xartiya sözü azərbaycan dilində

xartiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xartiya • 52.4590%
  • Xartiya • 47.5410%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xartiya
Xartiya (sənəd)
Xartiya (deklarasiya)
Xartiya — beynəlxalq hüquqda hüquqi qüvvəyə malik olamayan sənəd. Hər-hansı beynəlxalq razılaşmalarda ümumi prinsipləri və məqsədləri ifadə edir. Misal olaraq Yeni Avropa üçün Paris xartiyasını göstərmək olar.
Xartiya (sənəd)
Xartiya (yunanca, chartes — kağız, fərman) — orta əsrlərdə, eləcə də indiki zəmanəmizdə kütləvi-hüquqi xarakterli sənədlərə verilən ümumi addır. Xartiyalara misal olaraq Şəhərin Xartiyası, Kommunal Xartiyalar, 1838-ci il Xalq Xartiyası, Konstitusiya Xartiyaları və s. göstərmək olar.
Böyük xartiya
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Afina xartiyası
Afina xartiyası (fr. Charte d'Athènes) — Le Korbuzye tərəfindən tərtib olunmuş və 1933-cü ildə Afinada keçirilən CİAM-ın növbəti konqressində qəbul olunmuş şəhərsalma manifesti. Sənədin mətni daha əvvəllər dünyanın 33 böyük şəhərində aparılmış planlaşdırma və tikinti işlərində əldə edilən təcrübənin nəticələrinə əsasən öyrənilərək yaradılmışdır. Bunun nəticəsi meqapolislərin fəaliyyətlərinin dəyişdiyi tarixi şəraitdə şəhərsalmanın prinsip və məqsədlərinə əsaslı şəkildə diqqətin yönəlməsinə səbəb olmuşdur. Afina xartiyasının 111 bəndindən aşağıdakı ikisi daha vacibdir: "azad yerləşmiş məkanda çoxmənzilli blok"- bu yaşayış evinin məqsədəuyğun yeganə tipidir; şəhər ərazisi aşağıdakı funkional zonalara bölünməlidir: yaşayış massivləri; sənaye (işçi) ərazisi; istirahət zonası; nəqliyyat infrastrukturası.
Atlantika xartiyası
Atlantika xartiyası — antihitler koalisiyasının əsas proqram sənədlərindən biri. 1941-ci il 14 avqustda İngiltərənin baş naziri U.Çörçill və ABŞ prezidenti F.D. Ruzvelt arasında müzakirə edildi və Nyufaundlenddəki Arcentiya hərbi dəniz bazasında qəbul edildi. Daha sonra, 24 sentyabr 1941-ci ildə SSRİ və digər ölkələr də xartiyaya qoşuldu. == Tarixi == Almaniyanın hücumunun ilk günlərindən Böyük Britaniya və ABŞ SSRİ ilə həmrəy olduqlarını elan etdilər. ABŞ SSRİ-ni müdafiə etdiyini bəyan etdi. 1941-ci ilin yayında ABŞ-la Böyük Britaniya "Atlantika xartiyası" adlanan sənəd imzaladı. Sənəddə qeyd olundu ki, onların başqa əraziləri tutmaq niyyətləri yoxdur, zorakılığa qarşı çıxır, ədalətli dünya yaradılmasını istəyirlər. SSRİ Çexoslovakiya və Polşa mühacir hökumətlərini tanıyaraq sentyabrın 24-də "Atlantika xartiyası"na qoşuldu. 1942-ci il yanvarın 1-də 26 dövlət "Atlantika xartiyası"na qoşulmaq haqqında "Birləşmiş Millətlər Bəyannaməsi"ni imzaladı. Beləliklə, tədricən antihitler koalisiyası yarandı.
Avropa Sosial Xartiyası
Avropa Sosial Xartiyası — İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasında əks olunmuş vətəndaş və siyasi hüquqların təbii davamı və qarşılığı olan sosial və iqtisadi hüquqların qorunmasını təmin edən, Avropa Şurası çərçivəsində qəbul edilmış regional beynəlxalq müqavilədir. 1961-ci il oktyabr ayının 18-də Turin şəhərində imzalanmış, 1965-ci il fevral ayının 25-də qüvvəyə minmişdir. == Xartiyanın məqsədi və mahiyyəti == Xartiyaya görə iştirakçı dövlətlərin məqsədi "onların … ümumi irsi olan ideal və prinsiplərin həyata keçirilməsi və qorunması, iqtisadi və sosial tərəqqisinə … yardım etmək"dir. Xartiya inkişaf edən sosial və iqtisadi proseslərə uyğun olaraq ötən əsrin son onilliyində müəyyən dəyişiklklər və əlavələrlə daha mükəmməl məzmunu ilə bu sahədəki digər beynəlxalq müqavilələrdən üstün səviyyəsinə çatmışdır. Avropa Sosial Xartiyasının əhəmiyyəti həm də ondan ibarətdir ki, bu beynəlxalq müqavilə əsas sosial hüquqların müdafiəsini təkcə standartlar müəyyən etməklə təmin etmir, həm də xüsusi mexanizm vasitəsilə bu standartların daim artan səviyyəsi üçün şərait yaradır. Avropa Sosail Xartiyasının beynəlxalq müqavilələr içərisində son dövrlərdə ən dinamik sənədlər sırasında olması bu fikri təsdiqləyir. İstər Xartiya ilə müdafiə olunan hüquqların siyahısı və məzmununun, istərsə də bu hüquqların dövlətlər tərəfindən həyata keçirilməsi üzərində nəzarət mexanizminin özünə edilən mütəmadi dəyişikliklər sözügedən sənədin dinamikliyini aydın göstərir. == Xartiyanın son inkişaf tarixi == Avropa Şurasının üzv dövlətləri 1978-ci il, aprel ayının 27-də qəbul etdikləri insan hüquqları üzrə bəyannamədə Avropa konvensiyaları ilə qorunmalı olan insan hüquqlarının, xüsusən də sosial, iqtisadi və mədəni sahələrdəki hüquqların siyahısının genişləndirilməsi işinə mühüm əhəmiyyət verdiklərini bildirdilər. Bu bəyannaməyə qədər Avropa Şurası Nazirlər Komitəsi Avropa konvensiyalarına yeni iqtisadi və sosial hüquqların əlavə edilməsi imkanları haqqında rəy vermək üçün dəvət olunmuş bir çox daimi komissiyalarla məşvəıətçi müzakirələr aparmışdı. 1980-ci ildə Sosial məsələlər üzrə Daimi Komissiyaya (CDSO) Avropa Sosial Xartiyası ilə bağlı proseslərə rəhbərlik etmək barədə təlimat verdi.
Avropa Yerli Özünüidarəetmə Xartiyası
Avropa Yerli Özünüidarəetmə Xartiyası (ing. European Charter of Local Self-Government) — 1985-ci ildə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən qəbul edilmiş və yerli hökumətlərin fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirən ən vacib çoxtərəfli sənəddir. == Tarixi == Avropa Yerli Özünüidarəetmə Xartiyası, 15 oktyabr 1985-ci il tarixdə Avropa Şurasına üzv dövlətlər tərəfindən imzalanmaq üçün açıldı və 1 sentyabr 1988-ci ildə qüvvəyə mindi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı Xartiyanı imzaladı və təsdiqlədi. Son ölkə, sənədi 2013-cü ilin oktyabrında təsdiqləyən San Marinodur. Xartiya dövlətləri öz daxili qanunvericiliyində qeyd etməyi və bələdiyyələrin siyasi, inzibati və maliyyə müstəqilliyini təmin edən bir sıra hüquq normalarını praktik olaraq tətbiq etməyi öhdəsinə götürür. Eyni zamanda, yerli idarəetmənin muxtariyyətinin konstitusiya ilə tənzimlənməsinə ehtiyac yaradır. Üstəlik, Xartiya Avropa Şurasına üzv dövlətlər tərəfindən köməklik prinsipinə əməl olunmasını təmin edən ilk qanuni sənəddir. Beləliklə, yerli hakimiyyət orqanları yerli əhalinin maraqları naminə və öz məsuliyyətləri altında dövlət öhdəliklərinin əhəmiyyətli bir hissəsini idarə etməli və nəzarət etməlidirlər. Subtiplik prinsipinə uyğun olaraq, Nizamnamə dövlət öhdəliklərinin əhaliyə ən yaxın səviyyədə həyata keçirilməsini və daha yüksək inzibati səviyyəyə istinad edilməsini, yalnız yerli administrasiyalar tərəfindən bu cür tapşırıqların həlli səmərəsiz və ya mümkünsüz olduqda göstərir.
Böyük Azadlıqlar Xartiyası
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası
Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası (ing. European Charter for Regional or Minority Languages, fr. Charte européenne des langues régionales ou minoritaires) — 5 noyabr 1992-ci ildə Strasburqda ingilis və fransız dillərində qəbul edilmiş, hər iki mətn eyni dərəcədə orijinaldır və bir nüsxədə Avropa Şurasının arxivinə qoyulur. Avropa Şurasının Baş Katibi Xartiyanın nüsxələrini Avropa Şurasının hər bir üzv dövlətinə və bu Xartiyaya qoşulmağa dəvət olunmuş hər hansı bir dövlətə göndərir. == Xartiyanın məzmunu == Preambula. I hissə — Ümumi müddəalar. Təriflər və s. II hissə — "2-ci maddənin 1-ci bəndinə uyğun olaraq həyata keçirilən məqsəd və prinsiplər". Bu hissədə tərəflərin ərazilərindəki bütün regional və ya azlıq dillərinə tətbiq etməyi öhdələrinə götürdükləri ümumi müddəalar yer alır. III hissə — “2-ci maddənin 2-ci bəndinə uyğun olaraq regional və ya azlıqların dillərinin ictimai həyatda istifadəsini təşviq etmək üçün tədbirlər”.
Paris Xartiyası
Paris xartiyası (ing. Paris Charter) və ya Yeni Avropa üçün Paris xartiyası (ing. Charter of Paris for a New Europe) — Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (ATƏT) iştirakçısı olan dövlətlərin - Avstriya, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Lixtenşteyn, Lüksemburq, Malta, Monako, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Müqəddəs Taxt, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları Sovet İttifaqı, Türkiyə, Finlandiya, Fransa, Çexiya və Slovakiya Federativ Respublikası, İsveçrə, İsveç və Yuqoslaviya dövlət və hökumət başçılarının görüşündə 1990-cı il noyabrında Parisdə qəbul edilmişdir. Xartiyanın imzalanması üçün ilkin şərt Qərb dövlətləri ilə etimad və qarşılıqlı anlaşma mühitinin yaradılması kursunu təyin edən M.S.Qorbaçovun hakimiyyətə gəlməsi idi. Paris xartiyası 32 Avropa dövləti, ABŞ və Kanada tərəfindən qəbul edilmişdir. İclasda Varşava Təşkilatı və NATO-nun silahlı qüvvələrinin genişmiqyaslı ixtisarına dair razılıq əldə olundu. Xartiya konfrans iştirakçılarının 1975-ci ildə Helsinkidə qəbul edilmiş Yekun aktının 10 prinsipinə sadiqliyi təsdiq edildi. Parisdəki görüş Helsinki görüşündən sonra ilk beynəlxalq görüş idi. Beynəlxalq əməkdaşlıq proqramı açıqlanmış, iştirakçı ölkələrin iqtisadi azadlıq və sosial ədaləti təmin etməklə yanaşı, insan hüquqlarına hörmət və ortaq rifahın təmin edilməsi əsasında demokratiyaya sadiqliyi nümayiş etdirilmişdir. Paris Xartiyasının imzalanması Avropada düşmənçilik qarşıdurmasının sona çatmasından xəbər verirdi.

xartiya sözünün leksik mənası və izahı

xartiya sözünün rus dilinə tərcüməsi

  • 1 1. название ряда программных документов общественно-политического значения какой-л. организации, движения и т.п. Olimpiya xartiyası Олимпийская хартия (название устава Олимпийских игр) 2. старинная рукопись, обычно на папирусе или пергаменте 3. в Древней Руси: послание, грамота

    Azərbaycanca-rusca lüğət / xartiya

xartiya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] сущ. хартия (1. къадим гъилин кхьинар (папирусдал, пергаментдал); 2. обществодин-жемиятдин ва политикадин жигьетдай еке метлеб авай документ).

    Azərbaycanca-ləzgicə lüğəti / xartiya

Oxşar sözlər

#xartiya nədir? #xartiya sözünün mənası #xartiya nə deməkdir? #xartiya sözünün izahı #xartiya sözünün yazılışı #xartiya necə yazılır? #xartiya sözünün düzgün yazılışı #xartiya leksik mənası #xartiya sözünün sinonimi #xartiya sözünün yaxın mənalı sözlər #xartiya sözünün əks mənası #xartiya sözünün etimologiyası #xartiya sözünün orfoqrafiyası #xartiya rusca #xartiya inglisça #xartiya fransızca #xartiya sözünün istifadəsi #sözlük