* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Zəlil, üzüqara, rüsvay, xəcalətli, pərt. Rüstəmbəy başını çarpayıya söykəyib, xar və zəlil bir halda sükuta getdi, gözləri yaşardı… Çəmənzəminli. □ Xar etmək (eləmək, qılmaq) – hörmətdən salmaq, alçaltmaq, üzüqara etmək, başıaşağı etmək, xəcil etmək. Bunları mənimlə zar qılma; Bir neçə əzizi xar qılma. Füzuli. Xar etmə məni hicrin ilə, ey güli-bixar; Gülşəndə haçan gül eləyib xarə ədavət. S.Ə.Şirvani. Yalnız teatr sevgisi onları dost-düşmən yanında xar eləyir, ata-ana yanında başıaşağı edərdi. S.Rəhman. Xar olmaq – alçalmaq, hörmətdən düşmək, hörməti getmək, üzüqara olmaq. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi. [Naçalnik:] Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllər ilə özünüzü bədnam edib, ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / xar3 is. [fars.] klas. 1. Tikan. Zəhməti bülbül çəkər; Gülü qucar yenə xar. (Ata. sözü). [Kərəm:] Bağı tutdu şeyda bülbül naləsi; Gülün bağrı yandı xarın içində. “Əsli və Kərəm”. Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? Hansı bülbüldür cəfayi-xardən zar olmasın? M.Hadi.
Azərbaycan dilinin izahlı lüğəti / xar4 XAR1 f. 1) tikan; 2) göyəm ağacı. XAR2 f. 1) yeyən, yeyici; 2) içən, içici. XAR3 f. zəlil, həqir, alçaq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xar1 Farscadır, “yaramaz”, “alçaq”, “zəlil” mənasında işlədilir (xar olmaq). Başqa xar sözü də var: xaridən məsdəri ilə bağlıdır, “tikan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xar1 biabırçılıq — üzüqaralıq — bədnamlıq — rüsvayçılıq — pərtlik
Azərbaycan dilinin sinonimlər lüğəti / xar1 XAR I is. [ fars. ] Tikan. Gül dibini xara qoydun; Bülbülü ah-zara qoydun (Dastanlar). XAR II sif. [ fars. ] Zəlil, bimar olan. Gördüm məktəbdə biri əziz, birisi xardır (H.Billuri).
Azərbaycan dilinin omonimlər lüğəti / xar1 1. шип, колючка; 2. срам, позор, конфуз; 3. губчатый; 4. бронзовка (жук-вредитель);
Azərbaycanca-rusca lüğət / xar2 1 сущ. устар. 1. колючка (колючий вырост на ветках некоторых растений) 2. тёрн (колючий кустарник рода слив с темно-синими плодами, терпкого, кисло-сладкого вкуса; плоды такого дерева), см. göyəm 2 прил. осрамлённый, посрамлённый; xar etmək осрамлять, осрамить, посрамлять, посрамить (навлекать, навлечь позор, бесчестье, срам на кого-л., что-л.); xar olmaq осрамляться, осрамиться, позориться, опозориться 3 прил. рыхлый, неплотный, рассыпчатый, крупчатый. Xar buz рыхлый лёд 4 сущ. диал. двух- или трехгодовалый кастрированный козёл 5 сущ. поэт. соперник, противник
Azərbaycanca-rusca lüğət / xar1 I. i. 1. disgrace, shame, humiliation, abasement; ~ olmaq to disgrace oneself, to cover oneself with shame, to bring* shame upon oneself; ~ etmək to disgrace (d.), to abase (d.); to humiliate (d.); özünü ~ etmək to disgrace oneself, to abase oneself, to bring* shame upon oneself; 2. bax tikan II. s. spongy; ~ buz spongy ice; ~ sümük spongy bone
Azərbaycanca-ingiliscə lüğət / xar1 is. piquant m ; épine f ; pointe f ; ~ etmək compromettre vt ; couvrir de honte ; ~ olmaq compromettre (se), couvrir (se) de honte
Azərbaycanca-fransızca lüğət / xar3 прил. русвагь, хажалатлу, перт; // xar etmək (eləmək, qılmaq) батӀлам авун, гьуьрметдай авудун, аскӀанарун, хажалатлу авун, кьил агъада ттун, русвагь авун; xar olmaq батӀлам хьун, гьуьрметдай аватун, алчах хьун, русвагь хьун.
Azərbaycanca-ləzgicə lüğəti / xarI (Culfa, Çənbərək, Füzuli, Qazax, Ordubad) 1. yaşlı axta keçi. – Hər sürüdə ikijə xar var (Çənbərək) 2. qoca öküz (Füzuli) 3. qısır keçi (Qazax). – Xar keçi kök olar (Culfa) II (Oğuz) yoncaya bənzər sarı çiçəkli ot
Azərbaycan dilinin dialektoloji lüğəti.