Balkarların dirçəliş günü
Balkarların dirçəliş günü — Kabardino-Balkariyada rəsmi bayram kimi qeyd edilən və hər ilin 28 mart tarixində qeyd olunan bayram. 9 yanvar 1957-ci ildə balkarlar 13 illik sürgün həyatından sonra öz doğma vətənlərinə qayıtmaq hüququ əldə ediblər. Və bu hüququn əldə edildiyi gün 1994-cü ildən etibarən bayram kimi qeyd edilir.
== Bayramın yaranma tarixçəsi ==
Bayram 1957-ci ildə balkarların milli muxtariyyəti olan Kabardino-Balkariya MSSR-nın yenidən bərpa edilməsi tarixində qeyd olunur. Bu tarixdə həm də onlar 14 illik sürgündən sonra öz doğma vətənlərinə qayıtma hüququnu əldə ediblər. Dövlətin bu hadisələrlə bağlı verdiyi qərarlar:
28 aprel 1956-cı il - SSRİ Ali Sovetinin bürosu tərəfindən İkinci Dünya Müharibəsi dövründə sürgün edilmiş Krım tatarları, balkarlar, SSRİ vətəndaşı olan türklər, kürdlər, hemşinlilər və onların ailələrinin üzərində olan məhdudiyyətlərin götürülməsi haqqında göstəriş verilir.
9 yanvar 1957-ci il - SSRİ Ali Sovetinin bürosu tərəfindən Kabardin MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında göstəriş verilir.
28 mart 1957-ci il - Kabardino-Balkariya MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında Kabardin MSSR-nın Ali Sovetinin qərarı verilib.
25 mart 1994-cü il - 25 mart 1994-cü ildə Kabardino-Balkariya MSSR-nın göstərişi ilə "Balkarların dirçəliş günü" qeyd edilməyə başlayıb.
== Qeyd olunması ==
Adətə görə balkarların dirçəliş günündə Kabardino-Balkariyanın bir çox şəhər və kəndlərində mədəni və idman tədbirləri keçirilir.