Ğana
Ğana (ərəb. قانا) — Qana Sur şəhərindən 10 kilometr cənub-şərqdə və Livanın cənubunda İsrail sərhədindən 12 kilometr aralıda yerləşən kənddir. Bu kənddə 10 minə yaxın əhali yaşayır, əksəriyyəti isnaəşəridir. Ğana yuxarı əl-cəlil tarixi bölgəsində yerləşir.
== Haqqında ==
İsrail ilə Livanın Hizbullah təşkilatı arasında gedən müharibələrdə iki dövr ərzində Qana kəndində Livanlı mülki vətəndaşlar İsrail hərbi qüvvələrinin hücumuna məruz qalıb və öldürülüb.