* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Yaxın bir adamın ölümü münasibətilə (hər cür zövq və əyləncədən imtina etmək və qara geymək şəklində ifadə edilən) hüzn və kədər; matəm. Yas paltarı (qara paltar). Yasa getmək. Onlarda yas var. – Yas yiyəsi kiridi, yasa gələn kirimədi. (Məsəl). Vaxtını almasın nə toy, nə də yas; Gurlayan səsinlə irəli hayqır! S.Vurğun. □ Yas qurmaq – bax yas saxlamaq 1-ci mənada. İntəhası bir ölüm var ki, orada yas qurub ağlarlar. C.Məmmədquluzadə. Yas saxlamaq – 1) ölən adam üçün matəm məclisi qurub müəyyən adətləri yerinə yetirmək; 2) yasını saxlamaq, yasda olmaq. Sağsağan atasının ölüm xəbərini gətiribdir, ona görə yas saxlayır. Ə.Haqverdiyev. Yas tutmaq – bax yas saxlamaq. [Xarrat qızından soruşur:] Bu nə fikrü xəyaldır vəsvəs; Tutmusan hansı bir əzizinə yəs? S.Ə.Şirvani. Yas yeri – yas saxlanılan yer, yas olan ev, ölü yeri. Hacı Nəsirin başı yas yerinə gələn adamlarla qarışdığından oğlundan xəbərsiz idi. S.S.Axundov. Elə bil yas yerinə toplaşmışdılar. M.Hüseyn. Yasdan çıxmaq – matəm müddəti qurtarmaq, yas saxlama müddəti qurtarmaq. Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə, xoş gəldin. Aşıq Ələsgər. Bütün şəhər silkinib; Əsər qoymadı pasdan; Dünənki matəm hanı? Doğrudan çıxdı yasdan. Ə.Cavad. // Hər hansı bir ictimai fəlakət münasibətilə qəbul edilmiş əlamətlərlə ifadə olunan kədər. Yas günü elan etmək. Yas əlaməti olaraq bayraqları aşağı salmaq. 2. məc. Kədər, yas, ələm; ümidsizlik. Getdi ol yasəməni zülf, salıb yasə məni; Yasimə bais olub, ah, o səmənbər getdi. S.Ə.Şirvani. Bu acı xəbəri axıdan Aras; Axdı həzin-həzin ürəyində yas. S.Vurğun. □ Yasa batmaq – çox kədərlənmək, çox qəmlənmək, çox qüssələnmək; üzü gülməmək. Hadisə mollaya o qədər təsir eləyir ki, kişi əməlli-başlı yasa batır. “M.N.lətif.” Bənövşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olur. M.P.Vaqif. ◊ Yer altından yasa getmək – bax yer.
Azərbaycan dilinin izahlı lüğəti / yas1 “Dərd”, “kədər” mənasında işlədilən bu söz ərəb mənşəlidir (əsli yəs kimi olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yas2 I сущ. траур. Yas tutmaq соблюдать траур, yas saxlamaq kimin üçün носить траур по ком II прил. траурный. Yas mərasimi траурная церемония; yasa batmış kimi как в трауре; yas yeri дом, где траур; yasa batmaq: 1. быть в трауре по случаю чьей-л. смерти; 2. погрузиться в печаль, быть словно в трауре; yas içində в трауре
Azərbaycanca-rusca lüğət / yas1 I. i. mourning; dərin ~ deep mourning; ~ tutmaq / saxlamaq to mourn, to be* in mourning; bir kəsə ~ tutmaq to mourn for smb.; bir kəsin ölümünə ~ saxlamaq to mourn the death of smb. II. s. mourning; ~ yeri the house of a dead man*, the dead man’s house; ~ mərasimi the mourning ceremony
Azərbaycanca-ingiliscə lüğət / yas1 is. deuil m ; ~ saxlamaq prendre le deuil ; bir kəsə ~ tutmaq être en deuil de qn ; ~ mərasimi cérémonie f funèbre
Azərbaycanca-fransızca lüğət / yas1 [ər.] 1. яс; yas saxlamaq яс хуьн; yas tutmaq яс кьун, яс хуьн; yas yeri яс авай (хуьзвай) чка (кӀвал), гьуьзуьрдин чка, кьейи (кьейиди авай) чка (кӀвал); yasdan çıxmaq ясдай акъатун, яс хуьнин вахт акьалтӀун; // ясдин; yas paltarı ясдин пекер (чӀулав пекер); 2. пер. гъам, дерт; умудсузвал; yasa batmaq ясди кьун (ясда гьатун), гъамуни кьун, гзаф гъамлу хьун; ччин хъуьруьн тавун; ** yer altından yasa getmək кил. yer.
Azərbaycanca-ləzgicə lüğəti / yas