xan-bəy sözü azərbaycan dilində

xan-bəy

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xan-bəy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bayramxan bəy Abdulla xan oğlu
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.
Xan
Xan (Türk dili: Han, kaan, kağan, hakan) — Monqol və türk dövlətlərində hökmdarlar tərəfindən istifadə edilən ünvanlardan biri və nisbi olaraq ən köhnələrindəndir. == İstifadəsi == Xan — ilk dəfə jujanlar dövründə istifadə edilən bir tituldur. Xaqandan daha aşağı titul idi. Avropa feodalizmində krala bərabərdir. Xan sözündən yaranan sözlər: Gurxan — Qaraxitaylar dövlətinin idarəçilərinə deyilirdi. İlxan — Müəyyən bir elin ya da bölgənin idarəçilərinə deyilirdi. Xani-xanan (fars. خان خانان‎) — Böyük Moğol İmperiyasının sərkərdələrinə deyilirdi. Xan Sahib Şri Babi — Bantva Manavadar dövlətinin hökmdarlarına deyilirdi. Qan — Koreyadakı qəbilə başçılarına verilən titul idi.
Xan xan Bəsirəssəltənə
Xan xan Bəsirəssəltənə (1852-1922) — Mirzə Əli Siqqətülislamın yeznəsi (bacısının həyat yoldaşı), Müzəffərəddin şah Qacara yaxın olan saray adamlarından idi. 1895-ci ildə, Müzəffərəddin şah Qacar ilə birlikdə Təbrizdən Tehrana gəlib və Müzəffərəddin şah Qacar padşah olandan sonra, şahın ən yaxın adamlarından oldu. 1896-1897-ci illərdə sarayda şahın xidmətçisi olmaqdan başqa, Tehranın ətrafında olan ellərin (Qaraçorlu eli, Xudabəndəli eli və Osanlu eli) başçısı oldu ki, əvvəllər Əminəssultanın qardaşı, Məhəmməd Qasim xan Vəkiləssəltənənin sahibliyində idi. 1898-ci ildə, Mirzə Əli Əsğər xan Əminəssultanın yenidən iş üstə gələndən sonra,yada Ruslar tərəfindən iş üstə gətirildiyəndən sonra, Bəsirəssəltənə Ərdəbilə sürgün oldu və bir daha Tehrana qayıtmadı, 1922-ci ildə və 70 yaşında vəfat etdi. Uşaqları, soyadlarını "Bəsirpur" qoyublar. == Qaynaqlar == شرح حال رجال ایران.نگارش مهدی بامداد.جلد دوم ص 90.
İldırım xan və Çərkəz bəy qardaşları
İldırım xan Qasım bəy oğlu Şərifov — Qarabağ bəyi. Ağdam şəhər pristavı. Çərkəz bəy Şərifovun böyük qardaşı. Şərifli nəslindəndir. == Həyatı və fəaliyyəti == İldırım xan Qasım bəy oğlu Şərifov Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndin) kəndində anadan olmuşdur. O, ata tərəfdən Şərifli, ana tərəfdən Qazılılar nəslindəndir. İldırım xan uşaq yaşlarında olarkən atası vəfat etmişdir. O və qardaşı Çərkəz bəy ilk təhsillərini yaxın qohumu Seyid Həşim Seyid Qara Məhəmməd oğlundan almışdır. Sonralar Ağdam şəhər məktəbində (Ağdam şəhər 1 nömrəli orta məktəb) oxumuşdur. İldırım xan Şərifov qardaşı Çərkəz bəy və əmisi oğlu Fərhad bəy ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışdır.
Əliqulu xan (Bican bəy Saakadzenin oğlu)
Əliqulu xan (vəfatı 1667) — Səfəvi məmuru, qulam və ardıcıl üç Səfəvi şahı olan I Şah Səfi (1629-1642), II Şah Abbas (1642-1666) və Şah Süleyman Səfəvinin (1666-1694) dövründə xidmət etmiş gürcü mənşəli yüksək dərəcəli hərbi komandir. Saakadze nəslinin nümayəndəsi olan Bican bəy Saakadzenin oğlu, Rüstəm xan (vəfatı 1644) və İsa xanın (vəfatı 1654) qardaşı idi. Əlli il sürən "əlamətdar karyerası" ilə tanınan Əliqulu bəy gələcəkdə xan, kansler / baş ədliyyə (divanbəyi), baş komandan (sepahsalar) və Təbriz bəylərbəyliyinin bəylərbəyi kimi yüksək vəzifələri tutdu. 1654-cü ildə Əliqulu xan o zamankı şah II Abbasın lehinə dəstək oldu. Babası I Şah Abbasdan (1588-1629) sonra ən bacarıqlı Səfəvi hökmdarı olduğu bilinən II Abbas Səfinin hakimiyyətindən sonra ortaya çıxan bir çox məsələdə, o cümlədən hərbi idarədə təsiri oldu. Əsgərlərin şikayətlərindən sonra Əliqulu xanın davranışı II Abbas tərəfindən araşdırıldı,nəticədə o, vəzifəsindən uzaqlaşdırıldı. Sonralar II Abbasın oğlu və varisi Süleyman I hakimiyyəti dövründə Əliqulu xanın fəaliyyəti bərpa edildi, Süleyman isə onu sepahsalar olaraq təyin etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers.
Ehsan xan Kəngərli (xan)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Gəray bəy
Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq. == Personajın təsviri == Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. == Personajın ətrafında cərəyan edən hadisələr == Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb.
Həmzət bəy
Həmzət bəy (avar. ХӀамзат-бек; 1789, Böyük Qosatl, Avar Xanlığı - 19 sentyabr 1834, Xunzax, Avar Xanlığı) — Qafqaz İmamətinin II imamı. 1830-cu ildə Car-Balakəndə çarizmə qarşı başlayan üsyanda üsyan rəhbəri Şeyx Şabana kömək etmişdir. Lakin sonra çarizmin hiyləsi nəticəsində öz qoşunu ilə üsyandan ayrılmışdır.
Koçi bəy
Koçi bəy (ö. təq. 1650) — Sultan IV Murad və qardaşı Sultan I İbrahimə təqdim etdiyi risalələri ilə tanınan XVII əsr Osmanlı müəllif, filosof və dövlət adamı. == Həyatı == Əsl adının Mustafa olduğu və "Koçi"nin isə ləqəbi olduğu bildirilir. Digər qaynaqlarda ləqəbi "Koca" və "Kuçi" olaraq da keçməkdədir. Doğum tarixi, həyatı və vəfat tarixi haqqında dəqiq bilgilər əlimizdə yoxdur. Qardaşının Rusiyada, Koçi bəyin Osmanlıda olduğu kimi yüksək müşavirlik etdiyi bildirilir. Gəncliyində Rumelidə Albaniyanın Göricə (Korçë) qəsəbəsindən devşirilərək Əndərun məktəbinə qəbul edilmişdir və burada təhsil görmüşdür. Sultan I Əhməddən (1603-1617) IV Murada qədər Əndərunda müxtəlif odalarda vəzifədə olmuşdur. IV Murad (1623-1640) dövründə xas odaya alındı.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Külüg Bəy
Külüg Bəy xan — əsl adı Xu olan xaqan əmisinin ölümündən sonra taxta çıxmışdı. Onun dövründə üsyanlar baş qaldırdı. Yuelouvu (掘羅勿) adlı sərkərdənin üsyana başlaması və özünə Şato türklərini kömək olaraq çağırması Uyğur xaqanlığının çöküşünü sürətləndirən xəbərlərdən idi. Şato türklərinin Ordu-Balıq şəhərini mühasirəyə aldığı zaman intihar etdi. Yerinə Uge xan keçdi.
Mahmud bəy
Mahmud bәy Çobanoğlu (türk. Mahmud Bey Çobanoğlu; v. 1309, Kastamonu, Kastamonu ili) — Çobanoğlu bәyliyinin 4-cü vә son hökmdarı. Yavlaq Arslanın 2 oğlundan biridir (digәri Әli bәydir). Onun 1309-cu ildә Candaroğlu Süleyman bəy tәrәfindәn öldürülmәsinden sonra Çobanoğlu dövlәti süquta uğramışdır.
Mehrəli bəy
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Murad bəy
Murad bəy (1750-1801) — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. İbrahim bəylə birlikdə Misiri idarə ediblər. İbrahim kimi o da gürcü əsillidir. Napoleonun ordusuna məğlub olandan sonra Murad Yuxarı Misirə qaçır və burada qısa müddət ərzində partizan müharibəsi aparır. 1800-cü ildə Murad Kleberlə sülh imzalayır və Qahirədəki qarnizona rəhbərlik etməyə razılıq verirsə də, onun yanına gedərkən yolda bubon taunu xəstəliyindən vəfat edir. == Ədəbiyyat == Chandler, David, The Campaigns of Napoleon New York, Macmillan, 1966. Xuan Koul, Napoleon’s Egypt: Invading the Middle East Palgrave Macmillan, 2007. [ISBN 1-4039-6431-9] Herold, J. Christopher, Bonaparte in Egypt - London, Hamish Hamilton, 1962. Herold, J. Christopher, The Age of Napoleon. New York, American Heritage, 1963.
Musa bəy
Musa bəy — Səfəvilər dövlətində məmur. O, 1713–1714-cü illərdə Şah Sultan Hüseynin (1694–1722-ci illərdə hakimiyyətdə olmuşdur) dövründə müəyyərülməmalik kimi xidmət etmişdir. O, erməni əsilli idi, babası İslamı qəbul etmişdi.
Mənsur bəy
Mənsur bəy (d. ? - ö. XVI əsr) — Səfəvi imperiyasının hərbi və dövlət xadimlərindən biri. O, Şah I İsmayılın (1501-1524) hakimiyyəti dövründə, 1509-cu ildə Dərbəndin hakimi təyin edilmişdir. Burada onun qısamüddətli hakimiyyətindən sonra hakimlik Şirvanşahlar sülaləsindən olan şəxslərin əlinə keçmişdir. Səfəvi sülaləsindən asılı olan Şirvanşah hökmdarları özləri də bu qalanı fərqli qalabəyilərinin vasitəsiylə idarə etmişdirlər. Bu, 1538-ci ilə qədər davam etmişdir. Bu ildə Şirvanşah dövlətinin daxili müstəqilliyi də Səfəvi şahı I Təhmasib tərəfindən ləğv edilmiş və bura imperiyaya birbaşa bəylərbəyi kimi tabe etdirilmişdir. == İstinadlar == == Mənbə == Willem Floor.
Nadirqulu bəy
Nağdəli bəy
Nağdəli bəy (v. 1627) — Səfəvilərin İngiltərəyə göndərilmiş səfiri. == Fəaliyyəti == 1626-cı ildə I Abbas tərəfindən İngiltərə kralı I Çarlza səfir göndərilmişdi. Nağdəli bəyin səfir kimi tələb edilməsi əslində Ost-Hind şirkəti və Robert Şirli arasında çıxan bir anlaşmazlığa görə olmuşdu. Robert Şirli İran ipəyinin monopoliyasını İspaniyaya verməyi təklif etməsi şirkətin maraqlarına əks idi və buna görə də şirkət Şirliyə şər ataraq I Abbasdan yeni səfir tələb etmişdi. Yeni səfir Nağdəli bəy kralın hüzuruna çıxanda Robert Şirli onu saxtakar olmaqla günahlandırmış, əsl səfirin özü olduğunu demişdi. Çarlz isə hər iki səfirə öz ölkələrinə qayıtmağı və problemlərini şahın yanında həll etmələrini tapşırır. == Ailəsi == İbrahim xan adlı oğlu vardı. == Ölümü == Nağdəli bəy 1627-ci ildə Qərbi Hindistan sahillərinə çatanda intihar edir. Belə ki, şahın yanına əliboş qayıtmaqdan utanan səfir 4 gün dayanmadan tiryək qəbul edərək intihar edir.
Novruz bəy
Novruz bəy (v. 1640) — I Abbas (1588-1629) və I Səfinin (1629-1642) dövründə xidmət etmiş gürcü Tulaşvili tayfasından olan Səfəvi məmuru. O, bir vaxtlar görkəmli Səfəvi-gürcü hərbi və siyasi lideri olan İmamqulu xanın qızı ilə evləndi. 1626-1627-ci illərdə I Abbas Novruz bəyi Qarabağda Cavanşir tayfasına naib, onun bacanağı Davud xan Undiladzeni isə Qarabağa qalabəyi təyin etdi. == Mənbə == Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica (32). 2003: 272. Maeda, Hirotake. The forced migrations and reorganisation of the regional order in the Caucasus by Safavid Iran: Preconditions and developments described by Fazli Khuzani // Ieda, Osamu; Uyama, Tomohiko (redaktorlar ).
Nüsrət Bəy
Urfa valisi Nusret bəy (1875 – 5 avqust 1920, Bəyazid meydanı) ― türk müəllim, idarəçi. O, Erməni soyqırımına görə bir neçə dəfə həbs olunmuş və həbsdən azad olmuş, lakin yekunda bu səbəbdən 5 avqust 1920-ci ildə Bəyazıt meydanında edam edilmişdir. Ona, Kürəkən Fərid paşa hökumətindən sonra iş başına gəlmiş Əhməd Tofiq hökuməti tərəfindən bəraət verilmişdir. Türkiyə Böyük Millət Məclisi Urfa valisi Nüsrət bəyi 25 dekabr 1921-ci ildə "Milli şəhid" elan etmişdir. Atatürk Nüsrət bəyin ailəsi üçün qanun çıxardaraq, xanımına müəyyən bir məvacib verilməsini, habelə üç uşağının oxutdurulmasını təmin etmişdir.
Osman bəy
I Osman Qazi (osm. عثمان بك‎ — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1258, Söğüt, Biləcik ili – iyun 1326, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar. == Mənbələr problemi == Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.
Otar bəy
Otar bəy və ya həmçinin Otar xan, daha sonra Zuəl-Fəqər xan kimi tanınan (təxminən 1583, - vəfat 1662/63) — Səfəvi hərbi komandiri, şah qulamı və gürcü Barataşvili-Orbelişvilinin (Orbeliani) nəslindən məmur. == Həyatı == Otar bəyin erkən həyatı haqqında çox şey məlum deyil. Əsl ailə adı Barataşvili-Orbelişvili idi və bu da Orbeliani və Qaplanşvili olaraq xatırlanır. Atasının adı Aslamaz idi və onun kimi kiçik vəzifələrdə çalışan iki kiçik qardaşı Vaxuşti və Qorcasbi (Mənsur) vardı. Aleksandr Orbelianinin (1802-1869) fikrincə, Otarın Keyxosrov adlı daha bir qardaşı var. Bundan əlavə, atası Erizbar Barataşvili-Orbelişvilinin ölümündən sonra 17-ci əsrin əvvəllərində Səfəvilərə qaçan Qaplan Barataşili-Orbelişvili (Orbeliani) (? -1671) adlı məşhur gənc əmisi var idi. Otar ilk dəfə Səfəvi mənbələrində 1626-cı ildə Yeni Culfanın darğa (vəzifə) funksiyasını icra edərkən bu vəzifədə Mirman Mirimanidzenin (Səfiquli xan) yerinə yetirildiyi adı çəkilir. 1629-cu ildə I Şah Abbas vəfat etdikdə, o, artıq Simnanın bəylərbəyi vəzifəsinə təyin edilmiş və sultan rütbəsinə sahib idi. Sonralar, 1649-cu ildə, II Şah Abbasın dövründə (1562-1666), şərq ərazilərindəki Qəndəhar valiliyi, həmçinin Zu əl-Fəqər xan fəxri adı verildi.
Porsuq bəy
Porsuq bəy (?-?)— Səlcuqlular dövlətinə xidmət etmiş türk sərkərdəsi. == Həyatı == Anadolu fatehlərindən Məlik Mənsur mərkəzdən boyun qaçırınca Sultan Məlikşah tərəfindən üzərinə Porsuq bəy göndərildi. Porsuq bəy Məlik Mənsuru öldürüb onun hakimiyətindəki Kütahya məntəqəsinə yerləşdi (1090).
Qasım bəy
Qasım bəy və ya sadəcə Qasım — Azərbaycanda kişilərə verilən şəxs adı. == Bu adı olan tanınmış insanlar == Qasım bəy Zakir — görkəmli Azərbaycan şairi. Qasım bəy Camalbəyov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Hacılı-Cavanşir – Mahal naibi, məmur, şair Əsəd bəy Vəzirin atası, şair Qasım bəy Zakirin qaynatası. Qasım bəy Hacıbababəyov — memar. Qasım bəy Misirxanov — Qarabağ bəyi, çar zabiti, praporşik Qasım bəy Qasımbəyov — Bəsirət qəzetinin redaktoru Qasım bəy Heydərov == Bu adda olan abidələr == Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. Qasım bəy məscidi (Həzi Aslanov küçəsi) — Yasamal rayonu Həzi Aslanov küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Qasım bəy məscidi (Bəşir Səfəroğlu küçəsi) — Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.

Oxşar sözlər

#xan-bəy nədir? #xan-bəy sözünün mənası #xan-bəy nə deməkdir? #xan-bəy sözünün izahı #xan-bəy sözünün yazılışı #xan-bəy necə yazılır? #xan-bəy sözünün düzgün yazılışı #xan-bəy leksik mənası #xan-bəy sözünün sinonimi #xan-bəy sözünün yaxın mənalı sözlər #xan-bəy sözünün əks mənası #xan-bəy sözünün etimologiyası #xan-bəy sözünün orfoqrafiyası #xan-bəy rusca #xan-bəy inglisça #xan-bəy fransızca #xan-bəy sözünün istifadəsi #sözlük