xanlarının sözü azərbaycan dilində

xanlarının

Yazılış

  • xanlarının • 96.6129%
  • Xanlarının • 2.7419%
  • XANLARININ • 0.6452%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan xanlarının siyahısı
Azərbaycan xanlarının siyahısı — Azərbaycan xanlıqlarını XVIII əsrin 40-cı illərindən 1929-cu ilə qədər idarə etmiş xanlar.
Bakı xanlarının evi
Bakı xan sarayı və ya Bakı xanlarının evi — İçərişəhərdə yerləşən XVII–XVIII əsrlərə aid saray tipli yaşayış binaları kompleksidir. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Bakı xan sarayının dövümüzə çatmış ilk tarixi planında beş daxili həyət ətrafında formalaşmış geniş yaşayış kompleksi əksini tapıb. Xan ailəsinə məxsus olmuş ilk böyük həyət birinci yerləşir. Onun ərazisini mərkəzində kiçik hovuzu olan bağ tutur. Kompleks ərazisinə daxil olan çoxsaylı binalardan dövrümüzə yalnız fasadı Böyük qala küçəsinə baxan tikililər və həyətdə iki müstəqil bina çatmışdır. Bakı xan sarayı ərazisində ilk dəfə bərpa işlərinə 1985-ci ildə başlanılmış, paralel olaraq, 1985–1986-cı illərdə həm də abidə arxeolji baxımdan öyrənilmişdir. Arxeoloji tədqiqatlar zamanı kompleks ərazisindən çoxlu sayda maddi-mədəniyyət nümunələri, yeraltı su yolları və Yeraltı hamam aşkarlanmışdır. 2015-ci ildən kompleks ərazisində arxeoloji tədqiqatlar və konservasiya işlərinə başlanılmışdır.
Həştərxan xanlarının siyahısı
Həştərxan xanlarının siyahısı — Həştərxan xanlığının hökmdarları nəzərdə tutulur. Həştərxan xanlığı 1466-cı ildə yaradılmış və 1557-ci ildə IV İvan Qroznı tərəfindən süquta uğradılmışdır.
Krım xanlarının siyahısı
Krım xanlarının siyahısı, 1441–1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. == Siyahı == Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787–1789) və Bəxt Gərayın (1789–1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Qarabağ xanlarının siyahısı
Qarabağ xanlarının siyahısı — Qarabağ xanlığında 1748-ci ildən 1822-ci ilə qədər hakimiyyətdə olmuş xanlar nəzərdə tutulur. Ümumilikdə, xanlıqda 4 xan hakimiyyətdə olmuşdur.
Qasım xanlarının siyahısı
1445-1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi.
İrəvan xanlarının siyahısı
İrəvan xanlığı 1747-ci ildə yaradılmış və 1828-ci ildə Rusiya imperiyası tərəfindən ləğv edilənə qədər mövcud olmuşdur.
Şəki xanlarının sarayı
Şəki xan sarayı (həmçinin Şəki xanları sarayı) — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars üslubunda inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. 30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray Ümumdünya irsidir.
Şəki xanlarının siyahısı
Şəki xanlığı
Gəncə xanlarının siyahısı
Gəncə xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biri. Gəncə xanlığı Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları, Gürcüstanla həmsərhəd idi. Xanlığın mərkəzi Gəncə şəhəri idi. == Yaranması == 1736-cı il Suqovuşan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı. Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan,şərait tapdılar.Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II Şahverdi xan Ziyadoğlu olmuşdur.O,Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan Kartli-Kaxetiya hakimi II İrakliyə 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760–1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu.Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir. == İkihakimiyyətlilik dövrü == 1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı.Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi. İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü. == Müstəqillik uğrunda mübarizə == 1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi.Onun hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi.Vəziyyətin belə olmasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü.Lakin o,tələsməyib bu işdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadə etməyi qərara aldı.Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifıni qəbul etdi.Beləliklə, 1780-ci ildə İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar.Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu.Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb,öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər.
Şəki xanlarının müxtəsər tarixi
Şəki xanlarının müxtəsər tarixi (əsil adı: Şəki xanlarının ixtisar üzrə tarixi) — Kərim ağa Fatehin Şəki xanlığından bəhs edən tarixi əsəri Bu əsər Şəkinin XVIII–XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir. == Tədqiqi == "Şəki xanlarının müxtəsər tarixi" elm aləminə 1858-ci ildən məlumdur. Həmin ildə akademik B. Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatda topladığı tarixi əsərlər sırasında Sankt-Peterburqda nəşr etdirib. 1924-cü ildə həmin əsərin əsli və ruscaya tərcüməsi Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti tərəfindən nəşr etdirilib. Lakin hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdiriblər. B. Dorn "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatın 13-cü səhifəsində əsərin müəllifi haqqında belə deyir: "1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdır: "Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz. Bu şərqşünasların ardınca prof. N. İ. Aşmarin və əsərin 1926-cı il nəşri üçün tərcümə edən A. Dadaşov eyni səhvi təkrar etmişlər. Aşmarin kitabın müqəddiməsi əvəzinə yazdığı 24 sətirlik məqalədə N. Xanıkovun B. Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə etməyib. Bu səhv ilk dəfə Salman Mümtazın "Maarif işçisi" jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi "Tənqid və mülahizələr" adlı məqaləsində aşkara çıxarıb.
Şimali Yuan Dövlətinin xanlarının siyahısı
Bu məqalədə Şimali Yuan Dövlətinin bütün xaqanlarının adları yer alır.
Şəki xanlarının müxtəsər tarixi (kitab)
Şəki xanlarının müxtəsər tarixi (əsil adı: Şəki xanlarının ixtisar üzrə tarixi) — Kərim ağa Fatehin Şəki xanlığından bəhs edən tarixi əsəri Bu əsər Şəkinin XVIII–XIX əsrlər siyasi tarixinə aid ilk mənbələrdən biridir. "Şəki xanlarının müxtəsər tarixi" elm aləminə 1858-ci ildən məlumdur. Həmin ildə akademik B. Dorn Azərbaycan dilində yazılmış bu əsərin əslini "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatda topladığı tarixi əsərlər sırasında Sankt-Peterburqda nəşr etdirib. 1924-cü ildə həmin əsərin əsli və ruscaya tərcüməsi Azərbaycanı Tədqiq və Tətəbbə cəmiyyəti tərəfindən nəşr etdirilib. Lakin hər iki nəşrdə əsərin həqiqi müəllifini müəyyən etməkdə səhvə yol verilmiş və əsəri başqa bir şəxsin, bu əsərlə heç bir əlaqəsi olmayan adamın adı ilə nəşr etdiriblər. B. Dorn "Əl-İntixabətul-Bəhiyyə" adlı külliyatın 13-cü səhifəsində əsərin müəllifi haqqında belə deyir: "1858-ci ildə bu əsərin müəllifi haqqında Xanıkov mənə belə yazmışdır: "Kiçik Şəki tarixinin müəllifi mənim dostum, nəslənbənəsl Şəki qazısı olan Hacı Əbdüssəlim əfəndinin oğlu Hacı Əbdüllətif əfəndidən başqa kimsə ola bilməz. Bu şərqşünasların ardınca prof. N. İ. Aşmarin və əsərin 1926-cı il nəşri üçün tərcümə edən A. Dadaşov eyni səhvi təkrar etmişlər. Aşmarin kitabın müqəddiməsi əvəzinə yazdığı 24 sətirlik məqalədə N. Xanıkovun B. Dorna yazdığı məlumatdan başqa əsərə heç bir şey əlavə etməyib. Bu səhv ilk dəfə Salman Mümtazın "Maarif işçisi" jurnalının 1929-cu il 2 və 3-cü nömrələrində dərc etdirdiyi "Tənqid və mülahizələr" adlı məqaləsində aşkara çıxarıb.

Oxşar sözlər

#xanlarının nədir? #xanlarının sözünün mənası #xanlarının nə deməkdir? #xanlarının sözünün izahı #xanlarının sözünün yazılışı #xanlarının necə yazılır? #xanlarının sözünün düzgün yazılışı #xanlarının leksik mənası #xanlarının sözünün sinonimi #xanlarının sözünün yaxın mənalı sözlər #xanlarının sözünün əks mənası #xanlarının sözünün etimologiyası #xanlarının sözünün orfoqrafiyası #xanlarının rusca #xanlarının inglisça #xanlarının fransızca #xanlarının sözünün istifadəsi #sözlük