* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Dəyməmiş, yetişməmiş, göy. Kal yemiş. Kal tut. Kal alça. – [Hurizadın] …tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Çəmənzəminli. Nəbi güllə atsa düzdə, ya dikdə; Tağlar meyvəsini yerə kal salar. M.Rahim. // İs. mənasında. Əriyin kalı. – İyid nərəsindən, güllə səsindən; Dəyməmiş tökülür kalların, dağlar! Aşıq Ələsgər. 2. məc. Hələ yetişməmiş, inkişaf etməmiş. Almaniyanın İngiltərə-Fransa-Rus əleyhinə düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaqdır, kaldır, yetişməmişdir. M.S.Ordubadi. Bax, bu yerlərdə adamlar dəyişir; Kal (z.) gələn burda dəyir, tez yetişir. S.Rüstəm. 3. məc. Tutqun, boğunuq (səs haqqında). [Vəkil] kal səsi ilə Nemətə yer göstərdi. Çəmənzəminli. Əsgərin qulağında Əlyarın kal səsi eşidildi. S.Rəhimov. 4. məc. dan. Kütbeyin, gecanlayan. Kal adam. – Yaş yetirib kal oldunuz; Görə-görə kor oldunuz; Dinə-dinə lal oldunuz; Səbrinizə heyrətdəyik; Siz dözümdə fil oldunuz. B.Vahabzadə. ◊ Yuxudan kal oyanmaq – lazımınca yatıb yuxusunu almamaq, yuxudan yarımçıq durmaq. [Səttar:] Əşi, yuxudan kal oyanıb gözümü açıram, görürəm, gün təzəcə çırtlayır. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / kal2 Bax: kəl. (“Koroğlu” dastanının lüğəti) Kal qoşub kotan əkməyən, Nanın süfrəyə tökməyən, Arının qəhrin çəkməyən Balın qədrini nə bilir? (“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası / kal2 KAL [Vəliş:] Xam at qorxulu, kal meyvə zərərli, naşı adam karsız olur (Ə.Vəliyev); YETİŞMƏMİŞ Doktor: Yetişməmiş bir meyvəni dərməkdən mənfəət əvəzinə zərər və bəlkə də xəta gələ bilər (S.S.Axundov); DƏYMƏMİŞ Gülsüm: Arvadlar dünən ona çoxlu dəyməmiş əzgil yediriblər (X.Hasilova); GÖY (dan.) Aytən dedi: – Çiyələk; Eliş dedi: – Göy yemiş (M.Rzaquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / kal1 KAL – YETİŞMİŞ ...Kal meyvələrdən dərib ağzına atır... (M.İbrahimov); Ağaclar yetişmiş sarı, dolu, sulu, şirin armudu ehmallıca yerə buraxırdı (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / kal2 1 прил. 1. зелёный: 1) незрелый, неспелый (о плодах, ягодах, овощах). Kal alma зеленое яблоко, kal üzüm зеленый виноград, kal pomidor зеленый помидор 2) перен. разг. незрелый, неопытный вследствие молодости. O hələ kaldır он пока зеленый 3) перен. не зрелый, не сложившийся полностью 2. тупой, несообразительный. Kal uşaq несообразительный ребенок 3. перен. хриплый, сиплый. Kal səs хриплый голос ◊ yuxudan kal durmaq (oyanmaq, qalxmaq) проснуться не выспавшись 2 нареч. диал. слабо, плохо. Kal eşitmək плохо слышать
Azərbaycanca-rusca lüğət / kal1 s. 1. (yetişməmiş) unripe, green; 2. məc. immature; 3. (səs haq.) hoarse, husky, raucous; ~ səs hoarse / husky voice; ~ səslə danışmaq to speak* in a hoarse voice; 4. məc. (gec anlayan) hard of understanding, slow-witted; (kütbeyin) dull, obtuse, stupid; ~ adam slow-witted person; dullard, dunderhead; ◊ yuxudan ~ oyanmaq to awake* having / getting not enough sleep
Azərbaycanca-ingiliscə lüğət / kal1 sif. 1) pas mûr, -e, vert, -e ; 2) məc. attardé, -e ; arriéré, -e ; 3) sifflant, -e ; rauque ; ~ səs voix f rauque ; ~ səslə danışmaq parler à voix rauque ; 4) məc. tête f dure, esprit m obtus, esprit m lourd, stupide, borné, -e ◊ yuxudan ~ oyanmaq réveiller (se) sans assez dormir ; ne pas dormir suffisamment
Azərbaycanca-fransızca lüğət / kal1 прил. 1. кал; дигмиш тахьай, къацуз амай, бегьем чурун тавур (мес. емиш); 2. пер. лазим тир дережадиз агакь тавунвай, бегьем тахьанвай; 3. пер. бамиш жедай хьтин, туьтер кьур хьтин, усай, ифей (ван); 4. пер. рах. куьт, гъавурда такьар, геж гъавурда акьадай, кьиле затӀ гьат тийир (мес. кас); ** yuxudan kal oyanmaq вахтунилай фад ахварай аватун, лазим кьадар ахвар тахьун, ахвар галамаз къарагъун.
Azərbaycanca-ləzgicə lüğəti / kalI (Kürdəmir, Naxçıvan, Şəki) kobud. – Əhməd, sən çox kal adamsan ha! (Naxçıvan); – Bi dəfə mən unnan kal söz eşitməmişəm (Şəki) II (Naxçıvan) şiv, ağacın zoğu. – Ağaşdan bir kal kəsdim III (Salyan, Bakı) ağır, zəif. – Bilmirəm nedəndi, iku-üç gündi kal eşidirəm (Salyan)
Azərbaycan dilinin dialektoloji lüğəti.I (Salyan) 1. zəif, pis. – Həsən bi az ka:l eşidir, bərkdən di 2. könülsüz, həvəssiz. – Cücələr arpanı çox ka:l yiyir II (Cəlilabad) soyuq, laqeyd. – Qıza, ka:l yanaşmə, fikir ver
Azərbaycan dilinin dialektoloji lüğəti.