* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əd. 1. Xəbər mənasında. Bir şeyin hazırda, yaxud ümumiyyətlə olmadığını bildirir (var ziddi). Yeməyi bol, iştahası yox. – Var evi – kərəm evi; Yox evi – vərəm evi. (Ata. sözü). Yox vaizin sözünə sözüm kim, behişt var; Kuyin bir özgə, cənnəti-didarın özgədir. Qövsi. // Həmin mənada adətən yoxdur şəklində işlənir. Evdə heç kəs yoxdur. Zalda boş yer yoxdur. Bu barədə heç bir şübhə yoxdur. – [Əsgər:] Görünür ki, heç bir yol yoxdur. Ü.Hacıbəyov. Yoxdur təbiətdə bu ayrılıqlar; Bütün kainatın bir ahəngi var. S.Vurğun. Ay süd kimidir… Bir ləkə yoxdur bənizində; Yerlər də çimir sanki bu dəm nur dənizində. B.Vahabzadə. 2. Suala mənfi cavab və ya bir şeylə razı olmamağı bildirmək üçün işlənir (hə, bəli ziddi). – Bu axşamkı tamaşaya biletin varmı? – Yox. – Sənə nə olub, xəstə deyilsən ki? – Yox. – Sən bununla razısanmı? – Yox. – Gedəcəksən, ya yox? – Yox, hələ dayan, fikirləşmək lazımdır. // İnkar edilən şeyin təkrarlanması ilə. – Sabahkı qonaqlığa gələcəksənmi? – Yox, gəlməyəcəyəm. – Bu işi iki günə görüb qurtarmaq olarmı? – Yox, olmaz. – [Aslan bəy:] Yox, hələ də gəlməmiş. C.Cabbarlı. [Süleyman:] Yox, xala, daha bu qədər dul qaldın bəsdir. Ü.Hacıbəyov. // Ümumiyyətlə, etiraz, narazılıq bildirmək üçün işlənir (bəzən təkrar şəklində). Yox, yox, buna dözmək olmaz. Yox, yox, razı deyiləm. – Yox, yox, mənim fikrimə başqa şey gəlir. Ü.Hacıbəyov. Yox, yox, bəsdir, qarı nənə; Bu sözləri demə mənə. S.Vurğun. // Söylənmiş fikri, sözü düzəltmək üçün işlənir. Dur get, sabah axşam gələrsən. Yox, ertəsi gün. Bu saat sənə deyim. Yox, özün tap. – Yox, o ağlamırdı. Göynəyirdi. M.Hüseyn. // Bir şeyi rədd və ya qadağan etməyi bildirir. – Söz verirəm ki, … – Yox, söz-zad vermə. – İstəyirəm ki, görüşünə gəlim. – Yox, sən gəlmə, mən özüm gələrəm. // Cümlədə inkar bildirən xəbərin, yaxud söz birləşməsinin əvəzində işlənir. O deyir ki, bu saat getmək lazımdır. Mən deyirəm – yox. Sən onu çox dərin adam hesab edirsən. Mən – yox. Bax gör, qayıdacaq, ya yox. 3. İs. mənasında. Yoxa çarə yoxdur. Yoxun üzü qaradır. Yoxdan bir şey ortaya çıxarmaq. – Verdilər knyaza “yox” xəbərini; Ovuşdurub bir az o, əllərini; Əmr etdi qoşuna: “Vurun birbaşa!” H.K.Sanılı. 4. Bağl. mənasında. Deyil. Ona dağ havası yox, dəniz havası xeyirlidir. Bu məsələ tək bizi yox, bütün kollektivi düşündürür. – Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. M.Hüseyn. Maya uşaqlıqdan atı sevərdi, lakin yükdaşıyan qoşqu atlarını yox, yallı-yəhərli minik atlarını. M.İbrahimov. 5. Yoxam şəklində – sevmirəm, acığım gəlir, xoşum gəlmir (varam ziddi). Mən buna yoxam. 6. Yoxdur şəklində – 1) cümlədə işi bildirən xəbər mənasında; 2) özündən əvvəlki sözün mənasına müsbətlik çaları verir. İstisuyun yay aylarında hüsnü yoxdur. ◊ Yox a! – təəccüb, heyrət bildirir. – Az qala yıxılmışdım. – Yox a! Yox demək – mənfi cavab vermək, rədd etmək, qəbul etməmək. [Rüstəm bəy:] Qızım, yox deyirsən? Ü.Hacıbəyov. Yox deyil – vardır, mövcuddur, yaşayır. Yox deyil dünyada; namərd dost, kəmfürsət adam. R.Rza. Yox etmək – puça çıxarmaq, heçə çıxarmaq, məhv etmək, boş yerə sərf etmək. Varın yox edən sərrafa əvvəl nəzərin var; Sonra həzərin var. M.Ə.Sabir. Qaranlıq gecədə buradan qaçaq; Bizi yox etməyi yağı arzular! H.K.Sanılı. Yox olmaq – 1) çıxıb getmək, gözdən itmək; 2) itmək, yoxa çıxmaq, gözdən itmək. Çoxdandır ki, bu kağız bizim evimizdən yox olmuşdu. M.S.Ordubadi. Hamımız alaçıqdan çıxdıq. Qızılquş yox olmuş, uçub getmişdi. A.Şaiq. Səlimnaz arvad gəldiyi kimi də yox oldu. M.Hüseyn; 3) çəkilmək, görünməz olmaq; 4) tükənmək, bitmək. Yox oldu səbrü sükun həsrəti-dəhanində; Qəmündə qarət olub hər nə var, ey xaliq! S.Ə.Şirvani. Yox olmuş – qarğış ifadəsi. Neyləyim, axır, bu yox olmuşların; Fikrini qanqan görürəm, qorxuram. M.Ə.Sabir. Yox olsun! – məhv olsun! rədd olsun! Yox yerə – bica, əbəs, nahaqdan, səbəbsiz, heç bir səbəb olmadan. Aldı əqlü huşumu şövqi-dəhanı dilbərin; Getdi əldən yox yerə məcmui-varım, ey könül! S.Ə.Şirvani. Yoxa çəkilmək – tapılmamaq, qıtlaşmaq. Yoxa çıxmaq – görünməmək, itmək, qeyb olmaq, yox olmaq. Neçə böyük cəzirələr yoxa çıxdı dənizlərdə. N.Rəfibəyli. Yoxdan var etmək – heç bir şeydən yaxşı bir şey vücuda gətirmək, yaratmaq. Yoxdan yaranmaq – çox arıq, cılız adam haqqında. Bu gün var (varam, varsan), sabah yox (yoxam, yoxsan) – həyatın müvəqqətiliyi haqqında. Heç yox – bax heç. Nə var, nə yox? – bax var1. Nə yoxdur – hər şey var. Mağazalarda nə yoxdur. Söz yox – bax söz. Söz yoxdur – bax söz.
Azərbaycan dilinin izahlı lüğəti / yox1 YOX – BƏLİ Almaz mənim deyilsə, səninmi olmalıdır? Yox (C.Cabbarlı); Qüdrət İsmayılzadəni tanıyırsanmı? – Bəli (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / yox2 I в знач. сказ. нет, не имеется; нет, не имеет. Duz yoxdur нет соли, kağız yoxdur нет бумаги, burada heç kəs yoxdur здесь никого нет, heç kəsi yoxdur он никого не имеет, istedadı yoxdur у него нет таланта, iradəsi yoxdur у него нет воли II част. 1. нет (при отрицании). Yox, bu həqiqət (doğru) deyil нет, это неправда; gələcəksən, ya yox? придёшь или нет? 2. не (в противительных конструкциях). Səhər yox, axşam görüşərik встретимся не утром, а вечером; qardaşım yox, bacım oxuyur учится не брат, а сестра; bu hadisə bildir yox, inişil olubdur это произошло не в прошлом году, а в позапрошлом III в знач. сущ. нет. Yoxun üzü qaradır, yoxdan nə umasan на нет и суда нет ◊ yox eləmək (etmək) уничтожать, уничтожить, свести на нет; yox olmaq, yoxa çıxmaq пропасть, исчезнуть; сойти на нет; vaxt yoxdur нет времени; dəxli yoxdur kimə, nəyə не касается кого, чего; ehtiyac yoxdur нет нужды; ehtiyacı yoxdur не нуждается; etirazı yoxdur не возражает; fayda yoxdur kimdən, nədən нет пользы от кого, от чего; faydası yoxdur бесполезно; xəbər yoxdur kimdən нет известий от кого; xəbəri yoxdur находится в неведении; fərqi yoxdur: 1. нет разницы; 2. безразлично; təfavütü yoxdur см. fərqi yoxdur; ixtiyar yoxdur не дано права; ixtiyarı yoxdur kimin не имеет права кто; ixtiyarım yoxdur не имею права; rəhmi yoxdur kimin нет жалости у кого; həvəsi yoxdur не имеет желания; təhsili yoxdur не имеет образования, необразован; şübhə yoxdur нет сомнения; şübhəsi yoxdur kimin не сомневается кто; əhəmiyyəti yoxdur не имеет значения; tayı-bərabəri yoxdur не имеет себе равных; rahatlığı yoxdur kimin: 1. не имеет условий (коммунально-бытовых); 2. беспокойный; 3. нет покоя от кого-л. у кого; kefi yoxdur: 1. нездоров; 2. нет настроения; həddi-hüdüdü yoxdur не имеет предела; səriştəsi yoxdur не имеет опыта, у него нет опыта; taqətim yoxdur я не в состоянии, у меня нет сил; ümid yoxdur: 1. нет надежды; 2. безнадёжен (о больном); ümidim yoxdur не надеюсь; həqiqət yoxdur нет справедливости; həqiqətdə yoxdur нет в действительности; xeyir yoxdur нет пользы, нет выгоды; xeyri yoxdur бесполезно; çarə yoxdur нет выхода; sayı-hesabı yoxdur нет счёту; ağzında dili yoxdur жалкий; ağlı yoxdur kimin неумный, нет ума у кого; aram yoxdur kimlə, nə ilə не люблю, не тянет, не привлекает; aramız yoxdur не дружим, не общаемся; axırı yoxdur: 1. nəyin плохо кончится что; 2. kimin добром не кончит кто; biri vardı, biri yoxdu жил-был; bəxti yoxdur kimin несчастен кто, нет счастья у кого; varından yox olmaq лишиться всего; qiyməti yoxdur цены нет, бесценен; bir o qədər də yox не в той степени, не настолько, чтобы …; qorxulu bir şey yoxdur нет ничего страшного; eybi yoxdur ничего, сойдет; zərər yoxdur ничего; iynə salmağa yer yoxdur яблоку негде упасть; işi yoxdur kimlə нет дела до кого; işim-gücüm yoxdur! что, мне делать нечего!; yer yoxdur: 1. harada нет места где; 2. kimə, nəyə нет места кому, чему; yox yerə напрасно; yox yerdən: 1. ни с того ни с сего; 2. неожиданно; geriyə yol yoxdur некуда отступать, обратной дороги нет; yox deyildir имеется, есть; yoxa çıxasan! пропади пропадом!; yox bir! ещё чего!; günüm yoxdur kimdən, nədən нет покоя, нет жизни от кого, от чего; kimdən, nədən macal yoxdur нет отбоя от кого, от чего; mənası yoxdur nəyin не имеет смысла что, нет смысла; misli yoxdur бесподобен; nə var, nə yox? что нового?; nə hə, nə yox ни да, ни нет (об уклончивом ответе); nələr yoxdur harada чего только нет где; ona görə yox ki, … не потому, что …, не для того, чтобы …; özünü yox bil, əgər … считай, что ты пропал, если …; ölüm yoxdur kimə не пропадет кто; öldü var, döndü yoxdur что бы ни случилось, что бы ни было; söz yox ki, … несомненно, что; sözüm yoxdur: 1. не возражаю; 2. нет слов выразить …; ürəyi yoxdur kimə, nəyə сердце не лежит к кому, чему, не любит кого; həyatda yoxdur kim нет в живых кого; çörəyimin duzu yoxdur о том, кому на добро отвечают неблагодарностью; elə söhbət yoxdur! ничего подобного!
Azərbaycanca-rusca lüğət / yox1 əd. no: not; Mənim qələmim yoxdur I have no pen., I have not any pen; Qətiyyən yox Not at all; Nə üçün yox? Why not?; ~a çıxmaq, ~ olmaq to disappear, to vanish, to go* out of sight; ~ a çıxarmaq to bring* to nought (d.), to reduce to nothing (d.), to reduce to zero (d.)
Azərbaycanca-ingiliscə lüğət / yox1 non ; néant (anketdə) ; qətiyyən yox absolument pas ; nə üçün yox? pourquoi pas? ~a çıxmaq disparaître vi ; ~a çıxarmaq réduire à néant
Azərbaycanca-fransızca lüğət / yox1 кӀус. 1. авачир; 2. ваъ; 3. сущ. манада: авачирвал; 4. yoxdur авач; алач; квач; галач; ** yox demək ваъ лугьун, ред авун, кьабул тавун; yox deyil авачиз туш, авазва; амачиз туш, яшамиш жезва; yox etmək пуч авун, гьич авун, терг авун; yox olmaq а) вилерикай квахьун, экъечӀна фин; б) квахьун, квахьна фин, авачир гьисаб хьун; в) элекьун, алатна фин, тахкварвал хьун (мес. дакӀун); г) куьтягь хьун, акьалтӀун (мес. сабур); yox yerə нагьакьа, себебсуз, са себебни авачиз; yoxa çəkilmək жугъун тавун, гьат тавун, кьитӀ хьун; yoxa çıxmaq квахьун, ахкун тавун, квахьна фин; yoxdan yaranmaq гзаф яхун касдин гьакъинда; bu gün var (varam, varsan), sabah yox (yoxam, yoxsan) (зун, вун) къе ава (ама), пака авач (амач), уьмуьрдин даими туширвилин гьакъинда; heç yox кил. heç; nə var, nə yox? кил. var¹; nə yoxdur вуч авач, вири ава, гьар са затӀ ава (мес. туьквенра); вуч алач, вири ала, гьар са затӀ ала (мес. суфрадал); söz yox кил. söz; söz yoxdur кил. söz.
Azərbaycanca-ləzgicə lüğəti / yox