin Gündəlikləri”-nin baş qəhrəmanı. Kerri rolunu filmlərdə və serialda aktrisa Sara Cessika Parker, gənc Kerrini isə “Kerrinin Gündəlikləri”-də Annasofiya Robb canlandırmışlar. Bu obrazın prototipı onun yaradıcısı, jurnalist, "The New York Observer"ə məqalələr yazan və kitabın müəlifi olan Kendis Bunşelldir. == Böyük şəhərdə seks == === Obrazın təsviri === Kerri çox dəbli, ağıllı və cazibədardır. O, heç vaxt ruhdan düşmür və heç vaxt yumor hissini itirmir. Onun yaralı yeri ayaqqabıdı. Manolo Blanik, Cimi Çu kimi məşhur dizaynerlərin ayaqqabılarını görəndə özünü saxlaya bilmir. Kerrinin həyatı onun rəfiqələri Miranda, Samanta və Şarlotta ilə sıx bağlıdır. Onun həyatının sevgisi isə Mister Bigdir və Kerri onu serialın altı mövsümü ərzində unuda bilmir.
Kerri Fişer
Kerri Fişer (ing. Carrie Fisher; 21 oktyabr 1956[…], Berbank, Kaliforniya və ya ABŞ – 27 dekabr 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və ssenaristi. == Həyatı == 21 oktyabr 1956-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində Eddi Fişer və Debbi Reynoldsun ailəsində doğulub. 2 yaşı olanda ailə dağılmış və ata məşhur aktrisa Elizabet Teylorla evlənmişdir. Uşaqlıqda aktrisa olmaq arzusu olan Kerri "Central School of Spench and Drama"da təhsil aldı. İlk filmi "Şampun" filminə 1975-ci ildə çəkildi. Aktrisanın karyerasında dönüş yaradan film isə 1977-ci ildə çəkilən Ulduz müharibələri filmində "Şahzadə Leya" obrazı oldu. Daha sonra 1980-ci ildə "Cazmen Qardaşlar" filmində rol aldı. 1990-cı ildə "Postcards from the Edge" filminin sserisini yazmışdır. Kerri Fişer 27 dekabr 2016-cı ildə Londondan qayıdarkən təyyarədə infarkt keçirmişdir.
Kerri Kavano
Kerri Kavano — ABŞ diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Kerri Kennedi
Meri Kerri Kennedi (8 sentyabr 1959, Vaşinqton) — Amerikalı insan hüquqları müdafiəçisi və yazıçı. Robert F. Kennedi və Ethel Skakelin yeddinci uşağı və üçüncü qızıdır. O, insan hüquqları müdafiə edən — Robert F. Kennedi Insan Hüquqları təşkilatının prezidentidir. == Həyatı == Mary Kerri Kennedi 1959-cu ildə Vaşinqton şəhərində anadan olmuşdur. Doğumundan üç gün sonra atası, qardaşının prezidentlik kampaniyasını aparmaq üçün Senat Raketlər Komitəsinin baş məsləhətçisi vəzifəsindən istefa etmişdir. Atası 1968-ci ildə öldürülmüşdür. Putney Məktəbi və Brown Universitetinin məzunudur və Boston College Hüquq Fakültəsindən Juris Doktorunu qazanmışdır. 9 iyun 1990-cı ildə Endryu Kuomo ilə 30 yaşında Vaşinqton, DC-dəki Həvari Matta Katedralində evlənmişdir. Üç qızları var: əkizlər, Kara Etel' Kennedi-Kuomo və Merayya Matilda Kennedi-Kuomo (1995) və Mikaela Andrea Kennedi-Kuomo (1997). Kennedi və Kuomo 2005-ci ildə boşanmışdır.
Kerri Kinq
Kerri Rey Kinq (ing. Kerry Ray King; 3 iyun 1964, Los-Anceles, Kaliforniya) — amerikalı musiqiçi: treş-metal qrupu olan Slayer-in ritm və solo gitaraçısı və onun yaradıcılarından biri. Kinq ən yaxşı metal gitaraçıları siyahısında yüksək sırada olsa da o, şəxsən yalnız 2008-ci ildə mükafata layiq görülmüşdür ("Qızıl tanrı" (ing. Golden God) nominasiyasında Metal Hammer jurnalının "Qızıl tanrılar mükafatı" (ing. Golden Gods Awards)). == Həyatı == Kerri Rey Kinq Los-Anceles, Kaliforniya ştatında anadan olub. Atası təyyarə hissələri üzrə inspektor, anası isə telefon kompaniyasında çalışmışdır. Kinq məktəbdə dərslərini yaxşı oxuyur, riyaziyyatı isə mükəmməl bilirdi. Sonralar sevgiyə başı qarışan Kinqin qiymətləri aşağı düşməyə başlayır. Kinq çıxışlarının birində içki qəbul etdiyini amma heç bir zaman aslılıq yaradan dərmanlardan istifadə etmədiyini etiraf edir.
Kerri Ollivyerre
Kerri Ollivyerre (d. 16 yanvar 1999) — Qrenadalı üzgüçü. Kerri Ollivyerre Qrenadanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kerri Ollivyerre birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 55.91 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 90-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Kerry King
Kerri Rey Kinq (ing. Kerry Ray King; 3 iyun 1964, Los-Anceles, Kaliforniya) — amerikalı musiqiçi: treş-metal qrupu olan Slayer-in ritm və solo gitaraçısı və onun yaradıcılarından biri. Kinq ən yaxşı metal gitaraçıları siyahısında yüksək sırada olsa da o, şəxsən yalnız 2008-ci ildə mükafata layiq görülmüşdür ("Qızıl tanrı" (ing. Golden God) nominasiyasında Metal Hammer jurnalının "Qızıl tanrılar mükafatı" (ing. Golden Gods Awards)). == Həyatı == Kerri Rey Kinq Los-Anceles, Kaliforniya ştatında anadan olub. Atası təyyarə hissələri üzrə inspektor, anası isə telefon kompaniyasında çalışmışdır. Kinq məktəbdə dərslərini yaxşı oxuyur, riyaziyyatı isə mükəmməl bilirdi. Sonralar sevgiyə başı qarışan Kinqin qiymətləri aşağı düşməyə başlayır. Kinq çıxışlarının birində içki qəbul etdiyini amma heç bir zaman aslılıq yaradan dərmanlardan istifadə etmədiyini etiraf edir.
Luis Kerrol
Luis Kerrol (27 yanvar 1832[…] – 14 yanvar 1898[…]) — ingilis yazıçısı. Daha çox Alisa möcüzələr ölkəsində və Alisa xəyal güzgüsündə əsərləri ilə tanınır. == Həyatı == Luis Kerrol 1832-ci ildə Çeşir qraflığında yerləşən Darsberi kəndində doğulmuşdur. O, ailənin böyük övladı olmuş və 3 qardaşı, 7 bacısı olmuşdur. Kerrol rəsm çəkməyi çox sevirmiş. Bir gün parkda oynayan 3 qız uşağının foto çəkmiş və onun əsl Alisa ilə tanışlığı belə başlamışdır. Bu qızlardan biri olan Alisa onun sehirli povestinin baş qəhrəmanı olmuşdur. Bu nağıl 1865-ci ildə yazılmışdır. Əsərin əsas süjeti Alisanın ğördüyü qəribə yuxular əsasında qurulmuşdur. 1867-ci ildə Kerrol Londonda Alisa Teodora Reyts adlı başqa bir Alisa ilə tanış olmuşdur.
Luis Kerroll

Neoseiulus kerri
Neoseiulus kerri (lat. Neoseiulus kerri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Rafflesia kerrii
Rafflesia kerrii (lat. Rafflesia kerrii) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Solanum kerrii
Solanum seaforthianum (lat. Solanum seaforthianum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Sinonimləri == Solanum cyrrhosum Dunal Solanum kerrii Bonati Solanum prunifolium Roem. & Schult. Solanum salignum Roem. & Schult.
Uillis Kerrier
Villis Kerrier (ing. Willis Haviland Carrier; XIX əsr – 7 oktyabr 1950, Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı. İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır. == Həyatı == U.Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib. O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub. == Fəaliyyəti == İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub.
Villis Kerrier

Ürəklər Valeti (Kerrolun personajı)
Ürəklər Valeti — Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. == Xarakteristika == "Ürəklər Valeti" personajı ilk dəfə "Alisa möcüzələr ölkəsində" əsərinin "Krallıq kroketi" adlı səkkizinci fəslində peyda olur və yaxşı insan kimi təqdim olunur. "Krendelləri kim oğurlayıb?" adlı 11-ci əsas şübhəli şəxs hesab olunur. Ardınca 12-ci fəsil "Alisanın sübutu" fəslində peyda olur. == Uyğunlaşdırma == ABŞ rejissoru Tim Börtonun 2010-cu ildə çəkdiyi Alisa möcüzələr ölkəsində filmində ABŞ aktyoru Krispin Qloverin canlandırdığı "Ürəklər Valeti" personajı, İlosoviç Steyn (ing. Ilosovic Stayne) kimi təqdim olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2003 ••• 0.39
2008 •• 0.24
2009 0.16
2010 •• 0.27
2011 •• 0.26
2012 ••• 0.43
2013 •••••••••••••••••••• 3.50
2014 ••••••••••••••••• 2.92
2018 0.15

Oxşar sözlər

#kerr nədir? #kerr sözünün mənası #kerr nə deməkdir? #kerr sözünün izahı #kerr sözünün yazılışı #kerr necə yazılır? #kerr sözünün düzgün yazılışı #kerr leksik mənası #kerr sözünün sinonimi #kerr sözünün yaxın mənalı sözlər #kerr sözünün əks mənası #kerr sözünün etimologiyası #kerr sözünün orfoqrafiyası #kerr rusca #kerr inglisça #kerr fransızca #kerr sözünün istifadəsi #sözlük