* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars. xoş və ər. sifət] 1. Gözəl, göyçək, xoşsima, qanışirin. Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. S.S.Axundov. Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim. T.Ş.Simurq. 2. məc. Gülərüzlü, xoşrəftar, nəvazişkar; xeyirxah, səmimi. Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. “Koroğlu”. Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq. Aslan bu xoşsifət adamları lap ilk gündən sevməyə başladı. S.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / xoşsifət2 f. və ə. sifəti yaxşı olan; gözəl, göyçək.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xoşsifət1 mehriban — gülərüzlü — iltifatlı — xeyirxah — səmimi — nəvazişkar — sevimli — qanışirin — yapışıqlı
Azərbaycan dilinin sinonimlər lüğəti / xoşsifət2 XOŞSİFƏT(Lİ) (gözəl üzü olan adam) Beləliklə rəssam, Yavərin evində hörmətlə qarşılanan xoşsifət və xoşrəftar bir müsahibə çevrildi (M.İbrahimov); XOŞSİMA Maral gecə-gündüz pərvanə kimi bu xoşsima qocanın başına dolanırdı (A.Şaiq); XOŞSURƏT [Divanbəyi:] Oğlan, mənim sənə yazığım gəlir. Görünür ki, sən bir cavan xoşsurət oğlansan (M.F.Axundzadə); XOŞÜZLÜ Gecə boylu qadındır... ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri... (S.Vurğun); XOŞRU
Azərbaycan dilinin sinonimlər lüğəti / xoşsifət1 XOŞSİFƏT – MISMIRIQ Xoşsifət, zarafatcıl, baməzə kişidir (Ə.Vəliyev); İncidən, mısmırığına dəyən odur... (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / xoşsifət2 прил. 1. с приятным лицом, миловидный 2. перен. приветливый, радушный, добродушный
Azərbaycanca-rusca lüğət / xoşsifət