tox sözü azərbaycan dilində

tox

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tox • 90.9465%
  • Tox • 6.9959%
  • TOX • 1.2346%
  • tOX • 0.8230%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Epitel toxuması
Epitel toxuması və ya epitel (q.yun. ἐπί, epi — üstündə, üstündən; q.yun. theleos — örtən, uc) — insan orqanizmindəki 4 əsas toxuma növündən biri == Növləri == Epitel toxuması təsnifatına görə 4 yerə ayrılır: Örtük epiteli — orqanizmin xarici səthini, seroz qişaların və boşluqlu orqanların daxili səthini örtür. Vəzi epiteli — bir çox vəzinin quruluşunun əsasını təşkil edir. Əzələvi epitel Hissi epitel == Örtük epiteli == Örtük epiteli toxuması orqanizmin daxili mühiti ilə xarici mühit arasında sərhəd rolu oynadığı üçün hüdudi toxuma da adlandırılır. Bundan əlavə, örtük epitelin, həm də mübadilə, müdafiə, sorulma, sekresiya, boşluqdaxili orqanların hərəkətliliyini təmin etmə kimi funksiyaları var. Bunlara misal olaraq müdafiə vəzifəsini yerinə yetirənlərə dəri epitelini, sorulma funksiyasını yerinə yetirən örtük epitelinə bağırsaqların epitelini, ifrazata böyrək epitelini nümunə göstərmək olar. Sonuncusu isə seroz qişaların azad səthini örtür. Bu cür epitel bədən boşluqlarında yerləşən daxili orqanların hərəkətliliyini tənzimləyərək onların kənar törəmələrlə birləşməsinin qarşısını alır. === Təsnifatı === Örtük epiteli toxuması bir neçə cür təsnif olunur: morfo-funksional xüsusiyyətlərinə, mənşəyinə görə, quruluşuna görə.
Givi Toxadze
Givi Maksimoviç Toxadze (gürcü: გივი თოხაძე) — Gürcü teatr və kino aktyoru. Gürcüstan SSR əməkdar artisti (1969). == Həyatı == Givi Toxadze 20 oktyabr 1922-ci ildə Gürcüstanın Poti şəhərində anadan olub. 1949-cu ildə Şota Rustaveli adına Tbilisi teatr institunu bitirib. 1956-cı ildən "Gürcü film" kinostudiyasında aktyor kimi fəaliyyət göstərmişdir. == Filmoqrafiya == Koroğlu (film, 1960) Dədə Qorqud (film, 1975) Ənvər Həsənov.
Mülkiyyət toxunulmazlığı
Mülkiyyət toxunulmazlığı prinsipinə əsasən, heç kəs qanunda və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarilə şəxsin mülkiyyət hüququnun tanınması və qorunması kimi müəyyən etmişdir. Eyni zamanda "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət insanın əşyaya münasibətini ifadə edir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur.
Ox (toxucu dəzgah)
Ox — divar hanasının (toxucu dəzgahının) alt və üst tərəflərini tamamlayan möhkəm oduncaqdan olan hissə. Oxların diametri 20 sm-dən 35 sm-ə kimi ola bilər.
Pambıq toxumçuluğu (film, 1980)
Filmdə məhsuldar, uzun lifli pambıq toxumu yetişdirməkdə aqrotexnikanın yeni üsullarının tətbiqindən və səmərəsindən bəhs olunur. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Proqramla idarə olunan toxucu dəzgahı
Proqramla idarə olunan toxucu dəzgahı — 1801-ci ildə fransız ixtiraçı Jozef Mari Jakkard (Joseph Marie Jacquard) proqramla idarə olunan toxucu dəzgahını yaratmışdır. Dəzgahın işi çox sayda perfokartlar toplusunun köməyilə proqramlaşdırılmışdı. Bu cür kartlarla işləyən toxucu dəzgahının yaradılması hesablama texnikasının inkişafında böyük kəşflərdən biri hesab olunur və Jakkard maşınının prinsiplərindən bir çox aparatlarda istifadə olunmuşdur. Jakkard bu ixtirasına görə Napoleon Bonapart tərəfindən 3000 frank məbləğində təqaüdlə mükafatlandırılmışdır. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Qığırdaq toxuması
Toxuma sözü yunanca histos, latınca isə tela adlanır. Toxuma mənşə və quruluş oxşarlığına malik olan müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrələrarası maddələr qurupuna deyilir. Əsas toxumalar epiteli, sinir, birləşdirici və əzələ toxumaları olaraq 4 qrupa ayrılır. Bu həm insanda həm də heyvanlarada qəbul olunan 4 toxuma növüdür. Birləşdirici toxuma orqanizidə geniş yayılmış toxuma növüdür. Bu toxumanı daxili mühit toxumsıda adlandlırırlar. birləşdirici toxuma 4 əsas qrupa bölünür: Əsl birləşdirici toxuma Sümük toxması Qan və limfa Qığırdaq toxuması Qığrdaq toxuması heyvani bir toxuma olub bədəndə birləşdirici toxumanın mexaniki vəzifə görən növlərinə aid edilir. Bu toxuma sümük toxumasıdan fərqli olaraq daha yumuşaqdır. Qığırdaq toxuması fərqləndirən əsas xüsusiyyətlərdən biri də onda hüceyrələr arası maddənin daha yaxşı inkişaf etməsi və sıxılmasıdır. Qığırdaq toxumasını fərqləndirən digər xüsusiyyətlərdən biri də onda qan damarları, limfa və sinir siseminin olmamasıdır.
Senecio toxotis
Senecio toxotis (lat. Senecio toxotis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sovet Toxumçuları (1952)
Elmi-kütləvi filmdır. Kinolent kənd təsərrüfatının inkişafında seleksionerlərin yeni toxum növləri yetişdirmələrinin əhəmiyyətindən söhbət açır.
Sovet toxumçuları (film, 1952)
Elmi-kütləvi filmdır. Kinolent kənd təsərrüfatının inkişafında seleksionerlərin yeni toxum növləri yetişdirmələrinin əhəmiyyətindən söhbət açır.
Stroma (toxuma)
Stroma (toxuma) — Stroma (yunan dilindən στρῶμα "qat, yataq, örtük") struktur və ya birləşdirici rol oynayan toxuma və ya orqan hissəsidir . Səthləri təsnif etməyin bir neçə yolu var: bir təsnifat sxemi toxumaların funksiyalarına əsaslanır, digəri isə onların hüceyrə komponentlərini təhlil edir. Stromal toxuma bədənin dəstəklənməsinə və hərəkətinə kömək edən "funksional" sinifə aiddir. Stromal toxumanı təşkil edən hüceyrələr digər hüceyrələrin daxil olduğu bir matris kimi xidmət edir. Stroma müxtəlif növ stromal hüceyrələrdən ibarətdir. Stroma nümunələrinə aşağıdakılar daxildir: irs stroması buynuz qişa stroması yumurtalıq stroması tiroid vəzinin stroması timus stroması sümük iliyinin stroması limfa düyünlərinin stromal hüceyrəsi multipotent stromal hüceyrələr (mezenximal kök hüceyrələr) Stromada birləşdirici toxumalara rast gəlinir. Bu toxuma uyğun birləşdirici toxuma qrupuna aiddir. Birləşdirici toxumanın düzgün funksiyası qan damarları və stromal sinirlər də daxil olmaqla parenximal toxumanı qorumaq və yerli stresi azaltmaq üçün orqanlar qurmaq və mexaniki stressi yaymaqdır. Stromal toxuma əsasən birləşdirici toxuma hüceyrələrindən ibarət hüceyrədənkənar matrisdən ibarətdir. Hüceyrədənkənar matris əsasən əsas maddədən — əsasən proteoqlikanların aqreqatlarından ibarət məsaməli nəmləndirilmiş geldən və birləşdirici toxuma liflərindən ibarətdir.
Ölümün toxunuşu
Ölümün toxunuşu və ya Dim Mak (sadə çin heroqlifləri: 点脉 rəsmi çin heroqlifləri: 點脈, pinyin: diǎnmài, Yutping: dim2 mak6) — qədim çin döyüş sənətlərinin sistemidir. Bir sıra döyüş sənətlərində istifadə olunur. "Ölümün toxunuşu" Şaolin rahiblərinin gizli döyüş sənətidir. Onun analoqları Vyetnam, Yaponiya, Tibet, Hindistan, Nepal, Laos, Seylonda mövcuddur. Adından bəlli olduğu kimi "Ölüm toxunuşu" ilə insanı istənilən hala gətirmək olar. Yəni, insan bu zaman ölə də bilər. Döyüş sənətinin əsasında tibb sənəti dayanır. Ölkələrdə daha çox Kyuşo Citsu istifadə edilir. Bu ad Yaponcadır. Əslində isə "Ölümün toxunuşu" sənətidir.
Əmir Teymurun Toxtamış xanla müharibəsi
Əmir Teymurun Toxtamış xanla müharibəsi (1380 - 1390) – rus knyazlıqları üzərində monqol təsirinin azaldılmasında mühüm yeri olan XIV əsr hərbi münaqişəsi. Döyüş əməliyatları Mərkəzi Asiya, Qafqaz və Volqaboyunda aparılırdı. 1359-1380-ci illər ərzində Qızıl Orda taxtı 25 xan dəyişdi, xanlığın bir çox əyaləti mərkəzi hakimiyəti tanımırdı. 1370-ci ildə Sırdərya ulusundan olan Urus xan yüksəldi. Bu vaxt ərzində Çığatay ulusunda hakimiyətə gəlmiş əmir Teymur Urus xanın güclənməsindən ehtiyat edərək onun rəqibi Toxtamışı dəstəklədi. Urus bir neçə dəfə Toxtamışı məğlub etsə də, Toxtamış hər dəfə, yenə ona qoşun verərək yola salan Teymurun yanına qaçdı. Lakin Urus qəflətən ölür və Kulikovo döyüşündən sonra Teymurun yardımı ilə Toxtamış nəhayət ki Qızıl Ordanın taxtına yiyələnir. 1382-ci ildə Toxtamış Rusiyanı yağmalayır və özünü keçmiş himayədarı Teymura qarşı çıxmaq gücündə olduğunu sanmağa başladı. 1380-ci ildə Teymur İranın fəthinə yollandı. Teymurun qışlaqda olmasından yararlanan Toxtamış, o zaman dünyanın ən böyük və zəngin şəhərlərindən biri olan Təbrizi tutdu və taladı.
Əzələ toxuması
Əzələ toxuması — Əzələ toxumaları əksər heyvanlarda müxtəlif növ əzələləri təşkil edən və əzələlərə yığılma qabiliyyəti verən yumşaq toxumalardır. Buna miyopropulsiv toxuma da deyilir. Əzələ toxuması miyogenez kimi tanınan bir prosesdə embrional inkişaf zamanı əmələ gəlir. Əzələ toxumasında aktin və miyozin adlı xüsusi kontraktil zülallar var ki, onlar daralır və hərəkətə səbəb olur. Bir çox digər əzələ zülalları arasında iki tənzimləyici zülal, troponin və tropomiyozin mövcuddur. Əzələ toxumaları funksiyasına və bədəndə yerləşməsinə görə fərqlənir. Məməlilərdə bunlar üç növdür: skelet və ya zolaqlı əzələ toxuması; hamar əzələ (zolaqsız) əzələlər; və ürək əzələsi. Skelet əzələ toxuması əzələ lifləri adlanan uzunsov əzələ hüceyrələrindən ibarətdir və bədənin hərəkətindən məsuldur. Digər skelet əzələ toxumalarına tendonlar və perimizium daxildir. Hamar və ürək əzələləri şüurlu müdaxilə olmadan qeyri-ixtiyari daralır.
Toxmar
Toxmar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Toxmar oyk., sadə. Quba r-nunun Talabıqışlaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhali bəzən Təhmer do adlandırır. Keçmiş adı Toxmarqışlaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər qışlaq (binə) kimi yaranmış, kəndə çevrildikdən sonra oykonimin tərkibindəki qışlaq komponenti də düşmüşdür. Oykonim toxmar (gödək, qısa) və qışlaq komponentlərindən düzəlib, "gödək qışlaq" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 73 nəfər əhali yaşayır.
Toxtamış Gəray
Toxtamış Gəray (1589 – 1608) — XVI Krım xanı. Krım xanı II Qazi Gərayın oğludur. Atasının ölümünün ardından Osmanlı sultanının razılığını almadan saray əyanlarının köməyilə özünü xan, kiçik qardaşı Səfər Gərayı isə kalqay elan etdi. O əsnada Toxtamış Gərayın 18 yaşı var idi və İstanbulda özündən dəfələrlə böyük əmisi Səlamət Gəray taxt sırası gözləyirdi. İstanbuldakı tərəfdarlarının da dəstəyini alan Səlamət Gəray 1608-ci ildə xan elan edildi və xanlıq fərmanı alaraq gəmiylə Krıma yola düşdü. Bunu xəbər alan Toxtamış Gəray kiçik qardaşı Səfər Gərayı da yanına alaraq quru yoluyla İstanbula qaçdı. Ancaq bədbəxtlikdən yolda ikən Osmanlı sultanı tərəfindən yeni kalqay təyin edilən Mehmed Gərayla qarşılaşdılar. Çıxan silahlı toqquşmada Toxtamış və qardaşı qətlə yetirildi.
İnternetimə toxunma!
İnternetimə toxunma! (türk. İnternetime Dokunma!) — 15 may 2011-ci ildə Türkiyənin 30 şəhərində eyni anda keçirilən etiraz aksiyası. Aksiyalar İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən ölkədə internetə senzura gətirilməsi səbəbindən başladı. 22 avqustda tətbiq ediləcək senzuraya qarşı çıxmaq məqsədilə bir çox ildə etiraz aksiyaları keçirildi. 15 may 2011-ci ildə Amsterdam, Köln və Vyana ilə Türkiyədə 30 fərqli ildə senzuraya qarşı etirazlar keçirildi.
Toxunulmazlar (film, 2011)
"1 + 1" (Fra. — "Toxunulmazlar") 2011-ci ildə real hadisələrə əsaslanan fransız komediya dramı müvəffəqiyyətli aristokrat Filipp haqqında. Qəza nəticəsində özünü əlil arabasında tapır və qaradərili, keçmiş xırda cinayətkar Drissi köməkçi kimi götürür. Əsas rolları Fransua Kluzet və bu aktyor işinə görə milli Sezar mükafatına layiq görülmüş Omar Si ifa edirlər. Premyerası 2 noyabr 2011-ci ildə Fransada baş tutdu. Rusiyada film 26 aprel 2012-ci ildə "1+1" adı ilə nümayiş olundu. 2012-ci ilin sentyabrında Fransa "Ən yaxşı xarici film" nominasiyasında Oskar heykəlciyi uğrunda yarışmaq üçün "Toxunulmazlar" filmini göndərdi, lakin film heç qısa siyahıya düşmə bilmədi. Buna baxmayaraq, film eyni kateqoriyada Qızıl Qlobus və BAFTA mükafatlarına namizəd olub. Paraplanda qəzaya uğradıqdan sonra iflic olan varlı aristokrat Filip ona baxmalı olan köməkçi axtarır. Namizədlərdən biri, qaradərili Driss bu işə maraq göstərmir — ona işsizlik müavinətini almağa davam etmək üçün rəsmi yazılı imtina lazımdır, lakin gözlənilmədən Filip onu işə qəbul edir.
Toxmaq barmağı
Toxmaq barmağı və ya beysbol barmağı kimi də tanınır — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Bu, barmağın ucunu basmadan uzada bilməməsi ilə nəticələnir. Ağrı və göyərmə adətən barmağın ən kənar vətərinin arxasında baş verir. Toxmaq barmağı adətən barmaq ucunun həddindən artıq əyilməsi nəticəsində yaranır. Tipik olaraq, bu, bir top uzadılmış barmağa dəydikdə və onu sıxışdırdıqda baş verir. Bu, ya vətərin parçalanması, ya da avulsiya sınığı ilə nəticələnir. Diaqnoz ümumiyyətlə simptomlara əsaslanır və rentgen şüaları ilə təsdiqlənir. Müalicə adətən barmağın ucunu 8 həftə ərzində daimi olaraq düz saxlayan şin istifadəsini nəzərdə tutur. Orta oynaq hərəkət edə bilər. Bu, zədədən sonra 1 həftə ərzində başlamalıdır.
Sinir toxuması
Sinir toxuması — sinir sisteminin əsasını təşkil edən və onun funksiyalarının həyata keçirilməsi üçün şərait yaradan xüsusi strukturlar sistemi olan ektodermal mənşəli toxuma. Sinir toxuması sinir impulsları yaradaraq stimulları qəbul edir və bu impulsları orqanizmi ətraf mühitlə birləşdirərək effektora ötürür. Sinir toxuması orqanizmin toxumalarının, orqanların və sistemlərinin qarşılıqlı əlaqəsini və tənzimlənməsini təmin edir. Sinir toxumaları sinir sistemini təşkil edir və sinir qanqliyası, onurğa beyni və beynin bir hissəsidir. Onlar sinir hüceyrələrindən - neyronlardan ibarətdir, ulduz formasındadır, uzun və qısa proseslər həyata keçirir. Neyronlar qıcıqlanmanı (afferent, sensor, reseptor və ya mərkəzdənqaçma neyronları) qəbul edir və həyəcanı əzələlərə, dəriyə, digər toxumalara, orqanlara (efferent, motor, motor və ya mərkəzdənqaçma neyronları) ötürür. Sinir toxumaları bədənin koordinasiyalı işləməsini təmin edir. Sinir toxuması - əsas funksiyanı yerinə yetirən neyronlardan (neyrositlər) və neyronlar üçün xüsusi mikromühit təmin edən neyroqliyadan ibarətdir. O, həmçinin ependimaya (bəzi elm adamları onu qliadan təcrid edirlər) və bəzi mənbələrə görə, kök hüceyrələrə (üçüncü beyin mədəciyinin bölgəsində yerləşdirilib, oradan iybilmə lampasına və hipokampusun dişli girusuna köçürlər) aiddir. ).
Orqanizm toxumaları
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Toxicity
Toxicity — ABŞ ağır metal musiqi qrupu System of a Down-un ikinci studiya albomu. 4 sentyabr 2001-ci ildə American Recordings və Columbia Records tərəfindən buraxılıb.
Toxmaq
Toxmaq (xalça) — ucu kəsik, dişli alət. Toxmaq barmağı — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Toxmaq (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd.
Toxmaq (Altınova)
Toxmaq — Türkiyənin Yalova vilayətinin Altınova rayonuna bağlı kənd. Kəndin adı 1890-cı ildə xarici mənbədə Qavaq İskələsi kimi qeyd olunur. Kənd Yalova vilayətindən 24 kilometr, Altınova rayonundan isə 4 kilometr aralıda yerləşir.
Qlobal toxum anbarı
Qiyamət anbarı — "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var. Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri Qiyamət Anbarı (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır.

tox sözünün leksik mənası və izahı

  • 1 sif. Rəng adlarının əvvəlinə gəlib tündlük mənası verir; tünd. Tox qırmızı.

    Azərbaycan dilinin izahlı lüğəti / tox
  • 2 sif. 1. Aclıq hiss etməyən, yeməyə ehtiyacı olmayan, yeyib doymuş (ac ziddi). Tox adam. – Təranə deyir: – Toxam; Yemək istəmirəm mən. R.Rza. □ Tox olmaq – yeyib doymaq, daha yemək istəməmək, ac olmamaq. Tox oldu, ac qarınlar cümlə doldu. S.Ə.Şirvani. // İs. mənasında. Toxun acdan nə xəbəri. (Məsəl). 2. Bəslənmiş, yedirdilmiş, bəslənib kökəldilmiş, yeyib doymuş. Tox inəklər quyruqlarını bulaya-bulaya tənbəl-tənbəl yeriyirdilər. İ.Hüseynov. 3. məc. Firavan yaşayan, dövlətli, varlı. Tox adam. Tox (z.) yaşamaq. // məc. Özündənrazı, lovğa, harın. Rüxsarə xanım Kərbəlayı Səfdərin tox və harın sifətini görüb bir söz demədi, ətrafına göz gəzdirdi. T.Ş.Simurq. 4. məc. Təngə gəlmiş, çiyrənmiş, doymuş. “Sözdən, məhəbbətdən toxam” – dedin; İndi də sən məndən həyat istədin. B.Vahabzadə. ◊ Gözü tox olmaq – bax göz. Özünü tox tutmaq (saxlamaq) – özünü saxlamaq, özünü sındırmamaq.

    Azərbaycan dilinin izahlı lüğəti / tox

tox sözünün etimologiyası

  • 1 Doymaq kəlməsi ilə qohumdur, doymaq mənbələrdə həm də t (toymaq) ilə yazılıb. Son samitin dəyişməsi sözün mənaca fərqlənməsinə səbəb olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / tox

tox sözünün sinonimləri (yaxın mənalı sözlər)

tox sözünün antonimləri (əks mənalı sözlər)

tox sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 TOX I sif. Yeyib doymuş. Heç bir zaman qarınlarını tox, ehtiraslarını soyumuş görməyəcəklər (M.İbrahimov). TOX II sif. Tünd. Tox qırmızıdan çox istifadə etmişdir. TOX III zərf Sakit. Hər halda özünü belə tox tutur (Anar).

    Azərbaycan dilinin omonimlər lüğəti / tox

tox sözünün rus dilinə tərcüməsi

  • 1 1. сытый; 2. насыщенный; 3. темный (о цвете);

    Azərbaycanca-rusca lüğət / tox
  • 2 1 I прил. сытый: 1. вполне утоливший свой голод, не истытывающий голода. Tox adam сытый человек, mən toxam я сыт; toxsan ya acsan? ты сыт или голоден? tox olmaq быть сытым 2. упитанный, откормленный. Tox (kök) inəklər сытые коровы 3. перен. живущий в достатке, богатый. Tox adamlar сытые люди 4. перен. самодовольный, чванливый. kimin tox sifəti сытая рожа чья 5. перен. такой, которому уже надоело. Sənin sözlərindən boğaza qədər toxuq мы по горло сыты от твоих слов II в знач. сущ. сытый, сытая; toxlar сытые III нареч. сытно. Tox yaşamaq жить сытно ◊ toxun acdan nə xəbəri сытый голодного не разумеет; gözü tox olmaq быть не жадным, скромным в своих потребностях; özünü tox saxlamaq (tutmaq): 1) внешне показывать себя таким, который ни в чём не нуждается 2) показывать себя сытым, не голодным; держаться сытым 2 прил. густой, насыщенный (о цвете, краске)

    Azərbaycanca-rusca lüğət / tox

tox sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. satisfied, satiated; full; replete; Mən toxam I’ve had enough, I am full up; ~ qarına on a full stomach; 2. dark; ~ yaşıl dark-green; ~ qırmızı dark-red

    Azərbaycanca-ingiliscə lüğət / tox

tox sözünün fransız dilinə tərcüməsi

tox sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. туьнт, мичӀи (рангарин тӀварарин вилик туьнтвал къалурун манада); tox yaşıl туьнт къацу, мичӀи къацу.

    Azərbaycanca-ləzgicə lüğəti / tox
  • 2 прил. 1. тух; гишин тушир, гишинвал авачир; тӀуьна тух тир (“гишин” акси); tox adam тух кас; tox olmaq тух хьун, тӀуьна тух хьун; 2. сущ. тухди; toxun acdan nə xəbəri. Ata. sözü тухда гишиндакай хабар кьадач; 3. хъсан нез ганвай, хъсандиз хвена тухарнавай, тух (мес. ккал); 4. пер. тух; варлу, девлетлу; // пер. вич-вичелай рази, дамах гвай, лавгъа, къудур; 5. пер. икрагь хьанвай, рикӀ янвай, тух тир; ** gözü tox olmaq кил. göz.

    Azərbaycanca-ləzgicə lüğəti / tox

tox sözünün türk dilinə tərcüməsi

"tox" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tox nədir? #tox sözünün mənası #tox nə deməkdir? #tox sözünün izahı #tox sözünün yazılışı #tox necə yazılır? #tox sözünün düzgün yazılışı #tox leksik mənası #tox sözünün sinonimi #tox sözünün yaxın mənalı sözlər #tox sözünün əks mənası #tox sözünün etimologiyası #tox sözünün orfoqrafiyası #tox rusca #tox inglisça #tox fransızca #tox sözünün istifadəsi #sözlük