* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. tar. 1. Orta əsrlərdə Şərq ölkələrinin bir çoxunda feodal hakimlərin titulu və bu titulu daşıyan şəxs. Bir əkinçi gedirdi məstanə; Yolda ol rast gəldi bir xanə. S.Ə.Şirvani. 19-cu ilin yayında Naxçıvan xanlarının cavanları Keçiliyə ova gəlmişdilər. E.Sultanov. Müxtəlif yerlərdən ruhanilərin, mülkədarların, bəy və xanların “Əkinçi”yə hücumu artıb şiddət edirdi. M.İbrahimov. // Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Alı kişi neçə illər idi ki, Həsən xana ilxı otarırdı. “Koroğlu”. Almış sifarişi Hüseynqulu xan; İldırım tökülür qaş-qabağından. S.Vurğun. 2. məc. Ağa, hökmran. Necə ki yar ilə həmzəban idim; Xalq içində sultan idim, xan idim. Q.Zakir. 3. köhn. Aşıq-aşıq oyununda: başçı, hakim. Bu oyunda iştirak edənlər öz aralarında birini “xan” seçərdilər. H.Sarabski. Əvvəllər kənd uşaqları, “xan cığal olar” – deyə [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu. 4. məc. Obrazlı təşbehlərdə: canalıcı, işvəli, nazlı gözlərə işarə. Müddətdi həsrətəm, bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. Q.Zakir. 5. Bəzi mürəkkəb kişi adlarının ikinci tərkib hissəsi; məs.: Muradxan, İsmixan, Səlimxan. ◊ Xan ilə aş (plov) yemir ki, bığı yağa batar – çox məğrur, lovğa, təkəbbürlü adam haqqında. [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar… Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / xan2 ağa, hökmdar; qədim türklərdə və bir çox Şərq ölkələrində hökmdar titulu.
Azərbaycan kişi adlarının izahlı lüğəti / xan3 XAN1 f. 1) yemək süfrəsi; dəstərxan; 2) yeməli, yemək, taam; 3) xonça. XAN2 f. bax xanəndə. XAN3 ə. karvansara.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xan1 Xaqan sözü ilə bağlıdır. Yerlərdə, qismən kiçik ərazilərə başçılıq edən rəhbərlər özlərini xaqana bənzətmək üçün xan adından istifadə ediblər (Qızıl Orda dağılan dövrlərə təsadüf edir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xan1 XAN – KƏNDLİ Yazıq kəndli xan yerini sürür kotanla (S.Rüstəm). XAN – NÖKƏR Xana nökər olanın ayağını daş aparar (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti / xan1 I сущ. хан: 1. титул феодального правителя (у тюркских и монгольских народов) 2. лицо, носившее этот титул. Qarabağ xanı Карабахский хан, Gəncə xanı Гянджинский хан II прил. ханский. Xan fərmanı ханский фирман (указ), xan ailəsi ханская семья, xan sarayı ханский дворец; xanın zövcəsi ханша (жена хана), xan ədalı с ханскими замашками ◊ xan kimi yaşamaq (dolanmaq) жить как хан, жить барином, жить как барин
Azərbaycanca-rusca lüğət / xan1 сущ. ист. хан (1. юкван виш йисара рагъэкъечӀдай патан са гзаф уьлквейра феодал тир гьакимрин титул ва а титул авай кас; // гьахтин ксарин тӀварариз алава ийидай лакӀаб; мес. Сурхай хан; 2. пер. агъа, гьукумдар; 3. куьгьн. некшуьйрал къугъвадамаз; чӀехиди, гьаким; 4. пер. тешпигьра: ччан къачудай хьтин, наз авай, назлу вилериз ишара; 5. бязи сложный тӀварарин паярикай сад; мес. Ханпери, Келбихан); ** xan ilə aş (plov) yemir ki, bığı yağa batar гзаф такабурлу, дамах гвай, лавгъа касдин гьакъинда.
Azərbaycanca-ləzgicə lüğəti / xan(Qazax) karvansara. – Atı xanda saxladım
Azərbaycan dilinin dialektoloji lüğəti.