Kametaro Toyama
Kametaro Toyama (外山亀太郎, Toyama Kametaro, 23 oktyabr 1867 – 29 mart 1918) – Yaponiya genetiki və zooloqu. Baramaçılıq sahəsindəki fəaliyyətinə görə tanınır. Mendelizmi Yaponiyada populyarlaşdıran şəxs hesab olunur.
== Karyerası ==
Kametaro Toyama 1867-ci ildə Yaponiyanın Kanaqava prefekturasının ərazisində doğulmuşdur. O, 1885-ci ildə Tokio Ali Kənd və Meşə Təsərrüfatı Məktəbinə daxil olmuş, 1892-ci ilin iyulunda məzun olmuşdur. 1896-cı ildə Fukuşima prefekturasında baramaçılıq məktəbinin başçısı təyin olunmuşdur. Tokioya qayıtmazdan qabaq Yaponiya Kənd Təsərrüfatı Cəmiyyətində və Yaponiya Baramaçılıq Cəmiyyətində vəzifələr tutmuşdur.
7 fevral 1902-ci ildə Bungimaru gəmisi ilə Siama doğru yola düşmüşdür. Siam kralı Çulalonqkorn onu Siam Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Baramçılıq Bürosunun baş mütəxəssisi təyin etmişdir. O, 1905-ci ilin martında Yaponiyaya qayıtmışdır.