Banu sözü azərbaycan dilində

Banu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Banu • 87.2727%
  • banu • 11.6364%
  • BANU • 1.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Banu Amin
Banu Avar
Banu Avar (18 iyul 1955, Əskişəhər) — Türkiyə yazıçısı, jurnalisti, televizor proqramı aparıcısı. == Həyatı == 18 iyun 1955-ci ildə Əskişəhərdə doğulmuşdur. == Karyerası == === 1980–1985 === Jurnalistika karyerasına "Süreç" qəzetində başladı. 1980-ci illərdə "Günaydın", "Dünya", "Vatan" qəzetlərində işlədi. London Universitetinə yollandı. Londonda BBC TV kanalında sənədli filmlərin hazırlanmasında iştirak etdi. Sonra TRT-nin London müxbirliyinə gətirildi. TRT-də göstərilən "32-ci gün" proqramının London müxbirliyini etdi. "Kipr" sənədli filminin hazırlanmasında araşdırmacılıq etdi. === 1985-h.h. ===
Banu Hammud
Həmmudilər və ya Bəni-Həmmud (ərəb: بنو حمود) — qısa müddət ərzində Kordova xilafətini və Malaqa və Algeciras taifalarını idarə edən Bədəvi ərəb müsəlman ailəsi. == Sülalə == Bu sülalə onların əcdadı, İdrisilər sülaləsinin banisi İdris ibn Abdullahın və Fatimə və Əlinin oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsi olan Həsənin, şərəfinə Həmmudun adlandırılmışdır. Süleyman ibn əl-Həkəm bərbər müttəfiqləri üçün Əndəlüs torpağını ələ keçirdikdə, Hammudid ailəsinin iki üzvünə Algeciras, Seuta və Tangier qubernatorluğu verildi. Beləliklə, Hammudilər Cəbəllüttariq boğazından keçən nəqliyyata nəzarəti ələ keçirdilər və birdən-birə güclü bir qüvvəyə çevrildilər. Taxtdan salınmış II Hişamın adından hərəkət etdiyini iddia edərək, Seutanın Hammudid valisi Əli ibn Həmmud əl-Nasir 1016-cı ildə Xəlifə taxtına oturduğu Kordova üzərinə yürüş etdi. 1056-cı ildə sonuncu Hammudi xəlifəsi taxtdan endirildi və əvvəllər Hammudilərin ən mühüm dəstəkçiləri olan Qranada Ziriləri Malaqanı itirdi. Sonra Hammudi ailəsi Seutada məskunlaşmağa məcbur oldu.
Banu Kəniz
Banu Kəniz (ərəb. بنو كنز) (həmçinin Avlad Kunuz kimi tanınır) — 10–15-ci əsrlər arasında Yuxarı Misir və Nubiya arasındakı sərhəd bölgəsini idarə edən qarışıq ərəb-beja əcdadından ibarət yarı köçəri müsəlman sülaləsi idi. Onlar Ərəb Bənu Hənifə qəbiləsinin şeyxlərinin oğulları və Beca Hadariba qəbiləsinin şahzadələrinin nəslindən idilər. Onlar 11-ci əsrin əvvəllərində başçıları Əbu əl-Məkərim Hibatallahın Fatimi hakimiyyəti adından böyük bir üsyançını ələ keçirməsi ilə Asvan, Vadi Əllaqi və sərhəd zonası üzərində rəsmi nəzarəti əldə etdilər. Əbu əl-Məkarimə xəlifə əl-Həkim tərəfindən Kənz əl-Dövlə (Dövlətin xəzinəsi) titulu verilmiş və onun davamçıları bu titulu miras almışdı. Banu Kəniz 1174-cü ildə Əyyubilərlə qarşıdurmaya girdi, bu zaman onlar məğlub oldular və cənuba şimali Nubiyaya köçmək məcburiyyətində qaldılar və burada əsasən xristianlar olan bölgədə İslamın genişlənməsini sürətləndirməyə kömək etdilər. Nəhayət, 14-cü əsrin əvvəllərində Nubiyalı Makuria Krallığının nəzarətini ələ keçirdilər, lakin 15-ci əsrin əvvəllərində Banu Kəniz ilə mübarizə aparmaq üçün Məmlüklər tərəfindən göndərilən Havvara qəbilələri tərəfindən sıxışdırıldılar. Onların müasir nəsilləri ölkənin ucqar şimalında yaşayan "Kunuz" kimi tanınan Sudan qəbiləsidir. == Tarixi == === Mənşəyi === Bənu əl-Kənz tayfasının mənşəyi 9-cu əsrdə Misirin Nubiya ilə sərhəd bölgəsinə ərəb qəbilə köçləri ilə bağlıdır. Ən böyükləri Muzhar, Rəbiə, Cuheynə və Qeys Aylan olan köçəri ərəb qəbilələri orada qızıl və zümrüd mədənləri aşkar edildikdən sonra bölgəyə köçdülər.
Banu Musa
Əhməd Banu Musa — Müsəlman dünyasında texnikanın inkişafına təsir göstərən alim. == Həyatı == Banu Musa kimi tanınan Məhəmməd, Əhməd və Əl-Həsən qardaşları, Xəlif Əl-Məmunun yol göstərəni və münəccimi Şakirin ovladları olmuşlar (IX əsr). Ataları öldükdən sonra uşaqların taleyi Xəlif tərəfindən Bağdad şəhərini hökmdarı İbrahim əl-Musabiyə tapşırılır. Uşaqların təhsili ilə Bağdad şəhərində fəaliyyət göstərən, İsgəndəriyyənin Museyon məktəbi ilə müqayisə oluna biləcək, "Hikmət evi" kitabxanasında tərcüməçiliklə məşğul olan Yahya ibn Abu Mansur məşğul olur. Qardaşlardan böyüyü Məhəmməd həndəsə və astronomiya uzrə, ortancıl qardaş Əhməd mexanika uzrə və kiçik qardaş Həsən həndəsə uzrə təhsil alırlar. Bu qardaşlar ümumilikdə 20-yə yaxın kitab yazmışlar və bununla müsəlman elminin inkişafına güclü təkan vermişlər. == Fəaliyyəti == Ümumiyyətlə müsəlman dünyasında texnikanın inkişafı Əhməd Banu Musanın kitabı ilə başlayır. Bu tanınmış kitab 850-ci ildə yazılmış "Texniki qurğular kitabı"dır (ərəb. Kitab Əl-Hiyal). Banu Musa antik dövrdə yaşamış yunan mühəndisi Heronun işləri ilə tanış olmuşdur.
Banu Məzyəd
Banu Məzyəd (ərəb. بنو مزيد) və ya Məzyədilər mərkəzi İraqda ərəb şiə sülaləsi idi. Onlar Banu Əsəd qəbiləsinin Naşirə qəbiləsinə mənsub idilər. Onlar təxminən 961-ci ildən 1160-ci ilə qədər Kufə və Hit ətrafındakı ərazidə muxtar əmirlik idarə edirdilər. == Məzyədi hökmdarları == 961–1017 : Səna əd-Dövlə Əli (I) ibn Məzyəd əl-Əsədi ən-Naşiri 1017–1082 : Nur əd-Dövlə Əbul-Ə'zz Dubays (I) ibn Əli 1082 –1086 : Əbu Kamil Bəha əd-Dövlə Mənsur ibn Dubays 1086–1108 : Seyf əd-Dövlə Fəxrəddin Əbülhəsən Sədəqə (I) ibn Mənsur 1108–1135 : Nur əd-Dövlə Əbu 'l-Ə'zz Dubays (II) ibn Sədəqə 1135-1138 : Seyf əd-Dövlə Sədəqə (II) ibn Dubays 1138-1145 : Məhəmməd ibn Dubays 1145-1150 : Əli (II) ibn Dubays 1150–???? : Mühəlhil ibn Əli == İstinadlar == == Xarici keçidlər == Bosworth, C. E. 36. The Mazyadids // The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. Edinburgh University Press. 1996. 87–88.
Banu Uxaizir
Banu Uxaizir (ərəb: بنو الأخيضر), qeyri-rəsmi olaraq 867-ci ildən ən azı XI əsrin ortalarına qədər Nəcd və Əl-Yəmamədə hökmranlıq edən ərəb sülaləsi idi. Əlidlər sülaləsi qızı Fatimə və nəvəsi Əl-Həsən vasitəsilə Məhəmmədin nəslindən olan Zeydi məzhəbinin şiələri kimi təsvir edirlər. Onların paytaxtı indiki Səudiyyə Ərəbistanının Əl-Kharc şəhəri tanınan əl-Xızrimə şəhəri idi.
Banu Çiçək
Banu Çiçək — "Kitabi-Dədə Qorqud" dastanında işlənən antroponimlərdən biridir. Mürəkkəb quruluşlu Banuçiçək antroponimin birinci hissəsi fars mənşəli «Xanım» anlamlı banı tituludur. Semantikasında gözəllik ifadə edən, çoxəsrlik tarixə malik olan, bu gündə qadın adı kimi işlənən «çiçək» adının qədim tarixi vardır. Dastandakı «Banuçiçək» antroponiminin yaranmasında «xanım», «padşah arvadı» mənasında olan Banı titulu ilə «çiçək» apelyativi uyğun təşkil edir. Banu Çiçək. Mürəkkəb quruluşlu “Banuçiçək” antroponimin 1-ci hissəsi fars mənşəli “xanım” anlamlı banı//banu tituldur. Müasir ədəbi dilimizdə titul kimi arxaikləşsə də, antroponimlər sistemində qadın adı kimi ayrılıqda, həm də mürəkkəb quruluşlu antroponomlərin tərkibində işlənməkdədir. “Orxon-Yenisey” abidələrində “çeçek” şəklində işlənən apelyativ gözəllik məzmunlu olduğuna görə qədim türk ad sistemində antroponim yaradıcılığına cəlb edilmişdir. Semantikasında gözəlliyi, qəşəngliyi bildirən, əsrlərin süzgəcindən keçib gələn, çoxəsrlik tarixə malik, bu gün də türk antroponimləri sistemində qadın adları kimi işlənən “çiçək” adının tarixi qədimdir. Macar alimi Pyotr Qolden yazır ki, 732-ci ildə Xəzər xaqanı öz qızını Bizans imperatoru Konstantinə ərə verir.
Ümmül-Banu
Ümmül-Bənin (Oğullarının anası) adı ilə tanınan Fatimə bint Hişam əl-Kulabiyyə (ərəb. فاطمة بنت حزام الكلابية‎‎ ; vəfatı (683/684) ya da 69-cu hicri ili (688/689)) "Qais Ailan" tayfasının qolu olan Banu Kilab tayfasından idi. Ümmül-Bənin İslam peyğəmbəri Məhəmmədin qızı Fatimənin vəfatından sonra Əli ibn Əbu Taliblə evləndi. Ümmül-Bənin və Əlinin dörd oğlu oldu. Onlardan ən böyüyü Kərbəla döyüşündə Hüseyn ibn Əli qüvvələrinin komandiri Əbülfəz Abbas idi. Hüseyn ibn Əlini müharibədə şəhid edən Şimr ibn Zilcövşən döyüşün başlamasından əvvəl Abbas ibn Əli və qardaşlarının toxunulmazlığını təklif etmişdi, ancaq Abbas ibn Əli və qardaşları Hüseyn ibn Əlinin bu toxunulmazlığa daxil olunmadığına görə təklifi rədd etdilər. Ümmül-Bəninin oğullarının hamısı Kərbəla döyüşündə şəhid oldu.Ümmül-Bənin 69-cu hicri ilində (688/689) ya da 64-cü hicri ilin Cəmadiyəlaxır ayının 13-ü (6 fevral 684-cü il) vəfat etdi. Mədinədə Cənnətul Baqi deyilən qəbristanlıqda dəfn edildi. == Oğulları == Ümmül-Banunun dörd oğlu vardı: Əbülfəz Abbas. Abdullah ibn Əli.
Banu Alkan
Banu Alkan (1 aprel 1958, Dubrovnik) — xorvat əsilli türk aktrisa və müğənnidir. Türkiyə səhnəsinin Afroditası sayılır. == Həyatı == "Afrodita" ləqəbli Liz Remka Rebronja 1958-ci il iyulun 1-də (o zaman Yuqoslaviya) Xorvatiyanın Dubrovnik şəhərində anadan olub. 1966-cı ilin dekabrında ailəsi ilə birlikdə Balıkəsir vilayətinin Edremit mahalına köçdü. Rebronja ailəsi Türkiyə vətəndaşlığını qəbul edərək "Alkan" soyadını götürərək xorvatca "yabanı gül" mənasını verən Remka əvvəl Yaprak, sonra isə adını Banu olaraq dəyişmişdir. İstanbula köçüb Kartalda yaşayıblar və təhsilinə Kartal Maltəpə Liseyində başlayıb. Gəncliyində arzusu olan modelliyə 16 yaşında LCC kurslarına qatılaraq başlayıb. Daha sonra Vakkodan təlim aldı. Aydan Adan — Füsun Özben Model Agentliyinin heyətinə qatılaraq bəzi reklamlarda rol alıb. 1976-cı ildə "Səs" jurnalının təşkil etdiyi 8-ci Kino Artistləri Müsabiqəsində iştirak edib.Sənətçi 17 yaşında varlı iş adamı Gürbüz Həniflə görüşməyə başlayıb.
Dilras Banu Bəyim
Dilras Banu Bəyim (d. 1622 - ö. 8 oktyabr 1657) — Səfəvi sülaləsindən olan şahzadə və Böyük Moğol imperiyasının VI imperatoru Sultan Övrəngzibin birinci və əsas arvadı, imperatriça. Ölümündən sonra "Dövrünün Rəbiyəsi" olaraq adlandırılmışdır. Dilras Banu Bəyimin ölümündən sonra əri Övrəngzib Bibi Ka Məqbərəni inşa etdirmiş və o, burada dəfn edilmişdir. Bu məqbərə görünüş və memarlıq baxımından Övrəngzibin anası Mümtaz Mahalın dəfn edildiyi məşhur Tac Mahala bənzəməkdədir.Dilras Banu Bəyim Səfəvi sülaləsinin üzvü idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Ailəsinin soyu Səfəvi sülaləsindən ilk şah olan I İsmayıla gedib çıxmaqda idi və Dilrasın atası moğol imperiyasında Qucaratın valisi olaraq xidmət edirdi. O, 1637-ci ildə daha sonralar məşhur moğol hökmdarlarından birinə çevriləcək, Övrəngzib adı ilə tanınacaq Şahzadə Muhi-id-din ilə evlənmiş vı bu evlilikdən 5 övladı olmuşdur. Onun övladlarından biri olan Məhəmməd Əzəm Şah atası Övzəngzib tərəfindən vəliəhd elan edilmiş və atasının ölümündən sonra qısamüddətli də olsa, taxta çıxmışdır. Bundan başqa Dilras Banu Bəyimlə Övrəngzibin Zeb-un Nisə, Zinət-un Nisə, Zubdat-un Nisə adlı qızları, vəliəhd olan oğlundan başqa da Məhəmməd Əkbər adlı bir digər oğlu olmuşdur.
Hacı Banu məscidi
Hacı Bani məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Haqqında == Hacı Bani məscidi Şirvanşahlar saray kompleksi yaxınlığında yеrləşir. Məscidin fasadı üzərindəki qısа epiqrafik kitabəyə əsasən mеmаr Hаcı Bаni tərəfindən ХVI əsrdə inşа еdilmişdir. Bаşqа bir еpiqrаfik yazıdan aydın olur ki, məscid Hicri-qəməri təqvimlə 1320-ci ildə bərpa еdilmişdir. Bu zаmаn yеnidənqurmа işləri аpаrılmış, vеstibül və qаdınlаr üçün nəzərdə tutulmuş хüsusi hissə (şəbistаn) əlаvə еdilmişdir. Cüt yаrımdаirəvi pəncərələr sаyəsində isə ibаdət zаlı ikiqаt işıqlаndırılmışdır.Plаndа mərkəzi günbəzlidir. Girişlə üzbəüz, iri miqyаslı hörgü ilə, stаlаktit yаruslu mеhrаb yеrləşir.Məscidin yеnidənqurmа işləri zаmаnı intеryеri və еkstеryеri ənənəvi mеmаrlıq üslublаrını və mоtivlərini qоruyub sахlamışdır. İfаdəli siluеti, kub təməl üzərindəki quruluşu, Abşеrоn tipli dаş şаrkоnusvаri günbəzin trаktоvkаsı və küçənin еniş istiqаmətində gözəl vurğulаnmış künc hissəsi yеrli mеmаrlığın хаrаktеrik хüsusiyyətlərini əks еtdirir.
Parhez Banu Bəyim
Parhez Banu Bəyim (d. 21 avqust 1611 — ö. 1675) — ana tərəfdən Səfəvi sülaləsinə, ata tərəfdən Böyük Moğol sülaləsinə mənsub şahzadə. O, Moğol imperatoru Sultan Şahcahanın Qəndəhari Bəyimdən olma ən böyük övladı olmuşdur. O, həmçinin atasının varisi Sultan Övrəngzibin böyük ögey bacısıdır. == Həyatı == Parhez 21 avqust 1611-ci ildə Aqra şəhərində Şahzadə Xürrəm (gələcək imperator adı ilə Sultan Şahcahan) ilə Səfəvi sülaləsinə mənsub olan Qəndəhari Bəyimin izdivacından dünyaya gəlmişdir. Ona ata babası vı imperator olan Cahangir tərəfindən Parhez Banu Bəyim, yəni qənaətkar şahzadə adı verilmişdir. Lakin Maasir-i-Alamgiri əsərində ona Purhunar Banu Bəyim deyə müraciət edilir. Onun atası şahzadə Xürrəm Sultan Cahangirin üçüncü oğlu idi, anası Qəndəhari bəyim isə Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi.Parhez Sultan Şahcahanın ilk övladı idi və Əkbər şahın ilk arvadı Rüqəyya Sultan Bəyim tərəfindən böyüdülmüşdü.
Xurşid Banu Natəvan
Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuşdur.
Şah Abbas və Xurşid Banu (opera)
Şah Abbas və Xurşid Banu — Üzeyir bəy Hacıbəyovun dördüncü muğam operası. Librettosu da Üzeyir bəy Hacıbəyovundur. Azərbaycan xalq nağılının motivləri əsasında yazılmışdır. 4 pərdəli, 6 şəkillidir. == Tarixçə == Opera ilk dəfə 1912 il martın 10-da (23-də) Nikitin qardaşlarının sirkində tamaşaya qoyulmuşdur. Tamaşanın rejissoru H. Ərəblinski, dirijoru M. Maqomayev idi. Rollarda H. Sarabski (Şah Abbas), Ə. Ağdamski (Xurşid Banu), H. Terequlov (Məstavər) və b. çıxış etmişlər. Opera Azərbaycan səhnəsində 30-cu illərədək tamaşaya qoyulurdu. == Surətlər == Şah Abbas - 35 yaşında Vəzir - 50 yaşında 5 əyan Nökər Odunçu və 2 oğlu Xurşid - odunçunun qızı, 20 yaşında Məstavər - aşpaz Dostəli - Şiraz əhli Divanə 5 məhbus 3 keçəçi 10 nəfər Şiraz əhli Qoşun və başqaları == Özəllikləri == Əvvəlki operalarından fərqli olaraq xoşbəxt sonluqla bitən bu əsərin qəhrəmanı mənsəbpərəst və şöhrətpərəst şaha qalib gəlmiş sadə odunçu qızıdır.
Banuxələf (Sərdəşt)
Banuxələf (fars. بنوخلف‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (69 ailə).
Banuyi (Sərdəşt)
Banuyi (fars. بانوي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (24 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.92 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 4.38
2005 ••••••••••••••••••• 4.05
2006 ••• 0.45
2007 •• 0.42
2008 ••• 0.49
2009 0.16
2010 •••• 0.73
2011 ••••• 1.03
2012 •••• 0.86
2013 ••••••• 1.46
2014 •••••• 1.20
2015 0.17
2016 •••••••• 1.74
2017 ••• 0.65
2018 ••••••• 1.35
2019 •• 0.28
2020 •••• 0.66

banu sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] köhn. Xanım. Açıldı başın, indi qıl öz dərdivə çarə; Banu hərəm oldun. M.Ə.Sabir. [Qızıl Arslan] “Çahar dərviş” romanını yoxladığı zaman Rövşən “Banu” hekayəsini oxuyurdu. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / banu

banu sözünün sinonimləri (yaxın mənalı sözlər)

banu sözünün rus dilinə tərcüməsi

banu sözünün inglis dilinə tərcüməsi

banu sözünün ləzgi dilinə tərcüməsi

banu sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. xanım.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

xanım; hökmdar arvadı.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"banu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#banu nədir? #banu sözünün mənası #banu nə deməkdir? #banu sözünün izahı #banu sözünün yazılışı #banu necə yazılır? #banu sözünün düzgün yazılışı #banu leksik mənası #banu sözünün sinonimi #banu sözünün yaxın mənalı sözlər #banu sözünün əks mənası #banu sözünün etimologiyası #banu sözünün orfoqrafiyası #banu rusca #banu inglisça #banu fransızca #banu sözünün istifadəsi #sözlük