xoş sözü azərbaycan dilində

xoş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xoş • 93.5604%
  • Xoş • 6.3887%
  • XOŞ • 0.0402%
  • xoŞ • 0.0107%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xoş niyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş gəlişlər ola
Xoş gəlişlər ola — Mahnının bəstəkarı Tağı Oşenyüzən və sözlərinin müəllifi Mehmet Türkeldir.
Xoş iyli dovşanalması
Xoş Gördük, Tovuz (1992)
Xoş gördük, Tovuz (film, 1992)
Xoş (Xudabəndə)
Xoş (fars. خوش‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 799 nəfər yaşayır (171 ailə).
Xoş-niyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş-niyət

Xoş niyət

Cumanci: Cəngəlliyə xoş gəlmisiniz
Cumanci: Cəngəlliyə xoş gəlmisiniz (ing. Jumanji: Welcome to the Jungle) — 2017-ci ildə rejissor Ceyk Kezdan tərəfindən çəkilmiş və baş rollarda Dueyn Conson, Kevin Hart, Cek Blek və Karen Qillanın iştirak etdiyi filmdir. == Süjet xətti == Bir gün dörd orta məktəb şagirdi köhnə bir oyun konsolu tapır. Konsoldan oyun seçərək oynamağa başlayan gənclər, məkan rejimi kimi meşəni seçdikləri zaman seçdikləri obrazlara çevrilmiş halda özlərini meşədə görürlər.
Azərbaycana xoş gəlmisiniz! (film, 2004)
Bakıya xoş gəlmisiniz (film, 1965)
Bakıya xoş gəlmisiniz qısametrajlı sənədli televiziya filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1965-ci ildə çəkilmişdir. Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film-konsertdir. Burada 1965-ci ildə Bakıda qastrol səfərində olmuş aktyorların çıxışlarından danışılır. == Məzmun == Film-konsertdir. Burada 1965-ci ildə Bakıda qastrol səfərində olmuş aktyorların çıxışlarından danışılır.
Mister Rossi xoşbəxtlik axtarır (film, 1976)
Mr.Rossi xoşbəxtlik axtarır (it. Il signor Rossi cerca la felicità) — 1976-cı il istehsalı italyan bədii filmi. Rejissoru Bruno Bozzettodur. Film Mr.Rossi haqqında ilk bədii filmdir. == Rollarda == Karlo Romano — Mr. Rossi QianfranKo Mauri — Herold Grazia Pivetti — Pəri Sikuri Karlo Bonomi — bütün obrazlar == Yayılma == Film çıxdıqdan sonra bütün Avropada yayılmışdır. Onun ən böyük uğuru isə filmin 1976-cı ildə Qərbi Almaniya və 1983-cü ildə İspaniyada yayımlanması olmuşdur.
Müstəqillik Sarayı (Xoşimin)
İstiqlal Sarayı (vyet. Dinh Độc Lập), Yenidən Birleşme Sarayı (vyet. Dinh Thống Nhất) kimi tanınan bu şəhərin əlamətdar bir yeridir Ho Chi Minh City (əvvəlki adı Saigon), Vietnam, keçmiş Norodom Sarayının yerində inşa edilmişdir. Saray memar Ngo Viet Thu tərəfindən dizayn edilmiş və Vyetnam müharibəsi dövründə Cənubi Vyetnam prezidentinin evi və iş yeri olmuşdur. Həm də Saigon 30 aprel 1975-ci ilin yıxılması zamanı Vyetnam müharibəsinin sona çatdığı yer, Şimali Vyetnam Ordusunun bir tankı qapılarını vurduqda oldu. Bu hökumət binasının 19-cu əsrdə Fransanın işğalına uzanan uzun tarixi var. Vyetnam müharibəsi dövründə Cənubi Vyetnamın ilk prezidenti 1963-cü ildə sui-qəsd edildikdən sonra hakimiyyətə gələn hərbi cuntanın başçısı General Nguyen van Thieu kimi ev və komanda mərkəzi vəzifəsi edildi. Müstəqillik Sarayı, Vyetnam Müharibəsinə dramatik bir son verildi tanklar 30 Aprelin 1975-ci il səhərində əsas qapıdan çıxdı. Bu gün Müstəqillik Sarayı, 1970-ci illərdən bəri dəyişməz bir zaman sərfi - Ho Chi Minh City-də görmək və Vyetnamun böyük turunu alaraq tarixi meraklıları üçün böyük bir dayanma. İstiqlal Sarayı Mərkəzi Saigon 1-ci ilində böyük, yaşıl sahəsi tutur.
Məhəmməd Xoşnam
Xacə Məhəmməd Xoşnam və ya Xoca Məhəmməd Xoşnam - XI əsrdə Azərbaycanda yaşamış təsəvvüf alimi. Əxi Fərəc Zəncaninin müridlərindən olmuşdur. Xacə Məhəmməd Xoşnam Naxçıvanda dünyaya gəlmişdir. Naxçıvandan Zəncana köçmüş və sonra Xoca məntəqəsinə (onun adına Xoca Xoşnam adlandırlıb) getmişdir. Xocada vəfat etmişdir və türbəsi də bu şəhərdədir.
Mənim xoşbəxt ulduzlarım (film)
Mənim xoşbəxt ulduzlarım (ing. My Lucky Star, kantonca: Fuk sing go jiu) – 1985-ci ildə döyüş-komediya janrında kanton dilində çəkilən Honkonq filmidir. == Məzmun == İki Honq Konq polisi brilliantları oğurlayan şəxsi tapmaq üçün Tokioya yollanırlar. Lakin həmin şəxs burada nindza klanının idarəsi altında keçmişdir. Polislərdən biri Riki Funq onu izləyən zaman klan tərəfindən oğurlanılır. "Əzələlər" ləqəbli polis isə klanın izini itirir. Bu səbəbdən bir müddət keçdikdən sonra "Əzələlər" ləqəbli polis keçmiş dostlarını köməyə çağırmağa məcbur olur. Həmin dostlar onunla birlikdə yetimxanada böyümüş və "Yetimxana bandası" adı altında dəstə yaratmışlar...
Mənim xoşbəxt ulduzlarım (film, 1985)

Mənim xoşbəxt ulduzlarım 2 (film,1985)
Mənim xoşbəxt ulduzlarım 2 (ing. My Lucky Stars 2:Twinkle Twinkle Lucky Stars) — 1985-ci ildə çəkilmiş döyüş filmi. "Mənim xoşbəxt ulduzlarım" filminin davamıdır. == Məzmun == Honq Konq polis qrupu oğurlanmış brilyantlara görə Tokionu dolandırır. Yapon mafiyası, Yakuza, yollarına davam edir. Sonra köhnə yoldaşları köməyə gəlir. == Rollarda == Samma Hunq — Fəstbak Jackie Chan — Maskalar Yuen Biao — Ricky Fung Rosamund Kwan — Chi Chi Wang Richard Ng — Sandy Sibelle Hu — Barbara Wu Eric Tsang — Mordaty Tong Stanley — Rawhide Richard Norton — Killer Avropa Michael Mu — Pagoda Andy Lau — Polis məmuru John Sham — Johnny Mişel Yeo — Cüdo müəllimi Charlie Chin — Ot Dik Wei — Honq Konqda narkotik satıcısıdır.
Mənim xoşbəxt ulduzlarım 2 (film, 1985)

Patron xoşbəxt sonluq istəyir (film, 2014)
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həm də İsfəndiyar rolunu oynamışdır.
Riştə Xoşkar
Riştə Xoşkar (fars. رشته‌خشکار‎)‏ — Gilan ostanında hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Seyfəddin Xoşqədəm
Seyfəddin Xoşqədəm (1413, Rum Səlcuqlu dövləti – 9 oktyabr 1467, Qahirə) — 28 iyun 1461–9 oktyabr 1467 tarixlərində Misir Məmlük sultanı.
Səyfəddin Xoşqədəm
Seyfəddin Xoşqədəm (1413, Rum Səlcuqlu dövləti – 9 oktyabr 1467, Qahirə) — 28 iyun 1461–9 oktyabr 1467 tarixlərində Misir Məmlük sultanı.
UNESCO-nun xoşməramlı səfiri
UNESCO-nun xoşməramlı səfirləri , istedad və ya şöhrətlərini UNESCO ideallarını yaymaq üçün istifadə edən, xüsusən də medianın diqqətini çəkən, UNESCO-nun məşhur vəkilləridir (diplomatik səfirlər deyillər). Vəkilin digər ixtisas kateqoriyalarına UNESCO-nun Sülh Sənətçisi, UNESCO-nun İdman Çempionu və UNESCO-nun Xüsusi Elçisi də daxildir. == Hazırkı siyahı == Aşağıda, dəstəklədikləri layihə və fəaliyyətləri ilə yanaşı UNESCO-nun xoşməramlı səfirlərinin siyahısı verilmişdir.
UNESCO-nun xoşməramlı səfirləri

UNESCO-nun xoşməramlı səfirlərinin siyahısı

Xacə Məhəmməd Xoşnam
Xacə Məhəmməd Xoşnam və ya Xoca Məhəmməd Xoşnam - XI əsrdə Azərbaycanda yaşamış təsəvvüf alimi. Əxi Fərəc Zəncaninin müridlərindən olmuşdur. Xacə Məhəmməd Xoşnam Naxçıvanda dünyaya gəlmişdir. Naxçıvandan Zəncana köçmüş və sonra Xoca məntəqəsinə (onun adına Xoca Xoşnam adlandırlıb) getmişdir. Xocada vəfat etmişdir və türbəsi də bu şəhərdədir.
Xoşa Göl (Bicar)
Xoşa Göl (fars. خوشه گل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (13 ailə). Əhalisini kürdlər təşkil edir.
Xoşab şəhristanı
Xoşab şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Soltanabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37,600 nəfər və 9,944 ailədən ibarət idi.
Xoşabad (Nəmin)
Xoşabad (fars. خوش اباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (20 ailə).
Xoşaku (Urmiya)
Xoşaku (fars. ‎‎‎خوشاكو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 476 nəfər yaşayır (78 ailə).
Xoşalan (Urmiya)
Xoşalan (fars. ‎‎‎خوش الان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (51 ailə).

xoş sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] 1. Ürəyəyatan, xoşlandıran, xoşagələn, bəyənilən, yaxşı, gözəl. Xoş xasiyyət. Xoş təbiət. Xoş səda. – [Quşların] …xoş avazları cütçünü həvəsə gətirdi. S.S.Axundov. [Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli, geniş qəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Yazın ilıq nəfəsində; Yasəmənin xoş ətri var… N.Rəfibəyli. // Ruhu oxşayan, ləzzət verən, səfalı, nəşəli. Xoş bir yel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. Çəmənzəminli. Buradan binanın o biri həyətinə xoş bir mənzərə açılırdı. M.Hüseyn. Günortaya qədər ürəkaçan xoş bir hava vardı. M.Rzaquluzadə. // Mehriban, könlü oxşayan, ürəyəyatan. Xoş baxış. – Tanrı səni xoş cəmala yetirmiş; Səni görən aşıq əqlin itirmiş. Qurbani. Eldarın xoş bir əda ilə: – Buyurun, buyurun! – dediyini eşitdim. M.Rzaquluzadə. Mehriban əlində tayqulp uzaqdan xoş dillə sözə başladı. M.Süleymanov. // Gözəl, yaxşı, fərəhli, xoşbəxt. Xoş gələcək. Xoş dövran. Xoş çağ. – Gör dünənim hara, bu günüm hara; Aparır daha xoş gözəl çağlara. B.Vahabzadə. 2. Xoşa şəklində klas. – bax xoş halına! Xoşa o aşiqə kim, məclisində yarı ola; Vüsali-yardə fərxəndə ruzigarı ola. S.Ə.Şirvani. 3. Xoşdur şəklində – yaxşıdır, gözəldir. [Nüşabə:] Belə işlərdə mətanət xoşdur; Hələlik incə siyasət xoşdur. A.Şaiq. Xoşdur səhər nəğməsi; Səhərin oyaq səsi; Axşamın havasından! M.Müşfiq. 4. Xoşla şəklində zərf – könüllü (olaraq), zorsuz, öz razılığı ilə, öz xoşu ilə. Xoşla iş görmək. – [Daşdəmir İnciyə:] Səni onsuz da Aydəmirə xoşla verməyəcəklər. C.Cabbarlı. [Baxış bəy] istər zorla, istər xoşla ələ saldığı adamların sayını artırmağı özünə xüsusi məharət və şöhrət sanırdı. Ə.Abasov. ◊ Xoş gəldin – 1) biri ilə görüşəndə, bəzən də ayrılanda işlədilən ifadə. Əzizim, səfa gəldin; Xoş gəldin, səfa gəldin; Nə mən öldüm qurtardım; Nə sən insafa gəldin. (Bayatı); 2) çıx get, rədd ol, gedə bilərsən mənasında ifadə. [Yaşlı kişi:] Əgər həmin qulluqçu ikinci dəfə də belə bir unutqanlıq etsə idi, [tacir] haqq-hesabını verməklə “xoş gəldin” deyib qovardı. S.Hüseyn. Xoş gəlibsən (gəlmisən); xoş gəlib, səfa gətirmisən – gələnə söylənilən mehriban salam ifadəsi. [Mirzə Mustafa:] Sən xoş gəlmisən, əzizim, səfa gətirmisən. E.Sultanov. [Yusif:] Xoş gəlibsən, Pərzad nənə. N.Nərimanov. [Nisəbəyim xanım:] Əleykəssalam, xoş gəldin, səfa gətirdin. Əyləş görək, balam, sən hara, bura hara. M.S.Ordubadi. Xoş gəlmək – bax xoşuna gəlmək. [Asya:] Yox, yox, çox xoş gəlir. Elə ona görə də məni bir sayaq qəm basır, qüssə eləyirəm. Ü.Hacıbəyov. Qocadan eşitdiyi bu tərif Nərgizə elə xoş gəldi ki, burnunu çəkib başını uca tutdu. Ə.Məmmədxanlı. Xoş gördük! – salam ifadəsi. [Atakişi:] Babakişi, sənsən? A kişi, xoş gördük, dayan bir səni qucaqlayım… C.Cabbarlı. [Gülara:] Xoş gördük, vəfasız dost! İ.Əfəndiyev. [Nisə xanım:] A, xoş gördük Ayaz! Ə.Məmmədxanlı. Xoş halına! – bəxtəvər, bəxtəvər başına (istehza ilə). [Nazlı:] Dayə, – dedi, – xoş halına. Yaxşı ki, o mələk sənin qəlbini viranə bağa döndərməmişdir… Çəmənzəminli. [Gülöyşə Hidayətə:] Vallah, yaxşı oğulsan, xoş halına Çiyələyin. B.Bayramov. Xoş keçmək – çox yaxşı keçmək, şən keçmək, rahat keçmək. Nə xoş keçir bu şən gün; Atlanan gün, düşən gün; Ağlım başımdan oynar; Yar yadıma düşən gün. (Bayatı). Quzu mələr yaylağında; Xoş keçir halı dağların. Aşıq Şəmşir. Xoşa gəlmək – bəyənilmək, ürəyə yatmaq, ləzzət vermək. Kəklik kimi sən qəhqəhə çalanda; Xoşa gəlir o səndəki dil, Cahan! Aşıq Abdulla. Xoşuna (xoşu) gəlmək – bəyənmək, ürəyincə olmaq, ürəyinə yatmaq. [Məşədi İbad:] İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin?… Ü.Hacıbəyov. Təzə qırmızı donu Nərgizin çox xoşuna gəldi. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / xoş

xoş sözünün sinonimləri (yaxın mənalı sözlər)

xoş sözünün rus dilinə tərcüməsi

  • 1 1. приятный, благоприятный, хороший, добрый; 2. приветливый, ласковый; 3. приятно, хорошо, приветливо;

    Azərbaycanca-rusca lüğət / xoş
  • 2 первая часть сложных слов, соответствующая русским: благо, добро …: xoşxasiyyət благонравный, xoşniyyət с благими намерениями

    Azərbaycanca-rusca lüğət / xoş
  • 3 I прил. 1. приятный: 1) доставляющий удовольствие. Xoş günlər приятные дни, xoş səslər приятные голоса, xoş sözlər приятные слова, xoş xatirələr приятные воспоминания, xoş xəbər приятная весть, xoş iy приятный запах, xoş hisslər приятные чувства 2) привлекательный, вызывающий симпатию. ‚Üzünün xoş ifadəsi приятное выражение лица, xoş təbəssüm приятная улыбка, xoş görünüş приятный вид 2. благой (хороший, добрый). Xoş niyyət благое намерение (добрые побуждения), xoş arzular добрые пожелания II нареч. приятно. Xoş danışmaq приятно говорить, vaxtımız çox xoş keçdi очень приятно прошло наше время III предик. xoşdur приятно. Mənə burada (bura) xoşdur мне здесь приятно ◊ xoş gəldin (xoş gəldiniz): 1. добро пожаловать (говорят гостю при приходе) 2. всего доброго, всего хорошего (пожелание благополучия при прощании) 3. простореч. скатертью дорога (убирайся вон; иди, куда хочешь); xoş gəlib, səfa gətirmişsiniz милости просим, рады вас видеть; xoş gəlmək kimə нравиться, понравиться к ому; xoş gördük здравствуй, здравствуйте; рад вас видеть; xoş gününüz olsun будьте счастливы; xoş halına (halınıza) какой ты счастливый (какие вы счастивые); xoşa (xoşuna, xoşu) gəlmək: 1. нравиться, понравиться; быть приятным 2. быть привлекательным; xoşu olmaq иметь благорасположение, склонность к кому-л., к чему-л.

    Azərbaycanca-rusca lüğət / xoş

xoş sözünün inglis dilinə tərcüməsi

  • 1 s. nice, pleasant, welcome; favourable, good, fine, pretty; ~ görkəmli nice / good looking, pleasant to look at, gratifying to the eye; ~ xəbər good* / welcome news; ~ hava fine / nice / good* / favourable weather; ~ cavab favourable reply; ~ hərəkət kind action; ~ söz endearing word; ~ baxış tender look; ~u olmaq to be* inclined (+to inf.); ~a gəlmək to please (d.); Qız çalışır ki, ona xoş gəlsin The girl does all her best to please him; Bu kitab sizə xoş gəlirmi? Do you like this book? Xoşdur It is my pleasure; Sizi görmək mənə xoşdur I am glad to see you, It is nice / fine / nice / pleasant to see you; Siz ona xoş gəlirsiniz He / She likes you; Xoş gördük You are welcome; I’m glad to see you; Xoş gəldin 1) (gələrkən) You are welcome; 2) (gedərkən) Good-bye; Bye-bye; amer. Bye now Xoş gəlmişsiniz (You are) welcome

    Azərbaycanca-ingiliscə lüğət / xoş

xoş sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. agréable ; faisant du plaisir ; favorable ; bon, -ne ; ~ görkəm bonne apprence f ; ~ hava temps m favorable ; ~ cavab réponse f agréable ; ~ baxış regard m doux ; ~ gəldin! Bienvenu!

    Azərbaycanca-fransızca lüğət / xoş

xoş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. хуш (1. хуш(униз) къведай, хъсан, иер, гуьзел (мес. хесет); 2. хъсан, хушбахт, шад, кӀубан (мес. девран); 3. xoşdur хуш я, хъсан я, иер я; 4. xoşla нареч. хушуналди, вичин хушунивди, вичин разивилелди); ** xoş gəldin а) вун атуй, рагъ атуй; хваш кӀанда (рах.); б) хъсан рехъ; в) хъвач, алад, квахь, ред хьухь, рехъ ахъа я манада; xoş gəlibsən (gəlmisən), xoş gəlib səfa gətirmisən вун атуй, рагъ атуй; хваш кӀанда (рах.); xoş gəlmək кил. xoşuna gəlmək; xoş gördük! куьн атуй рагъ атуй!; хваш кӀанда (рах.); xoş keçmək хуш фин, хъсан фин, шад фин, регьят фин; xoşa gəlmək хушуниз атун, хуш атун, рикӀ ацукьун, бегенмиш хьун; xoşuna (xoşu) gəlmək хуш(униз) атун, рикӀяй хьун, бегенмиш хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / xoş

"xoş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xoş nədir? #xoş sözünün mənası #xoş nə deməkdir? #xoş sözünün izahı #xoş sözünün yazılışı #xoş necə yazılır? #xoş sözünün düzgün yazılışı #xoş leksik mənası #xoş sözünün sinonimi #xoş sözünün yaxın mənalı sözlər #xoş sözünün əks mənası #xoş sözünün etimologiyası #xoş sözünün orfoqrafiyası #xoş rusca #xoş inglisça #xoş fransızca #xoş sözünün istifadəsi #sözlük