* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] klas. 1. Yuxu. Gecələr gözlərim xabı görməmək; Ol siyah nərgisiməstanədəndir. M.P.Vaqif. Dayansın qarşıda, gətirsən tabı; Ayıltsın qəflətdən, unutsun xabı. Aşıq Ələsgər. □ Xabi-qəflət klas. – bax qəflət yuxusu (“qəflət”də). Ey qafil xortdan, bu nə xabi-qəflətdir ki, uyubsan? Ə.Haqverdiyev. Sənə molla çalır lay-lay, yatırdır xabi-qəflətdə; Səni yar eləyir hurilər ilə baği-cənnətdə. Ə.Nəzmi. [Dərviş:] Bəşərsən, zəhmətkeşsən, halını qan, ömrünə yan, olma biiman, xabi-qəflətdən oyan, – dəmbədəm deyən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu. 2. məc. Qəflət yuxusu, cəhalət, avamlıq. □ Xabi-cəhalət klas. – bax xabi-qəflət. Tərpənmə, amandır, bala, qəflətdən ayılma; Açma gözünü, xabi-cəhalətdən ayılma. M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / xab2 XAB1 f. 1) yuxu; 2) röya, yuxugörmə. Xabi-əcəl əcəl yuxusu, cəhalət; xabi-qəflət qəflət yuxu; xabi-naz şirin yuxu. XAB2 ə. xov, narın tük.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xab1 Farsca xoftən (yatmaq) məsdərinin qrammatik əsasıdır, “yuxu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xab