kalibr sözü azərbaycan dilində

kalibr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kalibr • 80.0000%
  • Kalibr • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kalibr
Kalibr — maşın hissələrinin səthlərinin ölçü, forma və qarşılıqlı yerləşməsinə nəzarət etmək üçün tətbiq olunan bölgüsüz ölçmə alətidir. kalibr odlu silahların lüləsinin, həmçinin mərminin (minanın, güllənin) diametridir, silahın gücünü təyin edən əsas kəmiyyətlərdən biridir. == Ümumi məlumat == Kalibrlər həddi və normal olurlar. Normal kalibrlər (şablonlar) mürəkkəb səthlərə nəzarət ertməyə xidmət edirlər. Həddi kalibrlər keçən və keçməyən tərəflərə (nominal ölçünün yuxarı və aşağı həddləri) malik olaraq ölçünü buraxılabilən müsaidə daxilində olmasını yoxlamağa şərait yaradır. Həddi kalibrlər silindr, konus, yiv və şlis formalı səthlərin yoxlanmasında istifadə olunur. Həddi kalibrlər kontruksiya olunan zaman Teylor prinsipinə riayət olunmalıdır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, keçən kalibr birləşmə boyu xətaları nəzərə almaqla qovuşan hissənin yoxlanılan ölçüsünün prototipidir. Keçməyən kalibr isə yalnız hissənin ayrı-ayrı ölçülərini yoxlayır və buna görə də, xətaları aradan qaldırmaq üçün kiçik uzunluğa malik olur. Kalibrlər daxili və xarici ölçülər üçün nəzərdə tutulduğundan onlar iki qrupda birləşirlər.
Ağır kalibrli snayper tüfəngi
Ağır kalibrli snayper tüfəngi, böyük kalibrli snayper tüfəngi və ya Anti-material tüfəngi hərbi nəqliyyat vasitələrinə və ya digər hərbi texnikalara qarşı istifadə edilmək üçün hazırlanmış tüfəng növüdür. Ağır kalibrli snayper tüfənglərinin tarixi Birinci Dünya Müharibəsində istifadə olunan tank əleyhinə tüfənglərə gedib çıxır. İkinci Dünya Müharibəsində də geniş şəkildə istifadə edilmişdirlər, lakin sonralar ağır zirehli texnikalara qarşı effektiv olmadıqlarına görə bazuka kimi raket buraxıcı qurğular və arxaya təpməsiz tüfənglərlə əvəz edildilər, ancaq Koreya müharibəsinə qədər istifadə edilmişdirlər. Modern ağır kalibrli snayper tüfəngləri Soyuq müharibənin sonlarından hazırlanmağa başlanıldılar. Əvvəlki tank əleyhinə tüfənglərdən fərqli olaraq, onlar əsasən yüngül zirehli maşınlar və ya hədəflər qarşı istifadə olunurlar.
Kalibrasiya
Kalibrasiya (psixologiyada) — Göz hərəkətləri və bədən dili sizə təmsil sistemləri ilə bağlı ümumi bir baxış yaradır. Kalibrasiya texnikası isə, fərqli məlumatları tanımağınızı və tətbiq etməyinizi təmin edər. Hər insan üçün xüsusidir, yeganədir. İş və ya şəxsi həyatınızda bunu faydalı bir şəkildə istifadə edə bilərsiniz. Bir insanın fərdi və ətraflı ipuclarını daha çox tanıdıqca, onun davranış qəliblərini və fərqli hallarını də tanımağa başlayarsınız. O insanın yalnız sözlərini deyil, sizdə buraxdığı təsirləri də qiymətləndirə bilərsiniz. Əlaqələrinizdə və ünsiyyətlərinizdə dəyərləndirməyiniz lazım olan bir çox ipucu var. Bu ipuclarından bəziləri şüuraltından gəlir və siz bu ipuclarını qiymətləndirərək bir insanın bir şeyi söyləyəcəyini ya da bir şeyi edəcəyini əvvəldən bilə bilərsiniz. İnsanların nəfəs alıb vermələrinə, əzələlərinin gərgin olub olmadığına, üzlərinin rənginə baxaraq məlumat əldə edə biləcəyinizi unutmayın və bunu yoxlayın. Sözlərimizlə, səs tonumuzla və bədən dilimizlə çox zaman fərqinə belə varmadan başqalarının "ruh hallarına" təsir edərik.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.13 dəfə / 1 mln.
2011 •• 0.09
2013 •••••••••••••••••••• 1.31
2014 ••• 0.17
2017 ••••• 0.33
2018 ••••• 0.30

kalibr sözünün leksik mənası və izahı

  • 1 [fr.] 1. xüs. Silah lüləsi diametrinin ölçüsü; çap. Kalibri böyük toplar. // Mərmi və ya güllənin diametri. 2. tex. Kütləvi istehsal olunan şeylərin dəqiq, müəyyən ölçüsü. 3. tex. Məmulatın ölçüsünü, formasını və s. yoxlamaq üçün ölçü aləti.

    Azərbaycan dilinin izahlı lüğəti / kalibr

kalibr sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. тех. воен. калибр: 1. диаметр канала ствола огнестрельного оружия, орудия 2. диаметр снаряда или пули 3. точный, определенный размер каких-нибудь предметов массового производства 4. бесшкальный измерительный инструмент для проверки размеров, формы изделий II прил. калибровый, калибровочный. Kalibr silindri калибровочный цилиндр, kalibr təsərrüfatı нефт. калибровое хозяйство

    Azərbaycanca-rusca lüğət / kalibr

kalibr sözünün inglis dilinə tərcüməsi

kalibr sözünün fransız dilinə tərcüməsi

kalibr sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] калибр (1. хуьс. яракьдин луьледин диаметрдин алцумаг; гуьлледин диаметр; 2. тех. гьасил ийизвай затӀарин тайин, дуьз уьлчуь; 3. тех. затӀарин уьлчуь, форма ва мс. юхламишун патал алат).

    Azərbaycanca-ləzgicə lüğəti / kalibr

"kalibr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kalibr nədir? #kalibr sözünün mənası #kalibr nə deməkdir? #kalibr sözünün izahı #kalibr sözünün yazılışı #kalibr necə yazılır? #kalibr sözünün düzgün yazılışı #kalibr leksik mənası #kalibr sözünün sinonimi #kalibr sözünün yaxın mənalı sözlər #kalibr sözünün əks mənası #kalibr sözünün etimologiyası #kalibr sözünün orfoqrafiyası #kalibr rusca #kalibr inglisça #kalibr fransızca #kalibr sözünün istifadəsi #sözlük