xalqlarının sözü azərbaycan dilində

xalqlarının

Yazılış

  • xalqlarının • 97.2980%
  • Xalqlarının • 2.6755%
  • XALQLARININ • 0.0265%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dünya xalqlarının siyahısı
Dünya xalqlarının siyahısı
Türk xalqlarının mifologiyası
Türk xalqlarının mifologiyası və ya qısaca Türk mifologiyası — müasir türk xalqlarının zəngin mənəvi mədəniyyətinin çox mühüm və gərəkli ünsürlərindən biri. Əcdadların uzaq keçmişdə, mifoloji dövrün başlanğıcında qoyduğu adət-ənənələrə qəti inam və onlara mütləq riayət olunması nəticəsində mifoloji cəmiyyətlərdə ixtilaf, pozğunluq olmur; burada hamı eyni cür düşünür və eyni cür hərəkət edir, miflərdə əcdadları barədə deyilən eyni simvolik obrazlara inanırlar. Türk mifologiyasında totemizmin izləri özünü bariz şəkildə göstərir. Bunu görkəmli tədqiqatçı Bahəddin Ögəlin “Türk mifologiyası” adlı kitabı da təsdiq edir. Müəllif burada vaxtilə türklərdə mövcud olmuş müxtəlif totemlərin izləri haqqında geniş məlumat verərək qeyd edir ki, Çin mənbələrinə görə, Göytürk xaqanlığı içərisində və Altay dağlarında yaşayan tarduş türklərinin əcdadı “qurd başlı bir insan” imiş. Onun fikrinə görə, bu da qədim türk totemizminin bir izi sayılmalıdır . Tədqiqatçı türklərdə qurdla bağlı inamlara toxunaraq, qədim türklərin totemlərindən biri kimi qurddan geniş söhbət açmışdır. V.Həbiboğlu da türk xalqlarının zoomorfik təsəvvüründə qurd toteminin xüsusi yer tutduğunu qeyd edərək, gətirdiyi nümunələr əsasında onu ətraflı tədqiq etmişdir . Qədim türklərdə ruh, onun ölməzliyi və o biri dünyanın mövcud olması haqqında animistik təsəvvürlər geniş yayılmışdır. Məsələn, yakutlarda ölənin ruhu ilə əlaqədar müxtəlif adətlər mövcud idi.
Şimal Xalqlarının İnstitutu
Şimal Xalqlarının İnstitutu — Rusiyanın Sibir, Uzaq Şərqdə yaşayan 30-dan çox azsaylı yerli xalqları üçün pedaqoji və elmi kadrlar hazırlayan ixtisaslaşmış yeganə ali məktəb. Aleksandr Qertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin tərkibinə daxildir. Gersen ad.
Türk xalqlarının tarixi
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 196 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası və ya əvvəlki adı ilə Talış Xalq Partiyası (tal. Tolyšə Xəlği Partijə) — Azərbaycanda talış siyasi partiyası. 1991-ci ildə təsis edilmiş və 1993-cü ildə ləğv edilmişdir. == Tarixi == Talış Xalq Partiyası (TXP) 1989-cu ildə yaradılmış Talış Milli Dirçəliş Partiyasının əsasında təsis edilmişdir. "Talış Milli Dirçəliş Partiyası"nın məqsədi talışların bir millət kimi hüquqlarını qorumaq və uzunmüddətli perspektivdə, konstitusiya ilə tanınacaq Talış-Muxtar Respublikasının yaradılması uğrunda mübarizə aparmaq idi. Belə bir tələbin tarixi əsası Qacar dövləti ilə müharibədən sonra Rusiya imperiyasına birləşdirilənə qədər paytaxtı Lənkəran olan Talış xanlığının mövcudluğu idi. 1991-ci ilin payızında Talış Milli Dirçəliş Partiyası yenidən Talış Xalq Partiyasına çevrilmişdir, 1992-ci ilin iyulunda onun təsis qurultayı keçirilmişdir. Qurultayda çıxış edən Azərbaycan Elmlər Akademiyasında fizika-riyaziyyat elmləri namizədi Hilal Məmmədov partiyanın sədri seçilmişdir. Partiya rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və talış xalqının gələcək inkişafını yalnız Azərbaycan dövləti kontekstində nəzərdən keçirdiklərini vurğulamışdılar. Azərbaycan hakimiyyəti partiyanı Talış Xalq Partiyası adı altında qeydiyyatdan keçirməkdən imtina etdiyi üçün onun adı dəyişdirilərək Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası adlandırılmışdır.
Rusiya Xalqlarının Hüquq Bəyannaməsi
Rusiya Xalqlarının Hüquq Bəyannaməsi — Sovet Rusiyasının ilk hüquqi aktlarından biri. Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Soveti tərəfindən 1917-ci il noyabrın 2 (15)-də təsdiq edilmişdi. Bəyannamədə "Lenin milli siyasəti"nin aşağıdakı əsas prinsipləri elan olunmuşdu: Rusiya xalqlarının bərabərliyi və suverenliyi; Rusiya xalqlarının azad surətdə öz müqəddəratını təyin etməsi (ayrılmaq və müstəqil dövlət yaratmağa qədər); bütün milli və milli-dini imtiyaz və məhdudiyyətlərin ləğvi; Rusiyada azlıqda qalan xalq və etnik qruplarının müstəqil inkişafı. Lakin sovet Rusiyası bu bəyannaməni, demək olar ki, həyata keçirmədi, Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranmasınadək (1917, noyabr -1922, dekabr) keçmiş Rusiya xalqlarının müstəqil dövlət yaratmaq hüquqlarını açıq-aşkar pozdu. Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etdi. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə 11-ci Qırmızı ordu onun varlığına son qoydu, ərazisini işğal etdi. Şimali Azərbaycan yenidən Rusiyaya qatıldı. Çox keçmədən keçmiş Rusiya imperiyasının ərazisində yaranmış digər müstəqil dövlətlərin də varlığına son qoyuldu. Sonra isə onlar SSRİ-nin tərkibində birləşdirildi (1922, dekabr). Bu siyasət özünü doğrultmadı, 1991-ci ilin dekabrında SSRİ süquta uğradı.
SSRİ Xalqlarının Spartakiadasında futbol
SSRİ Xalqlarının Spartakiadasında futbol — Milli futbol yığmalarının SSRİ Xalqlarının Spartakiadasında qarşılaşdığı turnir. Aşağıdakı cədvəldə SSRİ Xalqlarının Spartakiadasının futbol turnirlərinin qalibləri haqqında ümumi məlumat qeyd olunmuşdur.
Tatarıstan xalqlarının Dostluq evi
Tatarıstan xalqlarının Dostluq evi (Tat. Татарстан халыкларының Дуслык йорты) Tatarıstan xalqlarının mədəniyyətlərinin dirçəlişi, qorunması və inkişafı ilə məşğul olan Tataristan respublika təşkilatıdır. Təşkilat 1999-cu ildə açılmışdır. Pavlyuxina küçəsi 57-də yerləşir. 1992-ci ildə, Tatarıstan Xalqlarının birinci qurultayında, əvvəlcə 9 etnik icmanın nümayəndələrini əhatə edən Tatarıstan Respublikasının Milli-Mədəniyyət Cəmiyyətləri Birliyi (ANKO RT, indiki Tatarıstan Xalqları Məclisi) yaradıldı. 1999-cu ildə respublika hökuməti Tatarıstan Xalqlarının Dostluq Evinin yaradılması üçün Kazanın mərkəzində ayrıca bir bina inşa etdi. 26 May 1999-cu ildə açılış mərasimi keçirildi. Bu təşkilatın məqsədi "Tatarıstan Respublikası xalqlarının mədəniyyətlərinin dirçəlişi, qorunması və inkişafı üçün ictimai milli-mədəni təşkilatlara dövlət dəstəyi təmin etmək" idi. 2005-ci ildə Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaimiev, Xalqlar Dostluğu Evinə respublika büdcəsindən maliyyələşdirilən və müstəqil respublika təşkilatı statusu verən "Tataristan Xalqlarının Dostluq Evi haqqında" fərman imzaladı. Təşkilatın qurucusu Tatarıstan Respublikasının Nazirlər Kabineti idi və bu təşkilat birbaşa Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyinə tabe oldu.
İran türkdilli xalqlarının sayı
İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 17 milyon nəfərdir. İrandakı türkdilli xalqları əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlər. İranın şimal-qərb bölgələrində yerləşən əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşirlər. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Xorasan ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər, Fars əyalətinə şamil olunurlar. Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir . İran azərbaycanlılarının sayı 1998-ci ildə ethnologue saytının təxmini hesablamasına görə, 13,5 milyon nəfər imiş. Bu sayı indiki dövr artımı ilə 20 milyon nəfər hesab etmək olar .
Bakıda şərq xalqlarının I qurultayı
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. == XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi == 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi.
SSRİ Xalqlarının Spartakiadası (film, 1966)
Kinolent 1966-cı ildə keçirilmiş SSRİ Xalqlarının Spartakiadası haqqındadır. Film Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsinin sifarişi ilə çəkilmişdir.
Türk (türk xalqlarının əfsanəvi əcdadı)
Türk — türklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir. Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlar və Yəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir. Təbəri (IX–X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə ibn İshaqa (VIII əsr) istinad edərək təkrar onun adını çəkir. X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi. Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı II Evtixiy və ya daha çox tanındığı adı ilə Səid ibn Batrik(en) (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.
Türk xalqlarının xronologiyası (500-1300)
Aşağıda VI-XIV əsrlər arasındakı Türk xalqları tarixinin müəyyən edilmiş zaman xronologiyası verilmişdir. Anadolu Səlcuqlu dövlətinin xronologiyası bu zaman xronologiyasında yer alsa da, Səlcuqlu Rum sultanlığı üçün daha ətraflı xronologiyaı üçün Anadolu Səlcuqlu dövlətinin xronologiyasına baxın. Çağdaş Türkiyə Respublikasının və qanuni sələfinin xronologiyası üçün Osmanlı imperiyasının xronologiyası və Türkiyə tarixinin xronologiyasına baxın. Bu zaman xronologiyasında qeyd olunanların xaricində, türk xalqları Azərbaycan və Orta Asiya respublikaları ilə yanaşı Rusiya, Çin və İran kimi Osmanlı imperiyası və Türkiyə ərazisindən kənarda yaşamışlar.
Zaqafqaziya xalqlarının dostluğu (film, 1942)
Film müharibə şəraitində Zaqafqaziya xalqlarının dostluğundan, onların ümumi düşmənə-faşizmə qarşı apardıqları mübarizədən danışır. Operator: Vladimir Yeremeyev, Leonid Koretski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84.
Şimali Amerikanın yerli xalqlarının uzun evləri
Şimali Amerikanın yerli xalqlarının uzun evləri — Şimali Amerikanın müxtəlif yerlərində yerli Amerika və Birinci millətlər xalqları tərəfindən tikilmiş uzun evlər. Bəzən icma yığıncaqları üçün ayrıca uzun evlər tikilirdi. Şimali Amerikanın Sakit okean sahilinin şimal-qərbindəki yerli xalqlar da uzun ev forması tikmişdilər. Onlarınki odunlar və ya parçalanmış odun çərçivəsi ilə tikilmiş, parçalanmış odunlar və bəzən əlavə qabıq örtüyü ilə örtülmüşdür. Nəhəng tuya üstünlük verilən taxta idi. Varlılar fövqəladə böyük uzun evlər tikmişdilər. Suttles, Wayne P.; Lane, Barbara. South Coakjn // Sturtevant, William C. (redaktor). Handbook of North American Indians. 7.
Bakıda şərq xalqlarının I qurultayı (film, 1920)
Bakıda şərq xalqlarının I qurultayı — qısametrajlı sənədli film. 1920-ci ildə Azərbaycan XMK-nın İncəsənət Şöbəsində istehsal edilmişdir. == Məzmun == Kinosüjet Azərbaycan sovetləşəndən sonra, 1-7 sentyabr 1920-ci ildə Bakıda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun iştirakı ilə keçirilən Şərq xalqlarının I qurultayının işindən bəhs edir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar»
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.

Oxşar sözlər

#xalqlarının nədir? #xalqlarının sözünün mənası #xalqlarının nə deməkdir? #xalqlarının sözünün izahı #xalqlarının sözünün yazılışı #xalqlarının necə yazılır? #xalqlarının sözünün düzgün yazılışı #xalqlarının leksik mənası #xalqlarının sözünün sinonimi #xalqlarının sözünün yaxın mənalı sözlər #xalqlarının sözünün əks mənası #xalqlarının sözünün etimologiyası #xalqlarının sözünün orfoqrafiyası #xalqlarının rusca #xalqlarının inglisça #xalqlarının fransızca #xalqlarının sözünün istifadəsi #sözlük