* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 dan. 1. Hədə, qorxu mənasında işlədilən nida. Xux, qorxdum səndən! – [Məşədi Səftər:] Xox, yeyərsiz məni, çox böyük adamlar gəlir. M.Əliyev. [Camal Həsənova:] Bura bax, ey, mənə nə eləyəcəksən? Xux, qorxdum səndən. M.İbrahimov. □ Xox (xux) eləmək dan. – “xox” (“xux”) deyərək qorxutmaq. Hidayət, təkəbbürlə yeriyə-yeriyə … özünü dartan oğlana tərəf əyilib, xox elədi… B.Bayramov. 2. məc. Balaca bir şeydən qorxan, hürkən, çəkinən; qorxaq (adətən cəm şəklində işlənir). [Maarif müdiri:] Rüstəm kişi, get bu demaqogiyanı başqasına gəl, mənə yox. Mən sən deyən xoxlardan deyiləm. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / xox1 I межд. разг. ирон. ой! Xox, qorxdum səndən! Ой, испугался я тебя II сущ. см. hədə-qorxu; угроза. Xox gəlmək см. hədə-qorxu gəlmək
Azərbaycanca-rusca lüğət / xox