Baluan Şolaq
Baluan Şolaq (qaz. Балуан Шолақ) və ya Nurməhəmməd Baymırzaulı (qaz. Нұрмағанбет Баймырзаұлы; d. 1864, Karaoktel, indiki Aqmola vilayəti, Qazaxıstan – 1919, Kayraktı, indiki Cambul vilayəti, Qazaxıstan) — Qazaxıstan musiqiçisi, bəstəkarı, dombraçalanı, igidi və döyüşçüsü.
== Bioqrafiya ==
Əslən ulu juzlardan biri olan dulatların Sambet tayfasından olan Nurməhəmməd Baymırzaulı 1864-cü ildə indiki Qazaxıstanın Aqmola vilayətində, Şu çayının sahillərində yerləşən Karaoktel kəndində anadan olmuşdur. Atasının adı Baymırza, anasının adı isə Qaynıkey olub. Uşaqlıqda xalq mahnıları oxuyar və dombra ifa edərdi. Gənc yaşlarında Baluan Şolaq (azərb. Rəqibsiz güləşçi) ləqəbini qazanmışdır. Daha sonra Şolaq müxtəlif aullar gəzmiş, istedadlı gənc dombraçalanları öz yanına almış və o dövrün adət-ənənələrinə uyğun əyləncə yığıncaqları qurmuşdur.