* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] 1. is. Dağılmış, uçulmuş, viranə qalmış şəhərin, tikilinin və s.-nin qalığı; yarı yıxıq ev və s.; xarabalıq. Bizdən sonra kəndlilər Pəri arvadı və uşağını xarabadan çıxartmışdılar. C.Məmmədquluzadə. Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov. Alçaq, yastı və torpaq evlərdən buranın kiçik bir kənd xarabası olduğu anlaşılırdı. Ə.Məmmədxanlı. 2. sif. Dağılmış, uçulmuş, alt-üst olmuş, xaraba qalmış; viranə, yıxıq, uçuq. Xaraba şəhər. Xaraba kənd. Xaraba evlər. – Könül şəhri gündən-günə talandı; İndi oldu bir xaraba çöllər hey. M.V.Vidadi. Xaraba və başlı-başına buraxılmış bir binanın içərisində toxdayıb oturdum. M.S.Ordubadi. Gülbənd bacısı Tamamın hər şeydən çox xaraba qəbiristandan qorxduğunu söylərdi. S.S.Axundov. □ Xaraba qalmaq – uçulmaq, dağılmaq, viran olmaq (bəzən qarğış kimi – xaraba qalsın! xaraba qalasan! şəklində işlənir). [Qərib:] Xaraba qalsın Tiflis şəhəri; Heç səndə oynayıb-gülən yoxumuş. “Aşıq Qərib”. Gözəl Təbriz xaraba qalır, toz-torpaq içində sönüb gedir. M.İbrahimov. İş belə gedərsə, Gəray ağanın Qarabağ düzənlərindəki malikanəsi, Şuşa şəhərindəki üçmərtəbəli imarəti də xaraba qalacaq… S.Rəhimov. Xaraba qoymaq – dağıtmaq, viran etmək, uçurmaq, daşı daş üstə qoymamaq, xarabalığa döndərmək. [Cənnətəli ağa:] Ay gədələr, dalımca gəlin!… Gərək dünyavü aləmi xaraba qoyam! N.Vəzirov. // klas. Məc. mənada. Bu dil ki ona mənzil idi, oldu xərabə; Əzm etsə əgər yar, dəxi harə qayıtsın? Heyran xanım. 3. dan. Öz evi, öz mülkü, öz yeri mənasında (hiddət məqamında deyilir). [Kərbəlayı Ağca:] Min dəfə deyirəm, bu zəhrimar çəpəri öz xarabanızdan çəkin! Çəmənzəminli. [Paşa bəy Səlbiyə:] Onsuz da qanım qaradır, çıx cəhənnəm ol, itil get xarabana! Ə.Vəliyev. [Münəvvər:] Qoymaz ki, itin küçükləri xarabamızda bir hovr rahat nəfəs alaq. Mir Cəlal. 4. Bax xarabaxana. Çox görmüşəm qana batmış əlləri mən; Çək tətikdən əllərini; Yüz xaraba, min xaraba müəllifi əllərini. M.Araz.
Azərbaycan dilinin izahlı lüğəti / xaraba1 Ərəb mənşəlidir, xarab sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xaraba2 1. XARABA İndi isə həmin xarabaların yerində gözəl, hər nöqtəsində insan qabiliyyəti hiss edilən bir bağçanın əlvan çiçəkləri parlayıb gözümü qamaşdırırdı (M.Hüseyn); ƏNQAZ (kl.əd.) Kor gözüm, sil əllərim bir qövlü məhv etməkdədir; Bax onun ənqazidir bu ahu-əfğan, bir utan! (H.Cavid); XARABAXANA Bakının Bibiheybətinə, Balaxanıma, Suraxanısına, daha bilmirəm hansı xarabaxanasına dolaşanlar, ...bircə damla millət qanı olmadan danabaşlarımızla əl-ələ verib birləşəcəklər (S.Rəhimov); VİRAN Açdı mənə dərdli ağac; Viran bağın məlalını (M.Rahim); VİRANƏ Gəzirik binaları; Dolanbac yol, rızları; Dolaşır viranəni; Bir de Çili qızları (M.Rahim); VİRANXANA (köhn.) (bəzən evə də işarədir) [Qarı:] Öz viranxananda otur ... bu il taxılımız da yaxşıdır (M.Hüseyn). 2. xaraba bax ev 1
Azərbaycan dilinin sinonimlər lüğəti / xaraba1 XARABA – ABAD Ölkə abad ikən, dəyirman xarab idi (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti / xaraba2 I сущ. руина, развалина (употр. обычно во мн. ч.: руины, развалины): 1. то, что осталось, уцелело от разрушившегося строения 2. строение, находящееся в крайне запущенном состоянии, развалюха. Ev xarabaya dönüb дом превратился в развалину, ağlına gəlmirdi ki, belə xarabada yaşayacaq не мог подумать, что будет жить в такой развалюхе II прил. 1. разрушенный. Xaraba ev разрушенный дом 2. разорённый, опустошённый. Xaraba kənd разорённое село; xaraba qalmaq: 1. разрушаться, разрушиться; превращаться, превратиться в руины; 2. разоряться, разориться, опустошаться, опустошиться; обезлюдеть; xaraba qoymaq: 1. превращать, превратить в руины; 2. разорять, разорить, опустошать, опустошить
Azərbaycanca-rusca lüğət / xaraba1 I. i. ruin; ~ya çevirmək to reduce to ruins (d.) II. s. destroyed, demolished; ~ şəhərlər destroyed cities and towns; ~ bina demolished building; ~ qoymaq to pull down (d.), to devastate (d.), to lay* waste (d.)
Azərbaycanca-ingiliscə lüğət / xaraba1 is. ruine f ; ruines f pl ; ~ olmuş dévasté, -e ; ruiné, -e ; ~ qoymaq dévaster vt, transformer en ruine
Azərbaycanca-fransızca lüğət / xaraba1 [ər.] харапӀа (1. сущ. чкӀай, уьцӀей, ацахьай, чӀур хьайи, барбатӀ хьайи кӀвалин, дараматдин, шегьердин ва мс. амукьаяр; харапӀа чка, ваякьан чка; 2. прил. чкӀай, уьцӀей, чӀур хьайи, ацахьай, харапӀа хьайи (мес. хуьр, дарамат); xaraba qalmaq харапӀа хьун, чукӀун, уьцӀуьн, чӀур хьун, ацахьун, барбатӀ хьун, кӀаняй акъатун; xaraba qoymaq харапӀадиз элкъуьрун, чукӀурун, уьцӀуьрун, чӀурун, барбатӀун, кӀаняй акъудун, къван къванцел тун тавун; 3. рах. жуван кӀвал, чка, мулк манада (хъел атай макъамда); 4. кил. xarabaxana).
Azərbaycanca-ləzgicə lüğəti / xaraba