* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 212.42 |
2003 | ••• | 25.20 |
2004 | •• | 15.16 |
2005 | ••• | 29.02 |
2006 | •• | 10.81 |
2007 | • | 8.88 |
2008 | • | 7.80 |
2009 | ••• | 27.84 |
2010 | •••• | 32.04 |
2011 | ••• | 30.80 |
2012 | ••• | 24.44 |
2013 | ••••• | 47.85 |
2014 | •••• | 32.26 |
2015 | ••• | 24.33 |
2016 | •• | 17.53 |
2017 | •• | 13.49 |
2018 | •• | 18.28 |
2019 | •• | 15.30 |
2020 | ••• | 30.10 |
1 bağl. 1. Əks surətdə, əks təqdirdə, belə olmasa (olmazsa). Ey dil ki hicrə doymayıb istərsən ol məhi; Şükr et bu halə, yoxsa gələr bir bəla sana. Füzuli. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökmək ilə azarlı şəfa tapar, nə dua yazmaq ilə. C.Məmmədquluzadə. [Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. [Sərvər:] Yaz mən deyəni, yoxsa beynini toz eyləyərəm! Ü.Hacıbəyov. 2. Olmaya, bəlkə (sual yerində). Yoxsa bizdən incimisən? – Ol bəladır kim, mənim mərhəm bitirməz yarəmi; Yaxsa kim, hər natəvanın dərdi dərmanıncadır. Qövsi. [Süleyman:] Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? Ü.Hacıbəyov. [Gülnaz anasına:] Nə olub, ana? Yoxsa atamdan pis bir xəbər var?… M.İbrahimov. 3. Sual cümlələrində ehtimal bildirir – ya, yaxud. Siz gəlirsiniz, yoxsa mən gəlim? Bu günəmi, yoxsa sabahamı hazır olmalıdır? – [Məşədi İbad:] Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək bu kişidir, yoxsa arvaddır? Ü.Hacıbəyov. Sizi bir elçimi göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli.
Azərbaycan dilinin izahlı lüğəti / yoxsa1 Yox predikativ sözü (və ya xəbəri əvəzliyi) ilə bağlıdır, -sa şəkilçisi şərt bildirir. “Əks halda” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yoxsa2 1. YOXSA [Sərvər:] Yaz mən deyəni, yoxsa beynini toz eyləyərəm (Ü.Hacıbəyov); ƏKS SURƏTDƏ Müəllim: Əks surətdə rəftarım tamamilə başqa cür olacaqdır (C.Cabbarlı); ƏKS TƏQDİRDƏ. 2. yoxsa bax bəlkə
Azərbaycan dilinin sinonimlər lüğəti / yoxsa2 I союз 1. иначе, а то, в противном случае. Evə qayıtmaq lazımdır, yoxsa narahat ola bilərlər нужно вернуться домой, а то будут беспокоиться, yaxşılıqla versin, yoxsa zorla alarıq пусть отдаст по-хорошему, а то возьмём силой, qalın geyin, yoxsa xəstələnərsən оденься теплее, а то заболеешь 2. или, или же. Ağırdır yoxsa yüngül? тяжёлый или лёгкий?, səhər yoxsa axşam? утром или вечером?; sən yoxsa о? ты или он?, bilirsən yoxsa yox? знаешь или нет?, zarafatla yoxsa ciddi? в шутку или всерьёз?, işləmək istəyirsən yoxsa oxumaq? хочешь работать или учиться?, bu əmrdir yoxsa xahiş? это – приказ или просьба? II частица или. Yoxsa gecikdim? или я опоздал?, yoxsa qorxursan? или ты боишься?, yoxsa sizə mane oluram? или я вам мешаю?, yoxsa mənə inanmırsan? или ты мне не веришь?, yoxsa yadından çıxıb? или ты всё забыл?; yoxsa şübhə edirsən? или сомневаешься?
Azərbaycanca-rusca lüğət / yoxsa1 bağ. otherwise; or (else); Ora indi gedin. Yoxsa gec olar Go there now. Otherwise, it will be late; Tələsin, yoxsa gecikərsiniz Hurry up, or (else) you will be late
Azərbaycanca-ingiliscə lüğət / yoxsa1 bağ. sinon, autrement ; Tələsin, ~ gecikərsiniz Dépéchez-vous, autrement (sinon) vous serez en retard!
Azərbaycanca-fransızca lüğət / yoxsa