* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] klas. Torpaq. Kimin yolu düşsə xaki-dərinə; Ox vurar köksünə məlhəm yerinə. Q.Zakir. Kəsilib bir yana atılmışdır; Xakinə abi-qəm qatılmışdır. A.Səhhət. Dostun qədəmində bir ovuc xakam; Dost alsın canımı xoş sifətinən. Aşıq Hüseyn. ◊ Xak ilə yeksan olmaq – bax yerlə yeksan olmaq (“yer”də). Dünyada qalınca zində bir an sənsiz; Ey kaş, olam xak ilə yeksan sənsiz. S.Ə.Şirvani. Bir deyən olmadı, ey xanəxarab; Məmləkət xak ilə yeksan oldu! M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / xak2 f. 1) torpaq, toz; 2) Yer kürəsi; 3) ölkə, məmləkət, diyar; 4) yox olmuş, çürümüş, torpaq olmuş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xak1 сущ. устар. земля; см. yer I, 1 (2) ◊ xak ilə yeksan olmaq сровняться с землей; xak ilə yeksan etmək смешать, сровнять с землей
Azərbaycanca-rusca lüğət / xak1 [fars.] сущ. клас. накьв; ччил; ** xak ilə yeksan olmaq кил. yer (yerlə yeksan olmaq).
Azərbaycanca-ləzgicə lüğəti / xak