* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Yalnız bir adama və ya şeyə məxsus olan, onun üçün səciyyəvi olan, yalnız bir adamda və ya şeydə olan. Balaca Azad təbiətinə xas bir hay-küylə kənarda oynayır. M.İbrahimov. Güləsər yeniyetmə kənd qızlarına xas olan bir qəmzə ilə boynunu bükdü və dinməz-söyləməz çardaqdan endi. İ.Şıxlı. 2. Saf, xalis, qatışıqsız, təmiz. Xas polad. – Tən köynəyi xas qırmızı; Gülgəzli xaradan yaxşı. (Qoşma). 3. tar. Hökmdarın şəxsən özünə məxsus olan. Xas əsgər. – [Şah əşxasa:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. Çünki bu məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Toğrulun məktubunu aparanlardan birisi onun xüsusi katibi Əbülqədir, ikincisi xas qulamlardan Cəmad, üçüncüsü isə Mülhimdir. M.S.Ordubadi. 4. köhn. klas. Əsil, nəcabətli, əsilli, əsilnəsəbli; əyan, kübar.
Azərbaycan dilinin izahlı lüğəti / xas3 XAS(S) ə. 1) xüsusi, əlahiddə, ayrıca; 2) bax xassə2 ; 3) məxsus, aid olan; 4) imtiyaz, üstünlük; 5) xüsusi, şəxsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xas1 Dialektlərdə “çərşənbə axşamı” (həftənin 2-ci günü) mənasında işlədilir. Poeziyada da rast gəlinir: “Xas gecəsi gördüm duşda…” (M.Cümə). Fars dilindən alınma sözdür, arxaikləşib. Ən yaxşı, müqəddəs gün hesab olunub (poeziyada mübarək xas gecəsi ifadəsi çox işlədilib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xas1 XAS I is. [ ər. ] Məxsus, aid olma. Astadan, lakin xislətinə xas ciddi ahənglə dilləndi (S.Qədirzadə). XAS II is. [ ər. ] Həftənin ikinci günü, çərşənbə axşamı. Xas günü. XAS III is. [ ər. ] Seçmə, baş. Cəmi dəlilərin xası; Meydanda var mərd davası (“Koroğlu”).
Azərbaycan dilinin omonimlər lüğəti / xas1 1. свойственный, присущий (кому), специфический; 2. прочный, нелинючий (о краске); 3. качественный, сортовой, товар; 4. вторник; 5. поджаристый (хлеб);
Azərbaycanca-rusca lüğət / xas2 1 сущ. устар. вторник 2 прил. 1. свойственный, присущий, характерный. Müəllimə xas olan свойственный учителю, xalqa xas olan присущий народу, xas olan ələmət характерный признак, özünə xas olan tərzdə в свойственной (присущей) ему манере 2. чистый, без примеси. Xas polad чистая сталь, xas gümüş чистое серебро 3. истор. принадлежащий только государю. Xas əsgər воин, принадлежавший лично шаху 4. благородный, дворянского происхождения
Azərbaycanca-rusca lüğət / xas1 s. 1. peculiar (to), specific; Bu ona xasdır That is his / her way; ona ~ olan yumorla with the humour characteristic of her / him; 2. characteristic; ~ cəhət characteristic feature
Azərbaycanca-ingiliscə lüğət / xas1 sif. spécifique ; bu ona ~dır c’est de son caractère ; ~ cəhət trait m caractéristique
Azərbaycanca-fransızca lüğət / xas1 [ər.] прил. хас (1. тек са касдиз ва я затӀуниз махсус тир; 2. михьи, халис, саф (мес. цур); 3. ист. анжах пачагьдиз вичиз махсус тир (мес. аскер); 4. куьгьн. клас. хаса, эсил авай, эсиллу, хъсан несилдикай тир, эсил; кибар).
Azərbaycanca-ləzgicə lüğəti / xasI (Ağbaba, Gədəbəy, Xanlar, Qax, Qazax, Mingəçevir, Şəki, Tovuz) çərşənbə axşamı. – Xas günü bed gündü (Qax); – Xasda Usuva nişan aparajayıx (Tovuz); – Xas günü bəlyə aparıcux Noxiyə (Şəki) II (Gədəbəy, Tovuz) bazar günü. – Xas günü xasa Qəncə: <Gəncəyə> gedəşsəηmi, a Qulnaz? (Gədəbəy); – Kişi xase: dif, uşaxlara yuannıx almağa (Tovuz) III (Basarkeçər, Qazax) yaxşı. – Cüyür inəx’ harayataη istersəη xas maldı (Qazax); – Məmməd kişi bir xas otax tikif (Basarkeçər) IV (Zəngilan) paltar növü
Azərbaycan dilinin dialektoloji lüğəti.