toxumaları sözü azərbaycan dilində

toxumaları

Yazılış

  • toxumaları • 99.0291%
  • Toxumaları • 0.9709%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bitki toxumaları
Eyni mənşəyə, quruluşa və funksiyaya malik olan hüceyrələr və hüceyrəarası maddələr qrupuna toxumalar deyilir. Bitki toxumaları törədici, əsas, örtük, ötürücü, mexaniki və ifrazat toxuma qruplarına ayırırlar. == Törədici toxuma == Törədici və ya meristem toxumasının hüceyrələri kiçik, incə qılaflı və iri nüvəli olub, bölünmə bacaraqları vardır. Digər toxumaların hüceyrələrinə başlanğıc verərək bitkilərin yaşamı boyu böyüməsini və gəlişməsini təmin edir. Bütün toxumalar törədici toxumadan yaranır. Onun ayrı-ayrı növləri vardır: 1.Təpə meristem-köklərin və zoğların ucunda yerləşir 2.Yan və ya kambi meristem-gövdədə qabıq və oduncaq arasında yerləşir.Çoxillik bitkilərdə gövdə və kökün eninə böyüməsini təmin edir. 3.Aralıq və ya interkalyar meristem-buğumarasının dibində yerləşir.Tumurcuqları,cavan zoğları uzununa böyüdür.Taxıl bitkilərinin gövdəsi interkalyar yolla böyüyür. 4.Zədə meristemi-bitkinin zədələnmiş yerlərində əmələ gəlir.Yaranı örtən eynitipli parenxim hüceyrələrindən ibarət toxumaya başlanğıc verir. == Örtük toxuması == Bitkini xaricdən örtərək onu ətraf mühitin əlverişsiz təsirindən qoruyur. Yarpaqların və cavan zoğların səthini örtük toxumasının bir növü olan dəricik və ya epiderma ilə örtülür.
Orqanizm toxumaları
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).

"toxumaları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#toxumaları nədir? #toxumaları sözünün mənası #toxumaları nə deməkdir? #toxumaları sözünün izahı #toxumaları sözünün yazılışı #toxumaları necə yazılır? #toxumaları sözünün düzgün yazılışı #toxumaları leksik mənası #toxumaları sözünün sinonimi #toxumaları sözünün yaxın mənalı sözlər #toxumaları sözünün əks mənası #toxumaları sözünün etimologiyası #toxumaları sözünün orfoqrafiyası #toxumaları rusca #toxumaları inglisça #toxumaları fransızca #toxumaları sözünün istifadəsi #sözlük