xasiyyət sözü azərbaycan dilində

xasiyyət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xasiyyət • 82.2430%
  • Xasiyyət • 17.2897%
  • XASİYYƏT • 0.4673%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xasiyyət Rüstəmova
Xasiyyət Rüstəmova (özb. Xosiyat Rustamova, 19 mart 1971, Nəməngan) — özbək şairə, tərcüməçi, Özbəkistan Respublikasının "Şöhrət ordeni" laureatı . == Həyatı == Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə "Dan ulduzu" qəzetində çalışmışdır. 2015-ci ildən "Kitab dünyası" qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir. == Fəaliyyəti == İlk şeirlərini hələ tələbəlik illərindən çap etdirən Xasiyyət Rüstəmovanın şeirləri dövrü mətbuat orqanlarında dərc edilmişdir. İlk kitabı "Göydəki ev" 1997-i ildə çapdan çıxmışdır. Daha sonra “Nicat” (2003), “Ölüm libası” ( 2004), “Divar” (2006), “Avqust” (2008), “İşğal” (2011), “40:0” (2011) kitablarını nəşr etdirmişdir. Bir çox əsərləri xarici dillərdə tərcümə edilən şairin " Sabahsız günlər" (2008) əsəri türk dilində, "Qorxunc " şeirlər toplusu isə azərbaycan dilində işıq üzü görmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2004 •••••••••••• 0.34
2006 •••••••• 0.23
2008 ••••••••• 0.24
2009 •••••••••••••••• 0.48
2010 ••••••••••••••••••• 0.54
2011 •••••••••••••••••••• 0.60
2012 ••••••••• 0.26
2013 •••••••••••••••••••• 0.58
2014 •••••••••••• 0.34
2015 ••••••••••••••••• 0.51
2017 ••••••••••• 0.33
2018 ••••• 0.15
2019 ••••• 0.14

xasiyyət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. İnsanın hərəkət və davranışlarında özünü göstərən əsas və ən sabit psixik xassələrinin səciyyəsi xüsusiyyətlərinin məcmusu, təbiətində olan xüsusiyyət, xarakter. Yumşaq xasiyyət. Sərt xasiyyət. – Üz bürüməz yar yarını görəndə; Bu xasiyyət nədi, bilməzəm səndə? Q.Zakir. Atalar demişkən: “Atı atın yanına bağlarsan, ya halını götürər, ya xasiyyətini”. C.Məmmədquluzadə. Nola, gər atəşi-eşq ilə yansaq, şöləmiz yoxdur; Bu xasiyyət bizə nə şəm, nə də pərvanələrdəndir! Ə.Vahid. 2. Bir şeyə xas olan hal, xüsusiyyət. Sənə həm gül verir, həm də qar verir; Budur xasiyyəti bizim dağların. S.Rüstəm. Bu yerlərə yaxşı bələd olan Şahin dumanın da xasiyyətini bilirdi. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / xasiyyət

xasiyyət sözünün etimologiyası

xasiyyət sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 xassə — xüsusiyyət — sifət — ləyaqət — dəyər — keyfiyyət — mahiyyət

    Azərbaycan dilinin sinonimlər lüğəti / xasiyyət
  • 3 XASİYYƏT [Pərviz:] Bu xasiyyət bir azar kimi mənim yaxamdan əl çəkmir (M.İbrahimov); ADƏT Səgrəqib sözünə etibar etmək; Bilməzəm, xublarda bu nə adətdi (Q.Zakir); FİTRƏT Çopo Ceynizə: Deməli, başqa-başqa fitrətə malik olduğumuzdan bir-birimizi anlaya bilməyəcəyik (Çəmənzəminli); XARAKTER (dan.) Pərviz: Səfanın sözü açıq deməyi və xarakterini möhkəmlətmək qərarı mənim xoşuma gəlir (M.İbrahimov); XİSLƏT Yox, yox... O quşla var nisbətin sənin; Onun xislətidir, xislətin sənin (M.Rahim); XOY (kl.əd.)Xoyu məlaikdir, özü pərinaz; Cilvəsi qarıçqay, cıqqası şahbaz (M.P.Vaqif); QILIQ (dan.) (yaxşı rəftar) Tubu: Arvadın gərək qılığı olsun. Sənin qılığın yoxdur, kişinin də gözüne girə bilmirsən (Ə.Haqverdiyev); MƏŞRƏB (arx.) Əbülhəsən bəy: ...onu əski hannalığından tamamilə ayırmaqda və yüngül, xoş məjrəb bir qadın etməkdə idi (M.S.Ordubadi); TƏB (kl.əd.) Təbdə sərtdir çü mülki-şimal; Xəlqinə tünd olur dəxi əhval (S.Ə.Şirvani); TƏBİƏT Qaraca qızın təbiətində inadcıllıq vardı (S.S.Axundov); PEŞƏ (dan.).

    Azərbaycan dilinin sinonimlər lüğəti / xasiyyət

xasiyyət sözünün rus dilinə tərcüməsi

  • 1 характер, качество, свойство, норов, нрав, натура

    Azərbaycanca-rusca lüğət / xasiyyət
  • 2 сущ. характер (совокупность основных устойчивых психических свойств человека, обнаруживающихся в его поведении). Sərt xasiyyət суровый характер, yumşaq xasiyyət мягкий характер, ağır xasiyyət тяжелый характер, gözəl xasiyyət прекрасный характер, onun xasiyyətidir … это в его характере …, xasiyyəti belədir характер у него таков (такой), bu xasiyyətlə uzağa gedə bilməzsən с этим (таким) характером далеко не пойдешь, xasiyyətimiz tutmadı (мы) характерами не сошлись

    Azərbaycanca-rusca lüğət / xasiyyət

xasiyyət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. disposition; temper, character; pis ~ bad* temper; ağır ~ difficult nature; ciddi ~ strong character; torpağın ~i nature of the soil; şən ~(li) cheerful disposition

    Azərbaycanca-ingiliscə lüğət / xasiyyət

xasiyyət sözünün fransız dilinə tərcüməsi

xasiyyət sözünün ləzgi dilinə tərcüməsi

xasiyyət sözünün türk dilinə tərcüməsi

xasiyyət sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

xarakter, təbiət.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"xasiyyət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xasiyyət nədir? #xasiyyət sözünün mənası #xasiyyət nə deməkdir? #xasiyyət sözünün izahı #xasiyyət sözünün yazılışı #xasiyyət necə yazılır? #xasiyyət sözünün düzgün yazılışı #xasiyyət leksik mənası #xasiyyət sözünün sinonimi #xasiyyət sözünün yaxın mənalı sözlər #xasiyyət sözünün əks mənası #xasiyyət sözünün etimologiyası #xasiyyət sözünün orfoqrafiyası #xasiyyət rusca #xasiyyət inglisça #xasiyyət fransızca #xasiyyət sözünün istifadəsi #sözlük