partiya-sovet sözü azərbaycan dilində

partiya-sovet

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • partiya-sovet • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Demokrat Partiya
Demokrat Partiya — Türkiyədə 7 yanvar 1946-cı ildə yaradılmış siyasi partiya. DP-nin yaradılışı ilə ölkə çoxpartiyalı sistemə keçir. 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiya həmçinin 1954,1957 seçkilərində qələbə qazanmışdır. 27 may 1960 hərbi çevrilişindən sonra devrilən siyasi qurum həmin ilin sentyabrın 29-da bağlanmışdır. == Partiyanın quruluşu == 1946-cı ilə qədər Türkiyədə təkpartiyalı sistem hökm sürürdü. 1923-cü ildə Mustafa Kamal Atatürkün öncüllüyü ilə yaranan Cümhuriyyət Xalq Partiyası ölkədə yeganə siyasi partiya olmaqda qalırdı. Hələ 1924 və 1930-cu illərdə müvafiq olaraq Sərbəst Firqə və Tərəqqipərvər Cümhuriyyət Firqəsinin yaradılması ilə çoxpartiyalı sistemə keçidə cəhd edilsədə uğursuzluqla sonladı. Ancaq demokratik qüvvələr güclənməkdə idi. CHP-yə müxalifətin yaranmasını tələb edən əsas problemlərdən biri Türkiyənin iqtisadi geriliyi, əhalinin böyük bir hissəsinin təminatının aşağı olması və iqtidarın bu problemləri aradan qaldırılması üçün etdiyi islahatların istənilən nəticəni verməməsi idi.Digər bir səbəb təkpartiya sistemin demokratik parlament respublikası idealarına uyğun olmamasıydı. 1938-ci ildə Atatürkün ölümündən sonra prezident seçilən İsmət İnönünün pul əskinaslarında təsvir edilməsi, ona "Şef" ünvanının verilməsi parlamentdə çox böyük etirazlara səbəb oldu.
Gənc Partiya
Genç Parti (Gənc Partiya), GP Türkiyə Respublikasındakı siyasi partiyalardan biri. Hazırda Cem Uzan partiyanın başındadır. Partiya Cem Uzan tərəfindən 23 avqust 2002 tarixində qurulub. Partiyanın ideologiyası liberal, demokratik, layiq və milliyətçilikdir.
Qruplaşma (partiya)
Qruplaşma (ivr. ‏המערך‏‎) — İsraildəki iki siyasi ittifaqın adıdır, hər ikisi də İsrail İşçi Partiyasına birləşərək mövcudluğunu sona çatdırdı. İlk uyğunlaşma 1965 Mapay və Ahdut HaAvodanın ittifaqı idi. İki partiya müstəqil olaraq mövcud olmağa davam etdi, lakin birgə seçki siyahılarını təqdim etdilər. Tez-tez Əmək Birliyi adlandırılan ittifaq 1968-ci ildə Rafi ilə birləşərək unitar İsrail İşçi Partiyasını yaratana qədər üç il davam etdi.
REAL (partiya)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. 7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı 1-ci təsis Qurultayını keçirərək Real Partiyasını yaratmışdır. Partiyanın seçkili orqanlarına səs vermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilmişdir. 2018-ci ilin yay fəslində artıq REAL partiyasının sədri İlqar Məmmədov şərti azadlığa buraxıldı. 2019-cu ildə partiyada qurultaya hazırlıq addımları atıldı, məclis və idarə heyəti buraxıldı.
Siyasi partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. == Quruluş == Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Yaxşı Partiya
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. == Hədəfləri == Partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir. == Logosu == Logonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.
Ölməz Partiya
Ölməz partiya (ing. Immortal Game) — 21 iyun 1851-ci ildə Londonda keçirilən ilk beynəlxalq şahmat turniri zamanı baş tutmuş və dövrünün ən güclü şahmatçılarından Adolf Andersenlə Lionel Kizeriski arasında oynanılmış şahmat partiyasıdır. == Oyunun tarixçəsi == Hər iki şahmatçı turnirin favoritlərindən olmaqla yanaşı, həm də ayrı-ayrılıqda "Dünyanın ən güclü şahmatçısı" adını almağa layiq idi, təsadüfi deyil ki, London turnirindəki qələbəsindən sonra çoxları Adolf Anderseni o dövrün ən güclü şahmatçısı olması fikrinə gəlmişdilər. Kizeriski isə həyatının çox hissəsini keçirdiyi Fransada şahmat dərsləri keçir və Avropanın şahmat mərkəzi sayılan və güclü şahmatçıların tez-tez ziyarət etdiyi "Café de la Régence"də saatı 5 frankdan oyunlar oynayırdı. O burada daha az tanınan və zəif olan rəqibinə şanslar yaratdığı halda belə (məsələn vəzirsiz oynamaq kimi) qələbə qazanması ilə məşhur idi. Görüş Londondakı turnir zamanı baş tutsa da, fasilə zamanı oynanılmış qeyri-rəsmi oyun idi. Oyundan təsirlənmiş Kizeriski oyundan dərhal sonra Parisdəki Şahmat Klubuna gedişləri göndərir və bir ay sonra oyun "La Régence" şahmat jurnalında dərc olunur. Oyuna ləqəbi isə 1855-ci ildə avstriyalı şahmat ustası Ernst Falkbeer verib. == Oyunun notasiyası == Ağlar: Adolf Andersen Qaralar: Lionel Kieseritzky Debüt: Fil qambiti 1. e4 e5 2.
İYİ Partiya
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. == Hədəfləri == Partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir. == Logosu == Logonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.
Şinuy (partiya)
Şinuy (ivr. ‏שִׁינּוּי‏‎) — sionist, dünyəvi və anti-kargüzar sərbəst bazar liberal partiyası və İsraildə siyasi hərəkat idi. Partiya iki dəfə Knessetdə ən böyük üçüncü oldu, lakin hər iki hadisə parçalanma və dağılma ilə nəticələndi; 1977-ci ildə partiya Demokratik Dəyişiklik Hərəkatının tərkib hissəsi olaraq 15 yer qazandı, lakin 1978-ci ildə ittifaq parçalandı və növbəti seçkilərdə Şinuy iki yerə endirildi. 2003-cü ildə partiya təkcə 15 yer qazandı, lakin əksər MK-larının yeni partiyalar qurmağa getməsindən üç il sonra onları itirdi. Partiya 2009-cu ilə qədər Liberal İnternasionalistlərin üzvü idi. 30 ildir İsraildə liberal iqtisadi siyasət və dünyəvi dəyərlərin standart aparıcısı olmasına baxmayaraq, Kadimanın meydana gəlməsi Şinuyu təbii seçki dairəsindən məhrum etdi və 2006-cı ilin yanvar ayında partiya kiçik fraksiyalara parçalandı, heç biri də Knessetə girmək üçün lazım olan 2% həddi keçə bilmədi.
Əkinçi (partiya)
Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası. == Yaranması == Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. == Fəalları == Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi. == Fəaliyyəti == Partiyanın fəaliyyətini özündə əks etdirən "Əkinçi" adlı mətbu orqanı nəşr olunurdu. 1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi.
AK Partiya
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısa AK Parti kimi tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. == Tarixi == Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.
Ağ Partiya
Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya.Rəsmi olaraq 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə qeydiyyata alınan partiya 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır.Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. == Tarixi == === Sələfi === Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir. === Quruluşu === 27 sentyabr 2014-cü ildə Müsavat Partiyasının VIII Qurultayı keçirilmişdir. Qurultayda başqanlığa 3 namizəd — Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı olmuşdur. Müsavat Gənclər Təşkilatının sədri olan Tural Abbaslı bu seçkidə 19 səs, partiya daxili müxalif qanaddan Qubad İbadoğlu 200 və partiya rəhbərliyinin namizədi Arif Hacılı isə 228 səs almışdır.Qurultaydan sonra Tural Abbaslı 2 il Müsavat Partiyasında faəliyyət göstərmişdir. 2015-ci il parlament seçkilərində 8 nəfər Tural Abbaslı liderliyində Ağ Blok adlı seçki bloku təsis edərək seçkilərə qatılmışdır.
Partiya siyahısı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı —adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. == Əvəzedici siyahılar == Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
Sovet
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
50 sentlik partiya
Umaodan (çin. sadə. 五毛党, pinyin: wǔmáodǎng, həmçinin 50 sentlik partiya, ing. 50 Cent Party; və ya 50 sentlik ordu, ing. 50 Cent Army) — ÇXR hökuməti, Çin Kommunist Partiyası və yürüdülən dövlət siyasəti barədə müsbət fikirlər yazan, hökumət tərəfdarı olan çinli bloqerlərə verilmiş qeyri-rəsmi ad. Bu ad çin dilindəki "u mao", yəni 5 szyao (0,5 yuan) sözündən götürülmüşdür. Ehtimal olunur ki, onlar internetdə yazdıqları hər şərhə və yazıya görə məhz bu qədər pul alırlar, amma eyni zamanda, ölkədə bu işi pulsuz icra edən çox sayda könüllü də var. Çində internet istifadəçilərinin ümumi sayı 300 milyondan artıqdır. Bu cür istifadəçilərin isə dəqiq sayı məlum deyil, amma on minlərlə olduğu güman edilir; Britaniyanın The Guardian qəzetinin qiymətləndirməsinə görə isə hətta 280-300 min nəfərə çatır.Umaodanlar çatlarda, bloqlarda və forumlarda fəaliyyət göstərirlər. Ən gərgin mövzular Tayvan və Tibet məsələsi, həmçinin, ölkədəki epidemiyalar, ətraf mühitin çirklənməsi, internetdə senzura və dissidentlərin həbsləridir.
Adal (partiya, Qazaxıstan)
Adal (qaz. «Адал» партиясы; qaz. адал — ədalətli) — Qazaxıstanda fəaliyyət göstərən rəsmi qeydiyyatdan keçmiş siyasi partiya. Partiyanın sədri Serik Sultanqalidır.26 aprel 2013-cü ildə Adilet və Ruhaniyyət partiyalarının birləşməsi (birləşməsi) nəticəsində qeydə alınmışdır. == Tarixi == 26 aprel 2013-cü il tarixində "Adilet" və "Ruhaniyyət" partiyaları "Birlik" Partiyasına birləşməyə qərar verdilər.2016-cı ildə keçirilən Məclisi seçkilərində seçicilərin 0,29% -i partiyaya səs verdi, partiya son altıncı yeri tutdu və parlamentə gəlmədi. Partiya üzvlərinə görə, kampaniya Konstitusiyaya, milli və beynəlxalq seçki qanunvericiliyinə tam uyğundur və MSK seçkilərdə iştirak edən bütün siyasi partiyalar üçün bərabər imkanlar və şərtlər təmin etdi. "Бірлік" partiyası 2019 və 2015 prezident seçkilərində namizədini irəli sürmədi. 5 noyabr 2020-ci ildə partiyanın siyasi şurasının iclasında siyasi təşkilatın "Бірлік" dən "Adal" adlandırılmasına qərar verildi . 20 noyabr 2020-ci il tarixində Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının "ADAL" Siyasi Partiyası İctimai Birliyinin Qazaxıstan Respublikası partiya siyahıları ilə seçilən millət vəkili seçkilərində iştirakına qəbul edilməsi haqqında rəsmi fərmanı , nəşr edilmişdir. == Partiyanın seçkiqabağı proqramı == 19 noyabr 2020-ci ildə Nur-Sultan "ADAL" siyasi partiyasının VII Qurultayına ev sahibliyi etdi.
Ak jol (partiya)
«Ak Jol» Qazaxıstan Demokratik Partiyası (qaz. Қазақстанның «Ақ жол» демократиялық партиясы / Qazaqstannyń «Aq jol» demokratıalyq partıasy; İşıq yolu) — özünü "konstruktiv müxalifət" kimi göstərən Qazaxıstanda siyasi partiya. Parlamentdə deputatları var. 3 aprel 2002-ci ildə ədliyyə orqanlarında qeydiyyata alınmışdır. Partiyanın sayı, Qazaxıstan Mərkəzi Seçki Komissiyasına görə 175.862 üzvdür. == Tarixi == Partiya "Qazaxıstanın Demokratik Seçimi" (QDS) ictimai birliyi əsasında quruldu. 2002-ci ilin yanvarında QDS hərəkatının təşkilatçıları ilə fikir ayrılıqları üzündən hərəkatın Siyasi Şurasının bəzi üzvləri yeni bir demokratik partiya "Ak Jol" yaratdıqlarını elan etdilər. 3 aprel 2002-ci ildə partiya Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi . 2004-cü ildə keçirilən Məclis seçkilərində rəsmi məlumatlara görə, partiya səslərin 12.04% -ni aldı. Ümumilikdə, partiya üçüncü çağırış məclisində iki mandat aldı (Əlixan Baymenov - partiya siyahılarına görə, Amalbəy Tşan — birmandatlı seçki dairəsində).
Auıl (siyasi partiya)
«Auıl» Xalq Demokratik Vətənpərvərlər Partiyası (qaz. «Ауыл» халықтық-демократиялық патриоттық партиясы; qaz. ауыл — kənd) — Qazaxıstanda fəaliyyət göstərən siyasi partiya. Ölkə Məclisdə (parlamentdə) təmsil olunmur. Siyasi partiya 1 mart 2002-ci ildə qeydiyyata alındı; 2 aprel 2003-cü ildə yenidən qeydiyyata alındı. Partiyanın sədri Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı, aqrar məsələlər və kənd ərazilərinin inkişafı komitəsinin sədri Əli Abdikarimoviç Bektayevdir. == Tarixi == 2007-ci il Məclis seçkilərində partiya% 1.51 səs toplayaraq Parlamentə daxil olmadı. 2011-ci il prezident seçkiləri elan edildikdən sonra partiyanın qərargah rəisi Zhanibek Nagimetov, Qazaxıstan Sosial Demokrat Partiyası "Auıl" un öz namizədini irəli sürəcəyini açıqladı, lakin sonradan partiya bu seçkilərə qatılmadı. 2 dekabr 2011-ci il tarixdə Astanada Qazaxıstan Sosial Demokrat Partiyası "Auıl" VIII fövqəladə qurultayı keçirildi, burada 120-dən çox nümayəndə iştirak etdi. 2012 seçkiləri üçün Parlament Məclisi millət vəkilliyinə namizəd olaraq partiya siyahısına 23 nəfər - mədəniyyət xadimləri, akademiklər, elm adamları, təsərrüfat rəhbərləri daxil idi.
Beren (siyasi partiya)
Beren - Qırğızıstanda siyasi partiya. 2006-cı ilin dekabrın 30-da Ar-Namıs partiyasının keçmiş üzvləri tərəfindən qeydiyyatdan keçirilmişdir. Partiya parlament üsuli-idarəsini müdafiə edir.
Güclü Partiya (Kosovo)
Güclü Partiya (alb. Partia e Fortë və ya PF) — Kosovoda yaranan satirik bir partiyadır. Partiya və 2013-cü ildə qurulmuşdur. Məqsədi "ictimai pullarını tərəfdarların mənfəəti üçün nəzarət etmə səlahiyyətinə" sahib olmaqdır.Partiyanın cinsiyyət bərabərliyinə olan bağlılığının bir parçası olaraq, qarşıdakı seçkilərdə vəzifə edəcək namizədlərin 30%-dən çoxu kişidir. Partiya, Kosovoda yaşayan insanların yanında o biri dünyadan olanlarınsəs verməsinə tərəfdar olaraq, Kosovonun demokratik bir ölkə olmasını tərifləyən partiya, siyasi status-kvo-nu qorumağa çalışır. Partiya liderləri qrupun anket düzəldənlərin ölçdüyünə görə 120% ətrafında bir zəfər iddia edirdi. == Tarixi == Partiya, 2012-ci ilin Noyabr ayında qurulmasına baxmayaraq, 2013-ci ilin İyun ayının 20-də rəsmən qeydiyyatdan keçmişdir. İl Ruqova, Visar Arifah, Ilir Bayri və Aqon Hamza kimi bir qrup aktivist və sənətçi tərəfindən qurulmuşdur. Güclü Partiyanı siyasi partiya olaraq görən insanlar, media və xalqın marağını çəkən bəzi internet zarafat və protestləri ilə diqqət qazandı. Facebook və Twitter xaricindəki ilk ictimai görünüşü, 2013-ci ilin əvvəllərində Klan Kosovo kabel televiziyasında baş verdi 2013-cü ilin Oktyabr ayında edilən ilk seçkilərdə Güclü Partiya, paytaxt Priştina Bələdiyyə Məclisində ən az bir adamın seçilməsi üçün səs qazanmışdır.
Qara Pantera (partiya)
Qara Panteralar Partiyası (ing. Black Panther Party) — ABŞ-də afroamerikalıların hüquqlarını müdafiə etmiş radikal yönümlü siyasi partiya. QPP 1966-cı ildə Kaliforniya ştatını Oklend şəhərində Huey Nyuton tərəfindən yaradılmışdır. == Xarici keçidlər == 43 il təkadamlıq kamerada saxlanan siyasi məhbus...
Rumıniya Komunist Partiya
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Ukraynanın partiya sistemi
Ukraynada partiya sistemi — Ukraynanın qarşılıqlı partiyaların birliyi == Partiya sistemi haqqında ümumi məlumat == Hakimiyyətini fəth etmək, saxlamaq və həyata keçirmək istəyən qarşılıqlı partiyaların birliyinə partiyalar sistemi deyilir. Cəmiyyətin sinif strukturunun əks olunmadığı partiya sistemi yoxdur. == Ukraynada partiyaların qurulması == 1890-cı ildə Avstriya-Macarıstan əyalitində Qalisiya krallığı və Lodomeridə qurulan rus-ukrayna radikal partiyası Ukraynada Avropa tipli ilk partiya oldu, lakin Ukraynada partiyanın tam olaraq qurulması prosesi 1989-cu ildə Rux milli hərəkatının yaradılması ilə başlamışdır. Ukraynada 100-dən çox partiya və sosial hərəkat var. İdeoloji səbəblərdən, geniş bir spektr Ukraynanın partiya sistemində təmsil olunur — sol və mərkəzçi partiyalardan sağ milliyyətçi partiylarına qədər. == Ukraynada partiya sistemi == Ukrayna partiya sisteminin xüsusiyyətləri partiyaların çoxluğuna baxmayaraq prezident və parlament seçkilərindən əvvəl qarşıdurmaların qarşısını almaq bacarığıdır. Ukraynada hələ də sabit bir partiya sistemi inkişaf etməmişdir. Güclü partiyaların formalaşması parçalanmış müxalifətlə məşğul olmaq üçün faydalı olan üst eşelon mövqeyini təşviq etməmişdir. İcra şöbəsi siyasi partiyaların əhaliyə böyük təsirinin qarşısını almaq üçün qəsdən "ayrılma" siyasətini həyata keçirmişdir. Ukrayna partiyalarının zəifliyinin səbəbləri elə onun öz partiyalarıdır.
Viqlər (siyasi partiya
Viqlər əvvəl İngiltərədə siyasi qrup, daha sonra isə İngiltərə, Şotlandiya və Amerikada siyasi partiya adı olub. " Viq " şotland sözü "whiggamore"-un qısaldılmış formasıdır. Bu söz 1648-ci ildə Qərbi Şotlandiyada monarx I Karla qarşı çıxanlar üçün işlədilib. 1600-cü illərin sonundan etibarən kral ailəsinin artan gücünə qarşı müxalif mövqedə olanlar "Viqlər" adlanırdı. Viqlər 1850-ci illərdə proqressiv Viqlər Liberal adını götürənə qədər İngiltərə siyasətində güclü rola sahib idilər. Amerikada isə "Viqlər" termini Britaniyadan asılılığı rədd edən və ABŞ İstiqlal müharibəsini dəstəkləyənlər üçün işlədilirdi.
Yaşıl Sol Partiya
Yaşıllar və Sol Gələcək Partiyası, qısaca Yaşıl Sol Partiyası və ya YSP — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Çiğdəm Qılıncgün Uçar və İbrahim Akındır. Yaşıl Sol Partiya 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Yaşıl Sol Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarix == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu.Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.24 mart 2023-cü ildə qəbul edilən qərarla Xalqların Demokratik Partiyası, Əməkçi Hərəkatı Partiyası və Sosial Azadlıq Partiyası 2023-cü il parlament seçkilərinə Yaşıl Sol Partiyasının siyahıları ilə daxil olmaq qərarına gəlib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#partiya-sovet nədir? #partiya-sovet sözünün mənası #partiya-sovet nə deməkdir? #partiya-sovet sözünün izahı #partiya-sovet sözünün yazılışı #partiya-sovet necə yazılır? #partiya-sovet sözünün düzgün yazılışı #partiya-sovet leksik mənası #partiya-sovet sözünün sinonimi #partiya-sovet sözünün yaxın mənalı sözlər #partiya-sovet sözünün əks mənası #partiya-sovet sözünün etimologiyası #partiya-sovet sözünün orfoqrafiyası #partiya-sovet rusca #partiya-sovet inglisça #partiya-sovet fransızca #partiya-sovet sözünün istifadəsi #sözlük