Savoyyalı Yolanda Luiza
Savoyyalı Yolanda Luiza (it. Iolanda Ludovica di Savoia) (11 iyul 1487, Turin – 12 sentyabr 1499, Cenevrə, Cenevrə kantonu) — Savoyya hersoqu II Filibertin xanımı, Savoyya hersoqinası. Atası Savoyya hersoqu I Çarlz, anası isə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşdır.
Hələ 3 yaşında ikən atası vəfat etmiş, yerinə balaca qardaşı II Çarlz hersoq, anası Blanş isə taxt naibəsi elan edilmişdi. Ancaq qardaşı 6 yaşında ikən bədbəxt hadisə nəticəsində ölmüş, taxt Savoyyalı Lüdovikin oğlu II Filippə keçmişdi. Ancaq II Filipp taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti 9 yaşlı Yolanda ilə evləndirdi. Çünki Yolanda Savoyya hersoqu I Çarlzın qızı və onun şəcərəsindən gələn ən böyük varis idi. Atasının qısa səltənəti və ölümünün ardından Filibert taxta çıxdı. Ancaq 2 il sonra xanımı Yolanda vəfat etdi və Filibertin taxt iddiası zəiflədi.
Scott, John Beldon (2003).