* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
2 is. 1. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Şan balı. – Bal tutan barmaq yalar. (Ata. sözü). [Piri kişi:] Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam, … haçan könlün bal istədi, gələrsən, kəsib verərəm. S.S.Axundov. □ Bal arısı – bal hasil edən arı. Hərdənbir bal arılarının … vızıltısı eşidilirdi. Ə.Vəliyev. Ana balı – qoca arıların hasil etdikləri bal (beçə balına nisbətən rəngi tutqun olur). Beçə balı – cavan arıların hasil etdiyi bal. Qoca balı – bax ana balı. Şəhd balı – şandan çıxarılan mumsuz bal. 2. məc. Çox şirin, çox dadlı, çox ləzzətli şey haqqında. Armud deyil, baldır. Bal kimi (çox şirin). ◊ Ağzından bal tökülmək – çox şirin sözlər danışan adam haqqında.
Azərbaycan dilinin izahlı lüğəti / bal3 is. [ər.] köhn. 1. Fikir, düşüncə. 2. Yaddaş, hafizə. 3. Xatirə.
Azərbaycan dilinin izahlı lüğəti / bal5 is. [fr.] 1. Çeşidli təbiət hadisələrinin (küləyin, zəlzələnin və s.) gücünün ölçü vahidi. 2. Təhsil müəssisələrində bilik, əxlaq, çalışma dərəcəsini bildirən qiymət və ya qəbul zamanı alınan qiymətlərin məcmusunu göstərən rəqəm.
Azərbaycan dilinin izahlı lüğəti / bal6 is. [fars.] klas. Qanad. Klassik ədəbiyyatda çox vaxt “balü pər”, yaxud “pərü bal” şəklində işlənir – qol-qanad. Cida düşdüm o tuti ləhcədən, balü pərim sındı. S.Ə.Şirvani. [Cəfərqulu xan:] Atamızın qoşunu tərk olub, balü pəri qırılandan sonra bir yerdə Ədil şaha əsir olmuşuq. Ə.Haqverdiyev. Döyüşdükcə qoca qartal; Qüvvət alır balü pəri. S.Vurğun. O yazıq quşların balü pərini … kəsmişdilər. M.Rahim. □ Balü pər vermək klas. – qanadlandırmaq, ruhlandırmaq. Öz asar və əşarı ilə onlar [ədib və şairlər] millətin cisminə şəfa, ruhinə səfa, fikrinə cila, əqlinə və mənəvi və ruhani qüvvələrinə balü pər verib, uca məqamə qaldırırlar. F.Köçərli.
Azərbaycan dilinin izahlı lüğəti / bal7 [fr.] Böyük rəqs gecəsi. Bir azdan sonra musiqi gurladı, zalın qapıları açıldı və bal başlandı. Puşkindən.
Azərbaycan dilinin izahlı lüğəti / bal8 BAL1 f. qanad. BAL2 ə. könül, qəlb, ürək. BAL3 ə. balina. BAL4 ə. 1) fikir, düşüncə; 2) hafizə, yaddaş, huş; 3) xatirə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bal1 Bərk (qatı) anlamında təsadüf etmişəm. Bərk bəkməz mənasını verən bal palçıq ifadəsi olub. Göründüyü kimi, birləşmədəki bal sözü bərk kəlməsinin sinonimi kimi işlədilib. Ehtimal etmək olar ki, bal və palçıq qohum sözlərdir, fərq ondan ibarətdir ki, birinci (bal) ikinciyə nisbətən daha qatı olur. Başqa yozum da var: bal ərəb dilində “arı” deməkdir. Bizdə məna dəyişib və heyvanın özünü yox, məhsulunu əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti) fr. balle – kürə
Azərbaycan dilinin etimologiya lüğəti / bal1 I 1. BAL [Ayı] Aha... harda an varsa; Demək orda bal da var (M.Rzaquluzadə); ƏSƏL (kl.əd.) Təşnədildir bu Xətayi, can veribdir ləlinə; Necə kim ləlin əsəldir, dil ona zənbur olur (Xətayi); ŞƏHD (şan balı) Möhtəşəm Nizaminin ölməyən sənətindən; Mənim həmən sərvətim öz şəhdini alıbdır (M.Rahim). 2. bal bax şirin II bal bax qanad
Azərbaycan dilinin sinonimlər lüğəti / bal1 BAL I is. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Dodaqların şəkər dadır, bal dadır; Gözəllikdə olmaz sənə tay, gözəl (S.Rüstəm). BAL II is. [ fars. ] klas. Qanad. Döyüşdükcə qoca qartal; Qüvvət alır balü pəri (S.Vurğun). BAL III is. [ fr. ] Böyük rəqs gecəsi. Üzünü görmədim zər poqonların; Görmədim balını dvoryanların (S.Vurğun). BAL IV is. [ fr. ] Məktəblərdə qiymət dərəcəsi; külək; zəlzələ və ya dalğanın ölçü vahidi. Los-Anceles şəhərində zəlzələ olmuş, zəlzələnin gücü 9 bala çatırdı.
Azərbaycan dilinin omonimlər lüğəti / bal2 1 I сущ. мед. Beçə balı яровой мед, çiçək balı цветочный мед II прил. медовый. Bal arısı медовая (медоносная) пчела ◊ bal tutan barmaq yalar буквально: снимающий, берущий мед лижет пальцы (о том, кто умело пользуется служебным положением для своего личного блага); bal tök yala об идеальной чистоте какого-л. места; balla yağ kimi (şirin, dadlı) как мёд с маслом (сладко, вкусно) 2 I сущ. 1. бал (большой танцевальный вечер). Yeni il balı новогодний бал II прил. бальный. Bal paltarı бальное платье, bal rəqsləri бальные танцы 3 I сущ. балл: 1. единица оценки степени, силы какого-л. явления. Beş bal gücündə силой в пять баллов 2. цифровая отметка успехов в школе, в спорте. Bir bal aşağı на один балл ниже II прил. балловый
Azərbaycanca-rusca lüğət / bal1 I. i. honey; ~ kimi şirin honey-sweet, as sweet as honey II. s.: ~ arısı honey-bee; ~ pətəyi bee (-hive) III. i. 1. (qiymət) mark; keçid ~ (imtahanda) pass mark; 2. id. point; O, 10 bal topladı He / She got 10 points IV. i. ball, dancing party; ~ maskarad masquerade; (xüsusi libas geyilən) fancy-dress ball
Azərbaycanca-ingiliscə lüğət / bal1 I is. miel m (arı balı) ; ~ arısı abeille f butineuse ; ~ qatmaq émieller vt ◊ balla yağ kimi tout sucre tout miel II is. bal m (pl bals) (rəqs gecəsi) ; ~ maskarad bal m masqué III is. point m ; note f (məktəbdə şagirdlərin biliyinə və əxlaqına verilən qiymət) ; point m (idmanda) ; point m, force f ; magnitude f (küləyin, zəlzələnin və s gücünü göstərmək üçün istifadə edilən ölçü vahidi) ; beş ~ qüvvəsində külək un vent de force cinq ; küləyin gücü bir bal dəyişdi le vent a changé d’un point
Azərbaycanca-fransızca lüğət / bal1 [fr.] сущ. балл (1. гарун, зурзалагдин ва мс. къуват алцумунин тек; 2. школада: ученикрин чирвилерин ва ахлакьдин дережа къалурдай къимет ва я ученикди къачур къиметрин кӀватӀал къалурдай рекьем).
Azərbaycanca-ləzgicə lüğəti / bal2 сущ. 1. вирт; bal-bal deməklə ağız dada gəlməz. Ata sözü «вирт-вирт» лугьуналди сив верцӀи жедач; cökə balı гъулцин вирт; ana balı кьуьзуь чӀижерин вирт; beçə balı жегьил чӀижерин вирт, виче вирт; qoca balı кил. ana balı; şehd balı мум галачир вирт (рекъинай акъуднавай); // виртӀедин; bal arısı виртӀедин чӀиж, вирт кӀватӀдай чӀиж; 2. пер. гзаф верцӀи (ширин, дадлу) затӀунин гьакъинда; ** ağzından bal tökülmək сивяй вирт чкӀин (гзаф ширин мез авай инсандикай рахадамаз).
Azərbaycanca-ləzgicə lüğəti / bal