* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Xoruz səsi, xoruz banlaması. Səhər tezdən ban səsinə ayıldım. – Eşidilən bir səs varsa, o da xoruz banları və köpəklərin səsi idi. M.S.Ordubadi. [Xəlil:] Xoruzların üçüncü banınadək söhbət elədik. Ə.Haqverdiyev. Xoruz banı… Dan ulduzu… Şəfəqli ürək; Vüqar ilə mən anıram ötən gəncliyi. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / ban2 is. [ər.] 1. Misir söyüd ağacı. 2. məc. Ucaboylu, qamətli; biçimli.
Azərbaycan dilinin izahlı lüğəti / ban3 is. 1. Arabanın təkərlərindən yuxarı olan hissəsi, qutusu, gövdəsi. Araba banı. – Araba cırıldamaqdan, ban cırıldayır. (Ata. sözü). // Eyni mənada avtomobildə. 2. Heyvanı qoşmaq üçün, arabanın qabağında olan ağac; yan dişlə. 3. Evin damı ilə tavanı arasında olan hissə. 4. Tüstü çıxmaq, təmiz hava gəlmək və işıq düşmək üçün keçmişdə kənd evlərinin damında açılan baca, dəlik.
Azərbaycan dilinin izahlı lüğəti / ban4 ə. 1) Misir söyüdü; 2) m. ucaboy, qədd-qamətli, biçimli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ban1 BAN I is. Arabanın təkərlərindən yuxarı olan hissəsi, qutusu, gövdəsi. Araba cırıldamaqdan, ban cırıldayır (Ata. sözü). BAN II is. Xoruz səsi. Üçüncü xoruz banı qadın açdı; Yenə bağladı darvazanı (R.Rza). BAN III is. Dam, çardaq. Sürücü maşının banına dırmaşdı.
Azərbaycan dilinin omonimlər lüğəti / ban2 1 сущ. пение (петуха) ◊ xoruz banınadək до петухов; xoruz banından sonra после петухов 2 сущ. диал. 1. чердак. Evin banı чердак дома 2. рамки, планки, поставленные по бокам, с боковой стороны арбы; боковины 3. дышло 4. отверстие на крыше дома для вентиляции
Azərbaycanca-rusca lüğət / ban2 сущ. 1. кузов; 2. къвалан ланшар (арабадин); 3. кӀвалин къавунни потолокдин арада авай пай; 4. тавун, зумул, кӀвалин къавай тадай тӀеквен.
Azərbaycanca-ləzgicə lüğəti / banI (Astara, Biləsuvar, Cəlilabad, Göyçay, Kürdəmir, Masallı, Salyan) çardaq. – Boranılar qalıb öyün banında (Kürdəmir); – Banda odun var, onu sal yerə (Masallı); – Bana çixeyəm (Cəlilabad) II (Cəlilabad, Masallı, Salyan, Yardımlı) 1. arabanın yan taxtaları. – Odunu yerə boşaltmaq üçün arabanın banını götür (Yardımlı) 2. arabanın gövdəsi, arabanın təkərləri və boyunduruqdan başqa qalan hissəsi. – Kolxoz bu il on beş ban bağlatdırıb (Cəlilabad) III (Salyan) baca, evin damında açılan nəfəslik. – Bizim evin banı yoxdi, qayıtdıracam
Azərbaycan dilinin dialektoloji lüğəti.