* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Evlənmə mərasimi, habelə həmin mərasimlə əlaqədar olaraq düzəldilən şənlik, şadlıq məclisi. Bir yığıncaq gördüm, dedim; Bəlkə toydur, qızlar oynayır? Ə.Cavad. Min ölüm xəbəri ürəkdə yandı; Nə bir toya getdik, nə də şadlığa. S.Vurğun. □ Toy eləmək (etmək, qurmaq, vurdurmaq, çaldırmaq, tutmaq və s.) – evlənmə münasibətilə şənlik məclisi düzəltmək. Qızılgül butam, layla! Ətrinə batam, layla! Balam ərsəyə gələ; Toyunu tutam, layla! (Bayatı). Çoban anar səni, tütəyi sızlar; Ellər toy eləməz, yolunu gözlər. Ə.Cavad. Tiqran yenicə evlənmişdi. O, kasıb da olsa, toy çaldıranda var-yoxunu əsirgəməmişdi. M.Hüseyn. [Pərşan:] Hə, hə, ay nənə, Qaraş qağama bir yaxşı toy quraq! M.İbrahimov. [Yusif] qaradonlu Gülbənizi instruktor Məsimə verdi. [Onlar] bir cahcalal açdılar, bir toy vurdular ki, bütün rayon tökülüb gəldi. İ.Hüseynov. ◊ Toy tutmaq məc. – divan tutmaq, bərk cəzalandırmaq. [Sənəm:] And olsun Allaha, sənə bir toy tutaram, özünü itirərsən. Ə.Haqverdiyev. Sevinc ilə o baxırdı döşündəki nişana; Toy tuturdu yağılara ürəyində qəzəb, kin. N.Xəzri. Toydan sonra nağara – vaxtı keçəndən sonra görülən faydasız bir iş haqqında. Toydan sonra nağara, – deyə Aslan qımışdı. Ə.Məmmədxanlı. [Sənubər:] Kənd camaatı demişkən, toydan sonra nağara? B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / toy1 Çox vaxt doymaq feili ilə əlaqələndirirlər (sinonimi: düyün). Zənn edirəm ki, göy (kürəkən) kəlməsi ilə qohumdur: quda və göy qohum sözlərdir. Quda qut sözü ilə bağlıdır, “xoşbəxtlik” deməkdir (evə gəlin gətirmək, kəbin kəsdirmək, toy eləmək xoşbəxtlik hesab edilir). Toy da xoşbəxtlik məclisi kimi başa düşülə bilər (onun antoniminin vay olması da bunu sübut edir). Bəzi türk dillərində toy yerinə quda işlədilir. Maraqlıdır ki, rus dilində də свадьба və сватовствo (qudalıq) kəlmələri eyni kökə malikdir (rusca сват, свой və свояк eyni kökə malikdir). Düyün yalnız evlənmə məclisi ilə əlaqədardır, tərəfləri bir-biri ilə bağlayır (düyləyir), toy isə hər cür şadlıq məclisidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / toy2 TOY (evlənmə mərasimi) [Surxay:] Camaat, Musa dayının toyu qarışdı hamımızın toyuna (S.Rəhman); DÜYÜN Düyün oldu, bütün xublar yığıldı; Gəlmədi bir bizim gülbədən gəlin (M.P.Vaqif); XEYİR İŞ (dan.) Qəndab: Gözəldir, – deyə şəkli sinəmə sıxdım. Xeyir iş nə vaxtdır, Allah qoysa? (B.Bayramov); TOY-DÜYÜN Sərçəcik: Kimindir bu toy-düyün (M.Seyidzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / toy1 TOY – XEYRAT Toy mənim, xeyrat babamın (Ata. sözü). TOY – VAY Toy gününü qoyub, vay gününü oynayır (Ata. sözü). TOY – YAS Bilmək olmurdu toydur, yoxsa yas (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / toy2 I сущ. свадьба (обряд заключения брака, а также празднество по случаю вступления в брак). Toya getmək пойти на свадьбу, toya hazırlaşmaq готовиться к свадьбе, toy günü день свадьбы, в день свадьбы II прил. свадебный. Toy paltarı свадебный наряд, toy mərasimi свадебный обряд (свадебная церемония), toy qonaqlığı свадебное пиршество; gümüş toy серебряная свадьба (день двадцатипятилетия супружеской жизни); qızıl toy золотая свадьба (день пятидесятилетия супружеской жизни); toy eləmək сыграть (справить) свадьбу ◊ qız evində toydur, oğlan evinin xəbəri yoxdur в доме невесты свадьбу играют – в доме жениха об этом не знают; без меня меня женили; toy tutmaq kimə давать, дать жару кому; брать, взять в оборот кого; давать, дать взбучку; задавать, задать головомойку кому; toydan sonra nağara после ужина (обеда) горчица
Azərbaycanca-rusca lüğət / toy1 I. i. wedding; ~ etmək to celebrate a wedding; ~da iştirak etmək to be* present at a wedding II. s. wedding; ~ günü wedding day; ~ hədiyyəsi wedding present; ~ üzüyü a wedding ring
Azərbaycanca-ingiliscə lüğət / toy1 is. noce f, mariage m ; ~ etmək célébrer un mariage ; ~da iştirak etmək être de la noce, ~ hədiyyəsi cadeau m de noce ; ~ üzüyü anneau m nuptial
Azərbaycanca-fransızca lüğət / toy1 сущ. мехъер; gəlin bəzənincə toy əldən gedər. Ata. sözü суса дамахардалди мехъерни куьтягь жеда; toy eləmək (etmək, qılmaq, vurdurmaq və s.) мехъер авун, мехъерун; ** toy tutmaq пер. дуван кьун, дуван акун, кӀеви жаза гун; toydan sonra nağara мехъер алатайла (куьтягь хьайила) далдам гатун, вичин вахтунда тавур, вахт алатайла ийизвай файдасуз кардикай рахадамаз.
Azərbaycanca-ləzgicə lüğəti / toyI (Borçalı, Qazax) aşıq, çalğıçı; toyda musiqi çalan üçlük. – Gederdim o kətdən toy gətirerdim II (Borçalı) dümbək. – Ağaşnan vurulana toy deyrix’, əlnən vurulana qaval
Azərbaycan dilinin dialektoloji lüğəti.