Xanlar sözü azərbaycan dilində

Xanlar

Yazılış

  • Xanlar • 98.6856%
  • xanlar • 0.9242%
  • XANLAR • 0.3902%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xanlar
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır. 22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir.
Xanlar (Bakı)
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var. Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Xanlar (Xudabəndə)
Xanlar (fars. خانلار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (49 ailə).
Xanlar (ada)
Xanlar adası — Azərbaycana məxsus Xəzər dənizində Bakı arxipelaqına aid ada. Qum adasından cənub-sərqdə yerləşir.
Xanlar (dəqiqləşdirmə)
Xanlar (Bakı) — Bakı şəhəri Səbail rayonunun ərazisində şəhər tipli qəsəbə Bibiheybətin əvvəlki adı. Xanlar — Azərbaycandakı Göygöl şəhərinin əvvəlki adı. Xanlar rayonu — Azərbaycandakı Göygöl rayonunun əvvəlki adı. Xanlar (qəsəbə) — keçmiş Xanlar rayonunun eyniadlı şəhər inzibati ərazi vahidində qəsəbə. Xanlar (ada) — Bakı körfəzində ada. Quş adası da adlanır.
Xanlar (qəsəbə)
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
Xanlar Bayramov
Xanlar Bayramov (28 avqust 1948, Komintern, Gədəbəy rayonu – 13 mart 2010, Bakı) — telejurnalist, sənədli filmlər müəllifi, araşdırmaçı yazar. Xanlar Cabbar oğlu Bayramov görkəmli jurnalist, telejunalist, araşdırmaçı yazar, bir çox sənədli filmlərin müəllifi. Xanlar Bayramov 1948-ci ildə Gədəbəyin Soyuqbulaq kəndində doğulub. Uşaqlığı orada keçib. Azərbaycana, onun təbiətinə, tarixinə dərindən bağlanıb. Onun milli ruhuna və tarixinə bağlılıq buradan qaynaqlanır. Sonrakı dönəm bütün araşdırma və yazılarında, sənədli filmlərində ana xətt vətən, onun tarixi şəxsiyyətləri, qəhrəman oğulları olmuşdu. Xanlar Bayramov həmçinin Azərbaycan Cümhuriyyəti, sovet dönəmi Azərbaycan siyasi mühacirəti, onların varisləri, sonrakı yaşamları ilə bağlı araşdırmaları ilə böyük iz qoyub. Rəfibəylilər, Yusifbəylilər, Şeyxzamanlılar, Xan Xoylular, Qacarlar, Ziyadxanlılar, Kazımbəylilər, Səfikürdlülər və s. soylarla bağlı ciddi araşdırmalar aparıb və bir çox qaranlıq məqamları üzə çıxarıb.
Xanlar (ad)
Xanlar — kişi adı. Xanlar Səfərəliyev — Fəhlə hərəkatının üzvü, Hümmət təşkilatının fəalı Xanlar Haqverdiyev — müğənni (lirik-dramatik tenor). Xanlar Əhmədov — rəssam-heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2006). Xanlar Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi. Xanlar Bayramov — telejurnalist, sənədli filmlər müəllifi, araşdırmaçı yazar.
Xanlar Bəşirov
Bəşirov Xanlar Əyyub oğlu (22 mart 1957, Xanlar) — Tanınmış rəqqas və rəqs müəllimi, Azərbaycanın əməkdar artisti, Xəzər Universiteti Musiqi və İncəsənət Departamentinin müəllimi, Xəzər universitetinin oğlanlardan ibarət rəqs ansamblının bədii rəhbəri. Eyyub Bəşirovun oğlu, Yaşar Bəşirovun qardaşıdır. Xanlar Bəşirov 22 mart 1957-ci ildə Xanlar rayonunun (indiki Göygöl) inzibati mərkəzi olan Xanlar şəhərində anadan olmuşdur. Atasının işi ilə əlaqədar olaraq orta təhsilini bir neçə məktəbdə və bir neçə şəhərdə almışdır (1-ci, 2-ci sinifləri Xanlar, 3-cü sinfi Bakı, 4-cü sinfi Xanlar, 5-ci sinfi Moskva və 6-cı sinifdən orta təhsilini bitirənədək Bakı şəhərində). Dayısı Azərbaycanın əməkdar artisti peşəkar rəqqas Rafiq Əzizovun çıxışlarında tez-tez tamaşaçı kimi iştirak etdiyi üçün bu sənətə həvəsi yarandı. 1972-ci ildə Yuri Qaqarin adına Cücələrim ansamblına rəqs dərnəyinə yazıldı. İki il dərnəklərdə (Yuri Qaqarin adına pionerlər evində, Fioletov adına klubda, 26-lar klubunda və s.) məşğul olduqdan sonra bu sənəti özünə peşə seçməyi qərarlaşdırdı. 1974-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının Dövlət mahnı və rəqs ansamblında rəqqas kimi çalışmağa başladı. Həmin ildən də Bakı Xoroeqrafiya məktəbinin Azərbaycan Xalq rəqsləri şöbəsində təhsilini davam etdirdi. 1975-ci ildə Bakı Xoroeqrafiya məktəbini bitirib, 1974–1977-ci illər ərzində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında Azərbaycan Respublikasının şəhər və rayonlarında, keçmiş SSRİ şəhərlərində və Finlandiya, Belçika və Avstriya kimi xarici ölkələrdə milli-mənəvi dəyərlərimizi rəqs sənəti vasitəsilə təmsil etdi.
Xanlar Cəfərov
Cəfərov Xanlar Daşdəmir oğlu — Azərbaycan kinoprodüseri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000). Xanlar Cəfərov 6 iyul 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirmişdir. 1969-cu ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində işləyib. 1988-ci ildən "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru olub. 2001-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Xanlar Cəfərov 29 aprel 2016-cı ildə vəfat etmişdir. Ailəli idi.
Xanlar Fətiyev
Xanlar Fətiyev (15 yanvar 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Futbol Federasiyasının sədri. 15 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub və fakültənin tam kursunu bitirib. İş fəaliyyətinə 1988-ci ildə "Azərtransqaz" nəzdində 2 saylı səyyar mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayıb, 1990–1991-ci illərdə "Betonçu" kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992–1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib. 1994–1997-ci illərdə "Elruz" kiçik müəssisəsində sədr, 1997–2003-cü illərdə "Avestas" firmasının baş direktoru, 2003–2004-cü illərdə "Aznur" MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi Gəncə avtomobil zavodunun direktoru vəzifəsində işləyir. 7 noyabr 2010-cu ildə Gəncə seçki dairəsindən Azərbaycan Respublikası Milli məclisinin deputatı seçilib. Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Ailəlidir, iki uşağı var.
Xanlar Hacıyev
Xanlar Hacıyev (hüquqşünas) — İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev (həkim) — Azərbaycan cərrahı, tibb elmləri doktoru (1948), professor (1947).
Xanlar Haqverdiyev
Xanlar Məmməd oğlu Haqverdiyev (25 sentyabr 1906, Ağdam, Şuşa qəzası – 5 dekabr 1980) — müğənni (lirik-dramatik tenor). Azərbaycan SSR (1956) və Türkmənistan SSR (1939) əməkdar artisti. Xanlar Məmməd oğlu Haqverdiyev 1906-cı il sentyabr ayının 25-da indiki Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki AMK) Vokal şöbəsinə daxil olmuş, professor H. Speranskidən rus və Avropa musiqisini, Seyid Şuşinskidən isə klassik Azərbaycan muğamlarının incəliklərini öyrənmişdir. 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına xorda oxumaq üçün qəbul edilmişdir. Ona "Əsli və Kərəm" operasında Sofi rolu, Hüseynqulu Sarabski (Kərəm) kimi sənətkarın tərəf müqabili olmaq tapşırılmışdır. 1932–1933-cü illərdə Türkmənistanda Azərbaycan Dövlət Opera və Dram Teatrı yaradılmışdır. Aşqabad Azərbaycan Teatrının inkişafında bir çox sənətkarlarla yanaşı görkəmli aktyor Rza Əfqanlının, opera müğənnisi Xanlar Haqverdiyevin də rolu olduqca böyük olmuşdur. O, türkmən xalqının rəğbətini qazanmışdır. Məhz bunun nəticəsi olaraq müğənninin əməyi yüksək qiymətləndirilmiş, 1939-cu ildə ona "Türkmənistan SSR-in Əməkdar artisti" fəxri adı verilmişdir.
Xanlar Həşimzadə
Xanlar Allahverdi oğlu Həşimzadə (d. 9 fevral 1955) — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015),, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024). Xanlar Həşimzadə 9 fevral 1955-ci ildə Nuxa şəhərində (indiki Şəki) anadan olmuşdur. X.Haşımzadə 1975-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında çalışır. Hal-hazırda teatrın aparıcı səhnə ustasıdır. 200-ə yaxın tamaşalarda müxtəlif səpgili obrazlar yaratmışdır. Oynadığı həm dramatik, həm də komik obrazlar nəinki Respublikamızda, hətta Kubada, Praqada, Moskvada, Kazanda, Tiflisdə, Yoşkar-Olada, Daşkənddə və Səmərqənddə də yüksək qiymətləndirilmişdir. İki dəfə "Qızıl Dərviş" mükafatı ilə təltif edilmişdir. X.Həşimzadə V.Şekspirin "Kral Lir" əsərində Fransız Kralı, Ə.Əylisli "Quşu uçan budaqlar" əsərində Mehdi Qulu, M.F.Axundovun "Hacı Qara" əsərində Hacı Qara, C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərində Molla Abbas, H.Cavidin "İblis" əsərində İxtiyar, R.Stoyanovun "Ustalar" əsərində Qenco, B.Stratiyevin "Avtobus əsərində Məsuliyyətsiz, M.Bulqakovun "Usta və Marqarita" əsərində Pontiy Pilat, X.Eçeqarayın "Mahir aradüzəldənlər" əsərində Severo, S.Mrojekin "Xoşbəxt hadisə" əsərində Gəlmə Adam, E.De.Filipponun "Ruhlar" əsərində Paskyale Loyyokolo və bir çox əsərdə əsas rolların uğurlu ifaçısı olmuşdur. Oynadığı obrazları ilə tamaşaçıların məhəbbətini qazanmış Xanlar Həşimzadə günü-gündən öz ustalığını artırır.
Xanlar Muradov
Xanlar Yunus oğlu Muradov — Aktyor, Respublikanın Əməkdar artisti (2000) Xanlar Muradov 30 aprel 1946-cı ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olub. Əmək fəaliyyətinə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Teatrda ilk rolu Ə. Haqverdiyevin "Müsibəti Fəxrəddin" tamaşasında Qurban rolu olmuşdur (1973-cü il). Bu teatrda o 50 yaxın rol oynamışdir. 1975-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor işləyib. Danabaş kəndinin əhvalatları-Xudayar bəy, Qızıl toyda Rəhim, Subaylarınızdan görısiniz-Seyfi, Səhnədə məhəbbətdə-Milyonçu, Məhəbbət oyununda-Daşdəmirov, Nəğməli Könüldə-Fərrux və s. İşlədiyi müddətdə teatın repertuarında olan əksər tamaşalarda rollar oynamışdır. 28 oktyabr 2000-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. 5 fevral 2005-ci ildə Bakıda vəfat edib.
Xanlar Məmmədov
Xanlar Əliş oğlu Məmmədov (27 fevral 1940, Mişni, Laçın rayonu – 1 dekabr 2002, Bakı) — Azərbaycan Kommunist Partiyasının Laçın Rayon Komitəsinin 1-ci katibi, Laçın Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikasının Xalq Deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Üzvü. Xanlar Əliş oğlu Məmmədov 27 fevral 1940-cı il tarixdə Laçın rayonunun Mişni kəndində Səhəngdolan məhəlləsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1963-cü ildə Alxaslı kənd məktəbində müəllim işləmişdir. 2002-ci il dekabr ayının 1-də Bakı şəhərində vəfat etmişdir. 1966-ci ildə "Laçın" qəzetində şöbə müdiri, 1967-ci ildə Azərbaycan LKGİ Laçın rayon komitəsinin 2-ci katibi, 1968-ci ildə Azərbaycan LKGİ-nin Laçın rayon komitəsinin 1-ci katibi, 1972-ci ildə Bakı Ali Partiya Məktəbinin dinləyicisi, 1972-ci ildə Azərbaycan KP Laçın rayon komitəsinin təlimatçısı, 1975-ci ildə Azərbaycan KP Laçın RK-nın katibi, 1979-cu ildə Azərbaycan KP-nın Laçın RK-nın 2-ci katibi, 1985-ci ildə XI çağırış Laçın rayon Xalq Deputatları Sovetinin 1-ci sessiyasında Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri, 1986-cı ildə Laçın rayon komitəsinin 1-ci katibi seçilmişdir. 1990-cı illərin əvvəlində Laçın rayonu icra hakimiyyətinin başçısı təyin olunmuş və 29 may 1992-ci il tarixə qədər bu vəzifədə çalışmışdır. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. "Laçın" qəzeti, 16.03.2007-ci il, səhifə 3.
Xanlar Qafarov
Xanlar Qurbanov
Xanlar Qurbanov (tam adı: Xanlar Kazım oğlu Qurbanov; d. 20 yanvar 1950, Bakı) — Azərbaycan Milli İdman Assososiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü. Xanlar Kazım oğlu Qurbanov 20 yanvar 1950-ci ildə Bakının dağlı məhəlləsində anadan olmuşdur. Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlar nəslindən olan Xanlar Qurbanov 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olub, 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. O, tələbəlik illərində sərbəst güləş üzrə beynəlxalq yarışların iştirakçısı olub, mükafatlar almışdır. Bir oğul və iki qız atasıdır. İnstitutu bitirdikdən sonra təyinatla həmin institutun güləş kafedrasında müəllim vəzifəsinə seçilmişdir. 1968-ci ildə Moskva şəhərində Ümumittifaq Bədən Tərbiyəsi Elmi Tədqiqat İnstitutunun məqsədli aspiranturasını bitirib pedaqoji elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1989-cu ildə dosent elmi adına layiq görülmüşdür. Həmin ildən bu günə kimi güləş kafedrasının müdiri vəzifəsində çalışır.
Xanlar Seyfullayev
Xanlar Səfərəliyev
Xanlar Həsən oğlu Səfərəliyev (1885, Qoçəhmədli, Cəbrayıl qəzası – 26 sentyabr (9 oktyabr) 1907, Bakı) — Fəhlə hərəkatının üzvü, Hümmət təşkilatının fəalı. 1938–2008-ci illərdə indiki Göygöl rayonu onun şərəfinə Xanlar adlanmışdır. Xanlar Səfərəliyev 1885-ci ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. 1900-cü ildə Bakı şəhərinə köçmüş, Bibiheybət neft mədənlərində, "Naftalan" zavodunda işləmişdi. Bakı proletariatının 1904-cü il dekabr tətilinin təşkilatçılarından olmuşdu. Birinci rus inqilabı dönəmində, (1905–1907-ci illərdə) RSDFP Bibiheybət rayon komitəsi və bolşevik "Hümmət" təşkilatının büro üzvü kimi fəhlələr arasında təşviqat və təşkilat işi aparmış, tətil hərakatına başçılıq etmiş, bolşevik qəzet və vərəqələrinin yayılmasında fəallıq göstərmişdi. 1907-ci ilin payızında "Naftalan şirkəti" fəhlələrinin tətilinə rəhbərlik etmişdi. Xanlar Səfərəliyevin inqilabı fəaliyyəti neft sənayesi sahiblərini hiddətləndirmişdi. Abuzər bəy Aşurbəyov Dağıstandan qatil dəvət etmiş, Xanları öldürməyə görə böyük pul boyun olmuşdu.
Xanlar Vəliyev
Xanlar Rüstəm oğlu Vəliyev (15 mart 1955, Yevlax) — Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru (2005-ci ildən), ədliyyə general-leytenantı (2005), Azərbaycan Respublikasının Əməkdar hüquqşünası (2015). Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci il mart ayının 15-də Yevlax şəhərində anadan olmuş, 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olunmuşdur. Xanlar Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir. 24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilmişdir. 27 sentyabr 2008 — "Azərbaycan Bayrağı" ordeni 28 sentyabr 2018 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 23 iyun 2006 — "Hərbi xidmətlərə görə" medalı 18 mart 2015 — "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı Azərbaycan Respublikası Baş prokurorunun 15 mart 2005-ci il tarixli əmri ilə "Prokurorluğun fəxri işçisi" döş nişanı Azərbaycan Respublikası Baş prokurorunun 13 mart 2020-ci il tarixli əmri ilə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı Ailəlidir, üç övladı var. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.
Xanlar adası
Xanlar adası — Azərbaycana məxsus Xəzər dənizində Bakı arxipelaqına aid ada. Qum adasından cənub-sərqdə yerləşir.
Xanlar məscidi
Xanlar məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Xanlar məscidi — Ramana qəsəbəsində yerləşən və yerli əhəmiyyətli abidə olan məscid.
Xanlar qəsəbəsi
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
Xanlar rayonu
Göygöl rayonu (əvvəlki adı: Xanlar rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Göygöl şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə rayon Göygöl rayonu adlandırılmışdır. Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf (alm. Helenendorf‎) adı altında salınıb. İlk dəfə Helenendorfda 56 ailə yaşamışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Bu icma Azərbaycan ərazisində o dövr üçün ilk böyük yerli olmayan milli icma idi. Tarixi mənbələrlərdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə olaraq İsveçrə missionerlərinin köməyi ilə Sinod çağırılmış və bütün alman icmaları üçün Zaqafqaziyanın birinci Ümümkilsə nizamnəməsi qəbul edilmişdir. 1836-cı ildə Yelenendorfda yaşayan sakinlər sırasında 8 nəfər pinəçi, 8 dənizçi, 4 dülgər, 4 dərzi, 7 furqon ustası və s.
Anaxanım Xanlarova
Anaxanım Hüseynbəy qızı Xanlarova (21 oktyabr 1915, Bakı – 7 fevral 2007, Bakı) — İlk qadın korrozionist alim == Həyatı == Dünya miqyasında tanınmış alim qadınlarımızdan biri texnika elmləri doktoru, professor Anaxanım Hüseynbəy qızı Xanlarovadır. Onun metalların korroziyası və mühafizəsi sahəsindəki elmi nailiyyətləri yüksək dəyərləndirilmişdir. O, neft-qaz mədən qurğularının korroziyadan mühafizəsi üsullarını yaradaraq qurğunun əsas təmirlərarası müddətini iki dəfədən artıq uzatmağa müvəffəq olmuşdur. Professor Anaxanım Xanlarova məşhur Xanlarovlar nəslindəndir. Bakı xanlarından olmuş bu nəsil elmimizə, mədəniyyətimizə istedadlı şəxslər vermişdir. Atası Hüseynbəy Xanlarov gənclik illərində Avropada yaşamış və təhsil almışdı. Anası Şeyda Şamxorskaya zadəgan ailəsindən idi. Təhsilini dayısı maarifpərvər həkim Qara bəy Qarabəyovun yanında almışdı. Milli adət-ənənələr əsasında gözəl ailə tərbiyəsi görmüş Anaxanım Bakıda 132 nömrəli orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Bakı Sənaye Texnikumunda oxumuşdur. 1934-cü ildə isə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur.
Həştərxan xanlarının siyahısı
Həştərxan xanlarının siyahısı — Həştərxan xanlığının hökmdarları nəzərdə tutulur. Həştərxan xanlığı 1466-cı ildə yaradılmış və 1557-ci ildə IV İvan Qroznı tərəfindən süquta uğradılmışdır.
Kamil Xanlarov
Kamil Əliabbas oğlu Xanlarov (9 mart 1915, Bakı – 15 yanvar 1996, Bakı) — Azərbaycan-sovet rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (1992). == Həyatı == Kamil Xanlarov 1915-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931–1935-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. O zaman İkinci dünya müharibəsinin başlanması rəssamın ali təhsil almaq imkanlarını məhdudlaşdırmışdır. Lakin buna baxmayaraq, rəssam gərgin müşahidələri və fəal yaradıcılıq axtarışları ilə özünün yaradıcılıq qabiliyyətini və rəssamlıq məharətini artıra bilmişdir. 1939-cu ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. Dəfələrlə Bakı şəhərində rəssamın əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur (1961, 1966, 1985, 1995, 2010). Kamil Xanlarov həmçinin uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda 1938–1985-ci illərdə pedaqoji fəaliyyət göstərmişdir. Kamil Xanlarov dəzgah rəngkarlığının müxtəlif janrlarında və eləcə də teatr dekorasiya rəssamlığı sahəsində yaradıcılıq fəaliyyəti göstərmişdir. Kamil Xanlarov yaradıcılığında mənzərə janrına üstünlük vermişdir.
Krım xanları
Krım xanlarının siyahısı, 1441–1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. == Siyahı == Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787–1789) və Bəxt Gərayın (1789–1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Krım xanlarının siyahısı
Krım xanlarının siyahısı, 1441–1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. == Siyahı == Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787–1789) və Bəxt Gərayın (1789–1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Mehriban Xanlarova
Mehriban Aslan qızı Xanlarova (12 avqust 1967, Bakı) — Azərbaycan aktrisası. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Mehriban Xanlarova 1967-ci il avqust ayının 12-də Bakıda anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb. Bir müddət azad sənətkar kimi teletamaşalarda oynayıb, "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar" (Flora), "Qəzəlxan" (katibə), "Xoşbəxtlər" (müğənninin arvadı) filmlərinə çəkilib. Türkiyənin TRT 1 televiziya kanalının dəvətilə orada "Bizim məhəllə" (Səda) və "Cinlər və pərilər" (Leyla) telefilmlərində əsas rolları ifa edib. 1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub.
Möhsün bəy Xanlarov
Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (24 sentyabr 1857 və ya 1857, Bakı – 23 fevral 1921 və ya 1921, Bakı) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü. Mövsüm bəy Xanlarov 1857-ci ilin 24 sentyabrında Bakıda bəy nəsli olan Xanlarovlar ailəsində anadan olmuş və ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, Quranı, şəriət elmini, islam əxlaqını burada öyrənmiş, klassik ədəbiyyat və tarixlə də məhz mədrəsədə tanış olmuşdur. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra o, müstəqil şəkildə rus dilini öyrənmiş, az sonra isə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur. Mövsüm bəy 1872-ci ildə Bakı realnı gimnaziyasına (1874-cü ildə bu təhsil ocağının bazasında Bakı realnı məktəbi təşkil edildi) qəbul olmuşdur. 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirmişdir. Həmin məktəbdə o dövrün tələblərinə cavab verən mükəmməl kimya laboratoriyası və fizika kabineti vardı. Məktəbin kitabxanası müxtəlif xarici elmi-kütləvi nəşrlərə abunə idi. Fundamental elmlərə böyük maraq göstərən Mövsüm bəy bu imkanlardan bəhrələnərək nəzəri-praktiki biliklərini daha da artıra bilərdi. Buna görə də o, əlavə siniflərdə təhsilini davam etdirməyi xidmətə başlamaqdan üstün tutdu. 1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı.
Mövsüm bəy Xanlarov
Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (24 sentyabr 1857 və ya 1857, Bakı – 23 fevral 1921 və ya 1921, Bakı) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü. Mövsüm bəy Xanlarov 1857-ci ilin 24 sentyabrında Bakıda bəy nəsli olan Xanlarovlar ailəsində anadan olmuş və ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, Quranı, şəriət elmini, islam əxlaqını burada öyrənmiş, klassik ədəbiyyat və tarixlə də məhz mədrəsədə tanış olmuşdur. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra o, müstəqil şəkildə rus dilini öyrənmiş, az sonra isə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur. Mövsüm bəy 1872-ci ildə Bakı realnı gimnaziyasına (1874-cü ildə bu təhsil ocağının bazasında Bakı realnı məktəbi təşkil edildi) qəbul olmuşdur. 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirmişdir. Həmin məktəbdə o dövrün tələblərinə cavab verən mükəmməl kimya laboratoriyası və fizika kabineti vardı. Məktəbin kitabxanası müxtəlif xarici elmi-kütləvi nəşrlərə abunə idi. Fundamental elmlərə böyük maraq göstərən Mövsüm bəy bu imkanlardan bəhrələnərək nəzəri-praktiki biliklərini daha da artıra bilərdi. Buna görə də o, əlavə siniflərdə təhsilini davam etdirməyi xidmətə başlamaqdan üstün tutdu. 1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı.
Orxan Xanlarov
Orxan Xanlarov (10 yanvar 1994) — azərbaycanlı zorxana və pəhlivan güləşçisi, idman ustası. Avropa çempionu, Dünya çempionatının və Dünya kubokunun mükafatçısı. Orxan Xanlarov IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş və 1 bürünc medal qazanıb. Orxan Xanlarov, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Orxan Xanlarov 2012-ci ildə keçirilən gənclər arasında Avropa çempionatında (Palanqa, Litva) komanda hərəkətlərində 3-cü yer, çərxi-tiz yarışlarında qızıl, 70 kq çəki dərəcəsində pəhlivan güləşində bürünc medalın sahibi, 2013-cü ildə İran İslam Respublikasının Sərəndec şəhərində keçirilən beynəlxalq turnirdə komanda hərəkətlərində bürünc, çərxi-tiz yarışlarında bürünc medal qazanıb, 2014-cü ildə keçirilən böyüklər arasında Avropa çempionatında (Minsk, Belarus) komanda hərəkətlərində qızıl, çərxi-tiz yarışlarında qızıl medal qazanıb, 2015-ci ildə böyüklər arasında keçirilən Dünya kuboku (Düşənbə, Tacikistan) komanda hərəkətlərində gümüş, çərxi-tiz yarışlarında gümüş, 80 kq pəhlivan güləşində bürünc medal qazanıb, 2016-cı ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə komanda hərəkətlərində gümüş, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb, həmin il keçirilən Dünya çempionatında (Cakarta, İndoneziya) komandalı hərəkətlərində gümüş, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatılıb. Orxan Xanlarov, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında isə gümüş medala layiq görülüb. Komanda yarışlarında isə o, Məmmədi Salamov, Rüfət Gülalıyev, Tural Əliyev və Xəyyam Orucov ilə birgə 2-ci yeri tutub və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub. 2018-ci ildə böyüklər arasında keçirilən Avropa çempionatında (Minsk, Belarus) komanda hərəkətlərində qızıl, çərxi-tiz yarışlarında qızıl, çərxi-çəməni yarışlarında qızıl medal qazanıb. 2020-ci ildə böyüklər arasında keçirilən Dünya çempionatında (Bojnourd, İran) komanda hərəkətlərində bürünc, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb.2024-ci ildə böyüklər arasında keçirilən Dünya Kuboku(İsfahan,İran)komanda hərəkətlərində gümüş,çərxi-tiz yarışlarında bürünc,çərxi-çəməni yarışlarında gümuşmedal qazanıb.
Qarabağ xanlarının siyahısı
Qarabağ xanlarının siyahısı — Qarabağ xanlığında 1748-ci ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş xanlar nəzərdə tutulur. Ümumilikdə, xanlıqda 4 xan hakimiyyətdə olmuşdur.
Qasım xanlarının siyahısı
1445-1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi.
Tələt Xanlarov
Tələt Ağasıbəy oğlu Xanlarov (26 avqust 1927, Bakı – 14 aprel 2004, Bakı) — Sovet və Azərbaycan memarı, Azərbaycan EA-nın akademiki, Azərbaycan SSR əməkdar memarı (1975), Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti, "Şöhrət" (2000) və "Şərəf nişanı" ordenli, Prezident təqaüdçüsü olmuşdur. Tələt Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində qədim Bakı əsilzadələri nəslindən olan Peterburq Universitetinin hüquq fakültəsinin məzunu Ağasıbəy Əli Qulu bəy oğlu Xanlarovun ailəsində anadan olmuşdur. Anası Sara xanım Azərbaycan Tibb Universitetinin ilk məzunlarından biri idi. Tələt ailənin böyük oğlu idi. Tələt Xanlarov 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. O, 1956–1992-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərdövlətlayihə" Baş Dövlət Layihə İnstitutunda memar, layihənin baş memarı, 2 nömrəli memarlıq-layihələndirmə şöbəsinin rəhbəri, institutun Baş memarı vəzifələrində işləyərək əsas müəllif əsərlərini yaratmışdır. 1992-ci ildən "Akademik T. A. Xanlarovun yaradıcılıq emalatxanası"na başçılıq edirdi və Bakı şəhəri və onun ətraf qəsəbələrində inşa edilməkdə olan "İmam Rza" məscidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məscidi, prokuratura işçilərinin yaşayış binası, bir neçə inzibati, yaşayış binalarının və fərdi bağ evlərinin layihələrini tərtib etmişdir. 1967–2002-ci illər ərzində Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq İdarəsinin Şəhərsalma Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Tələt Xanlarov 60-dan artıq layihənin müəllifidir, o cümlədən: Heydər Əliyev adına İdman Arenası, Memar Əcəmi metrostansiyası, Mərkəzi Statistika idarəsi, Baş Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov və Nizami rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Mingəçevir şəhərində avarçəkənlərin Olimpik bazası, Sumqayıt şəhərində Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı, Naxçıvan şəhərində Təbriz mehmanxanası və s. Qara Qarayev, Hüseyn Cavid, Tofiq Əliyev, Əlövsət Quliyev və digər tanınmış şəxsiyyətlərin yaşadıqları binalarda xatirə lövhələrinin və qəbirüstü abidələrin müəllifidir.
Xanlar Məmmədov (şəhid)
Xanlar Baloğlan oğlu Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi.. 1970-ci il 18 fevralda Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olub. 1992-ci il 19 noyabr tarixində Sırxavənd uğrunda gedən döyüşlərdə şəhid olub.Yevlax rayonu Aşağı Qarxun kənd tam orta məktəbi şəhid Xanlar Məmmədovun adını daşıyir. .
Xanlar Məmmədov (əsgər)
Xanlar Baloğlan oğlu Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi.. 1970-ci il 18 fevralda Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olub. 1992-ci il 19 noyabr tarixində Sırxavənd uğrunda gedən döyüşlərdə şəhid olub.Yevlax rayonu Aşağı Qarxun kənd tam orta məktəbi şəhid Xanlar Məmmədovun adını daşıyir. .
Gəncə xanları
Gəncə xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biri. Gəncə xanlığı Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları, Gürcüstanla həmsərhəd idi. Xanlığın mərkəzi Gəncə şəhəri idi. == Yaranması == 1736-cı il Suqovuşan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı. Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan,şərait tapdılar.Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II Şahverdi xan Ziyadoğlu olmuşdur.O,Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan Kartli-Kaxetiya hakimi II İrakliyə 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760–1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu.Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir. == İkihakimiyyətlilik dövrü == 1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı.Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi. İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü. == Müstəqillik uğrunda mübarizə == 1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi.Onun hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi.Vəziyyətin belə olmasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü.Lakin o,tələsməyib bu işdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadə etməyi qərara aldı.Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifıni qəbul etdi.Beləliklə, 1780-ci ildə İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar.Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu.Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb,öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər.
Gəncə xanlarının siyahısı
Gəncə xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biri. Gəncə xanlığı Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları, Gürcüstanla həmsərhəd idi. Xanlığın mərkəzi Gəncə şəhəri idi. == Yaranması == 1736-cı il Suqovuşan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı. Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan,şərait tapdılar.Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II Şahverdi xan Ziyadoğlu olmuşdur.O,Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan Kartli-Kaxetiya hakimi II İrakliyə 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760–1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu.Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir. == İkihakimiyyətlilik dövrü == 1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı.Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi. İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü. == Müstəqillik uğrunda mübarizə == 1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi.Onun hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi.Vəziyyətin belə olmasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü.Lakin o,tələsməyib bu işdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadə etməyi qərara aldı.Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifıni qəbul etdi.Beləliklə, 1780-ci ildə İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar.Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu.Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb,öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər.
Şəki xanlarının müxtəsər tarixi
Şəki xanlarının müxtəsər tarixi (əsil adı: Şəki xanlarının ixtisar üzrə tarixi) — Kərim ağa Fatehin Şəki xanlığından bəhs edən tarixi əsəri Bu əsər Şəkinin XVIII–XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir. == Tədqiqi == "Şəki xanlarının müxtəsər tarixi" elm aləminə 1858-ci ildən məlumdur. Həmin ildə akademik B. Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatda topladığı tarixi əsərlər sırasında Sankt-Peterburqda nəşr etdirib. 1924-cü ildə həmin əsərin əsli və ruscaya tərcüməsi Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti tərəfindən nəşr etdirilib. Lakin hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdiriblər. B. Dorn "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatın 13-cü səhifəsində əsərin müəllifi haqqında belə deyir: "1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdır: "Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz. Bu şərqşünasların ardınca prof. N. İ. Aşmarin və əsərin 1926-cı il nəşri üçün tərcümə edən A. Dadaşov eyni səhvi təkrar etmişlər. Aşmarin kitabın müqəddiməsi əvəzinə yazdığı 24 sətirlik məqalədə N. Xanıkovun B. Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə etməyib. Bu səhv ilk dəfə Salman Mümtazın "Maarif işçisi" jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi "Tənqid və mülahizələr" adlı məqaləsində aşkara çıxarıb.

xanlar sözünün leksik mənası və izahı

xanlar sözünün fransız dilinə tərcüməsi

"xanlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xanlar nədir? #xanlar sözünün mənası #xanlar nə deməkdir? #xanlar sözünün izahı #xanlar sözünün yazılışı #xanlar necə yazılır? #xanlar sözünün düzgün yazılışı #xanlar leksik mənası #xanlar sözünün sinonimi #xanlar sözünün yaxın mənalı sözlər #xanlar sözünün əks mənası #xanlar sözünün etimologiyası #xanlar sözünün orfoqrafiyası #xanlar rusca #xanlar inglisça #xanlar fransızca #xanlar sözünün istifadəsi #sözlük