Bitki toxumaları
Eyni mənşəyə, quruluşa və funksiyaya malik olan hüceyrələr və hüceyrəarası maddələr qrupuna toxumalar deyilir. Bitki toxumaları törədici, əsas, örtük, ötürücü, mexaniki və ifrazat toxuma qruplarına ayırırlar.
== Törədici toxuma ==
Törədici və ya meristem toxumasının hüceyrələri kiçik, incə qılaflı və iri nüvəli olub, bölünmə bacaraqları vardır. Digər toxumaların hüceyrələrinə başlanğıc verərək bitkilərin yaşamı boyu böyüməsini və gəlişməsini təmin edir. Bütün toxumalar törədici toxumadan yaranır.
Onun ayrı-ayrı növləri vardır:
1.Təpə meristem-köklərin və zoğların ucunda yerləşir
2.Yan və ya kambi meristem-gövdədə qabıq və oduncaq arasında yerləşir.Çoxillik bitkilərdə gövdə və kökün eninə böyüməsini təmin edir.
3.Aralıq və ya interkalyar meristem-buğumarasının dibində yerləşir.Tumurcuqları,cavan zoğları uzununa böyüdür.Taxıl bitkilərinin gövdəsi interkalyar yolla böyüyür.
4.Zədə meristemi-bitkinin zədələnmiş yerlərində əmələ gəlir.Yaranı örtən eynitipli parenxim hüceyrələrindən ibarət toxumaya başlanğıc verir.
== Örtük toxuması ==
Bitkini xaricdən örtərək onu ətraf mühitin əlverişsiz təsirindən qoruyur. Yarpaqların və cavan zoğların səthini örtük toxumasının bir növü olan dəricik və ya epiderma ilə örtülür.