yoluq sözü azərbaycan dilində

yoluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yoluq • 86.3636%
  • Yoluq • 9.0909%
  • YOLUQ • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yoluq sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Tükləri yolunmuş. Soyaram libasın, allam sazını; Yal-quyruğun yoluq (z.) yola düşərsən. Aşıq Ələsgər. İndi bax, qorxundan yoluq cücəyə oxşuyursan. C.Məmmədquluzadə. Yüz-yüz iyirmi addım uzaqda əl ilə sancılmış kimi, ağaca oxşayan yoluq bir şey seçilirdi. Mir Cəlal. 3. məc. Kasıb, yoxsul, lüt. Yoluğun nəyi var, şuluğa nə versin? (Ata. sözü).

    Azərbaycan dilinin izahlı lüğəti / yoluq

yoluq sözünün etimologiyası

  • 1 Yüli (бритъ), yülikü (ülgüc), yülük (бритый) sözləri qohumdur. Filankəs yo­lu­ğun biridir deyirlər. Yoluq sözü qırxmaq sözü ilə semantik yaxınlığa malikdir, ül­güc sözü yolğuc kəlməsinin dəyişilmiş formasıdır. Deməli, yolmaq və qırxmaq arasında qohumluq var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yoluq

yoluq sözünün sinonimləri (yaxın mənalı sözlər)

yoluq sözünün rus dilinə tərcüməsi

  • 1 ощипанный, общипанный

    Azərbaycanca-rusca lüğət / yoluq
  • 2 прил. ощипанный, общипанный: 1. лишённый перьев, волос. Yoluq toyuq ощипанная курица 2. перен. жалкий (о человеке) ◊ yoluq toyuq kimi как ощипанная курица

    Azərbaycanca-rusca lüğət / yoluq

yoluq sözünün inglis dilinə tərcüməsi

yoluq sözünün ləzgi dilinə tərcüməsi

"yoluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yoluq nədir? #yoluq sözünün mənası #yoluq nə deməkdir? #yoluq sözünün izahı #yoluq sözünün yazılışı #yoluq necə yazılır? #yoluq sözünün düzgün yazılışı #yoluq leksik mənası #yoluq sözünün sinonimi #yoluq sözünün yaxın mənalı sözlər #yoluq sözünün əks mənası #yoluq sözünün etimologiyası #yoluq sözünün orfoqrafiyası #yoluq rusca #yoluq inglisça #yoluq fransızca #yoluq sözünün istifadəsi #sözlük