Oxdar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd.
Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir.
== Tarixi ==
Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb.
== Etimologiyası ==
Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
== Kəndin toponimləri ==
Yel piri
Şərəfverdi
Yalzəmi
Midəm düzü
Tumuyeri
Sarıbayır
Çömçəbulaq
Zoğallar bulağı
Çanqıllı
Oğlannıca yaylağı və s.