yoxlamaq sözü azərbaycan dilində

yoxlamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yoxlamaq • 99.3217%
  • Yoxlamaq • 0.5088%
  • YOXLAMAQ • 0.1696%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yoxlamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyin varlığı – yoxluğu, yaxud düzgünlüyü, həqiqi vəziyyəti barədə yəqinlik hasil etmək üçün onu gözdən keçirmək, təhqiq etmək, müayinə etmək, araşdırmaq. Hesabatı yoxlamaq. Məsələnin həllini yoxlamaq. Kassanı yoxlamaq. Siyahıda adları bir-bir yoxlamaq. Xəstənin səhhətini yoxlamaq. // Nəzarət məqsədi ilə təhqiq etmək, təftiş etmək; baxmaq. İşin gedişini yoxlamaq. İdarənin fəaliyyətini yoxlamaq. – [Sarxan] növbədə duran qarovulu yoxlayıb, bəzi tapşırıqlar verdi. M.Hüseyn. // Eyni məqsədlə araşdırıb baxmaq. Məndən sonra iki nəfərin də çamadanını yoxladılar. M.Hüseyn. // Bir şeyin düzgün olub-olmadığını müəyyən etmək üçün nəzarətdən keçirmək. Biletləri yoxlamaq. Sənədləri yoxlamaq. – Qulam üzüaşağı enib küçədə dəmir sütuna rəbt edilmiş böyük saata baxdı, öz qol saatını yoxladı. S.Rəhimov. 2. Bir şeyə əl ilə toxunmaq; müəyyənləşdirmək. Nəbzini yoxlamaq. – Dimdik oturub ətrafımı yoxlarkən əlimə bir heyvan quyruğu toxundu, bu, bir pələng quyruğu idi. A.Şaiq. Məsmə arvad əlini can köynəyinin yaxasına salıb üçlüyü yoxladı. Mir Cəlal. 3. Biliyi, təcrübəni, keyfiyyəti və s.-ni öyrənmək məqsədi ilə təcrübədən, sınaqdan keçirmək. Şagirdlərin biliyini yoxlamaq. Adamları işdə yoxlamaq. // Bir alətin, cihazın, maşının və s.-nin saz olub-olmadığı haqqında yəqinlik əldə etmək üçün onu işlədib sınaqdan keçirmək. Yeni cihazları yoxlamaq. – Əvvəl maşının hissələrini yoxladı, yağladı, bir neçə yerini açıb içəriyə baxdı… Ə.Sadıq. 4. Götür-qoy etmək, bir şey haqqında ətraflı düşünmək, fikirləşmək. …Öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran… C.Məmmədquluzadə. 5. Bax yoluxmaq2. Bir dəfə Nurəddin sərçəni götürüb oynamaq bəhanəsi ilə qaçıb İmamverdi babanı yoxlamağa getdi. S.S.Axundov. [Məsmə:] …Həftə nəhayətində onu yoxlamağa getdim. Mən onun səadəti üçün çalışırdım. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / yoxlamaq

yoxlamaq sözünün etimologiyası

yoxlamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 toxunmaq — müəyyənləşdirmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / yoxlamaq
  • 3 fikirləşmək — düşünmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / yoxlamaq
  • 5 1. YOXLAMAQ, İMTAHAN ETMƏK/ELƏMƏK Yenidən istədi etsin imtahan; Kükrəyib dedi: – Ey igid qəhrəman; Bir bəla kəsildin dərdli başıma (A.Şaiq). 2. YOXLAMAQ [Vahid:] Məmməd dayıya neçə dəfə dedi ki, əşi, ölkə dərəbəylik deyil, belə olmaz axı, gəlib yoxlarlar biabır olarıq (Ə.Qasımov); ARAŞDIRMAQ Xəfiyyələr Küçədə gedən arvadların bağlamalarını.. araşdırırdılar (M.S.Ordubadi); TƏFTİŞ ETMƏK/ELƏMƏK Qətibə hər saat onun səhhətini soruşur, sarayının intizamını yoxlayır, xidmətçilərin kimliyi və təmizliyinin keyfiyyətini təftiş edir və oğlunun qeydinə qalan bir ana kimi hərəkət edirdi (M.S.Ordubadi). 3. YOXLAMAQ Babasil xəstəliyi guya iki xassəyə də istinad edə bilərmiş. Bunun üçün xəstəni yoxlayırlar (Çəmənzəminli); MÜAYİNƏ ETMƏK Onu həkimlər müayinə etdilər (B.Bayramov); MÜAYİNƏDƏN KEÇİRMƏK Təcili yardıma gedən həkim onu müayinədən keçirdi (M.Hüseyn). 4. YOXLAMAQ, SINAMAQ, SINAQDAN KEÇİRMƏK, TƏCRÜBƏDƏN KEÇİRMƏK 5. yoxlamaq bax yoluxmaq I

    Azərbaycan dilinin sinonimlər lüğəti / yoxlamaq

yoxlamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. проверять; 2. ревизовать; 3. подвергать испытанию; 4. щупать;

    Azərbaycanca-rusca lüğət / yoxlamaq
  • 2 глаг. 1. проверять, проверить: 1) устанавливать правильность или ошибочность, точность или неточность чего-л., присматривать с целью выявления ошибок, недочётов. Şikayəti yoxlamaq проверить жалобу, yazı işlərini yoxlamaq проверить письменные работы, məsələnin həllini yoxlamaq проверить решение задачи, tərcüməni yoxlamaq проверить перевод 2) удостоверяться в наличии или отсутствии чего-л., устанавливать количество, наличность чего-л. Sayını (miqdarını) yoxlamaq nəyin проверить количество чего, siyahı üzrə yoxlamaq проверить по списку, akt üzrə yoxlamaq проверить по акту 3) испытывать для выяснения качеств, свойств, знаний, пригодности к чему-л., готовности к чему-л. Gənc mütəxəssisi yoxlamaq проверить молодого специалиста, mexanizmi yoxlamaq проверить механизм, gücünü yoxlamaq проверить силы, bacarığını yoxlamaq проверить способность, biliyini yoxlamaq проверить знания, döyüş hazırlığını yoxlamaq проверить боеготовность, işdə yoxlamaq: 1. проверить в работе; 2. проверить на деле; təcrübədə yoxlamaq проверить на практике, möhkəmliyini yoxlamaq проверить на прочность, yağlılığını yoxlamaq проверить на жирность, imtahanda yoxlamaq проверить на экзамене 4) обследовать с целью надзора, удостоверяться в исполнении чего-л. İşini yoxlamaq kimin, nəyin проверить работу кого, чего, nəticəsini yoxlamaq nəyin проверить результаты чего, hər hansı bir idarəni yoxlamaq проверить какое-л. учреждение 5) просматривать с целью контроля. Sənədləri yoxlamaq проверить документы, pasportları yoxlamaq проверить паспорта, biletləri yoxlamaq проверить билеты 2. осматривать, осмотреть (рассматривать, рассмотреть с целью обследования). Yarazini yoxlamaq осматривать местность, adanı yoxlamaq осматривать остров; xəstəni yoxlamaq осматривать больного, həkim körpəni yoxladı врач осмотрел ребёнка 3. разг. навещать, навестить (проведать) кого-л. Bacısını yoxlamaq навещать сестру, xəstəni yoxlamaq навещать больного, dostunu yoxlamaq навещать друга 4. щупать: 1) пощупать; прикасаться рукой, пальцами и т.п. (чтобы обследовать, распознать что-л.). Əli ilə yoxlamaq щупать рукой, ciblərini yoxlamaq щупать карманы, nəbzini yoxlamaq щупать пульс 2) разг. прощупать; осторожно расспрашивать стараясь выяснить что-л., чтобы составить мнение о чем-л.; dərindən yoxlamaq проверить глубоко, hərtərəfli yoxlamaq проверить всесторонне, diqqətlə yoxlamaq тщательно (внимательно) проверить, даим (müntəzəm, mütəmadi olaraq) yoxlamaq постоянно (регулярно) проверять

    Azərbaycanca-rusca lüğət / yoxlamaq

yoxlamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to check (d.), to verify (d.); to examine (d.); to correct (d.); rəqəmləri ~ to check / to verify figures; hesabatı ~ to verify an account; bütün sitatları ~ to verify all the citations; imtahan biletlərini ~ to check the examination papers; aləti ~ to check an instrument: dəftərləri ~ to correct exercise-books; biletləri ~ to examine tickets; pasportları ~ to examine passports; xəstə ~ to examine a patient; 2. to feel* (d.), to touch (d.); nəbzi ~ to feel* the pulse

    Azərbaycanca-ingiliscə lüğət / yoxlamaq
  • 2 to judge the lie of the land * нащупать почву

    Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / yoxlamaq

yoxlamaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. vérifier vt ; contrôler vt, examiner vt ; inspecter vt ; rəqəmləri ~ vérifier les chiffres ; imtahan biletlərini ~ vérifier les billets d’examen ; dəftərləri ~ vérifier les cahiers ; biletləri ~ contrôler les billets /tickets (nəqliyyatda) ; pasportları ~ vérifier les passeports

    Azərbaycanca-fransızca lüğət / yoxlamaq

yoxlamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. юхламишун; килигун; 2. тайин авун; 3. синагъ авун, синагъдай акъудун, тежрибадай акъудун; 4. юкӀ-чӀиб ягъун, фагьумун, фикирун, веревирдун; 5. кил. yoluxmaq².

    Azərbaycanca-ləzgicə lüğəti / yoxlamaq

"yoxlamaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yoxlamaq nədir? #yoxlamaq sözünün mənası #yoxlamaq nə deməkdir? #yoxlamaq sözünün izahı #yoxlamaq sözünün yazılışı #yoxlamaq necə yazılır? #yoxlamaq sözünün düzgün yazılışı #yoxlamaq leksik mənası #yoxlamaq sözünün sinonimi #yoxlamaq sözünün yaxın mənalı sözlər #yoxlamaq sözünün əks mənası #yoxlamaq sözünün etimologiyası #yoxlamaq sözünün orfoqrafiyası #yoxlamaq rusca #yoxlamaq inglisça #yoxlamaq fransızca #yoxlamaq sözünün istifadəsi #sözlük