xof sözü azərbaycan dilində

xof

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xof • 95.4128%
  • Xof • 2.7523%
  • XOF • 1.8349%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
XON/XOFF
XON/XOFF – asinxron rabitə protokolunun adı; bu protokolda qəbuledici qurğu, yaxud kompüter alınan verilənlər selini idarə etmək üçün xüsusi simvollardan istifadə edir. Buferin aşırı dolması halında qəbuledici kompüter verilənləri ala bilmirsə, o, göndərənə verilişi dayandırmasını bildirən XOFF idarəedici simvolunu göndərir; veriliş davam etdirilə bilərsə, qəbuledici kompüter göndərənə XON simvolunu yollayır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

xof sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Qorxu. Qiyamət xofundan, eşq havasından; Əridi, qalmadı yağ ürəyimdə. Aşıq Ələsgər. Bu sözlər Lətifənin qəlbinə soxulmuş tərəddüd və xofu azaltmadı. M.Hüseyn. [Mirzəyev Nazlıya:] Bəs şəriət? Bəs Allah xofu? Heç mollanın sözündən çıxmaq olar? Ə.Məmmədxanlı. □ Xof etmək (eləmək) – qorxmaq, vahimələnmək. [Harun:] Düşmənin zoru qabağında könül xof eyləməz. Ü.Hacıbəyov. Mən bu gəlişdən çox xof edirəm, ah! Başqa bir məqsədlə gəlir Bəhram şah. A.Şaiq. [Qızı] həyat elə mübariz, elə dava-dalaş sevən eləmişdi ki, kişilər yanından keçəndə xof eləyirdi. S.Rəhman. Xof götürmək – qorxu götürmək, vahiməyə düşmək, vahimə basmaq, xoflanmaq. Məmməd ayılıb gördü ki, Hindistan padşahının qızı Pərixanım yanındadır. Məmmədi xof götürdü. (Nağıl). Xofa düşmək – qorxuya düşmək, qorxmaq, çəkinmək, sığınmaq, vahiməyə düşmək, xoflanmaq. Mələkə xanım bu sözdən xofa düşdü. “Qurbani”. Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm, elə biri haman gün idi ki, atlı Hacı Namazalını xırmandan gəlib apardı nəçərnikin yanına. C.Məmmədquluzadə. [Əmiraslan bəy:] Yoxsa gopçu Ədilin sözündən xofa düşmüsünüz? S.S.Axundov. Firəngiz … bəzən xofa düşüb həyəcan keçirirdi. S.Rəhimov. Xofa salmaq – qorxuya salmaq, qorxutmaq, xoflandırmaq. Oğlundan ayrılmaq [Rüstəmi] xofa salmağa başlayır. S.Rəhimov. Ürəyinə xof salmaq – ürəyinə qorxu salmaq. İkincisi, idarənin qabağındakı maşın [Bayramın] ürəyinə xof salmışdı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / xof

xof sözünün sinonimləri (yaxın mənalı sözlər)

xof sözünün antonimləri (əks mənalı sözlər)

xof sözünün rus dilinə tərcüməsi

  • 1 страх, боязнь, ужас

    Azərbaycanca-rusca lüğət / xof
  • 2 сущ. испуг, страх, боязнь; xof etmək, eləmək бояться, страшиться, терпеть страх; xof götürür kimi страх берет кого; xofa düşmək бояться, побояться; страшиться, устрашиться; xofa salmaq kimi страшить, устрашить кого, наводить, навести страх на кого; ürəyinə xof salmaq см. xofa salmaq

    Azərbaycanca-rusca lüğət / xof

xof sözünün inglis dilinə tərcüməsi

xof sözünün fransız dilinə tərcüməsi

xof sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. кичӀ, кичӀевал; xof etmək (eləmək) кичӀе хьун, рикӀ аватун; xof götürmək кичӀ акатун, кичӀе хьун; xofa düşmək кичӀ акатун, кичӀе хьун, къакъасун, чугварвалун; xofa salmaq кичӀе авун, кичӀ кутун, куьчӀуьрарун; ürəyinə xof salmaq рикӀик кичӀ кутун, рикӀ авудун.

    Azərbaycanca-ləzgicə lüğəti / xof

"xof" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xof nədir? #xof sözünün mənası #xof nə deməkdir? #xof sözünün izahı #xof sözünün yazılışı #xof necə yazılır? #xof sözünün düzgün yazılışı #xof leksik mənası #xof sözünün sinonimi #xof sözünün yaxın mənalı sözlər #xof sözünün əks mənası #xof sözünün etimologiyası #xof sözünün orfoqrafiyası #xof rusca #xof inglisça #xof fransızca #xof sözünün istifadəsi #sözlük