fərr sözü azərbaycan dilində

fərr

Yazılış

  • fərr • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fikrət Məmmədov (Fərrux oğlu)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Fərraş
Fərraş — Azərbaycan Respublikasının Laçın rayonu Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Fərraş kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fərraş kənd Soveti yaradılmışdır. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Zəngəzur qəzasında maldarlıqla məşğul olmuş sarallı tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılar bu oykonimi Fərraş şəxs adı və ya orta əsrlərdə saray xidmətçisi vəzifəsi ilə əlaqələndirirlər. Əslində, faraş sözü Azərbaycan dilinin qərb qrupu dialektlərində heyvanlara və bitkilərə aid olub "tez böyüyən, iriləşən, vaxtından əvvəl yetişən" mənasında işlənir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Fərrux
Fərrux — kişi adı.
Fərrux (Dərəçiçək)
Fərrux — İrəvan əyaləti, Dərəçiçək nahiyəsində kənd. Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-cu illərindən indiki Ermənistanın Axta (Razdan) rayonunun Yayçı kəndinin, Zəngi çayının sağ tərəfində yerləşirdi. Fərrux kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qeydə alınmışdır. Həmin mənbədən məlum olur ki, XVIII əsrdə Fərrux kəndi Hacı Süleyman oğlunun adına olan timara daxildir və gəliri 4000 ağçadan ibarətdir. İ.Şopenin əsərində Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olan kənd kimi Fərrux toponimi Farux formasında qeydə alınmışdır. N.Məmmədov Fərrux kəndinin adının həm Fərrux, həm də Fərruk formalarında göstərir. Kəndin adının Fərruk formasında göstərilməsi ola bilsin texniki səhvdir. Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Farux formasında qeyd edilir. Fərrux kənd adının rus mənbələrində Farux formasında qeyd edilməsi, rus dilinin orfoqrafik qaydaları ilə bağlı ola bilər.
Fərrux (Xocalı)
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Fərrux Abbasov
Fərrux Bayramov
Fərrux Hacıyev
II Fərrux Yasar
II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx ikinci, Şirvanşah II İbrahimin oğlu. == Fəaliyyəti == Bu şirvanşah adından kəsilmiş sikkə tapılana kimi elm aləminə bəlli deyildi. 1934-cü ildə Salyandan Bakıya II Şeyx İbrahim və II Xəlilülahın adından Şamaxıda kəsilmiş 906 gümüş Şirvanşah sikkəsindən ibarət dəfinə gətirilmişdir. Onların arasında h.934 (1527/8)-cü ildə Y. A. Paxomovun fıkrincə, "başqa mənbələrdən məlum olmayan"' II Fərrux Yasarın adından kəsilmiş bir sikkə də var idi, lakin Fərrux Yasar ibn Şeyxşahın adı Şahruxun atası kimi, Həsən bəy Rumlu və Münəccimbaşıda – "Şahrux ibn Sultan Fərrux ibn Şeyxşah", Cənnabidə – "Şahrux ibn Fərrux Mirzə", Şərəf xan Bidlisidə -"Şahrux ibn Fərrux Yasar" – çəkilir. Beləliklə, yazılı mənbələrə görə, Fərrux Yasar, yaxud Sultan Fərrux Şeyxşahın oğlu, II Xəlilüllahın qardaşı və Şahruxun atasıdır. Fərrux Yasarın adı çəkilən h.934 (1527/8)-cü ilə aid eynilə belə bir sikkə 1935-ci ildə Bakıda tapılmış, II Xəlilüllah və Şahrux adından Şamaxıda kəsilən xırda gümüş Şirvanşah sikkələri dəfinəsində (459 nüsxə) aşkara çıxarılmışdır. Numizmatik məlumatlar göstərir ki, II Fərrux Yasar h.934 (1527/8)-cü ildə Şirvanda hakimlik edən və Şamaxıda sikkə zərb etdirən qardaşı Şirvanşah II Xəlilüllahla eyni vaxtda pul kəsdirmişdir. Ehtimal ki, həmin vaxt Şah İsmayılın ölümündən istifadə edən Fərrux Yasar hakimiyyəti qardaşı Şirvanşah II Xəlilüllahdan qəsb etmişdir. Münəccimbaşının əsərində buna işarə edilir. O, xəbər verir ki, "Şah İsmayılın qızına evlənən Sultan Xəlil ibn Şeyxşah onun himayəsinə nail oldu.
II Fərruxzad
II Fərruxzad (1260, Şamaxı – 1282, Şamaxı) — Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı, Şirvanşah II Axsitanın oğlu. == Fəalliyyəti == Hülakü xanın hökmranlığı dövründə (1256-1265) Elxanilərin Şirvan üzərində hakimiyyəti gücləndi. Elxanilər vaxtında monqol köçərilərinin və köçəri zadəganlığının Şirvana axını son dərəcə artdı. Onlar münbit torpaqları, oturaq feodalların otlaqlarını zəbt edirdilər. Şirvanın əhalisi vergilərin ağırlığından və köçəri feodalların zülmündən əzab-əziyyət çəkirdilər. Bu dövrdə Şirvanşahın hakimiyyəti, görünür, nominal xarakter daşıyırdı və ölkənin ərazisi xeyli kiçildilmişdi. Şirvan, demək olar ki, yüzillik bir dövr ərzində Elxanilərlə Qızıl Orda xanları arasında hərbi əməliyyatlar meydanına çevrilmişdi. Hülakü xan 1265-ci ildə öldükdən sonra onun oğlu və varisi Abaqa xanın (1265-1282-ci illər) zamanında Qızıl Orda xanları dəfələrlə Dərbənd keçidindən Şirvana soxulmuşdular. Abaqa xan cuçilərin hücumundan qorunmaq üçün Kür çayı boyunca bir sıra sədlər və istehkamlar tikdirmişdi. Şair Nizari h.679-cu ildə (1281-ci ilin əvvəlində) Kuhistandan Qafqaza xidməti səfəri zamanı karvan yollarında çoxlu monqol qoşunun toplandığını müşahidə etmişdi.
I Fərrux Yasar
Fərrux Yasar (2 iyun 1441, Bakı – 1500, Şamaxı) — Şirvanşahlar dövlətinin otuz altıncı hökmdarı, Şirvanşah I Xəlilullahın oğlu. == Fəaliyyəti == === Siyasi vəziyyət === I Fərrux Yasar çox qarışıq siyasi proseslərin baş verdiyi dövrdə hakimiyyətdə olmuşdur. Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büsbütün darmadağın edildikdən sonra onun yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu, Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi. === Fateh Sultan Mehmedlə münasibətlər === Fərrux Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451- 1481) ittifaq bağlamağa çalışırdı. 1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçisi "Xələf əl-üməra və-1-əkabir" (əmir və əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə İstanbula göndərmişdi. Şirvanşahın şəxsi taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd Şirvanidən 2 qızıl külçəsi almışdı. Şirvanşah sultana özünə zireh sifariş etmək üçün yuxarıda adı çəkilən tacirdən alınmış 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş göndərmişdi.
I Fərruxzad
I Fərruxzad (Şamaxı – 1204, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi dördüncü hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. I Axsitanın qardaşı oğlu II Fəribürz ibn II Əfridundan sonra, Axsitanın qardaşı, III Mənuçöhrün dördüncü oğlu Fərruxzad hakimiyyətə keçmişdir. İndiyədək Fərruxzadın sikkəsi tapılmamışdır. Görünür, o, çox qısa müddət, ehtimal ki, bir ilə yaxın hakimiyyət sürmüşdür. I Fərruxzadın adı onun öz şəcərəsini göstərən oğul və nəvələrinin sikkələrindəki kitabələrdə, habelə epiqrafık abidələrdə -Mərdəkan kəndindəki dairəvi qalada oxunur: "...Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr..." Kitabədə tarix göstərilmişdir: mərdad ayı, altı yüzüncü il (avqust, 1204-cü il). Görünür, Fərruxzad qoca vaxtında, çox az, ehtimal ki, XIII əsrin əvvəlində hakimiyyətdə olmuş və onun hakimiyyəti h.600 (1204)-cü ildən gec olmayaraq başa çatmışdır. Fərruxzadın adı Pirsaatçay xanəgahının giriş portalındakı kitabədə("... (III) Fəribürz ibn Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr...") və Göylər kəndindəki Pirmərdəkan türbəsinin içərisindəki kitabədə("Ən böyük padşah, xaqan... Fərruxzad ibn Fəziləlmüvəhhid Mənuçöhr...") çəkilir Onun adı Dornun cədvəlində də var, lakin S. Aşurbəyliyə görə hakimiyyət illəri düzgün deyil. == Ailəsi == Atası III Böyük Mənuçöhr.
Malik Fərrux
İbrahimov Malik Fərrux oğlu (27 dekabr 1948, Laçın – 2 dekabr 1998, Bakı) — şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), "Qızıl Qələm" mükafatı laureatı. == Həyatı == Malik Fərrux 1948-ci il dekabrın 27-də Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966–1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , "Ulduz" jurnalında çap etdirdiyi "Qartallı Dağlar" şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının "Elm və texnika verlişləri" redaksiyasında redaktor, baş redaktor vəzifələrində çalışmışdır. О, dörd il televiziyanın "Ekran" divar qəzetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi "Karvan" qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. "Qara gözlər", "Sarı güllər", "Sən də tufanla oynama", "Polismen", "Qar yağır", "Alabəzək yuxular" və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur.
Mirzə Fərrux xan Qaffari
Mirzə Fərrux xan Qaffari (12 iyul 1812, Kaşan, İsfahan ostanı – 1871, Tehran) — İranın ictimai-siyasi xadimi, diplomat. == Həyatı == Mirzə Fərrux xan Mirzə Məhəmmədmehdi xan oğlu 1812-ci ildə Kaşan şəhərində anadan olmuşdu. Ünlü Qaffari soyuna mənsubdur. Mükəmməl mədrəsə təhsili almışdı. Əminəddövlə ləqəbi daşıyırdı. Mirzə Fərrux xan Qaffari Qacarlar dönəmində İranın Fransada vəziri-muxtarı (səfiri) olmuşdu. Mirzə Fərrux xan Qaffari (1856–1857)-ci illər İran-Böyük Britaniya savaşına görə Londonlu diplomatlarla danışıqlar aparmışdı. İngilis diplomatı Stratford de Redklif ondan İranda İngiltərənin missiyasını genişləndirməsində yardımını xahiş etmiş, Mirzə Fərrux xan ona müəyyən bir cavab verməmişdi. Mirzə Fərrux xan Qaffari 1871-ci ildə Tehran şəhərində vəfat edib. == Ailəsi == Mirzə Fərrux xan Qaffarinin Məhəmmədibrahim xan,Məhəmmədmehdi xan, Məhəmmədhüseyn xan, Məhəmmədhəsən xan adlı oğlanları vardı.
Mirzə Mahmud Fərruxi Yəzdi
Mirzə Məhəmməd Fərruxi Yəzdi (1889, Yəzd – 18 oktyabr 1939 və ya 18 noyabr 1939, Tehran) — İran şairi. == Həyatı == Mirzə Məhəmməd Fərruxi 1889-cu ildə Yəzd şəhərində doğulmuşdu. Atası Məhəmmədibrahim simsar idi. Məhəmməd Fərruxi mükəmməl mədrəsə təhsili almışdı. Mirzə Məhəmməd Fərruxi Yəzdi 18 oktyabr 1939-cu ildə öldürülüb. O, Rza xan Pəhləviyə qarşı dediyi həcvlərə və inqilabi ruhlu şeirlərə görə dodaqları tikilmişdi, sonra isə Qəsri-Qacarda məşhur cəllad "doktor" Əhməd Əhmədi tərəfindən zəhərlənmişdi. == Yaradıcılığı == O, elə atəşin bir vətənpərvər olmuşdur ki, öz şəxsi həyatını büsbütün unutmuş, səadətini vətəninin azadlığında görmüş, siyasi qovğalar və vuruşlar meydanına atıldığı ilk günlərdən öz dönməzliyi, fədakarlığı ilə hamını heyrətə salmış, təqiblərə, məhrumiyyətlərə, işgəncələrə dözmüş, dəfələrlə həbsxanalara düşmüş, azadlıq düşmənləri tərəfindən haqq deyən ağzı tikilmiş, lakin heç bir şey onu susdurmağa qadir olmamış, tutduğu doğru yolundan, əqidəsindən döndərə bilməmişdir. Fərruxi Yəzdi poeziyası XX əsr fars ədəbiyyatının ən parlaq və mənalı səhifələrindən birini təşkil edir. Siyasi lirikanın gözəl nümunələrini yardan bu sənətkarın əsərlərini nəzərdən keçirdikdə mərd, qorxmaz, vətənini, xalqını ürəkdən sevən, despot və imperialistlərin zülmünə məruz qalmış millətinin halına acıyan, düşmənlərinə dərin nifrət bəsləyən, qalib gəldikdə sevinən, məğlub olduqda müvəqqəti ümidsizliyə qapılan bir insanın obrazı gözümüz önündə canlanır. Şairin hər şerində bu mürəkkəb obrazın müəyyən cəhəti, xüsusiyyəti, ictimai kədəri oxucuya çatdırılır.
Mirzə Məhəmməd Fərruxi Yəzdi
Mirzə Məhəmməd Fərruxi Yəzdi (1889, Yəzd – 18 oktyabr 1939 və ya 18 noyabr 1939, Tehran) — İran şairi. == Həyatı == Mirzə Məhəmməd Fərruxi 1889-cu ildə Yəzd şəhərində doğulmuşdu. Atası Məhəmmədibrahim simsar idi. Məhəmməd Fərruxi mükəmməl mədrəsə təhsili almışdı. Mirzə Məhəmməd Fərruxi Yəzdi 18 oktyabr 1939-cu ildə öldürülüb. O, Rza xan Pəhləviyə qarşı dediyi həcvlərə və inqilabi ruhlu şeirlərə görə dodaqları tikilmişdi, sonra isə Qəsri-Qacarda məşhur cəllad "doktor" Əhməd Əhmədi tərəfindən zəhərlənmişdi. == Yaradıcılığı == O, elə atəşin bir vətənpərvər olmuşdur ki, öz şəxsi həyatını büsbütün unutmuş, səadətini vətəninin azadlığında görmüş, siyasi qovğalar və vuruşlar meydanına atıldığı ilk günlərdən öz dönməzliyi, fədakarlığı ilə hamını heyrətə salmış, təqiblərə, məhrumiyyətlərə, işgəncələrə dözmüş, dəfələrlə həbsxanalara düşmüş, azadlıq düşmənləri tərəfindən haqq deyən ağzı tikilmiş, lakin heç bir şey onu susdurmağa qadir olmamış, tutduğu doğru yolundan, əqidəsindən döndərə bilməmişdir. Fərruxi Yəzdi poeziyası XX əsr fars ədəbiyyatının ən parlaq və mənalı səhifələrindən birini təşkil edir. Siyasi lirikanın gözəl nümunələrini yardan bu sənətkarın əsərlərini nəzərdən keçirdikdə mərd, qorxmaz, vətənini, xalqını ürəkdən sevən, despot və imperialistlərin zülmünə məruz qalmış millətinin halına acıyan, düşmənlərinə dərin nifrət bəsləyən, qalib gəldikdə sevinən, məğlub olduqda müvəqqəti ümidsizliyə qapılan bir insanın obrazı gözümüz önündə canlanır. Şairin hər şerində bu mürəkkəb obrazın müəyyən cəhəti, xüsusiyyəti, ictimai kədəri oxucuya çatdırılır.
Rüstəm Fərruxzad
Rüstəm Fərruxzad — Sasani hərbçisi, dövlət xadimi. == Hakimiyyəti == Fərrux Hörmüzün 631-ci ildə öldürülməsindən sonra Atropatena və Xorasan sipəhsaları olmuşdu. Atasının intiqamını almaq üçün Ktesifonu ələ keçirmiş, Azarmedoxtu öldürərək yerinə Borandoxtu gətirmişdi. Borandoxtun ölümü, III Yezdəgirdin taxta çıxması ilə yenidən hakimiyyətə tabe olmuşdu. Ərəblərin İranı işğalı dövründə Ktesifonun idarəsi ona tapşırılmış, 634-cü ildə Körpü döyüşündə Sasani ordusu qələbə çalsa da Ktesifonda üsyanı yatırmağa məcbur olmuşdu. 636-cı ildə Yezdəgirdin əmrilə ərəblərə hücum etməyə məcbur olan Rüstəm, strateji olaraq uyğun görmədiyi bu döyüşdə iştirak üçün İraqa getdi. Qardaşı Fərruxzad Bavəndiyə yazdığı məktubda Azərbaycana getməsini əmr edir, Yezdəgirdi qorumasını tapşırırdı. Əl-Qadisiyyə yaxınlığında Ömər ibn Xəttabın ordusu ilə qarşılaşan Rüstəm havanın qumlu və toz fırtınalı olmasından istifadə edib ordunun içlərinə qədər səssizcə daxil oldu. Lakin Hilal ibn Ülafəyə arxadan yaxınlaşarkən Hilalın dəvəsi qorxdu və üstündəki ağır silahları yerə atdı, Rüstəm silahların altında qalaraq iflic oldu və Hilal sevincək onun başını kəsdi. Sasani ordusu bundan qorxaraq pərən-pərən düşdü.
Rəşid ibn Fərruxzad
Rəşid ibn Fərruxzad — Dərbənd əmiri, I Fərruxzadın oğlu, I Güştaspın qardaşı. == Həyatı == Həyatı çox işıqlandırılmamışdır. Adı ilk dəfə Monqol işğalı ərəfəsində keçir. === Monqol işğalı === Cəbə və Sabutayın orduları 1221-ci ilin qışında Dərbənd qapılarına çatdılar. Sabutayın uzun mühasirə fikri yox idi və Rəşidlə razılığa gəldilər ki, şəhərə toxunmasınlar, qarşılığında isə Rəşid onlara keçid üçün imkan yaratsın və bələdçilər təyin etsin. Rəşid gizlincə bələdçilərə monqol ordusunu ən çətin yollardan keçirməyini tapşırmışdı. Nəticədə Monqol ordusu yarıyadək azaldı və soyuqda donaraq öldü. Həmçinin Rəşid digər dağlı tayfalarına monqolların gəlişi barədə xəbər yolladı. === Qıpçaq işğalı === Monqollar Şirvandan gedəndən sonra darmadağın edilmiş qıpçaqlar bir yerə toplaşaraq Dərbəndə yollandılar. Bu vaxt oranın hakimi İbn əl-Əsirin Şirvanşah adlandırdığı Rəşid idi.
Ömər Fərrux Əfəndi
Ömər Fərrux Əfəndi (27 fevral 1898, İstanbul – 28 mart 1969, Qahirə) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu, son Osmanlı padşahı VI Mehmed Vahidəddinin kürəkəni. 1919–1924-cü illərdə Fənərbaxça FK-ya rəhbərlik etmişdir. == Həyatı == Şahzadə Ömər Fərrux Əfəndi 29 fevral 1898 tarixində Çırağan sarayında dünyaya gəlmişdir. Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndi, anası isə onun ilk xanımı olan Şahsüvar Başqadınəfəndidir. Hərb məktəbindən məzun olduqdan sonra Almaniyadakı Potsdam hərbi məktəbinə daxil oldu. Birinci Dünya müharibəsində Verdun cəbhəsində vuruşmuşdur. Müharibənin ardından 29 aprel 1920-ci ildə atasının əmisi oğlu və son Osmanlı padşahı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultanla evləndi. Bu evlilikdən 3 qızı — Nəslişah Sultan, Xanzadə Sultan və Nəcla Sultan dünyaya gəldi. Böyük qızı Fatma Nəslişah Sultan Osmanlı Xanədan dəftərinə adı yazılan son Osmanlıdır. Alman imperatoru II Vilhemi Osmanlı sultanı V Mehmed adına ziyarət edən Şahzadə Mehmed Vahidəddin Əfəndini, Mustafa Kamal Paşa ilə birlikdə müşayiət etdi.
Şahrux ibn Fərrux Yasar
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. == Fəaliyyəti == Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. === Şirvanda üsyan === Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
Fərrux Mahmudov
Fərrux Hüseynov (baş leytenant)
Fərrux Yasar
Fərrux Yasar (2 iyun 1441, Bakı – 1500, Şamaxı) — Şirvanşahlar dövlətinin otuz altıncı hökmdarı, Şirvanşah I Xəlilullahın oğlu. == Fəaliyyəti == === Siyasi vəziyyət === I Fərrux Yasar çox qarışıq siyasi proseslərin baş verdiyi dövrdə hakimiyyətdə olmuşdur. Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büsbütün darmadağın edildikdən sonra onun yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu, Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi. === Fateh Sultan Mehmedlə münasibətlər === Fərrux Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451- 1481) ittifaq bağlamağa çalışırdı. 1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçisi "Xələf əl-üməra və-1-əkabir" (əmir və əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə İstanbula göndərmişdi. Şirvanşahın şəxsi taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd Şirvanidən 2 qızıl külçəsi almışdı. Şirvanşah sultana özünə zireh sifariş etmək üçün yuxarıda adı çəkilən tacirdən alınmış 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş göndərmişdi.
Fərruh Güpgüp
Fərruh və ya Fərruhə Güpgüp (1891, Kayseri – 18 aprel 1951) ― türk siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O 5-ci Türkiyə parlamentində Kayseri seçki dairəsinin millət vəkili olaraq fəaliyyət göstərmişdir. == Erkən həyatı == Fərruh Güpgüp 1891-ci ildə (bəzi mənbələrə görə 1889-cu ildə) Kayseridə doğulmuşdur. Atası Əhməd Mithət bəy, anası isə Talia xanımdır. Anasını və qardaşı Firidunu qatar qəzası nəticəsində itirmiş, özü isə yaralanmışdır. Bu qəzadan sonra bir müddət atası ilə birlikdə İzmirdə yaşamış, İzmirin işğalından sonra yenidən Kayseriyə qayıtmışdır. Güpgüpün atası bəstəkar idi. Güpgüp özü də türk sənət musiqisi üzrə təhsil almışdı və pianoda ifa etməyi bacarırdı. O həmçinin tikib-biçməyi bilir və bunu ətrafındakı qadınlara öyrədirdi. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı cəbhənin geyim ilə təmin edilməsində Güpgüp və ətrafındakı qadınların böyük əməyi olmuşdur.
Fərrux Yusifov
Fərrux Yusifov (17 aprel 1916, Kiş Nuxa qəzası - 2 iyul 1976 Bakı) — Elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun elmi kommunizm kafedrasının müdiri. == Haqqında == Fərrux Yusifov 17 aprel, 1916 - cı ildə Nuxa qəzası anadan olmuşdur. == Əmək fəaliyyəti == Fərrux Yusifov 1936-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Azərbaycan SSR-in Şəki rayonundakı məktəblərdə müəllim, baş müəllim, direktor vəzifələrində çalışmışdır. 1952 - ci ildən Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi işləyib, ondan sonra Azərbaycan KP Şəki rayon komitəsinin birinci katibi olub. Fərrux Yusifov Şəki rayonunun rəhbəri işlədiyi illərdə bir çox mühüm işlər görmüşdür. Yeni yollar çəkilib, Şəki Teatrının, Şəki Mərkəzi Kinoteatrının binası, xəstəxanalar, məktəblər tikildi ki, bu gün də buna görə ona minnətdar olan Şəki sakinlərinə xidmət edir. 1960 - cı ildə Bakıya dəvət olunub, Azərbaycan SSR Mədəniyyət Nazirinin müavini vəzifəsində çalışıb. Mədəniyyət və təhsil sahəsində çalışdığı illər ərzində Azərbaycanın rifahı naminə də bir çox işlər görmüşdür. Fərrux Yusifov 1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləmişdir. 1971-ci ildən elmi kommunizm kafedrasının müdiri olub.

fərr sözünün leksik mənası və izahı

"fərr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fərr nədir? #fərr sözünün mənası #fərr nə deməkdir? #fərr sözünün izahı #fərr sözünün yazılışı #fərr necə yazılır? #fərr sözünün düzgün yazılışı #fərr leksik mənası #fərr sözünün sinonimi #fərr sözünün yaxın mənalı sözlər #fərr sözünün əks mənası #fərr sözünün etimologiyası #fərr sözünün orfoqrafiyası #fərr rusca #fərr inglisça #fərr fransızca #fərr sözünün istifadəsi #sözlük