* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Gediş-gəliş və nəqliyyat işləməsi üçün zolaq şəklində ayrılmış yer. Kəndarası yol. Bu yol haraya gedir? Avtomobil yolu. Şose yolu. – [Yusif şah] əmr elədi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin. M.F.Axundzadə. Bağlar arası ilə uzanan bir yolla gedirdim. S.Hüseyn. □ Yol çəkmək – şose, yaxud dəmir yolu inşa etmək. Yol salmaq – 1) bir yerdən çox gedibgələrək oranı işlək hala gətirmək; 2) bax yol çəkmək. // Təyyarələrin, gəmilərin hərəkət etdiyi xətt. Hava yolu. Dəniz yolu. Su yolu. // Keçiləcək yer, keçid, keçmək üçün yer. Yolda dayanmaq. Yolu kəsmək. Kolları qırıb yol açmaq. Buzqıran gəminin açdığı yoldan qayıqlar keçdi. 2. Dəmiryol xətti; rels. Qatar yolda durmuşdur. Tramvay yolu. 3. Səfər, səyahət. Yorucu yol. Yolumuz çox şən keçdi. Yolda heç yatmadıq. Uzaq yoldan gəlmək. – Yolçu yolda gərək. (Ata sözü). □ Yol üstdə olmaq – səfərə hazırlaşmaq, səfər ərəfəsində olmaq. Bala, səhər ertənin soyuğuna özünü vermə! Yol üstdəsən, xəstələnərsən. Ə.Vəliyev. Yola çıxmaq – uzaq bir yerə səfərə getmək. Rizvan, belə qarlı və çovğunlu havada bir cüt öküzlə yola çıxmağa cürət etmədiyindən, qonşusunun da öküzlərini aldı. S.Hüseyn. Yoldan gəlmək – səfərdən və ya uzaq bir yerdən gəlmək. 4. İstiqamət, yön. □ Yolu azmaq (itirmək) – azmaq, yolu tanımamaq. Qayıdarkən yolumu azdım. S.Hüseyn. // məc. Fəaliyyət istiqaməti, inkişaf xətti. Yazıçı öz yaradıcılığında yeni bir yol seçdi. Hərə öz yolunu tapacaqdır. // məc. İmkan. Hər bir adam qarşısında geniş yollar açılmışdır. 5. anat. Canlı orqanizmdə: müxtəlif maddələrin keçdiyi boru. Sidik yolu. 6. məc. Bir yerə girmək, daxil olmaq imkanı. Yuxarılara yol axtarmaq. – Mənim konsulxanada verilən ziyafətə yol tapa biləcəyimə imkan yaradacaq idi. M.S.Ordubadi. 7. Bir şeyi əldə etmək üçün üsul, vasitə, vəsait. İşin yolunu öyrənməli. Məsələni iki yolla həll etmək olar. Bilik əldə etmək üçün əsas yol gərgin əməkdir. Müharibə dövlətlər arasında mübahisəni həll etmək üçün yol ola bilməz. // Çarə, əlac, tədbir. [Muradın] qarşısında iki yol vardı; Nigarı boşayıb adını öz üzərindən qaldırmaq və ya onu tamamilə sərbəst buraxıb hər işinə göz yummaq… S.Hüseyn. □ Yol aramaq – tədbir düşünmək. 8. məc. Dünyagörüşü, əqidə. O, başqa yolun adamıdır. 9. məc. Dəfə, kərə. Ondan üç yol soruşdum. Bu gün iki yol çimmişəm. – Əlli yol çapılam, yüz yol talanam; Bir şey deyil dövlət, mal, incimərəm. Aşıq Ələsgər. Nə var qoçaq, nə üçün bağırırsan? Bura ki meşə deyil… İstəyirsənmi peysərinə bir beş-on yol da şapalayım, elə düz gedəsən. N.Vəzirov. [Koxa:] Məmmədağa! Başın üçün, nəinki iki-üç və bəlkə on yol demişəm. N.Nərimanov. 10. …yolunda, …yolda şəklində – uğrunda, üçün, naminə. Dost yolunda. Yüksək ideallar yolunda. Azadlıq və səadət yolunda. Vətən yolunda canından keçmək. – Dost yolunda bu dünyada; Başından keçdiyin varmı? “Koroğlu”. Mən axırda arvada dedim ki, dəxi bizim yolumuzda onun zəhmətinə ehtiyac yoxdur. C.Məmmədquluzadə. Yarın bahar mövsimidir, aşıq olmalı; Canan yolunda ölmək üçün şaiq olmalı. A.Səhhət. [Zeyd:] Bil ki, bu yolda keçərəm; Canımdan, həm varımdan. Ü.Hacıbəyov. ◊ Yol açıqdır! – buyura bilərsən! gedə bilərsən! rədd ol! get! Yol açmaq məc. – hər hansı bir yenilik sahəsində birinci olmaq; // təşəbbüsçü olmaq, nümunə olmaq, yol göstərmək. Özünə tapdın əlac, tapdın əlac; Vəliyə sən bir yol aç, sən bir yol aç! Ü.Hacıbəyov. Yol ağzında – yolun yanında, yol kənarında, yola yapışıq yerdə. Yol ağzında durub gözləmək. – Bostan yol ağzında idi. Ə.Əbülhəsən. Yol almaq – hər hansı bir istiqamətdə hərəkət etmək, getməyə başlamaq. [Yolçu] şəhər yolundan dönərək kərpic zavoduna yol alır. Mir Cəlal. Yol bilmək – 1) yola bələd olmaq. Qəhrəman şəhər tanımır, yol bilmir. S.Rəhimov; 2) tədbirli olmaq, tədbir tapmaq. Yol döymək – bir yerə çox gedib-gəlmək. Yol eləmək – çox gedib-gəlməkdən yol salmaq; // həddindən artıq gedib-gəlmək. Dünyanın üstündən yol eylərəm mən; Bu hikmətdə mən Musayam, sən nəsən? Aşıq Valeh. Yol göstərmək – rəhbərlik etmək, yönəltmək, istiqamətləndirmək. Yol götürüb (alıb, tutub) getmək – həddindən artıq bol olmaq. Yol gözləmək – bir adamın gəlməsini gözləmək, müntəzir olmaq. Bir təpə başında oturub səbirsizliklə atamın yolunu gözləyirdim. A.Şaiq. Yol kəsmək – 1) çapovulçuluqla, qarətgərliklə məşğul olmaq, soyğunçuluq etmək. Bəs hansı dilənçilər, görəsən, quldur oldular, yollar kəsdilər? M.F.Axundzadə; 2) mane olmaq, yol verməmək. Onun xoşbəxtliyinin yolunu kəsə bilərikmi? M.S.Ordubadi. Yol ölçmək – boş yerə, səmərəsiz gedib-gəlmək. Yol ötmək – keçmək, keçib getmək. Yol tutmaq – bir tərəfə istiqamət götürmək, getməyə başlamaq. Yol uzunu – bütün yolu, yol boyunca. Atları sürən bir yekəpapaq qoca kişi idi ki, yol uzunu mürgüləyirdi. C.Məmmədquluzadə. Yol uzunu söhbətimiz Hacı kişidən idi. Qantəmir. Yol üstdə – bax yol ağzında. Bağ salmışam yol üstdə; Meyvəsi var bol, üstdə; Gedirəm yar görməyə; Yağı durub yol üstdə. (Bayatı). Yol vermək – 1) başqasının keçməsi üçün kənara çəkilmək; 2) icazə vermək, imkan vermək, mane olmamaq. Belə şeylərə yol vermək olmaz. Yol verməmək – icazə verməmək, imkan verməmək, mane olmaq. Qanun buna yol vermir. – Səni beş qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz. M.İbrahimov. Yol vərəqəsi – ezamiyyətə, sanatoriyaya və s.-yə gedənlərə verilən vəsiqə; putyovka. Cərrahiyyə professorunun xahişinə görə, Rüxsarəyə Cənubi Krım sahilinə getmək, orada dincəlmək üçün yol vərəqəsi hazırlandı. S.Rəhimov. Yol yoldaşı – bərabər yol gedən (səfərə çıxan) adamlardan hər biri. Yol yorğunu olmaq – bir yerə çox gedib-gəldikdə, lakin bir şey əldə edə bilmədikdə deyilən ifadə. Yola aparmaq – 1) yaxşı rəftar etmək, yola vermək; 2) idarə etmək. Adam gərək hər dil ilə olsa filcümlə fəhm və zəmanə əhlinin adət və [xassələrindən] müttəle olsun, öz işin yola aparsın. M.F.Axundzadə. Yola aparmamaq – yaxşı rəftar etməmək, yola verməmək, daim dalaşmaq, höcətləşmək, sözləşmək. Günlərin bir günü qızların anası öldü, ataları getdi, təzə arvad aldı. Bu arvad qızları yola aparmadı. (Nağıl). Yola düşmək – getmək, hərəkət etmək. Sabah yola düşəcəyik. Səyyahlar yola düşdülər. Yola düşməyə hazırlaşmaq. – O adam Şiraza yola düşübdür. Ü.Hacıbəyov. Yola düzəlmək – yola düşmək (ayaqla). Qasid vidalaşıb yola düzələrkən şair, qıza: – Sən artıq kəniz deyilsən, – dedi. Ə.Məmmədxanlı. Yola gedər – keçər, gedər, ötüşər, razılaşmaq olar. Nağılbazlığı yola gedər, ancaq ağzıbütöv qoca olsun. S.Rəhimov. Yola getmək – yaxşı rəftar etmək; keçinmək, dolanmaq, birlikdə dinc yaşamaq. [Molla Xəlilin] dediyi kimi, ikisi bir yerdə yola gedə bilməyəcəkdilər… S.Hüseyn. Yola getməmək – bir yerdə ünsiyyət tapa bilməmək, xasiyyətləri tutmamaq, aralarında yaxşı münasibət olmamaq, daim sözləşmək, mübahisə etmək, dalaşmaq. Onlar heç yola getmirlər. – İslam keçən payızda ikinci bir arvad aldığından, iki günü bir evdə yola getmirdilər. S.Hüseyn. Yola gəlmək – uzun-uzadı fikirləşməkdən, xahişdən, nəsihətdən, söhbətdən sonra razı olmaq, razılıq vermək. [Yığılanlar] da nə qədər nəsihət elədilərsə, Anaxanım yola gəlmədi. “Aşıq Ələsgər”. Yola gətirmək – dilə tutaraq razı etmək, razılığına nail olmaq. Mənim başım plov bişirməyə qarışacaqdır, sən çalış, onu yola gətir. S.S.Axundov. [Mirzağa:] Mən [Cəmiləni] tez yola gətirərəm. S.Hüseyn. Yola rəvan olmaq – bax yola düşmək. Axşama bir saat qalmış yolçular çıxdılar və gecə orada qalıb səhər yola rəvan oldular. S.S.Axundov. Yola salmaq – 1) gedəni qapıya qədər və ya səfərə çıxanı miniyə qədər ötürmək, müşayiət etmək. Eşitmişik xanımı yola salmısan; Xanım getcək kim, sən tənha qalmısan. Ü.Hacıbəyov. O gəmi ilə mən də öz yaralı qardaşımı yola saldım. M.Hüseyn; 2) təmin etmək, razı salmaq. Bir badya qatıq doğraması ilə on-on beş fəhləni yola salmaq olurdu. Mir Cəlal. Yola vermək – 1) rəftar etmək, dolandırmaq, idarə etmək. [Mehribanı] Zeynal istədiyi tərzdə idarə edib yola verməli idi. S.Hüseyn. [Atam:] “Quzğun”dan bizim evə gələn gənci biz yola verəcəyik, zənnindəyəm. Çəmənzəminli; 2) ötürmək, üstündən keçmək. Onun yanında nüfuzdan düşməsin deyə, işi birtəhər zarafatla yola vermək istədi, zorla gülümsündü. M.Hüseyn; 3) həyata keçirmək, məqsədinə çatmaq. [Kərəmovu] mütrüb kimi oynadıb ələ salan, öz işlərini yola vermək üçün bir alətə çevirən yaltaqları, ikiüzlüləri çox sərrast təyin etmişdir. İ.Əfəndiyev. Yola verməmək – rəftar etməmək, yola getməmək, ünsiyyət tapa bilməmək. [Anası:] Bəlkə səni evdə baldızların, qayınların yola vermirlər? Çəmənzəminli. Yoldan azmaq – bax yoldan çıxmaq 2-ci mənada. Yoldan çıxar(t)maq – azdırmaq, sapdırmaq, başdan çıxarmaq, müxtəlif yollarla aldadaraq başqa bir işə (adətən pis işə) sövq etmək. Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir fəqir, dinc adamam. M.F.Axundzadə. Neçə-neçə qərinələrdən bəri müsəlman elə xəyal eləyir ki, “Şeytan” adında onun bir düşməni var ki, həmişə istəyir, onu yoldan çıxartsın. C.Məmmədquluzadə. [Həsənqulu bəy:] Rüstəm bəy, vallah, bağışla, bizi Məşədi İbad yoldan çıxartdı. Ü.Hacıbəyov. Yoldan çıxmaq, yolundan çıxmaq – 1) qəzaya uğramaq. Qatar yoldan çıxdı; 2) məc. azmaq, sapmaq, pis yola düşmək. Amandı, qoymayın övladınız azıb çıxa yoldan; Ola bu yaxşı vələdlər yaman, bu boyda, bu boyda. M.Ə.Sabir. Yoldan eləmək (etmək) – 1) bax yoldan saxlamaq. Bülbülü güldən eylərsən; Gedəni yoldan eylərsən. Aşıq Həsən; 2) bax yoldan çıxar(t)maq. Akoşkanın milləri; Açıb qızılgülləri; Oğlanı yoldan eylər; Qızın şirin dilləri. (Bayatı). Yoldan qalmaq – bir səbəb üzündən gedəcəyi yerə gedə bilməmək, yaxud qatara və s.-yə gecikmək. Yoldan qoymaq – bax yoldan eləmək 1-ci mənada. Yoldan ötən, hər yoldan ötən məc. – hər kəs, hər adam. Yoldan saxlamaq – getməsinə mane olmaq, getməkdən daşındırmaq. Şükür Məşədi Həsən əmini yoldan saxlaya bilmədi. S.Hüseyn. Yolları ayrılmaq – aralarında nifaq, ixtilaf əmələ gəlmək. Yolları (yolu) ayrı olmaq – məqsədləri, niyyətləri, qayələri başqa-başqa olmaq, birbirinə uymamaq. Yolu bir olmaq – bir məqsəd təqib etmək, bir məsləkdə, bir əqidədə olmaq. Yolu çaşdırmaq – hansı tərəfə gedəcəyini bilməmək; azmaq. …yolun yolçusu – bax yolçu. Yolu düşmək – təsadüfən gəlmək, getmək, bir yerdə olmaq. Poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım… C.Məmmədquluzadə. Ax, yolum bir yenə Samuxa düşə; Ürəyim istəyir gedə görüşə… H.K.Sanılı. …yolu ilə – …qaydası ilə, …üsulu ilə, …kimi. Dostluq yolu ilə. Yolu(n) yumrulsun, yolu yumrulmuş – qarğış ifadəsi. [Tükəz:] Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollayır! M.F.Axundzadə. [Nazlı xanım:] Dünən olan-olmazımı vermişəm kişiyə, aparsın satsın, kişi də aparıb satıb, yolu yumrulmuş yoldan dönüb Nəcəf bəyin yanına. Ə.Haqverdiyev. Yolun yumrulsun, ölüm! Al-qana döndü könlüm. R.Rza. Yoluna düşmək (girmək) – adi halına düşmək, nizam və qaydaya düşmək, normaya düşmək. Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməklə istər özünün, istər atası Məşədi Əhmədin maddi həyatı qismən yoluna düşə bilər. S.Hüseyn. Yoluna qoymaq – bax yoluna salmaq. Yoluna salmaq – nizama salmaq, qaydaya salmaq, davam etdirmək. Yolundan çıxmaq – bax yoldan çıxmaq. Mənim sözüm öz yolundan çıxanı; İnşallah, qaytarar, düz insan eylər. Aşıq Ələsgər. Yolunu görmək – rüşvət vermək. [Həcər:] Divanbəyinin layiqincə yolun görmək bizim başımız üstə. M.F.Axundzadə. [Məhəmmədəli:] …Qabaqcadan yolumu görməsən, mən səni içəri qoymaram, qardaş! N.Vəzirov. Yolunu gözləmək, yolunu saxlamaq – hörmət etmək, ehtiram etmək. Özündən böyüyün saxla yolunu; Düşən yerdə saxla ərzi-halını. Aşıq Abbas. Rüstəm kişini görən hər bir kəs uzaqdan ona salam verir, yolunu saxlayırdı. S.Rəhimov. Yolunu kəsmək – maneçilik törətmək, mane olmaq, əngəl törətmək. Axır (son) yol – ölüm. Dörd yol ağzı (ayrıcı) – iki yolun kəsişdiyi nöqtə. Gözləri yol çəkmək – bax göz. Gözləri yolda qalmaq – bax göz. Kanat yol – polad kanatlardan asılmış və onunla hərəkət edən vaqonetlərlə yük (bəzən adam) daşımaq üçün qurğu. Daşkəsəndə kanat yolu ilə filiz stansiyaya daşınır. Nə yolda? – nə halda? necə? nə vəziyyətdə? [Xan:] Amerika ticarət müəssisələri ilə olan işlərin nə yoldadır? M.S.Ordubadi. [Mehriban:] Zeynal məzuniyyətdən qayıtdıqdan sonra özü ilə əlaqəsi nə yolda olacaqdı? S.Hüseyn. Öz yolu ilə (öz yolunda) getmək – 1) heç kəslə işi olmamaq, heç kəsə toxunmamaq, mane olmamaq; 2) lazımi qaydada, adi yolu ilə getmək. İşlər öz yolu ilə gedir. Yaxşı yol! – yola (səfərə) çıxana salamatlıq, uğur arzusu.
Azərbaycan dilinin izahlı lüğəti / yol1 Əsli yor (yörelqe,oruq kimi də işlədilib) kimi olub. Yerimək, yüyürmək sözü ilə də bağlıdır. Yəni yol yerimək (hərəkət, gediş-gəliş) üçün nəzərdə tutulan “yer” deməkdir. Yol sözünün “dəfə” (reys) mənası da mövcuddur. Bu sözlə bərabər, eyni mənada oruq sözü də işlədilib. Yerimək, yorğa, yürüş, yorulmaq sözləri həmin oruq sözü ilə bağlıdır. Or “yer” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yol7 1. YOL O qarlı düzlərə baxıb yanırdı; Yolçular getdikcə yol uzanırdı (S.Vurğun); CIĞIR (kiçik yol) [Qəmər] ..dəndənəli sənəyindən yapışıb kürəyinə atdı, uzun qumral saçı ilə tırmaclaya-tırmaclaya, qıvrılıb açılan cığır ilə kəndə yönəldi (S.Rəhimov); DOLAY (əyri-üvrü, dolama yol) Qardaşım! Görürəm dağlardan keçən; yaşıl dolaylarda ayaq izləri (S.Vurğun); RAH (kl.əd.) Bu rahdan etmək olmaz ikrah.. (Füzuli); SİRAT (köhn.) Zülmət gecələrdə saçaraq nurini sansız; Azmışlara hey göstərir o doğru siratı (A.Şaiq); TƏRİQ (köhn.) Zülmətə sövq edən Cühəla rəhnümaləri; Düzd-təriq-rast olan hər gəcnümaləri (Ə.Nəzmi); YOLAĞA (kiçik və dar yol) Vəliş azca baxandan sonra yolağaya tərəf ayaq götürdü, üzüaşağı xeyli gedib sola buruldu (Ə.Vəliyev). 2. yol bax üsul 3. yol bax dəfə 4. yol bax məsafə
Azərbaycan dilinin sinonimlər lüğəti / yol1 YOL I is. Gediş-gəliş üçün yer. Kəndimizin qəşəng yolu var. YOL II is. Vasitə, üsul. Məsələni hansı yolla həll etmək olar? YOL III f. Didişdirmək. Qazın tükünü yoldular. YOL IV num. söz Dəfə, kərə. Sizə üç yol gəlmişəm, amma sizi evdə tapmamışam.
Azərbaycan dilinin omonimlər lüğəti / yol1 1. путь, дорога; 2. ход, вход, выход; 3. способ, средство, образ, порядок; 4. раз; 5. направление, убеждение;
Azərbaycanca-rusca lüğət / yol2 I сущ. 1. дорога, путь: 1) полоса на земле, служащая для передвижения. Şose yolu шоссейная дорога, kənd yolu, araba yolu просёлочная дорога, dağ yolu горная дорога, torpaq yol грунтовая дорога, çala-çuxurlu yol ухабистая дорога, işlək yol tornaə дорога, dolama yol обходной путь, rahat yol удобный путь, piyada yolu пешеходная дорога, yolu keçmək перейти дорогу, yola çıxmaq выйти на дорогу, yol çəkmək проложить дорогу, yolun bir hissəsi часть пути, yolun uzunluğu длина пути, yol əyrisi кривая пути 2) линия в пространстве для передвижения и сообщения. Hava yolu воздушная дорога, su yolu водная дорога, asma yol подвесная дорога, dəniz və çay yolları морские и речные пути, yeraltı yol подземный путь, ticarət yolları торговые пути 3) место для прохода, проезда. Tikintiyə yol дорога на строительство, bazara yol дорога на базар, düşərgəyə gedən yol дорога, ведущая в лагерь, yol yoxdur нет дороги 4) направление, путь следования. Yolunu azmaq сбиться с дороги, с пути; yolları ayrılıb пути, дороги разошлись 5) поездка, путешествие. Yola hazırlaşmaq собираться в путь, yola hazırlamaq kimi, nəyi собирать, собрать, снаряжать, снарядить в путь, готовить в дорогу кого, что; yolda xəstələnmək заболеть в пути, yolda hadisə случай, происшествие в пути 2. перен. дорога: 1) направление деятельности, путь развития. Öz yolunu tapmaq найти свою дорогу, gələcəyə yol дорога в будущее 3. путь: 1) перен. направление деятельности, развития. Yaradıcılıq yolu путь творчества, tərəqqi yolu путь прогресса, həyat (ömür) yolu жизненный путь, mübarizə yolu путь борьбы, inkişaf yolu путь развития, qurtuluş yolu путь освобождения (спасения), mürəkkəb yol keçmək пройти сложный путь, şərəfli yol славный путь, demokratiya yolu путь демократии, ataların yolu ilə дорогой отцов, təkamül yolu ilə эволюционным путём, düzgün yol seçmək избрать правильный путь 2) средство, способ достижения чего-л. Bu yolla этим путём, təhlil yolu ilə путём анализа, çətin yolla трудным путём, sülh yolu ilə мирным путём, təsir yolu ilə путём воздействия, məsləhət yolu ilə путём консультаций, qanuni yolla законным путём 3) железнодорожная или трамвайная колея. Ehtiyat yol запасный путь 4) мн. ч. анат. орган в виде канала, в котором совершается какая-л. деятельность. Nəfəs yolları дыхательные пути, ifrazat yolları выделительные пути 4. тракт: 1) большая проездная дорога. Avtomobil yolu автомобильный тракт анат. mədəbağırsaq yolu желудочно-кишечный тракт, həzm yolu пищеварительный тракт 5. разг. в сочет. с числит. Bir yol один раз, yüz yol сто раз, iki yol gəlmişdi два раза приходил II прил. 1. дорожный. Yol təəssüratları дорожные впечатления, yol paltarı дорожный костюм, yol ləvazimatı дорожные принадлежности, yol ustası дорожный мастер, yol inşaatı дорожное строительство, yol şəbəkəsi дорожная сеть, yol nişanı дорожный знак, yol qurğuları дорожные сооружения 2. путевой: 1) относящийся к обслуживанию железнодорожных путей. Yol baxıcısı путевой обходчик 2) относящийся к путешествию. Yol qeydləri путевые записки (заметки) 3. проездной. Yol bileti проездной билет, yol pulu проездные деньги, yol sənədləri проездные документы; yol yoldaşı попутчик, yol işçisi путеец (работник ж.-д. службы) ◊ yol açmaq kimə, nəyə: 1. открыть дорогу, проложить путь, расчистить путь (дорогу) к ому 2. открыть возможность для кого, для чего; yol açıqdır презр. скатертью дорога; yaxşı yol! счастливого пути!; yol ağartmaq мерить версты; yol vermək: 1. kimə дать дорогу кому; 2. nəyə допустить что, дать возможность ч ему; yol kəsmək грабить; yol göstərmək kimə указать путь, выход из положения, посоветовать; yol salmaq: 1. проложить дорогу; 2. проторить дорогу; yol üstündədir kim: 1. готов к отъезду кто; 2. перен. шутл. дни сочтены у кого; yol axtarmaq искать пути, искать выход; yol tapmaq найти путь, выход; ürəyinə yol tapmaq kimin находить, найти путь к сердцу чьему; ürəyinə yol salmaq проникнуть в сердце; gözü yol çəkmək быть в ожидании кого-л.; yola vermək: 1. kimi жить мирно, быть в ладах с кем; 2. nəyi стараться содействовать, помочь (делу, работе и т.п.); yola düşmək отправиться, пуститься в путь; yola körpü salmaq, yola nərdivan qoymaq сократить путь (разговорами, шутками и т.п.); yola getmək kimlə уживаться, ладить, жить, работать в согласии с кем; yola gəlmək: 1. согласиться, перестать упорствовать, уступить; 2. исправиться, образумиться; yola gətirmək kimi уговорить кого; yola salmaq kimi: 1. отправить, снарядить, послать; 2. провожать, проводить; 3. отпустить, удовлетворив просьбу; 4. ирон. отослать, отказав в просьбе (выпроводить); gözü yolda qalmaq все глаза проглядеть; gözünü yolda qoymaq kimin заставить долго ждать кого; yoldan qoymaq, yoldan eləmək kimi: 1. помешать к ому отправиться в путь; 2. задержать в пути кого; yoldan qalmaq: 1. опоздать в дорогу; 2. задержаться в пути; yoldan çıxarmaq kimi сбивать, сбить с пути кого, закружить, задурить голову к ому, подстрекать на дурной поступок; yoldan çıxmaq сбиваться, сбиться с (правильного) пути; yolları başqa-başqadır kimin разные пути у кого; yolları ölçmək мерить версты; hər yoldan ötən всякий прохожий, каждый встречный; yoldan ötmək пройти мимо; yolları ayrı olmaq находиться на разных путях; yolu bir olmaq kimlə быть по пути с кем, идти в одном направлении с кем; yolu düşmək haraya оказаться где; bir yolun yolçusu olmaq быть попутчиком с кем-л.; yolunda dayanmaq (durmaq) kimin стать на пути чьё м; yolundan götürmək kimi убрать с дороги кого; yolunu azmaq сбиваться, сбиться с пути (дороги); yolunu azdırmaq kimin: 1. совращать, совратить с пути истинного кого; 2. сбивать с толку кого; yoluna davam etmək продолжать свой путь; yoluna qoymaq, yoluna salmaq nəyi направить по правильному пути; приводить, привести в порядок, урегулировать что, ставить, поставить на рельсы; yolunu itirmək сбиться с пути, заблудиться; yolunu kəsmək kimin преградить путь кому; yolunu davam etdirmək kimin продолжать путь чей; yolunu gözləmək kimin ждать, быть в ожидании кого, чего; yolundan pişik keçdi kimin кошка дорогу перебежала; yolundan dönmək свернуть с пути; yolundan dönməmək не сворачивать с пути; bir yol: 1. один раз; 2. однажды, как-то раз, как-то; yolun damarını qırmaq преодолеть, пройти большую половину дороги; yoluna düşmək войти в колею, bu yolda на этом пути; yolunda tikan əkmək kimin создавать, создать препятствия к ому; yolunu görmək kimin отблагодарить (вознаградить подарком, деньгами) за услугу кого
Azərbaycanca-rusca lüğət / yol1 I. i. road; way; path; baş şosse ~ high road, highway, main road; torpaq ~u country road, country-track; ~dan çıxmaq 1) to leave* the road; 2) məc. to become* corrupted / depraved, to go* to the bad, to go* astray; bir kəsə ~ göstərmək to show* smb. the way; bir kəsə ~ vermək to let* smb. pass; məc. to make* way for smb.; özünə ~ açmaq to force one’s way through; həyatda özünə ~ açmaq to make* one’s way in life; bir kəsin ~unu kəsmək to bar smb.’s road; həm də məc. to be* in smb.’s way / path; öz ~u ilə getmək to go one’s own way; ~unu itirmək to lose* one’s way; ~undan çıxmaq / azmaq məc. to go* astray; ~dan çıxarmaq to seduce (d.); qadını ~dan çıxarmaq to seduce a woman; dəmir ~u railway; amer. railroad; keçilmiş ~ travelled path; Yolda durma! Get out of the way! Mənim üçün bircə yol var There is only one way (out) for me; Onlar üçün bütün yollar açıqdır All roads are open to them; Yaxşı yol! Happy journey! Bon voyage! (fr.) II. s. 1. road (attr.); ~ işarəsi road sign; ~ inşaatı road-building; 2. travelling; travel; ~ paltarı travelling clothes; ~ xərcləri travelling expenses; ~ qeydləri travel notes; ~ pulu / haqqı fare
Azərbaycanca-ingiliscə lüğət / yol1 is. chemin m ; route f ; voie f ; baş ~ grande route ; ~dan çıxmaq 1) quitter le chemin ; déraper vi ; faire fausse route ; 2) məc. égarer (s’) de la bonne voie, corrompre (se) ; bir kəsə ~ vermək laisser passer qn ; bir kəsin ~unu kəsmək entraver la route de qn ; ~unu itirmək égarer (s’) ; qadını ~dan çıxarmaq séduire une femme ; dəmir ~u chemin m de fer ; voie f ferrée ; Yaxşı ~ ! Bon voyage!
Azərbaycanca-fransızca lüğət / yol1 сущ. 1. рехъ; yolda dayanmaq рекьел акъвазун; dəniz yolu гьуьлуьн рехъ; yol çəkmək рехъ чӀугун (шегьре ва я ракьун рехъ кутун); yol salmaq рехъ кутун а) са чкадай гзаф физ хтуникди аникай рехъ авун; б) кил. yol çəkmək; // рекьин; 2. ракьун рехъ; рельс; tramvay yolu трамвайдин рехъ; 3. рехъ, сефер, сиягьат; yol üstdə olmaq рекьел хьун, сефердиз гьазур хьун; рекье хьун, сеферда хьун; yola çıxmaq рекьиз экъечӀун, яргъал са чкадиз сефердиз фин; yoldan gəlmək рекьяй хтун (атун), сефердай хтун ва я яргъал са чкадай хтун (атун); 4. рехъ, физвай пад; yolu azmaq рехъ алатун (квахьун), алатун, рехъ яхкьун тавун; 5. пер. рехъ; имкан; 6. анат. канал (мес. кьери цин); 7. рехъ, къайда; // чара, илаж, тедбир; yol aramaq рехъ жугъурун, тедбир фагьумун; 8. пер. дуьньякьатӀунар; 9. пер. -ра, тилит, гъилер, сефер (гьисабралди); ondan iki yol soruşdum за адавай кьведра (кьве сеферда) жузуна; 10. ...yolunda, ...yolda рекье, патал; vətən yolunda дигедин рекье; ** yol açıqdır! рехъ ахъа я! къвез (физ) жеда! ша! алад! вач! ред хьухь!; yol açmaq пер. рехъ ахъаюн, са цӀийивилелди сад лагьайди хьун; чешне хьун, рехъ къалурун; yol ağzında рекьин сивив (яхадив, хиве, къерехдив, къвалав); yol almaq тайин са патахъ рехъ физ авалун; yol bilmək рехъ чир хьун а) рекьиз белед хьун; б) тедбирлу хьун; yol döymək рехъ тӀушунун, са чкадиз фад-фад физ хтун; yol eləmək рехъ авун, гзаф физ-хтуникди рехъ кутун; кьадардилай артух физ хтун; yol göstərmək рехъ къалурун, регьбервал авун, дуьз рекье ттун; yol gözləmək рехъ хуьн, са касдин атун гуьзлемишун; yol kəsmək рехъ атӀун а) тарашун, къакъудун, чапхунун; б) маний хьун, рехъ тагун; yol ölçmək рехъ алцумун, буш-буш, файдасуз физ-хтун; yol uzunu рехъ кьуна, вири рехъ тирвал, рехъди; yol üstdə кил. yol ağzında; yol vermək рехъ гун а) сад фин патал са къерехдихъ хьун; б) ижаза гун, имкан гун, манийвал тавун; yol verməmək рехъ тагун, ижаза тагун, маний хьун; yol vərəqəsi санаториядиз, ял ягъиз ва мс. физвайбурув вугудай документ, чар; путёвка; yol yoldaşı рекьин юлдаш, саналди рехъ физвай юлдашрикай гьар сад; yola aparmaq а) рекье тухун, хъсандиз рафтар авун; б) кьиле тухун, идара авун; yola düşmək рекье гьатун, фин, гьерекат авун; yola düzəlmək рекье гьатун (яхдиз, кӀвачи-кӀвачи); yola getmək рекье фин, хъсан рафтар авун; дуланмиш хьун, санал динж яшамиш хьун; yola getməmək рекье тефин, хесетар сад-садав такьун, гьамиша гафарал фин, кукӀун; yola gəlmək рекьив атун, гзаф фикир (мез-гъвел, хагьиш) авурдалай кьулухъ разивал гун, рази хьун; yola gətirmək рекьив гъун, мецив кьуна (мез-гъвел яна) рази авун; yola rəvan olmaq кил. yola düşmək; yol salmaq а) рекье ттун (рикӀинив ва я машиндал кьван садахъ галаз фин); б) рекье гун, таъмин авун, рази авун; yola vermək а) рекье тухун, рафтар авун, идара авун; б) винелай алатун, алатна фин; в) кьилиз акъудун, макьсаддив агакьун; yola verməmək рекье тефин, мез жугъуриз тахьун, авсият хуьз тахьун; yoldan azmaq кил. yoldan çıxmaq б); yoldan çıxar(t)maq рекьяй акъудун, кьиляй акъудун, чӀуру рекье ттун; yoldan çıxmaq, yolundan çıxmaq рекьяй акъатун а) авария хьун; б) пер. кьиляй акъатун, пис рекье гьатун; yoldan eləmək (etmək) а) рекьивай авун (кил. yoldan saxlamaq); б) yoldan çıxar(t)maq; yoldan qoymaq кил. yoldan eləmək а); yoldan ötən, hər yoldan ötən пер. акатай гьим хьайитӀани, гьар рехъ алатайти, акатайди, гьар кас; yoldan saxlamaq рекьивай хуьн, рекъивай авун, финиз маний хьун; yolları ayrılmaq рекьер ччара хьун, арада къал гьатун; yolları (yolu) ayrı olmaq рекьер (рехъ) масад хьун, макьсадар, ниятар масабур хьун, сад-садав такьун; yolu bir olmaq рехъ сад хьун, макьсад сад хьун, са фикирдал хьун; yolu çaşdırmaq рехъ акадарун (какадарун), гьинихъ фидатӀа течиз амукьун, рехъ алатун; алатун; ...yolun yolçusu кил. yolçu; yolu düşmək рехъ аватун, рехъ алатун (пер.), дуьшуьш хьана атун (фин), са чкада хьун; ...yolu ilə ...рекьелди, ... къайдада, ...хьиз; yoluna düşmək (girmək) къайдада гьатун; гуьнгуьна гьатун; нормада гьатун; yoluna qoymaq кил. yoluna salmaq; yoluna salmaq къайдада ттун, къайдадик кутун; yolundan çıxmaq кил. yoldan çıxmaq; yolunu görmək рушват гун; yolunu gözləmək, yolunu saxlamaq гьуьрмет хуьн, гьуьрмет авун; yolunu kəsmək рехъ атӀун, манийвал авун, маний хьун, энгел хьун; axır (son) yol эхиримжи рехъ, кьиникь; dörd yol ağzı (ayrıcı) кьуд рекьин сив (хев, яха), кьуд рехъ ччара жезвай чка, кье рекьи сада-сад атӀанвай чка; gözləri yol çəkmək кил. göz; gözləri yolda qalmaq кил. göz; kanat yol канатдин рехъ; nə yolda? гьи гьалда (везиятда), гьикӀа; öz yolu ilə (öz yolunda) getmək а) жуван (вичин) рехъди фин, садахъ галазни кар тахьун, садахъни кя тавун, садазни маний тахьун; б) вичин къайдада, лазим тир къайдада; yaxşı yol! хъсан рехъ!
Azərbaycanca-ləzgicə lüğəti / yol(Cəlilabad, Qax, Ordubad, Şərur) dəfə. – Kino verməyə ayda dört yol gəlillər (Şərur); – On yol gəlmişəm (Cəlilabad)
Azərbaycan dilinin dialektoloji lüğəti.