* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••••••••• | 0.39 |
1 is. [fars.] 1. Ev, məskən. …Rəşid Abxazlı yedəyində kəhər at dar və qorxulu cığırla dağ başına, öz xanəsinə tərəf dırmaşırdı. F.Köçərli. [Qurban Fərruxa:] Bir uşaq göndərib bu qəfil gülləni öz xanəmdə, əhli-əyalımın yanında da sinəmə vura bilərdin. Ə.Vəliyev. 2. mus. bax takt. Musiqi əsərlərindəki ağır və yüngül səslərin ardıcıl və müntəzəm surətdə təkrar edilməsi musiqinin bərabər ölçülü ayrı-ayrı taktlara (xanələrə) bölünməsini əmələ gətirir. Ə.Bədəlbəyli. …Sədəf bu dəfə də mülayim və mehriban bir səslə şagirdinin səhvlərini göstərir, o istədiyi kimi çalmayınca yeni xanəyə keçmirdi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / xanə1 сущ. 1. см. xana 2 2, 3; 2; музыкальный такт: 1) метрическая музыкальная единица – музыкальное движение между двумя соседними ударными моментами 2) графическое изображение границы такой доли в виде вертикальной линии
Azərbaycanca-rusca lüğət / xanəf. 1) ev; 2) xana.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti