xanla sözü azərbaycan dilində

xanla

Yazılış

  • xanla • 76.8707%
  • Xanla • 21.7687%
  • XANLA • 1.3605%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əmir Teymurun Toxtamış xanla müharibəsi
Əmir Teymurun Toxtamış xanla müharibəsi (1380 - 1390) – rus knyazlıqları üzərində monqol təsirinin azaldılmasında mühüm yeri olan XIV əsr hərbi münaqişəsi. Döyüş əməliyatları Mərkəzi Asiya, Qafqaz və Volqaboyunda aparılırdı. 1359-1380-ci illər ərzində Qızıl Orda taxtı 25 xan dəyişdi, xanlığın bir çox əyaləti mərkəzi hakimiyəti tanımırdı. 1370-ci ildə Sırdərya ulusundan olan Urus xan yüksəldi. Bu vaxt ərzində Çığatay ulusunda hakimiyətə gəlmiş əmir Teymur Urus xanın güclənməsindən ehtiyat edərək onun rəqibi Toxtamışı dəstəklədi. Urus bir neçə dəfə Toxtamışı məğlub etsə də, Toxtamış hər dəfə, yenə ona qoşun verərək yola salan Teymurun yanına qaçdı. Lakin Urus qəflətən ölür və Kulikovo döyüşündən sonra Teymurun yardımı ilə Toxtamış nəhayət ki Qızıl Ordanın taxtına yiyələnir. 1382-ci ildə Toxtamış Rusiyanı yağmalayır və özünü keçmiş himayədarı Teymura qarşı çıxmaq gücündə olduğunu sanmağa başladı. 1380-ci ildə Teymur İranın fəthinə yollandı. Teymurun qışlaqda olmasından yararlanan Toxtamış, o zaman dünyanın ən böyük və zəngin şəhərlərindən biri olan Təbrizi tutdu və taladı.
Azərbaycan xanları
Azərbaycan xanlarının siyahısı — Azərbaycan xanlıqlarını XVIII əsrin 40-cı illərindən 1929-cu ilə qədər idarə etmiş xanlar.
Azərbaycan xanlarının siyahısı
Azərbaycan xanlarının siyahısı — Azərbaycan xanlıqlarını XVIII əsrin 40-cı illərindən 1929-cu ilə qədər idarə etmiş xanlar.
Aşıq Azər Xanlaroğlu
Aşıq Azər Məhərrəmov (azərb. Məhərrəmov Azər Xanlar oğlu‎; 27 aprel 1983, Tovuz rayonu – 12 may 2018, Bakı) — Azərbaycan aşığı. Azər Məhərrəmov 27 aprel 1983-cü ildə Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib. Bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xaricdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil edib. 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi. Gənc yaşlarından ustadlıq səviyyəsinə yüksəlib, Türkiyədə, İranda, Gürcüstanda və digər ölkələrdə də tanınmışdır. Musa Nəbioğlu Azərin yaradıcılığı haqqında bunları yazırdı: 12 may 2018-ci ildə hepatit xəstəliyindən dünyasını dəyişib.
Aşıq Xanlar Məhərrəmov
Aşıq Xanlar Məhərrəmov (1950, Əlimərdanlı, Tovuz rayonu – 1998, Bakı) — Azərbaycan aşığı Aşıq Xanlar Məhərrəmov 1950-ci ilin yanvar ayında Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur. Aşıq Əmrah, Aşıq Ədalət, Aşıq Kamandar, Aşıq Əkbər kimi onun da öz ifaçılıq yolu olmuşdur. Aşıq Xanlar 48 il ömür sürsə də, onun sazda ifa etdiyi musiqilər hələ də yaddaşlardadır. 1997-ci ildə İstanbul Bələdiyyəsinin keçirdiyi festivalın laureatı olub. Mükafatı Rəcəb Təyyub Ərdoğan təqdim etmişdir. 1998–ci ildə Bakıda vəfat etmişdir. Solo saz ifaçısı Aşıq Azər Xanlaroğlu Aşıq Xanlar Məhərrəmovun oğludur. Azər 2013-cü ildən "Hepatit B" xəstəliyindən əziyyət çəkirdi. 12 may 2018 ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Sərvər Şirin “Portret” rubrikasında mərhum Aşıq Xanlar Məhərrəmovu dostu Aşıq Əli Quliyevlə xatırlayır.
Bakı xanlarının evi
Bakı xan sarayı və ya Bakı xanlarının evi — İçərişəhərdə yerləşən XVII–XVIII əsrlərə aid saray tipli yaşayış binaları kompleksidir. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Bakı xan sarayının dövümüzə çatmış ilk tarixi planında beş daxili həyət ətrafında formalaşmış geniş yaşayış kompleksi əksini tapıb. Xan ailəsinə məxsus olmuş ilk böyük həyət birinci yerləşir. Onun ərazisini mərkəzində kiçik hovuzu olan bağ tutur. Kompleks ərazisinə daxil olan çoxsaylı binalardan dövrümüzə yalnız fasadı Böyük qala küçəsinə baxan tikililər və həyətdə iki müstəqil bina çatmışdır. Bakı xan sarayı ərazisində ilk dəfə bərpa işlərinə 1985-ci ildə başlanılmış, paralel olaraq, 1985–1986-cı illərdə həm də abidə arxeolji baxımdan öyrənilmişdir. Arxeoloji tədqiqatlar zamanı kompleks ərazisindən çoxlu sayda maddi-mədəniyyət nümunələri, yeraltı su yolları və Yeraltı hamam aşkarlanmışdır. 2015-ci ildən kompleks ərazisində arxeoloji tədqiqatlar və konservasiya işlərinə başlanılmışdır.
Həştərxan xanlarının siyahısı
Həştərxan xanlarının siyahısı — Həştərxan xanlığının hökmdarları nəzərdə tutulur. Həştərxan xanlığı 1466-cı ildə yaradılmış və 1557-ci ildə IV İvan Qroznı tərəfindən süquta uğradılmışdır.
Kamil Xanlarov
Kamil Əliabbas oğlu Xanlarov (9 mart 1915, Bakı – 15 yanvar 1996, Bakı) — Azərbaycan-sovet rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (1992). Kamil Xanlarov 1915-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931–1935-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. O zaman İkinci dünya müharibəsinin başlanması rəssamın ali təhsil almaq imkanlarını məhdudlaşdırmışdır. Lakin buna baxmayaraq, rəssam gərgin müşahidələri və fəal yaradıcılıq axtarışları ilə özünün yaradıcılıq qabiliyyətini və rəssamlıq məharətini artıra bilmişdir. 1939-cu ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. Dəfələrlə Bakı şəhərində rəssamın əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur (1961, 1966, 1985, 1995, 2010). Kamil Xanlarov həmçinin uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda 1938–1985-ci illərdə pedaqoji fəaliyyət göstərmişdir. Kamil Xanlarov dəzgah rəngkarlığının müxtəlif janrlarında və eləcə də teatr dekorasiya rəssamlığı sahəsində yaradıcılıq fəaliyyəti göstərmişdir. Kamil Xanlarov yaradıcılığında mənzərə janrına üstünlük vermişdir.
Krım xanları
Krım xanlarının siyahısı, 1441–1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787–1789) və Bəxt Gərayın (1789–1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Krım xanlarının siyahısı
Krım xanlarının siyahısı, 1441–1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787–1789) və Bəxt Gərayın (1789–1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Mehriban Xanlarova
Mehriban Aslan qızı Xanlarova (12 avqust 1967, Bakı) — Azərbaycan aktrisası. Azərbaycan Respublikasının əməkdar artisti. Mehriban Xanlarova 1967-ci il avqust ayının 12-də Bakıda anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb. Bir müddət azad sənətkar kimi teletamaşalarda oynayıb, "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar" (Flora), "Qəzəlxan" (katibə), "Xoşbəxtlər" (müğənninin arvadı) filmlərinə çəkilib. Türkiyənin TRT 1 televiziya kanalının dəvətilə orada "Bizim məhəllə" (Səda) və "Cinlər və pərilər" (Leyla) telefilmlərində əsas rolları ifa edib. 1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub.
Möhsün bəy Xanlarov
Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (24 sentyabr 1857 və ya 1857, Bakı – 23 fevral 1921 və ya 1921, Bakı) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü. Mövsüm bəy Xanlarov 1857-ci ilin 24 sentyabrında Bakıda bəy nəsli olan Xanlarovlar ailəsində anadan olmuş və ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, Quranı, şəriət elmini, islam əxlaqını burada öyrənmiş, klassik ədəbiyyat və tarixlə də məhz mədrəsədə tanış olmuşdur. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra o, müstəqil şəkildə rus dilini öyrənmiş, az sonra isə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur. Mövsüm bəy 1872-ci ildə Bakı realnı gimnaziyasına (1874-cü ildə bu təhsil ocağının bazasında Bakı realnı məktəbi təşkil edildi) qəbul olmuşdur. 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirmişdir. Həmin məktəbdə o dövrün tələblərinə cavab verən mükəmməl kimya laboratoriyası və fizika kabineti vardı. Məktəbin kitabxanası müxtəlif xarici elmi-kütləvi nəşrlərə abunə idi. Fundamental elmlərə böyük maraq göstərən Mövsüm bəy bu imkanlardan bəhrələnərək nəzəri-praktiki biliklərini daha da artıra bilərdi. Buna görə də o, əlavə siniflərdə təhsilini davam etdirməyi xidmətə başlamaqdan üstün tutdu. 1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı.
Mövsüm bəy Xanlarov
Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (24 sentyabr 1857 və ya 1857, Bakı – 23 fevral 1921 və ya 1921, Bakı) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü. Mövsüm bəy Xanlarov 1857-ci ilin 24 sentyabrında Bakıda bəy nəsli olan Xanlarovlar ailəsində anadan olmuş və ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, Quranı, şəriət elmini, islam əxlaqını burada öyrənmiş, klassik ədəbiyyat və tarixlə də məhz mədrəsədə tanış olmuşdur. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra o, müstəqil şəkildə rus dilini öyrənmiş, az sonra isə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur. Mövsüm bəy 1872-ci ildə Bakı realnı gimnaziyasına (1874-cü ildə bu təhsil ocağının bazasında Bakı realnı məktəbi təşkil edildi) qəbul olmuşdur. 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirmişdir. Həmin məktəbdə o dövrün tələblərinə cavab verən mükəmməl kimya laboratoriyası və fizika kabineti vardı. Məktəbin kitabxanası müxtəlif xarici elmi-kütləvi nəşrlərə abunə idi. Fundamental elmlərə böyük maraq göstərən Mövsüm bəy bu imkanlardan bəhrələnərək nəzəri-praktiki biliklərini daha da artıra bilərdi. Buna görə də o, əlavə siniflərdə təhsilini davam etdirməyi xidmətə başlamaqdan üstün tutdu. 1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı.
Tələt Xanlarov
Tələt Ağasıbəy oğlu Xanlarov (26 avqust 1927, Bakı – 14 aprel 2004, Bakı) — Sovet və Azərbaycan memarı, Azərbaycan EA-nın akademiki, Azərbaycan SSR əməkdar memarı (1975), Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti, "Şöhrət" (2000) və "Şərəf nişanı" ordenli, Prezident təqaüdçüsü olmuşdur. Tələt Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində qədim Bakı əsilzadələri nəslindən olan Peterburq Universitetinin hüquq fakültəsinin məzunu Ağasıbəy Əli Qulu bəy oğlu Xanlarovun ailəsində anadan olmuşdur. Anası Sara xanım Azərbaycan Tibb Universitetinin ilk məzunlarından biri idi. Tələt ailənin böyük oğlu idi. Tələt Xanlarov 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. O, 1956–1992-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin "Azərdövlətlayihə" Baş Dövlət Layihə İnstitutunda memar, layihənin baş memarı, 2 nömrəli memarlıq-layihələndirmə şöbəsinin rəhbəri, institutun Baş memarı vəzifələrində işləyərək əsas müəllif əsərlərini yaratmışdır. 1992-ci ildən "Akademik T. A. Xanlarovun yaradıcılıq emalatxanası"na başçılıq edirdi və Bakı şəhəri və onun ətraf qəsəbələrində inşa edilməkdə olan "İmam Rza" məscidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məscidi, prokuratura işçilərinin yaşayış binası, bir neçə inzibati, yaşayış binalarının və fərdi bağ evlərinin layihələrini tərtib etmişdir. 1967–2002-ci illər ərzində Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq İdarəsinin Şəhərsalma Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Tələt Xanlarov 60-dan artıq layihənin müəllifidir, o cümlədən: Heydər Əliyev adına İdman Arenası, Memar Əcəmi metrostansiyası, Mərkəzi Statistika idarəsi, Baş Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov və Nizami rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Mingəçevir şəhərində avarçəkənlərin Olimpik bazası, Sumqayıt şəhərində Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı, Naxçıvan şəhərində Təbriz mehmanxanası və s. Qara Qarayev, Hüseyn Cavid, Tofiq Əliyev, Əlövsət Quliyev və digər tanınmış şəxsiyyətlərin yaşadıqları binalarda xatirə lövhələrinin və qəbirüstü abidələrin müəllifidir.
Xanlar
Göygöl — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli Qərarı ilə şəhər Göygöl adlandırılmışdır. 22 avqust 1819-cu ildə Azərbaycanda ilk alman koloniyası — Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salındı. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Xanlar rayonunun Göygöl adlandırılması barədə qərar qəbul edib. Göygöl Azərbaycanın şimal-qərbində, Gəncə şəhərindən 10 km cənubda, Kiçik Qafqazın Murovdağ silsiləsinin ətəklərində yerləşir.
Xanlar (Bakı)
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var. Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Xanlar (Xudabəndə)
Xanlar (fars. خانلار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (49 ailə).
Xanlar (ada)
Xanlar adası — Azərbaycana məxsus Xəzər dənizində Bakı arxipelaqına aid ada. Qum adasından cənub-sərqdə yerləşir.
Xanlar (dəqiqləşdirmə)
Xanlar (Bakı) — Bakı şəhəri Səbail rayonunun ərazisində şəhər tipli qəsəbə Bibiheybətin əvvəlki adı. Xanlar — Azərbaycandakı Göygöl şəhərinin əvvəlki adı. Xanlar rayonu — Azərbaycandakı Göygöl rayonunun əvvəlki adı. Xanlar (qəsəbə) — keçmiş Xanlar rayonunun eyniadlı şəhər inzibati ərazi vahidində qəsəbə. Xanlar (ada) — Bakı körfəzində ada. Quş adası da adlanır.
Xanlar (qəsəbə)
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
Xanlar Bayramov
Xanlar Bayramov (28 avqust 1948, Komintern, Gədəbəy rayonu – 13 mart 2010, Bakı) — telejurnalist, sənədli filmlər müəllifi, araşdırmaçı yazar. Xanlar Cabbar oğlu Bayramov görkəmli jurnalist, telejunalist, araşdırmaçı yazar, bir çox sənədli filmlərin müəllifi. Xanlar Bayramov 1948-ci ildə Gədəbəyin Soyuqbulaq kəndində doğulub. Uşaqlığı orada keçib. Azərbaycana, onun təbiətinə, tarixinə dərindən bağlanıb. Onun milli ruhuna və tarixinə bağlılıq buradan qaynaqlanır. Sonrakı dönəm bütün araşdırma və yazılarında, sənədli filmlərində ana xətt vətən, onun tarixi şəxsiyyətləri, qəhrəman oğulları olmuşdu. Xanlar Bayramov həmçinin Azərbaycan Cümhuriyyəti, sovet dönəmi Azərbaycan siyasi mühacirəti, onların varisləri, sonrakı yaşamları ilə bağlı araşdırmaları ilə böyük iz qoyub. Rəfibəylilər, Yusifbəylilər, Şeyxzamanlılar, Xan Xoylular, Qacarlar, Ziyadxanlılar, Kazımbəylilər, Səfikürdlülər və s. soylarla bağlı ciddi araşdırmalar aparıb və bir çox qaranlıq məqamları üzə çıxarıb.
Xanlar Bəşirov
Bəşirov Xanlar Əyyub oğlu (22 mart 1957, Xanlar) — Tanınmış rəqqas və rəqs müəllimi, Azərbaycanın əməkdar artisti, Xəzər Universiteti Musiqi və İncəsənət Departamentinin müəllimi, Xəzər universitetinin oğlanlardan ibarət rəqs ansamblının bədii rəhbəri. Eyyub Bəşirovun oğlu, Yaşar Bəşirovun qardaşıdır. Xanlar Bəşirov 22 mart 1957-ci ildə Xanlar rayonunun (indiki Göygöl) inzibati mərkəzi olan Xanlar şəhərində anadan olmuşdur. Atasının işi ilə əlaqədar olaraq orta təhsilini bir neçə məktəbdə və bir neçə şəhərdə almışdır (1-ci, 2-ci sinifləri Xanlar, 3-cü sinfi Bakı, 4-cü sinfi Xanlar, 5-ci sinfi Moskva və 6-cı sinifdən orta təhsilini bitirənədək Bakı şəhərində). Dayısı Azərbaycanın əməkdar artisti peşəkar rəqqas Rafiq Əzizovun çıxışlarında tez-tez tamaşaçı kimi iştirak etdiyi üçün bu sənətə həvəsi yarandı. 1972-ci ildə Yuri Qaqarin adına Cücələrim ansamblına rəqs dərnəyinə yazıldı. İki il dərnəklərdə (Yuri Qaqarin adına pionerlər evində, Fioletov adına klubda, 26-lar klubunda və s.) məşğul olduqdan sonra bu sənəti özünə peşə seçməyi qərarlaşdırdı. 1974-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının Dövlət mahnı və rəqs ansamblında rəqqas kimi çalışmağa başladı. Həmin ildən də Bakı Xoroeqrafiya məktəbinin Azərbaycan Xalq rəqsləri şöbəsində təhsilini davam etdirdi. 1975-ci ildə Bakı Xoroeqrafiya məktəbini bitirib, 1974–1977-ci illər ərzində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında Azərbaycan Respublikasının şəhər və rayonlarında, keçmiş SSRİ şəhərlərində və Finlandiya, Belçika və Avstriya kimi xarici ölkələrdə milli-mənəvi dəyərlərimizi rəqs sənəti vasitəsilə təmsil etdi.
Xanlar Cəfərov
Cəfərov Xanlar Daşdəmir oğlu — Azərbaycan kinoprodüseri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000). Xanlar Cəfərov 6 iyul 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirmişdir. 1969-cu ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində işləyib. 1988-ci ildən "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru olub. 2001-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Xanlar Cəfərov 29 aprel 2016-cı ildə vəfat etmişdir. Ailəli idi.
Xanlar Fətiyev
Xanlar Fətiyev (15 yanvar 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Futbol Federasiyasının sədri. 15 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub və fakültənin tam kursunu bitirib. İş fəaliyyətinə 1988-ci ildə "Azərtransqaz" nəzdində 2 saylı səyyar mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayıb, 1990–1991-ci illərdə "Betonçu" kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992–1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib. 1994–1997-ci illərdə "Elruz" kiçik müəssisəsində sədr, 1997–2003-cü illərdə "Avestas" firmasının baş direktoru, 2003–2004-cü illərdə "Aznur" MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi Gəncə avtomobil zavodunun direktoru vəzifəsində işləyir. 7 noyabr 2010-cu ildə Gəncə seçki dairəsindən Azərbaycan Respublikası Milli məclisinin deputatı seçilib. Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Ailəlidir, iki uşağı var.
Xanlar Hacıyev
Xanlar Hacıyev (hüquqşünas) — İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev (həkim) — Azərbaycan cərrahı, tibb elmləri doktoru (1948), professor (1947).
Xanlar Hacıyev (hüquqşünas)
Xanlar Hacıyev (9 sentyabr 1956, Kirovabad) — İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Hacıyev Xanlar İrşad-Faiq oğlu 1956-cı il sentyabr ayının 9-da Gəncə şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirmişdir. 1978–1980-ci illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda təcrübə keçmişdir. 1980-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasında təhsil almış və 1983-cü ildə disertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır. 1983–1985-ci illərdə RSFSR Ali Məhkəməsində məsləhətçi, 1985–1988-ci illərdə isə "Sovet ədliyyəsi" jurnalında cinayət hüququ və cinayət prosesi şöbəsinin redaktoru vəzifələrində işləmişdir. 1988–1990-cı illərdə SSRİ Ali Məhkəməsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 1990–92-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1992–1993-cü illərdə Ali Məhkəmənin sədrinin birinci müavini, 1993-cü ilin noyabr ayından 1998-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri olmuşdur. 1998-ci ilin iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinn hakimi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinini Sədri vəzifəsinə təyin olunmuşdur. Avropa Şurası Venesiya Komissiyasının, Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında hüquq islahatları komissiyasının, habelə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olmuşdur. 2002-ci ildə hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.47 dəfə / 1 mln.
2004 •••••••••••••• 0.67
2006 ••••• 0.23
2009 •••• 0.16
2010 •••••••••••••••••••• 1.00
2011 •••• 0.17
2012 •••••••••••••••••••• 1.03
2013 ••••••••••••••• 0.73
2014 •••••••••••••• 0.69
2015 •••••••••• 0.51
2016 ••••••• 0.35
2017 •••••••••• 0.49
2019 ••• 0.14
2020 •••••••••••••••• 0.80

"xanla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xanla nədir? #xanla sözünün mənası #xanla nə deməkdir? #xanla sözünün izahı #xanla sözünün yazılışı #xanla necə yazılır? #xanla sözünün düzgün yazılışı #xanla leksik mənası #xanla sözünün sinonimi #xanla sözünün yaxın mənalı sözlər #xanla sözünün əks mənası #xanla sözünün etimologiyası #xanla sözünün orfoqrafiyası #xanla rusca #xanla inglisça #xanla fransızca #xanla sözünün istifadəsi #sözlük