Oxşar zantoksilum
Şimali və Mərkəzi Çində rast gəlinir.
7 m-ə qədər hündürlükdə ağac və ya koldur. Cavan zoğları tüklüdür, tikanları 6–20 mm uzunluqda olub, oturacaqdan 1,5 sm-ə qədər enində yastıdır. Yarpaqları təklələkvari olub, 1,5-5 sm uzunluqda 7-11 yumurtavari və ya uzunsov yumurtavari, dişli yarpaqcığa malikdir. Yarpağın saplağı və yarpaqcıqların orta damarı altdan tikanlıdır. Çiçəkləri 4-6 sm enində qısa salхımlara toplanaraq, qırmızımtıl rəngdədir. İyun-iyul aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir.
Düzən və dağətəyi zonalarda əkilib becərilir.
Böyük və Kiçik Qafqazda təbii halda rast gəlinir. 1869-cı ildən introduksiya edilmişdir.