* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Yolun dağa, təpəyə qalxan hissəsi; ümumiyyətlə, getdikcə yuxarı qalxan yer (eniş müqabili). Dərənin o biri tayında yoxuşun başında bir atlı dayanmışdı. Ə.Məmmədxanlı. Yollar uzun, yoxuş dar. B.Vahabzadə. // Dik (yer), dikdir. İndi yuvasından uçacaq quşlar; Min rəngə girəcək düzlər, yoxuşlar. S.Vurğun. Bu anda töyşüyətöyşüyə yoxuşu dırmanan Heydərli Bayrama yanaşdı. M.Hüseyn. Cığır [Nizamini] bir yoxuşa gətirib çıxardı. Ə.Məmmədxanlı. // sif. Yuxarıya qalxan. O indi evlərinə tərəf uzanan yoxuş bir cığırı dırmanırdı. A.Şaiq. 2. məc. Çətinlik, dar gün mənasında. Hər yoxuşun bir enişi olar. (Ata. sözü).
Azərbaycan dilinin izahlı lüğəti / yoxuş1 Əsli ağuş olub, eniş kəlməsinin antonimi kimi yaranıb. Ağ “yuxarı qalxmaq” deməkdir, ağuş isə “aşağıdan yuxarı gedən” anlamını əks etdirir. Yuxarı, yoxuş, yüksək sözlərinin hamısında qədim kök məhz ağ sözüdür. Üzünə ağ olmaq, hərəkətində ağ eləmək ifadələrində də ağ sözü “normasını aşmaq” (çox yuxarı qalxmaq) anlamı əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yoxuş2 YOXUŞ (yolun dağa, tapaya qalxan hissəsi) Duzlu göldən sonra topuğacan quma bata-bata yoxuşu qalxıb yenə də sal qayaların üstünə çıxdılar (Elçin); DİK Qalxdığımız yoxuş, endiyimiz dik.. (D.Nəsib); YAL Maşın balaca bir yalı aşdı (Q.Xəlilov).
Azərbaycan dilinin sinonimlər lüğəti / yoxuş1 YOXUŞ – ENİŞ Enişi, yoxuşu, düzü bir olub; Məramı, məqsədi, üzü bir olub (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / yoxuş2 сущ. подъём: 1. участок дороги, поднимающийся вверх. Dağ yoxuşu горный подъём, dik yoxuş крутой подъём, sürüşkən yoxuş скользкий подъём 2. перен. трудности, препятствия. Hər yoxuşun bir enişi var каждый подъём имеет свой спуск (поговорка)
Azərbaycanca-rusca lüğət / yoxuş1 сущ. 1. хуш; дувар, гуьне (агъадай винелди акъатзавай); тик чка, тик; 2. пер. четинвал, дар югъ манада.
Azərbaycanca-ləzgicə lüğəti / yoxuş